“Menecment”, 050407 “Marketinq”


Mövzu3. Marketinq tədqiqatları



Yüklə 56,5 Kb.
səhifə3/12
tarix29.11.2023
ölçüsü56,5 Kb.
#143324
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathSillabus Marketinq

Mövzu3. Marketinq tədqiqatları
Marketinq tədqiqatları - bazarın öyrənilməsi vasitəsi kimi. Marketinq fəaliyyətinin həyata keçirilməsinə dair qərarların qəbul edilməsi məqsədilə onun ətraf mühitinə dair informasiya toplanması, onların işlənməsi, təhlil edilməsi, ümumiləşdirilməsi və marketinq fəaliyyəti üzrə tövsiyələrin hazırlanmasında marketinq tədqiqatlarının rolu. Marketinq baxımından bazar - hər hansı bir məhsula təlabatı və onu ödəmək imkanı olan istehlakçıların və bu tələbatın ödənilməsi üçün məhsullar təklif edən istehsalçıların, satıcıların məcmusu kimi. Tələblə təklif arasındakı nisbətin səviyyəsinə görə bazarın formaları. İstehlakçıların tiplərinə görə bazarın formaları. İstehlakçıların məhsulu almaq imkanına görə bazarın formaları.
Marketinq tədqiqatlarının məqsədi və istiqamətləri. Marketinq tədqiqatlarının əsas vəzifəsi.
Marketinq tədqiqatlarının aparılması prosesi. Daima aparılan marketinq tədqiqatları.
Vaxtaşırı aparılan (epizodik) marketinq tədqiqatları.
Marketinq tədqiqatları aparılarkən əməl edilməli olan tələblər. Marketinq tədqiqatlarının aparılması mərhələləri: məsələnin qoyuluşu və məqsədin müəy-yənləşdirilməsi; tədqiqat layihəsinin seçilməsi; tədqiqat metodlarının seçilməsi; informasiyanın toplanması metodlarının seçilməsi; informasiyanın toplanması və təhlili; təklif və tövsiyələrin hazırlanması; hesabatın hazırlanması.
Mövzu4. İstehlakçı davranışının tədqiqi
İstehlakçıların davranışının öyrənilməsinin və onun modelləşdirilməsinin məqsədi. İstehlakçıların tipologiyası - çoxlu sayda müxtəlif davranışa malik istehlakçıların oxşar və ya eyni davranış əlamətlərinə görə tipik istehlakçı qruplarında birləşdirilməsi kimi. İstehlakçı tiplərinin davranışına təsir edən amillər: istehlakçının şəxsiyyəti, müəssisənin özü ilə əlaqədar olan amillər və istehlakçı ilə əlaqədar olmayan amillər.
4

Son istehlakçıların davranışının modelləşdirilməsi. Son istehlakçıların davranışına təsir edən marketinq və istehlakçının şəxsiyyəti ilə əlaqədar olan amillər. İstehlakçının davranışına və məhsul seçiminə bu və ya digər dərəcədə stimullaşdırıcı təsir edən mar-ketinq amilləri - məhsul, qiymət, satış kanalları və satışın həvəsləndirilməsi ilə əlaqədar olan amillər.


İstehlakçının şəxsiyyəti ilə əlaqədar olan amillər - mədəniyyət amilləri, sosial amillər, istehlakçının şəxsi keyfiyyətilə əlaqədar olan amillər və psixoloji amillər. Məhsulun alınmasına dair qərarın qəbulu prosesi.
İşgüzar istehlakçıların davranışının modelləşdirilməsi. İşgüzar istehlakçıların davranışına təsir edən müəssisələrin xüsusiyyətilə əlaqədar olan amillər-işgüzar isteh-lakçıların böyük həcmdə məhsul istehlak etməsi; onların sayının az olması; coğrafi ərazicə sıx yerləşməsi; alıcıların və satıcıların peşəkar olması; satınalma qərarların kollegial qəbul edilməsi.

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə