Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə59/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
185 
 
“Azıx  mağarası”,  “ġeyx  ġamil”,  “Tomiris  ana”  kimi  kitablar 
sözügedən nəĢriyyatın çap məhsullarıdır. 
“Bərəkət”  nəĢriyyatı
174
  “nümunəvi  nəsil  üçün...!”  devizi  ilə 
çalıĢaraq bir  çox dəyərli əsərləri nəĢr  etmiĢdir. Bunların arasında 
“Məsnəvidən  seçilmiĢ  hekayələr”,  “Ulu  ağacın  tilsimi”,  “Nə? 
Necə?  Nə  üçün?”  “Məktəbdə  əxlaq  və  davranıĢ  qaydaları”, 
“Əyləncəli suallar” və digərlərini qeyd etmək olar. Onu da vurğu-
lamaq  yerinə  düĢərdi  ki,  bu  nəĢriyyatın  çap  məhsulları  poliqrafik 
keyfiyyətinə görə fərqlənir. 
“Xəzər”  nəĢriyyatı
175
  da  bəzi  uĢaq  kitablarını  nəĢr  etmiĢdir. 
Bu nəĢriyyatda çap olunan uĢaq kitablarının əksəriyyəti türk dilin-
dən  tərcümədir.  Ġ.Yılmazın  “Heyvanların  dilindən”,  Ġ.Haqqıoğlu-
nun “Beynimizin sirləri” adlı elmi əsərlər silsiləsindən, M.Altunun 
“Qənaət dükanı”, Ç.Aydının “YaxĢılıq çələngi”, “Soyuq su”, “Tə-
cili qan axtarılır” adlı gözəl davranıĢ hekayələri seriyasından olan 
kitablarını misal çəkmək olar. 
 “ANS Press” nəĢr evinin nəĢr uĢaq kitabları da qüsursuz de-
yil. Təkrar nəĢr olunmalarına baxmayaraq səhvlər düzəldilməmiĢ, 
olduğu kimi oxuculara təqdim olunmuĢdur. 
“ÇaĢıoğlu”  nəĢriyyatının  təĢəbbüsü  ilə  kiçikyaĢlı  uĢaqlar 
üçün hazırlanan “Nağıllar aləmi” seriyası 30 adda kitabdan ibarət-
dir. Bu kitablardan Qrimm qardaĢlarının “Zirək oğru”, “Cavan nə-
həng”,  Azərbaycan  nağıllarından  “Süleyman  Ģah  və  qarıĢqa”, 
“Baftaçı Ģah Abbas”, “Reyhan və Kamal” və  baĢqalarını nümunə 
göstərmək olar.  
“ÇaĢıoğlu” nəĢriyyatı uĢaqlar üçün maraqlı bir layihə də hə-
yata keçirmiĢdir. Belə ki, dünya xalqlarının iyirmi nağılı kitab Ģək-
lində  nəĢr  olunmuĢ  və  nağılın  səsləndirilməsi  üçün  CD  forması 
əlavə edilmiĢdir. Yəni uĢaqlar, bu kitabı həm oxuya, həm də CD 
vasitəsilə  dinləyə  bilərlər.  Professional  Ģəkildə  hazırlanmıĢ  bu 
                                                           
174
 www.bereketnesriyyat.com 
175
 www.xezernesriyyat.com 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
186 
 
seriyaya  daxil  olan  bütün  nağılları  Respublikanın  əməkdar  artisti 
Bəxtiyar ġərifzadə və Aynurə Mehdiyeva səsləndirmiĢdir.     
“Qələm” nəĢriyyatı tərəfindən çap olunmuĢ “100 sevimli na-
ğıl” seriyasından olan kitablar Təhsil Nazirliyi tərəfindən hazırlan-
mıĢ Milli Kurrikulumun tələblərinə əsasən tərtib olunmuĢdur. Se-
riyanın məqsədi ibtidai sinif Ģagirdlərində mütaliə vərdiĢlərini for-
malaĢdırmaqdır.  Belə  ki,  hər  bir  nağılın  sonunda  həmin  nağılın 
daha  dərindən  dərk  edilməsi  və  yadda  saxlanması  üçün  müxtəlif 
tapĢırıqlar  təqdim  olunmuĢdur.  Bu  tapĢırıqların  yerinə  yetirilməsi 
uĢaqların Ģəxsi yaradıcılıq qabiliyyətinin yaranma və inkiĢafına tə-
kan  verir.  Nağılı  oxuduqdan  sonra  uĢaqlar  buradakı  hadisələr  və 
qəhrəmanlarla bağlı testləri  yerinə  yetirməli, hadisələrin ardıcıllı-
ğını  düzgün  müəyyən  etməli,  ilk  dəfə  rastlaĢdıqları  sözləri  qeyd 
edərək onların mənasını araĢdırmalı, hekayə xəritəsi tərtib etməli-
dirlər.  Bu  seriyaya  daxil  olan  kitablara  çox  maraqlı  aparat  ele-
mentləri əlavə olunmuĢdur (Əlavə 22-23).   
Ġ.Umudlu  uĢaqlar  üçün  ədəbiyyat  nəĢrinin  problemlərini 
araĢdırarkən yazır: “UĢaqlar üçün ədəbiyyat  yaradıcıları üçün sti-
mul yoxluğundan son on ildə bu sferada ilk baxıĢdan bir durğun-
luq hiss olunur. Ortada son dönəmin məhsulu olan yaddaqalan nü-
munələr çox azdır. Lakin bütün bunlara baxmayaraq son zamanlar 
uĢaq ədəbiyyatına həm müəlliflər, həm də naĢirlər tərəfindən ma-
rağın artdığını sezmək olur. Bu sahədə fəaliyyəti olan naĢirlərdən 
bəziləri  yaxın  gələcəyə  böyük  ümidlərlə  baxır,  qarĢıdakı  10  ildə 
bu kateqoriyadan olan nəĢrlərin üstün xətlə geniĢlənəcəyini proq-
nozlaĢdırırlar”
176

Həqiqətən 2004-cü ildən indiyə kimi uĢaq kitablarının sayar-
tımı müĢahidə olunur. Yəni, proqnozlar düz çıxır. Amma bunların 
böyük əksəriyyəti nağılların təkrar nəĢrlərdir... 
Azərbaycanda  bir  çox  nəĢriyyatlar  uĢaq  ədəbiyyatının  nəĢri 
ilə məĢğul  olsalar da, bu kitabların üslubu, dili, tərtibatı və digər 
                                                           
176
 Umudlu Ġ. Kitab nəĢri bu gün. – Bakı: 2004, s. 229.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
187 
 
məsələlər  mütəxəssislər  tərəfindən  ciddi  iĢlənilməli,  nəĢr  olunan 
kitablardakı  yanlıĢlar,  səhvlər  aradan  qaldırılmalıdır.  Bir  sözlə, 
uĢaq ədəbiyyatının bu sahənin mütəxəssisləri tərəfindən nəĢrə ha-
zırlanması,  ciddi  redaktə  olunması  və  poliqrafik  keyfiyyətinin 
yüksəldilməsinə ehtiyac duyulmaqdadır
*

 
Ədəbiyyat 
Aral N. Erken çocukluk dönemi ve kitap // Türk xalqları ədəbiyyatı 
II Beynəlxalq UĢaq ədəbiyyatı konqresi materialları, 2008, s. 471  – 
475. 
Azim M. Çocuk kitaplarının hazırlanması // Türk xalqları ədəbiyyatı 
II Beynəlxalq UĢaq ədəbiyyatı konqresi materialları, 2008, s. 462  – 
468. 
Erbay F., Samur A.Ö. Anne ve babaların çocuk kitapları hakkındakı 
genel  görüĢleri  ile  çocukların  alıcı  dil  geliĢim  düzeyleri  arasındakı 
iliĢkinin incelenmesi // Turkish Studies International Periodical For 
the Languages, Literature and History of Turkish or Turkic. Volume 
5/4 Fall 2010, s. 1063-1073.    
Əliyeva  N.  UĢaq  ədəbiyyatının  tərcüməsi  –  kim  nəyi  kimlər  üçün 
tərcümə edir? // Türk xalqları ədəbiyyatı. Beynəlxalq uĢaq ədəbiyya-
tı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 929. 
Musalı  V.  UĢaq  kitablarının  nəĢrə  hazırlanma  prinsipləri  //  Türk 
Xalqları  ədəbiyyatı  (II)  Beynəlxalq  UĢaq  Ədəbiyyatı  konqresi. 
Materiallar. 2-ci kitab, Bakı: 2009, s. 447-451.  
Namazov Q.  Azərbaycan uĢaq ədəbiyyatı. Dərslik.  – Bakı: Maarif, 
1983. 
                                                           
*
 “Azərbaycanda uĢaq ədəbiyyatı nəĢr edən nəĢriyyatlar və onların fəaliyyətinin 
təhlili”  adlı  məruzəmiz  11  oktyabr  2012-ci  ildə  Qafqaz  Universitetinin  təĢkil 
edəcəyi “II Türk xalqları uĢaq ədəbiyyatı konqresi”nə təqdim olunmuĢdur.     


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə