Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası



Yüklə 360,16 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü360,16 Kb.
#66564


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 

        Sosial-siyasi elmlər seriyası 

  2009 

 

 



 

 

TÜRKİYƏ RESPUBLİKASININ CİNAYƏT QANUNVERİCİLİYİNDƏ  



BƏZİ CİNAYƏT VƏ CƏZA MƏSƏLƏLƏRİ 

 

E.Q.NƏBİYEV 

Bakı Dövlət Universiteti 

nebiyev elbay@email.com 

 

Məqalədə XX əsrin 20-ci illərindən başlayaraq Türkiyədə gedən mühüm iqtisadi, sosial-



siyasi proseslərin təsiri altında cinayət hüququnun inkişafından, cinayət qanunvericiliyinə 

edilmiş bəzi dəyişikliklərdən bəhs edilir. Burada, həmçinin türk cinayət hüququ nəzəriyyəsində 

hüquqşünas alimlərin önə  çəkdiyi bəzi cinayət və  cəza, təqsir məsələləri, cinayət 

hüquqpozmasının mühüm əlamətləri işıqlandırılmışdır.  

 

XIX əsrin 40-cı illərinə qədər Osmanlı imperiyasında cinayət-hüquqi məsələlər 

“Üsul-ül Fiqh” adlanan islam hüququnun əsasları ilə həyata keçirilirdi. Bu dövrdə həm 

fiqh kitablarında olan şəri hökmlər (şəriətin nəzərdə tutduğu hökmlər) mə-

cəllələşdirilir, həm də zamanın ehtiyaclarını ödəmək üçün yaradılan təlimat və ni-

zamnamələr şəklində yeni qanunlar ortaya çıxırdı. Bu dövrdə qanunyaratma fəaliyyəti 

də xeyli genişləndirilmişdir. Bu dövr, Avropa təcrübəsi nəzərə alınmaqla müsəlman 

hüququnda dəyişikliklər etmək cəhdi ilə əlamətdar olmuşdur. 1840-cı ildə isə Osmanlı 

imperiyasında 1810-cu il Fransa CM-nin təsiri altında tərtib olunmuş  Cəza qanunu* 

qəbul olundu.  

1923-cü ildə Türkiyə Respublika elan olunduqdan sonra ölkədə dövlət siste-

mində olduğu kimi, hüquq sistemində də radikal islahatlar aparıldı. Dövlət islahatları 

gedişində imperiya səltənəti və xilafət ləğv edildi və 1926-cı ildə Roman-german 

hüquq sistemi resepsiya olundu. Türkiyə Respublikasının ilk Prezidenti Mustafa 

Kamal Paşa Atatürk başda olmaqla türk dövləti qanunvericiliyi müasir dövrün 

tələblərinə uyğunlaşdırmaq siyasəti irəli sürdü. Bu dövr, yəni 1923-1926-cı illər türk 

hüququnun vesternizasiyası (qərbləşdirilməsi) ilə  səciyyələnir. Müxtəlif Avropa 

ölkələrinin – Fransa, İsveçrə, İtaliya, Almaniyanın məcəllə və qanunlarından nümunə 

kimi istifadə olundu. 

Cinayət hüququ sahəsində  də ciddi dəyişikliklər həyata keçirildi. Cinayət qa-

nunvericiliyinin köklü islahatları ərəfəsində qüvvədə olan cinayət qanunlarına tənqidi 

qiymət verilmişdir. Bu tənqidi qiymət iki baxımdan: birincisi, cinayət-hüquq norma-

larının sabitliyi, dayanıqlığı, ikincisi, həyatın tələblərinə cavab verməsi, inkişafda 

olması baxımından verilmişdir. Qanunların sabitliyi, dayanıqlığı adətən onların tarixi 

inkişaf  şəraiti ilə müəyyən olunur. Qanun sosial-siyasi, iqtisadi proseslərin təsiri 

                                                 

* Türkiyədə “c

inayət  hüququ”  deyil,  “cəza  hüququ”  –  “Penal  Law”  ifadəsi  işlədilir. 

“Cəza” sözü latın mənşəli “poena” sözündəndir.  Qeyd olunan anlayış Cəza hüququ kimi 

işlədilsə də, əslində Cəza haqqında hüquq kimi anlanılır.  

 

13



altında həyatın tələbatından doğmalı, xalqın adət-ənənələrinə, milli-mənəvi dəyər-

lərinə söykənməlidir. Hər bir yeni qanun qəbul olunarkən bu məsələlər araşdırılmalı 

və  nəzərə alınmalıdır. Türkiyədə cinayət qanunvericiliyinin islahatı  ərəfəsində  həm 

qanunvericilər, həm də hüquqşünas alimlər cinayət qanunvericiliyinin inkişaf tarixini 

öyrənmiş, zamanın süzgəcindən keçən mütərəqqi nə varsa hamısını götürmüşlər. 

Bütün bunlar Türkiyənin 1926-cı il Cəza Qanununda öz əksini tapmışdır. Belə ki, 

ölkədə aparılan cinayət qanunvericiliyinin islahatı  nəticəsində 1926-cı il martın 1-də 

Türkiyə Respublikasında qəbul edilən yeni Cəza Qanunu əsasən 1889-cu il İtaliya 

CM-nin  əsas müddəalarından nümunə kimi istifadə etmişdir. Demək olar ki, 

Türkiyənin bu Cəza qanunu “1889-cu il köhnə İtalyan Cəza qanunundan eyni ilə tər-

cümə edilmişdir” 

[3,57], yəni onun mütləq resepsiyasıdır. 80 ilə yaxın müddətdə 

ölkədə cinayət və cəza məsələlərini tənzimləyən, mütərəqqi dəyişiklikləri özündə əks 

etdirən yeni Cəza Qanununun qəbul olunması tarixi bir hadisə olmuşdur. Qanun Türk 

burjua inqilabçıları olan kamalçıların ideallarını əks etdirirdi. Bu ideallar XVIII əsrin 

sonunda Fransada baş vermiş Böyük inqilabın idealları ilə həmahəng idi. Qanun “heç 

kəs cinayət qanunu ilə nəzərdə tutulmamış əmələ görə cəzalandırıla bilməz”, “hamının 

qanun qarşısında bərabərliyi”, qanunçuluq və digər bir sıra mühüm demokratik 

prinsipləri elan etmişdi. 

Türkiyənin 1926-cı il Cəza Qanununda cinayət və  cəza məsələləri, eləcə  də 

xətalar haqqında məsələlər tənzimlənirdi. Bu qanun üç kitabdan ibarət olub, birinci 

kitab ümumi hissənin, ikinci kitab xüsusi hissənin məsələlərini, üçüncü kitab isə 

xətalara aid məsələləri əhatə etmişdir.  

Sonrakı illərdə isə Türkiyənin 1926-cı il Cəza Qanununa dəfələrlə dəyişikliklər 

edildi. Önəmli dəyişikliklərdən biri ötən əsrin 30-cu illərinə təsadüf etmişdir. Belə ki, 

1930-cu illərdə kommunist fəaliyyəti və təbliğatına görə cinayət məsuliyyəti müəyyən 

olundu.  

Məlum olduğu kimi, dünya ölkələrində gedən sosial-iqtisadi, siyasi proseslər, 

qloballaşma hüququn, qanunvericiliyin, o cümlədən cinayət qanunvericiliyinin 

inkişafına ciddi təsir göstərir. Bu baxımdan Türkiyə də istisnalıq təşkil etmir. Türkiyə 

Respublika elan olunduğu dövrdə və sonrakı dövrlərdə istər ölkə daxilində, istərsə də 

ölkədən kənarda kifayət qədər önəmli proseslər və hadisələr baş vermişdir. Belə ki, 

XX  əsrin 20-ci illərində SSRİ-nin yaranması ilə bütün dünya ölkələri kimi Türkiyə 

Cümhuriyyəti də kommunist təhlükəsi ilə üzləşmişdir. 1930-cu illərdə kommunist 

fəaliyyəti və  təbliğatına görə cinayət məsuliyyətinin müəyyən olunması  təsadüf 

deyildi. Dünya miqyasında ictimai-siyasi sistemlər arasında yaranmış qarşıdurma, 

soyuq müharibə və s. Türkiyədən də yan keçməmişdir. Həmin əsrin 50-60, 70, 80-ci 

illərində ölkə daxilində yaranmış sosial-siyasi gərginlik də bu qəbildən olan hadisələr 

sırasında göstərilə bilər. 

Kommunist təhlükəsindən qorunmaq məqsədilə qəbul olunmuş 11 dekabr 1951-

ci il tarixli Qanunla Cəza Qanununun 141 və 142-ci maddələrinə düzəliş edilməklə 

kommunistlərə qarşı mübarizə gücləndirilmişdir. 

XX  əsrin 70-ci illərində Türkiyədə növbəti siyasi gərginliyin yaranması ilə 

əlaqədar 1971-1973-cü illərdə  cəza qanunvericiliyində bir sıra mühüm dəyişikliklər 

aparıldı. Belə ki, 1971-ci ildə ölkədə siyasi zorakılığın artmasına cavab olaraq 

insanların oğurlanmasına görə cinayət məsuliyyəti daha da gücləndirildi və hava 

gəmisini qaçırma, partlayıcı maddələrə sahibolma, onları hazırlama və  nəql etmə, 

ictimai binalara qeyri-qanuni daxilolma kimi yeni cinayət tərkibləri müəyyən olundu. 

Türk cinayət hüququ elmində qanuna edilmiş  dəyişiklik və  əlavələrin səbəbi 

 

14




onunla izah olunur ki, birincisi, onların köməyilə Türk Cəza Qanunu yeni Qərbi Avro-

pa cinayət qanunlarının özəlliklərini əks etdirən mühüm müddəalarla zənginləşdirildi; 

ikincisi, düzəliş və əlavələr praktikanın tələblərinə uyğunlaşdırıldı 

[4,8].  


1926-cı il Türk Cəza Qanununda cinayətin maddi deyil, formal tərifi veril-

mişdir. Buna baxmayaraq türk cəza hüququ nəzəriyyəsində cinayət anlayışına maddi 

tərifin verilməsinə  cəhdlər göstərilmişdir. Belə ki, Türk Cəza Qanununa verilmiş 

kommentariyanın müəllifi A.P.Gözübüyük cinayət  əməlinə iki nöqteyi-nəzərdən 

baxır: ictimai hadisə və hüquqi fakt kimi. Onun fikrincə, sosial mənada əməlin cinayət 

kimi qiymətləndirilməsi ictimai rəylə, cəmiyyətin qərarı ilə əlaqəlidir. İctimai qaydanı 

pozan əməl cinayət sayılmalıdır. Bu mənada cinayət əməli ictimai hadisədir. Hüquqi 

nöqteyi nəzərdən cinayət  əməli dedikdə dövlətin hüquq sistemi çərçivəsində  əməlin 

nəticəsi kimi törədilməsinə görə cəza nəzərdə tutan əməl başa düşülür 

[4, 17]. Cinayəti 

ictimai (sosial) hadisə kimi göstərən doktor Gözübüyük eyni zamanda belə hesab 

edirdi ki, cəmiyyət ümumi maraqlarla bağlı olan vahid harmonik bütövlükdür. 

Əksər türk hüquqşünaslarının fikrincə, cinayət əməli (cinayət hüquqpozması – 

suç) üç əlamətin: maddi, hüquqi və mənəvi əlamətin mövcudluğu ilə yaranır 

[4, 18].  

Cinayətin maddi əlaməti  əməldir (hareket). Əməl dedikdə qanunda təsvir 

olunmuş insanın müəyyən davranışı başa düşülür. Belə davranış həm müsbət, yəni icra 

edən, həm də  mənfi, yəni icra etməyən ola bilər. Bu nöqteyi-nəzərdən müsbət və 

mənfi cinayət  əməlləri fərqləndirilmişdir. Müsbət (icrai suçlar) əməllərə müəyyən 

hərəkətin icrası nəticəsində törədilmiş cinayət əməli aiddir. Bu növ cinayətlərdə şəxsin 

xarici aləmdə müşahidə olunan əməlləri də ehtiva olunur. Məsələn, silahdan açılmış 

atəşlə kimisə yaralama. Mənfi  əməl dedikdə müəyyən hərəkəti icra etməmə 

nəticəsində törədilmiş cinayət əməli başa düşülür. Məsələn, qulluqçunun öz vəzifəsini 

icra etməməsi 

[2, 202-211]. Bununla belə, şəxsin davranışının iz qoyub-qoymamasının 

heç bir əhəmiyyəti yoxdur. Nalayiq söyüş heç bir maddi iz qoymamasına baxmayaraq 

pozuntunun tərkibini yaradır 

[6, 259]. 

Beləliklə, cinayət hüquqpozması – müəyyən  əməl, aktdır (fiil) ki, bunun da 

aşağıdakı  həyata keçmə  mərhələləri mövcuddur. Niyyətin qərara keçməsi prosesində 

qəsd yaranır. Qəsdin gerçəkliyə keçməsi üçün hazırlıq hərəkətləri edilir, sonra isə 

təqsirli şəxs əməlin həyata keçməsinə, icrasına başlayır. Nəticə əldə olunduqda cinayət 

əməli başa çatmış olur. Cinayətkarın məsuliyyət dərəcəsi  əməlin həyata keçmə 

dərəcəsindən və onun nəticələrindən asılıdır. Bir qayda olaraq, istər hazırlıq hərə-

kətləri, istərsə də cinayət hüquqpozmasının icrasına yönəlmiş hərəkətlər cəzalandırılır. 

İcra hərəkətləri başa çatıb-çatmamasından asılı olmayaraq nəticə  əldə olunmadığı 

halda əməl cinayətə qəsd mərhələsində qalır 

[1, 259,266].  

Cinayət hüquqpozmasının hüquqi əlaməti hüquqa zidd əməl sayılır. Hüquqa 

zidd əməl dedikdə zərərin vurulmasından insanları mühafizə etmək məqsədilə hüquq 

qaydası ilə müəyyən olunmuş göstəriş  və müddəalara zidd davranış forması başa 

düşülür 


[2, 191]. 

Əməlin cinayət sayılması üçün onun qanunla qadağan olunmuş  əməl kimi nə-

zərdə tutulması və cəzalanmalı olması tələb olunur. Bununla əlaqədar “Cəza hüququ” 

monoqrafiyasının müəllifi T.Taner qeyd edirdi ki, əməlin cinayət və  cəzalanmalı 

olması  məhkəmə  təfsiri vasitəsilə deyil, yalnız gələcək zamana yönəlmiş cinayət 

əməlini müəyyən edən qanunlarla müəyyənləşdirilir 

[6, 137].  

Cinayət hüquqpozmasının mənəvi  əlaməti təqsirlilikdir (kusurluluk). Azər-

baycanda və digər ölkələrdə olduğu kimi Türkiyənin cinayət hüququnda da (cəza 

hüququnda)  əsas prinsiplərdən biri yalnız təqsirin mövcudluğu təqdirində törədilmiş 

 

15



cinayət  əməlinə görə cinayət məsuliyyəti yaranır.  Əməl qanunda təsvir olunan 

davranışa uyğun və hüquqa zidd olduqda onu hələ cinayət kimi qiymətləndirmək 

düzgün olmaz. Şəxsi hüquqa zidd əmələ görə  məsuliyyətə  cəlb etmək üçün onun 

təqsirli olmasını müəyyən etmək lazımdır 

[4, 18].  

Türk cəza hüququ nəzəriyyəsində hökm sürən konsepsiyaya əsasən təqsir 

(kusur)

∗ iradənin qanuna qarşı yönəlməsi kimi izah olunur. Təqsir subyektivdir, buna 



görə məsuliyyət fərdidir. Cinayət əməlinin subyekti yalnız iradəyə malik olan şəxs ola 

bilər. Subyektin təqsiri ilə  əməl arasında daxili səbəbli  əlaqə mövcuddur. İradə 

(arzulama) törədilən  əmələ  və onun nəticələrinə, yaxud yalnız  əmələ aid ola bilər. 

Təqsir qəsd və ehtiyatsızlıq formalarında təzahür olunur. Qəsd “suçlu iradənin tipik 

şəklidir” 

[3, 479]. Qəsd dedikdə düşünülmüş cinayət əməlinin həyata keçməsinə iradə 

yönümü başa düşülür. Qəsd təqsirli  şəxsin nəticələrin baş verəcəyini dərk və arzu 

etməsini ehtiva edir. Ehtiyatsızlığa nəticələrlə bağlı olmayan cinayət  əməli sayılan 

iradənin əmələ münasibəti kimi baxılır 

[1, 315, 323]. 

1926-cı il Türk Cəza Qanunu əvvəlki cəza qanunundakı cinayət hüquqpozmala-

rının üçhədli təsnifatından imtina etdi. Cinayət Məcəlləsi cinayət  əməllərini 

cinayətlərə (çürüm) və xətalara (kabahat) böldü. 

Türk cinayət qanunu təqsirin formasından asılı olaraq cinayət və  cəzaları 

fərqləndirir. Cəza Qanununun 45-ci maddəsinə görə, bir qayda olaraq, yalnız qəsdən 

törədilən  əməllər cinayət sayılır. Bununla belə, istisna hal da mövcuddur. Belə ki, 

nəticənin ağırlığı ilə  əlaqədar qəsdən törədilməyən cinayətlər fərqləndirilir. Təqsirin 

istənilən formasında törədilən əməllər xətalara aid edilmişdir. 

İki meyar – cəzanın növü və təqsirin forması əsasında cinayət əməlinin bu və ya 

digər kateqoriyaya aid olması müəyyən olunur. 1926-cı il Cəza Qanununun 11-ci 

maddəsinə görə ölüm cəzası, ciddi təcrid edilməklə (bir nəfərlik kamerada saxla-

maqla), həbsxana cəzası, böyük məbləğdə  cərimə (1 mindən 100 min lirəyə  qədər 

həcmdə), ictimai fəaliyyəti qadağan etmə  cəzaları  nəzərdə tutan cinayət  əməlləri aid 

edilmişdir. Xətalara isə qanun ciddi təcrid etmədən həbsxana, az məbləğdə  cərimə 

(500-dən 10 min lirəyədək həcmdə), müəyyən peşə  və ya sənətlə  məşğul olmağı 

qadağan etmə  nəzərdə tutan əməlləri aid edirdi. Cinayət məsuliyyəti 11 yaşdan 

müəyyən olunmuşdu. 

Türkiyə Respublikasının hazırda qüvvədə olan Cəza Qanunu 2004-cü il 

sentyabrın 26-da qəbul edilmiş və 2005-ci il aprelin 1-də qüvvəyə minmişdir.  

Türkiyənin 2004-cü il Cəza Qanunu iki kitab, 6 bölmə və 36 fəslə bölünən 345 

maddədən ibarətdir. Qanunun birinci kitabında Ümumi hissəyə aid maddələr 

toplanmışdır və o, 2 bölmə, 5 fəslə bölünən 75 maddəni birləşdirir. Türkiyənin Cəza 

Qanununun ikinci kitabı Xüsusi hissənin məsələlərini əhatə edir. İkinci kitabda ölkədə 

cinayət sayılan əməllərin dairəsi müəyyən edilmişdir. Ona Xüsusi hissəyə aid olan 4 

bölmə və 31 fəslə bölünən 270 maddə daxildir.  

                                                 

∗  Təqsirin elmi anlayışı psixologiya elminin, idrak təliminin inkişafı ilə bağlı olmuşdur. 

Minilliklər  ərzində  məsuliyyətin həlli üçün həlledici amil ziyan yetirən  əməlin törədilməsi 

sayılmış, təqsirin aydınlaşdırılmasına  əhəmiyyət verilməmişdir (Daha ətraflı bax: А.И.Коса-

рев.  Римское  право.  М.: 1986, s. 38). Xüsusən orta əsrlərdə cinayət hüququ dini ideyaların 

təsiri altında olmuş, cinayət törədən şəxsin təqsiri deyil, 

günahı “aydınлaşdırılmışdır”. Ancaq 

klassik hüquq məktəbinin nümayəndələri tərəfindən təqsir məsuliyyətin vacib şərti kimi verilir. 

(Bax: Cinayət hüququ. Ümumi hissə. Prof. T.M.Qafarovun və dos. F.İ.Səməndərovun redaktəsi 

ilə. Bakı Universiteti nəşriyyatı, 1995, s. 52).   

 

16




Hazırda xətalar haqqında 2005-ci il martın 30-da qəbul edilmiş ayrıca qanun 

“Xətalar Qanunu” qüvvədədir. Bundan başqa, Türkiyədə cəza nəzərdə tutan bir neçə 

digər qanun da mövcuddur: 10 iyul 1953-cü il tarixli “Odlu silahlar və bıçaqlar, digər 

alətlər haqqında qanun”, 3 iyun 1986-cı il tarixli “Narkotik maddələr haqqında” 

Qanun 10 iyul 2003-cü il tarixli “Qaçaqmalçılıqla mübarizə” qanunu, 25 may 2005-ci 

il tarixli “Poçt haqqında” Qanun və s.  

Türkiyənin qüvvədə olan Cəza Qanununun birinci bölməsində  əsas prin-

siplərdən və anlayışlardan bəhs edilir. Bu bölmənin birinci fəsli altı maddədən 

ibarətdir. Qanunda cinayətə anlayış verilmir. Qanunun birinci maddəsində qeyd edilir 

ki, cinayət qanununun məqsədi insan hüquq və azadlıqlarını, ictimai sabitliyi və 

təhlükəsizliyi, hüquqi dövləti, ictimai sağlamlığı  və  ətraf mühiti, cəmiyyətin  əmin-

amanlığını qorumaq, cinayətin törədilməsinin qarşısını almaqdan ibarətdir. Bu məq-

sədlərin həyata keçirilməsi üçün qanunda cinayət sayılan  əməllərin dairəsi, cinayət 

məsuliyyətinin  əsasları, cəza və  təhlükəsizlik tədbirlərinin növləri müəyyən edilir və 

onlardan vasitə kimi istifadə olunur. 

Cəza Qanununun 2-ci maddəsində qanunçuluq prinsipindən bəhs edilir. Əvvəlki 

cəza qanununda olduğu kimi, 2004-cü il tarixli Türk Cəza Qanununun 2-ci maddəsinin 

I bəndində göstərilir ki, “Qanunun cinayət hesab etmədiyi bir hərəkət üçün kimsəyə 

cəza verilə bilməz və  təhlükəsizlik tədbiri tətbiq oluna bilməz. Qanunda yazılı 

cəzalardan və  təhlükəsizlik tədbirlərindən başqa bir cəza və  təhlükəsizlik tədbirinə 

hökm oluna bilməz”. Qanunun bu tələbini  şərh edən türk kriminalistləri diqqəti ona 

yönəldirlər ki, 2-ci maddədə yalnız cinayət məcəlləsi deyil, ümumən qanun nəzərdə 

tutulur. Göründüyü kimi, cəzaların tətbiqinin mümkünlüyü yalnız cinayət məcəlləsi ilə 

deyil, cinayət və  cəzalar haqqında digər xüsusi qanunlara da aiddir. Bundan əlavə, 

ədəbiyyatda qeyd olunduğu kimi, qanunun 2-ci maddəsində (1926-cı il Cəza Qanunu 

nəzərdə tutulur) yalnız cəzalardan bəhs olunur, lakin bu halda qanun cəza sayılmayan 

təhlükəsizlik tədbirlərini də nəzərdə tutur

∗. Bununla əlaqədar, qanunla birbaşa müəy-

yən olunmuş  təhlükəsizlik tədbirləri istisna olmaqla digər təhlükəsizlik tədbirlərinin 

tətbiqinin mümkünsüzlüyü barədə nəticə çıxarılmışdır 

[3, 10, 12].  

Qüvvədə olan cəza qanunvericiliyi üzrə törədilən cinayətin ağırlığına uyğun 

cəza və təhlükəsizlik tədbirlərinin tətbiqi, cinayət törətmiş şəxsə ədalətli cəza təyinini 

təmin edir.  

Qanunun 3-cü maddəsində qeyd edilir ki, cəza qanununun tətbiqi zamanı irqi, 

dini, məzhəbi, milli, cinsi, siyasi və ya digər fikir və yaxud düşüncə, fəlsəfi inam, milli 

və ya sosial mənşə, maddi və digər xüsusiyyətlərə görə ayrı-seçkiliyə yol verilmir.  

Cəza qanununun ikinci bölməsi cinayət məsuliyyəti, qəsd və ehtiyatsızlıq kimi 

məsələləri tənzim edən normalar müəyyən edir. Qanunda göstərilir ki, cinayət 

məsuliyyəti fərdi xarakter daşıyır. 

Qanunun 21-ci maddəsinin göstərişinə görə, qəsd  şəxsin  əməlinin cinayət 

olduğunu yəqinliklə bilərək və arzu edərək həyata keçirməsidir. Türkiyənin Cəza 

Qanununda yanakı qəsd də nəzərdə tutulur. Qanunla yanakı qəsdlə törədilən cinayətə 

görə düzünə qəsdlə törədilən cinayətlə müqayisədə  tətbiq edilən cəzalar üçdə birdən 

                                                 

∗1926-cı il Türk Cəza Qanununun 28-ci maddəsi ictimai təhlükəsizlik orqanlarının nəza-

rətinə verilməsi kimi təhlükəsizlik tədbiri cəza adlansa da, CQ-nın 11-ci maddəsi ilə nəzərdə 

tutulmuş  cəzalar sisteminə daxil edilməmişdir. Bu cür vəziyyətin səhv olması  bəzi türk 

hüquqşünasları tərəfindən etiraf olunmuşdur (Bax: Gözüböyük A.R. Türk ceza kanunu açıla-

ması, 1980, cilt 1, 113). Sonralar 28-ci maddə qanundan çıxarıldı. 

 

17



yarıya qədər azaldılır.  

Respublikanın qüvvədə olan Cəza Qanununa görə ehtiyatsızlıqdan törədilən 

əmələ görə qanunda xüsusi olaraq göstərilən hallarda məsuliyyət yaranır.  

Əvvəlki cəza qanunvericiliyindən fərqli olaraq 2004-cü il Cəza qanununa görə 

cinayətin subyekti 12 yaşdan müəyyən olunur. Bu yaşda cinayət törədənlərə ancaq 

tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilir. 12 yaşdan 15 yaşına qədər olan 

yetkinlik yaşına çatmayanlar psixi xüsusiyyətinə görə törətdiyi əməli və onun hüquqi 

nəticələrini dərk edə bilmədiyi halda cinayət məsuliyyəti daşımır. Qanuna görə 15 

yaşından 18 yaşına qədər olan şəxslərin törətdiyi cinayətə görə müddətli azadlıqdan 

məhrumetmə növündə  cəzalar tətbiq edilir. Onlara ağır ömürlük həbs cəzası  əvəzinə 

18 ildən 24 ilə qədər həbs cəzası, ömürlük azadlıqdan məhrumetmə əvəzinə 12 ildən 

15 ilə qədər müddətə həbs cəzası müəyyən edilir. Yetkinlik yaşına çatmayanlara təyin 

edilən digər cəzalar üçdə bir qədər azaldılır, həbs cəzası isə 12 ildən artıq ola bilməz.  

2002-ci ilə qədər Türkiyədə ölüm cəzası saxlanılmışdı 

[5, 629]. Ötən əsrin 90-cı 

illərində 1926-cı il Cəza Qanununun 16 maddəsi (müəyyən düzəlişlərlə) dövlət, 

hökumət və Konstitusiya əleyhinə yönələn cinayətlərə görə ölüm cəzasını  nəzərdə 

tuturdu. Bundan başqa, adamöldürmə  və  bəzi digər ağır cinayətlər daxil olmaqla 

səkkiz maddə  də ölüm cəzasını  nəzərdə tuturdu. Hərbi-cinayət Məcəlləsinin on iki 

maddəsi, «Xəyanət haqqında» Qanunun iki maddəsi və «Qaçaqmalçılıq haqqında” 

Qanunun bir maddəsi də məcburi cəza kimi ölüm cəzasını nəzərdə tuturdu. 2004-cü il 

tarixli Cəza qanunu isə ölüm cəzasını cəzalar sırasından çıxarmışdır. 

Beləliklə, Türkiyə Respublika elan olunduqdan sonra ölkədə mütərəqqi dəyi-

şiklikləri  əks etdirən yeni (1926-cı il) Cəza Qanunu qəbul olundu. Lakin cəmiyyət 

inkişaf etdikcə, zaman dəyişdikcə cinayət qanunvericiliyi qarşısında yeni tələblər irəli 

sürülmüş  və ona dövrün, zamanın tələbindən irəli gələn mütərəqqi dəyişikliklər 

edilmişdir. 2004-cü il tarixli yeni Cəza qanunu cinayət hüququ elminin əldə etdiyi son 

nailiyyətləri əks etdirən mükəmməl qanundur. 

 

ƏDƏBİYYAT 

1.

 



Dönmezer S., Erman S. Nezari ve tatbiki Ceza hukuku. İstanbul: Beta basım evi, 1959. 

Cilt 1, 527 s.  

2.

 

Ejder Y. Hukuk sözlüyü. Yetkin yayın evi. Ankara: Sevinç matbaası, 1982, 1382 s. 



3.

 

Erem F. Türk ceza hukuku. Ankara: Sevinç matbaası, 1971, 625 s. 



4.

 

Gözübüyük A.R. Türk Ceza Kanunu açılaması. İstanbul: Yetkin yayın evi, 1980. Cilt 1, 528 s. 



5.

 

Məlikova M.F., Nəbiyev E.Q. Müasir dövlət və hüquq tarixi. Elm və həyat. Bakı: 2003, 636 s.  



6.

 

Taner T. Ceza hukuku. İstanbul: Beta basım evi, 1953, 600 s.  



 

 

НЕКОТОРЫЕ ВОПРОСЫ ПРЕСТУПЛЕНИЯ И НАКАЗАНИЯ В УГОЛОВНОМ 

ЗАКОНОДАТЕЛЬСТВЕ ТУРЕЦКОЙ РЕСПУБЛИКИ 

 

Э.Г.НАБИЕВ 

 

РЕЗЮМЕ 

 

В  статье  рассматриваются  некоторые  вопросы  уголовного  права  Турции,  такие, 



как:  понятие  преступления  и  наказания,  вины,  основные  признаки  уголовного 

правонарушения, а также изменения, внесенные в уголовное законодательство страны в 

период после 20-х годов ХХ века под влиянием социально-политических процессов.  

 

 



18


 

 

SOME QUESTIONS OF A CRIME AND PUNISHMENT IN CRIMINAL  

LЕGISLATION OF THE REPUBLIC OF TURKEY 

 

E.G.NABIYEV 

 

SUMMARY 

 

The article deals with some questions of criminal law of Turkey such as the concepts of 



a crime and punishment, guilt, the basic signs of criminal offence, as well as the changes in the 

criminal legislation of the country after 20s of the XX century under the influence of 

sociopolitical processes.

 

 



 

 

19



Yüklə 360,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə