Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə62/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
195 
 
Əsərlər toplusunu böyük kollektiv hazırlayır. Redaksiya he-
yəti yaradılır, aparat elementlərinin (ön söz, Ģərh və s.) tərtibçiləri 
müəyyən olunur. Mütəxəssis-filoloqlar nəĢrin konsepsiyasının ya-
radılması məsələlərini (aparatın təĢkili, mətnin seçimi və yerləĢdi-
rilməsi) həll edir.  
Tam  olmayan  əsərlər  toplusuna  «Seçilmiş  əsərlər»  aiddir. 
SeçilmiĢ əsərlərdə müxtəlif dövrlər üçün xarakterik olan əsərlər və 
eləcə də, ədəbi-tənqid, qeydlər, məktublar yer alır.  
Nəşrlərin tip spesifikası. Hər bir nəĢr müvafiq marağın həya-
ta  keçirilməsi  üçün  hazırlanır.  Redaktor  nəĢrin  konsepsiyasını  və 
modelini  hazırlayan  zaman  aparat  və  illüstrasiyalarla  bağlı  mə-
sələləri həll etməlidir. 
Kütləvi nəşrlərdə aparat əsas və vacib elementlər (giriĢ mə-
qaləsi,  nəticə  (nəĢriyyat  və  ya  tərtibçidən)  və  qeydləri  əhatə  edir. 
Belə  ki,  əsərdəki  aparat  populyarlaĢdırıcı  xarakter  daĢımalıdır. 
Çox  yaxĢı  olardı  ki,  müqəddiməni  tanınmıĢ  bir  yazıçı  hazırlasın. 
GiriĢdə  yazıçının  yaradıcılığı  açıqlanmalı,  nəĢrə  daxil  edilən  əsə-
rin xüsusiyyətləri vurğulanmalıdır. Redaktor kitabın gələcək oxu-
cusunun səviyyəsini və əlavə informasiyanı qavrama qabiliyyətini 
nəzərə  almalıdır.  Hansı  söz  və  ifadələrin  oxucu  tərəfindən  baĢa 
düĢülməyəcəyi  müəyyən  olunmalı  və  onların  açıqlanması  ve-
rilməlidir.  Bu  zaman  sətiraltı  istinadlardan  və  ya  əsərin  sonunda 
verilən qeydləridən istifadə olunmalıdır.  
Elmi-kütləvi  nəşrlər  oxucu  təsnifatı  nəzərə  alınaraq  hazır-
lanmalıdır. Belə nəĢrlərin aparatı öyrədici məzmun kəsb etməlidir. 
Aparat  ədəbi  tənqidin  və  ədəbiyyatĢünaslığın  son  naliyyətləri  he-
sabına  hazırlanmalıdır.  Aparatın  ayrı-ayrı  elementləri  hazırlanar-
kən  elmi  (akademik)  nəĢrlərdəki  materiallardan  istifadə  oluna  bi-
lər. Bu əsərlərin məqsəd təyinatı ədəbi əsəri populyarlaĢdırmaqdır. 
Elmi-kütləvi  nəĢrlər  hazırlanarkən  tərtibçi  müəllifin  ən  yaxĢı 
əsərini  seçir.  Elmi-kütləvi  nəĢrlərin  aparatına  giriş  (giriĢ  mə-
qaləsi),  qeyd  və  şərhlər  daxildir.  Bu  elementlərin  redaktor  anali-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
196 
 
zinin  məqsədi  müasir  ədəbiyyatĢünaslığın  səviyyəsinə  uyğun  ol-
masını müəyyənləĢdirməkdir.  
Elmi nəşrlər (akademik) yazıçının yaradıcılığının ədəbiyyat-
Ģünaslıq,  mətnĢünaslıq  prosesini  və  onların  nəticəsini  əks  etdirir. 
Bu nəĢrlərin aparatı çox qəliz və çətindir və bu sahənin alim-tədqi-
qatçı  kollektivi  tərəfindən  hazırlanır.  Bütün  bu  aspektlər  əsərin 
kontekstini  təĢkil  edir.  Aparat  əsərin  o  hissələrini  izah  edir  ki, 
onları anlamaq üçün əlavə ədəbiyyatdan (ensiklopediya, soraq ki-
tabçası, ədəbiyyatĢünaslıq tədqiqatları) istifadə etmək lazım gəlir.   
 
İllüstrasiyalar üzərində iş 
 
Ədəbi-bədii əsərlərdə illüstrasiyalar üzərində iĢin özünəməx-
sus cəhətləri vardır. Redaktor illüstrasiyaların mahiyyətini, onların 
mətnlə əlaqəsini, illüstrasiyalaĢdırılmıĢ hissənin dilini baĢa düĢmə-
lidir.  Bədii  ədəbiyyatda  illüstrasiyaların  verilməsinin  həm 
əleyhdarları,  həm  də  tərəfdarları  mövcuddur.  Belə  bir  fikir  möv-
cuddur  ki,  incəsənətin  növlərindən  biri  olan  ədəbi  əsər  “özü-öz-
lüyündə” qavrayıĢ üçün kifayət qədər əyanidir və illüstrasiyalar ya 
əsərin mənasını tam uyğun Ģəkildə əks etdirə bilmir, ya da yanlıĢ 
əks etdirir. Çap olunmuĢ kitabları nəzərdən keçirsək görərik ki, il-
lüstrasiyaları  olmayan  kifayət  qədər  ədəbi-bədii  əsərlər  mövcud-
dur.  
Bu prosesdə redaktorun rolu bu faktla müəyyənləĢir ki, məhz 
redaktor  əsərin  səciyyəvi  xüsusiyyətlərini  daha  aydın  surətdə 
təsəvvür edir, müəllif üslubunun fərdiliyini anlayır, kitabın oxucu 
tərəfindən  qavranılmasının  xüsusiyyətlərini  bilir.  Ġllüstrasiyaların 
qiymətləndirilməsi  zamanı  redaktor  subyekt-obyekt  münasibət-
lərinin kitabı müəyyən edən xüsusiyyətlərindən çıxıĢ etməlidir. Bu 
münasibətləri ətraflı Ģəkildə nəzərdən keçirək.  
Subyekt-obyekt  münasibətlərinin  strukturunu  aĢağıdakı  əla-
qələr təĢkil edir:  
əsər – illüstrasiyalar – nəĢrin aparatı 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
197 
 
müəllif – redaktor – oxucu (əsər) 
müəllif – oxucu – rəssam (illüstrasiyalar) 
redaktor – oxucu (aparat) 
əsər (müəllif, redaktor) – illüstrasiyalar (rəssam-redaktor) 
Redaktor və rəssam kitab nəĢri və yaxud kitab qrafikası vasi-
tələri ilə əsərin mənasını və zahiri əlamətlərini Ģərh edirlər. Redak-
torun  və  rəssamın  mövqeyi  hər  hansı  bir  nöqtədə  üst-üstə  düĢür. 
Belə ki, yuxarıdakı sxemdən göründüyü kimi, həm birinci, həm də 
ikinci  Ģəxs  əsərin  anlaĢılmasında  və  Ģərhində  oxucunu  nəzərdə 
tutur.  
Kitabın  illüstrasiyasına  tətbiqən  rəssamın  mətnin  oxunma-
sına, baĢa  düĢülməsinə və dəyərləndirilməsinə müdaxiləsinin im-
kanları, yolları və sərhədləri problemi üzə çıxır. Problem redakto-
run və rəssamın mətni anlama tərzlərinin üst-üstə düĢməsi və illüs-
trasiyalarda  mətnin  Ģərhi  istiqamətlərinin  müəyyənləĢdirilməsi  ilə 
həll  olunur.  Əlbəttə,  redaktor  bədii  vasitələrin  seçiminə  müdaxilə 
etmir. O, yalnız illüstrasiyaların bəzi xüsusiyyətlərinə istinadlana-
raq  və  onların  oxucu  tərəfindən  qavranılma  keyfiyyətini  nəzərə 
alaraq, təqdim olunmuĢ ədəbi  əsərə  illüstrasiya çəkilməsinə  ümu-
mi yanaĢmanın imkanlarını göstərir.  
Redaktor soraq aparatını hazırlamaqla, rəssam isə illüstrasi-
ya  çəkməklə məzmunu  daha dolğun Ģəkildə  açmağa və  müəllifin 
baĢlıca ideyalarına oxucunun marağını artırmağa can ataraq, ədəbi 
əsərin  çağdaĢ  ictimai-mədəni  kontekstə  daxil  olmasını  təmin 
edirlər. Ġllüstrasiya çəkilməsinin bu və ya digər gediĢatının orijina-
lın  ruhuna  və  məzmununa  uyğunluğu  məsələsi  illüstrasiyaların 
qiymətləndirilməsinin  ən  zəif  məqamıdır.  Belə  ki,  eyni  əsərin 
müxtəlif rəssamlar tərəfindən Ģərhi faktları məlumdur. Bu faktlar 
göstərir  ki,  daha  yaxĢı  və  daha  adekvat  izahın,  Ģərhin  inandırıcı 
əsasları mövcud deyildir. Kitab qrafikasının ədəbi əsərin ideyaları-
na  və  üslubiyyatına  uyğunluğu  məsələsinin  indiyədək  elmi  əsas-
landırılması yoxdur. Ġllüstarsiya çəkilməsi prosesinin nəzəri mode-
linə və keyfiyyətin ciddi meyarlarına rast gəlinmir. Lakin illüstra-
siyanı ədəbi əsərin mətninə tabe vəziyyətdə nəzərdən keçirmək la-


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə