Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Xəstəliklər zamanı, həmçinin qondarma və süni xəstəliklərə şübhə olduqda aparılan ekspertizada hansı məsələ öz həllini tapa bilir?



Yüklə 1,48 Mb.
səhifə2/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   2   3   4   5   6   7   8   9   ...   19

63) Xəstəliklər zamanı, həmçinin qondarma və süni xəstəliklərə şübhə olduqda aparılan ekspertizada hansı məsələ öz həllini tapa bilir?

A) Cinsi yetkinliyin təyini

B) Qızlığın təyini

C) Simulyasiyanın təyini

D) Yaşın təyini

E) Cinayətdə şübhəli alətin təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
64) Xəstəliklər zamanı, həmçinin qondarma və süni xəstəliklərə şübhə olduqda aparılan ekspertizada hansı məsələ öz həllini tapa bilir?

A) Aqqravasiyanın təyini

B) Əmələ gəlmə mexanizminin təyini

C) Mayalandırmanın təyini

D) Hermafroditizmin təyini

E) Xəsarətin müddətinin təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
65) Xəstəliklər zamanı, həmçinin qondarma və süni xəstəliklərə şübhə olduqda aparılan ekspertizada hansı məsələ öz həllini tapa bilir?

A) Cinayət alətinin identifikasiyası

B) Uşaqbazlığın təyini

C) Dezaqqravasiyanın təyini

D) Mayalandırma qabiliyyətinin təyini

E) Əxlaqsız hərəkətlərin təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

66) Xəstəliklər zamanı, həmçinin qondarma və süni xəstəliklərə şübhə olduqda aparılan ekspertizada hansı məsələ öz həllini tapa bilir?

A) Alkohol sərxoşluğunun təyini

B) Keçmiş doğuşların təyini

C) Cinsi əlaqədə ola bilmə qabiliyyətinin təyini

D) Keçmiş cinsi münasibətlərin təyini

E) Dissimulyasiyanın təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
67) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Meyitlərin məhkəmə tibbi ekspertizası

B) Kimyəvi ekspertizalar

C) Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası

D) Bioloji ekspertizalar

E) Kriminalistik ekspertizalar


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
68) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Canlı şəxslərin ekspertizası

B) Məhkəmə müəllifşünaslıq ekspertizası

C) Məhkəmə tibbi ekspertiza

D) Mübahisəli cinsi vəziyyətin təyini ekspertizası

E) Biokimyəvi ekspertiza


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
69) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Molekulyar genetik ekspertiza

B) Məhkəmə fonoskopik ekspertizası

C) Biomaterialların spektoqrafik ekspertizası

D) Canlı şəxslərin ekspertizası

E) Meyitlərin ekspertizası


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
70) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) İş sənədlərinin məhkəmə tibbi ekspertizası

B) Sənədlərin məhkəmə texniki ekspertizası

C) Bioloji maddi sübutların radioaktiv-kimyəvi ekspertizası

D) Maddi sübutların bioloji ekspertizası

E) Qeyri bioloji mənşəli maddi sübutların spektoqrafik ekspertizası


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
71) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Antropoloji ekspertiza

B) Osteoloji ekspertiza

C) Şəxsiyyətin identifikasiyası

D) Situasion ekspertiza

E) Məhkəmə-kompüter texniki ekspertizası


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
72) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Zəhərli maddələrin daxili üzvlərdə təyini ekspertizası

B) Dərman maddələrinin qanda təyini ekspertizası

C) Narkotik maddələrin sidikdə təyini ekspertizası

D) Kontrafakt məhsullarının məhkəmə ekspertizası

E) Psixotrop maddələrin qanda təyini ekspertizası


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
73) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Kriminalistik ekspertiza

B) Məhkəmə ballistik ekspertiza

C) Məhkəmə torpaqşünaslıq ekspertizası

D) Məhkəmə trassoloji ekspertiza

E) Bioloji ekspertiza


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
74) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Fiziki-texniki ekspertiza

B) Məhkəmə baytarlıq ekspertizası

C) Mübahisəli cinsi vəziyyətin təyini ekspertizası

D) İş materialları üzrə ekspertiza

E) Molekulyar genetik ekspertiza


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
75) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Meyit külünün ekspertizası

B) Məhkəmə yanğın-texniki ekspertizası

C) Kömürləşmiş meyitdən götürülmüş biomaterialın kimyəvi ekspertizası

D) Kömürləşmiş meyitin ekspertizası

E) Yanmaya məruz qalmış şəxsin ekspertizası


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
76) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin fəaliyyət istiqamətinə hansı ekspertizanın icrası aid deyil?

A) Məhkəmə texnoloji partlayış ekspertizası

B) Partlayış nəticəsində zərərçəkənlərin ekspertizası

C) Hadisə yerində meyitlərin xarici müayinəsi

D) Partlayış nəticəsində həlak olanların ekspertizası

E) Partlayış nəticəsində həlak olanların müəyyənləşdirilməsi


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
77) Birliyin Baş direktorunun vəzifəyə təyin olunması və vəzifədən azad olunması hansı vəzifəli şəxsin səlahiyyətinə aiddir?

A) Ədliyyə Nazirinin

B) Baş Prokurorun

C) Daxili İşlər Nazirinin

D) Ali Məhkəmənin

E) Səhiyyə Nazirinin


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008

78) Birliyin Baş direktorunun müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad olunması hansı vəzifəli şəxsin səlahiyyətinə aiddir?

A) Ədliyyə Nazirinin

B) Baş Prokurorun

C) Səhiyyə Nazirinin

D) Baş direktorun

E) Ali Məhkəmənin


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
79) Baş direktorun müavinlərinin vəzifə bölgüsü hansı vəzifəli şəxsin səlahiyyətinə aiddir?

A) Prokurorun

B) Baş Prokurorun

C) Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinin rəisinin

D) Baş direktorun

E) Bakı şəhər Apellyasiya məhkəməsinin sədrinin


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
80) Məhkəmə tibb ekspertizası Birlikdən başqa hansı dövlət ekspertiza idarəsi tərəfindən də yerinə yetirilir?

A) Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya Birliyi

B) Məhkəmə Psixiatrik Mərkəz

C) Həkim Əmək Ekspert Komissiyası

D) Respublika Narkoloji Dispanseri

E) Məhkəmə Ekspertiza Mərkəzi


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
81) Birlik hansı nazirliyin və ya orqanın tabeliyində fəaliyyət göstərir?

A) Məhkəmə Ekspertiza Mərkəzinin

B) Ədliyyə Nazirliyinin

C) Səhiyyə Nazirliyinin

D) Həkim Əmək Ekspert Komissiyasının

E) Respublika Narkoloji Dispanserinin


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
82) Birliyin maddi texniki, elmi-metodik və təşkilatı təminatı hansı nazirlik tərəfindən həyata keçirilir?

A) Ədliyyə Nazirliyi

B) Maliyyə Nazirliyi

C) Daxili İşlər Nazirliyi

D) Səhiyyə Nazirliyi

E) Milli Təhlükəsizlik Nazirliyi


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
83) Azərbaycan Respublikasında məhkəmə tibbi və patoloji anatomiya işlərinin təşkiledici və rəhbər qurumu hansı dövlət ekspert idarəsidir?

A) Naxçıvan MR-sı SN-nin MTE və PA Birliyi

B) Məhkəmə Psixiatrik Mərkəzi

C) Ə.Əliyev ad. Həkimləri Təkmilləşdirmə İnstitutu

D) Məhkəmə Ekspertiza Mərkəzi

E) AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi


Ədəbiyyat: Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında Əsasnamə. Bakı, 2008
84) Ekspertin hüquq və vəzifələri hansı qanunda və ya qanunvericilik aktında geniş izah edilmişdir?

A) Ali Məhkəmənin Plenumunun qərarlarında

B) Cinayət Prosessual Məcəlləsində

C) Cinayət Məcəlləsində

D) Əmək Məcəlləsində

E) Mülki Məcəllədə


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. Bakı, 2000

85) Məhkəmə iclasında verilmiş suallar əsasında tərtib edilmiş rəyin bir nüsxəsi harada saxlanılır?

A) Prokurorluğun arxivində

B) Təhqiqatçının kabinetində

C) Birliyin arxivində

D) Müstəntiqin kabinetində

E) İttiham idarəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı – 2006
86) Maddi sübutların molekulyar genetik müayinəsində hansı məsələ həll edilə bilməz?

A) Ölümün səbəbinin təyini

B) Uşaqların mübahisəli mənşələrinin təyini

C) Şəxsiyyəti məlum olmayan şəxsin meyit qalıqlarının identifikasiyası

D) Bioloji obyektlərin cinsi mənsubiyyətinin təyini

E) Şəxsiyyətin identifikasiyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
87) Genetik metodun tətbiqi hansı halda daha səmərəlidir?

A) Qrup mənsubiyyətinin təyini

B) Qanın yaşlı şəxsə və ya yenidoğulmuşa məxsusluğunun təyini

C) Şəxsiyyətin identifikasiyası

D) Regionallığın təyini

E) Qanın hansı qrupa məxsusluğunun təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
88) Genetik metodun tətbiqi hansı halda daha səmərəlidir?

A) Qan ləkəsinin əmələ gəlmə müddətinin təyini

B) Biomaterialın heyvana və insana məxsusluğunun təyini

C) Müayinə olunan obyektdə qanın mövcudluğunun təyini

D) Qanın doğan və ya hamilə qadına məxsusluğunun təyini

E) Bioloji qohumluğun təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
89) Bioloji mənşəli maddi sübutların tam aşkar edilib götürülməsi üçün hadisə yerinin qorunmasına cavabdeh kimdir?

A) Müstəntiq

B) Mütəxəssis

C) Zərərçəkmişin qohumları

D) Təqsirləndirilən şəxs

E) Ekspert


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
90) Hadisə yerindən götürülmüş müayinə obyektlərinin ekspert idarəsinə çatdırılması kimin səlahiyyətinə aiddir?

A) Mütəxəssisin

B) Əməliyyat müvəkkilinin

C) Ekspertin

D) Hal şahidlərinin

E) Müstəntiqin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
91) Hansı halda əşya maddi sübut kimi qəbul olunur?

A) Xəsarətə görə müəyyən edilmiş alətin maketi

B) Hadisə yerində tapılmış alət

C) Vəkilin təqdim etdiyi alət

D) Təqsirləndirilən şəxsin təqdim etdiyi alət

E) Cinayət aləti olmuş


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

92) Müstəntiq maddi sübutların ekspertizası üçün Birliyə nəyi təqdim etməlidir?

A) Hadisə barədə müstəntiq versiyalarını

B) Ekspertizanın təyin olunması barədə qərarı

C) Təqsirləndirilən şəxsin antropoloji göstəricilərini

D) Zərərçəkmişin hadisədən əvvəl əynində olduğu geyim əşyalarını

E) Zərərçəkmişin fotoşəklini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
93) Müstəntiq maddi sübutların ekspertizası üçün Birliyə əsas nəyi təqdim etməlidir?

A) Vəkilin razılığı ilə maddi sübutların qablaşdırılması barədə məlumatı

B) İstintaq əməliyyat qrupunun işinin müzakirə protokolunu

C) Maddi sübutun kütləsi, həcmi və digər xüsusiyyətləri barədə zərərçəkənin məlumatını

D) Qablaşdırılmış və möhürlənmiş müayinə olunacaq maddi sübutları

E) Maddi sübutların ekspert idarəsinə göndərilməsi barədə zərərçəkənin razılığı haqda məlumatı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

94) Maddi sübutların ekspertizasının ardıcıllığına hansı hal aid deyil?

A) Qablaşdırmaya baxış və onun təsviri

B) Mövcud metodlara uyğun ekspertizanın aparılması

C) Sənədlərin öyrənilməsi

D) Maddi sübutun varlığının təyini

E) Maddi sübutlar haqqında təqsirləndirilən şəxsi məlumatlandırmaq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

95) Maddi sübutların ekspertizasının ardıcıllığına hansı hal aid deyil?

A) Qablaşdırmanın yazılı təsviri

B) Müstəntiq tərəfindən qoyulmuş sualların həlli

C) Ekspert təcrübəsində qəbul olunmuş metod və üsullarla ekspertizanın aparılması

D) İş sənədlərinin öyrənilməsi

E) Maddi sübutlar açılarkən vəkilin şöbənin bütün əməkdaşlarının iştirakını təmin etməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

96) Maddi sübutların ekspertizasının ardıcıllığına hansı hal aid deyil?

A) Ekspert rəyinin tərtibi

B) Ekspert qarşısında qoyulmuş sualların həlli

C) Ekspert nəticəsinin tərtibi

D) Ekspertizanın keçirilmə planının tərtibatı

E) Ekspert nəticələrinin tərtib olunmasında müstəntiqin və vəkilin köməkliyini təmin etmək


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

97) Hadisə yerində hansı hərəkətləri etmək olmaz?

A) Siqaret çəkmək

B) Hadisə yerinin işıqlandırılmasını təmin etmək

C) Baxış zamanı xüsusi geyim və əlcək geyinmək

D) Hadisə yerinin qorunmasını təmin etmək

E) Baxış qaydalarına ciddiliklə riayət etmək


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
98) Hadisə yerində hansı hərəkətləri etmək olmaz?

A) Bütün kənar şəxsləri hadisə yerindən kənarlaşdırmaq

B) Qaranlıq şəraitdə ultrabənövşəyi işıqlandırmadan istifadə etmək

C) Baxışda lupadan istifadə etmək

D) Kresloda, stulda və divanda oturmaq

E) Hadisə yerinə baxışa aidiyyatı olmayan şəxsləri uzaqlaşdırmaq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
99) Hadisə yerində hansı hərəkətləri etmək olmaz?

A) Meyitin üst paltarlarını olduğu kimi saxlamaq

B) Meyitin geyim əşyalarının təmizlənməsi və dezinfeksiya edilməsi

C) Meyitin paltarlarını təsvir etmək

D) Meyitin geyim əşyalarının təmizlənməməsi

E) Meyitin alt paltarlarındakı çirklənmələri təmizləməmək


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009

100) Meyitin paltarlarını kimə vermək olar?

A) Hal şahidlərinə

B) Ekspert idarəsində saxlanılır

C) Vəkilə

D) Müstəntiqə

E) Meyitin qohumlarına


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
101) Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu hansı ildə imzalanmışdır?

A) 2003


B) 1995

C) 2001


D) 1999

E) 1996
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.


102) Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda aşağıdakı hansı anlayışlardan istifadə olunur?

A) Məhkəmə ekspertizası, vəkillik fəaliyyəti, məhkəmə eksperti, məhkəmə ekspertizası idarəsi

B) Məhkəmə ekspertizası fəaliyyəti, məhkəmə ekspertizası idarəsi, məhkəmə icraçısı, məhkəmə ekspertizasının predmeti

C) Məhkəmə eksperti, məhkəmə baxışı, məhkəmə ekspertizası, məhkəmə ekspertizası idarəsi

D) Məhkəmə ekspertizası idarəsi, ekspertin rəyi, məhkəmə ekspertizası fəaliyyəti, məhkəmə eksperti

E) Məhkəmə ekspertizası, məhkəmə eksperti, məhkəmə ekspertizası idarəsi, insan hüquqları üzrə mütəxəssis


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
103) Məhkəmə ekspertizası fəaliyyətinin əsas prinsipləri hansılardır?

A) İnsan hüquqlarının və azadlıqlarının qorunması, ekspertin müstəqilliyi, məhkəmə təbabəti fənninin tədrisi, məhkəmə ekspertizası idarəsi rəhbərinin şifahi göstərişlərinin icrası

B) Qanunçuluğun təmin edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, ekspertin müstəqilliyi, keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı

C) Vəkillik fəaliyyəti, məhkəmə təbabəti fənninin tədrisi, keçirilən tədqiqatların hərtərəfliliyi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması

D) Ekspertin müstəqilliyi, vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, keçirilən tədqiqatların obyektivliyi, cinayət təqibinin həyata keçirilməsi

E) İnsan və vətəndaş azadlıqlarının qorunması, insan və vətəndaş hüquqlarının qorunması, cinayət prosesinə müdaxilə, ekspertin müstəqilliyi


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
104) Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları aşağıdakılardan hansılardır?

A) Məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün tədqiqat obyektlərini tələb etmək

B) Məhkəmə ekspertizasının aparılmasında vəkilin iştirakını təmin etmək, məhkəmə baxışında məhkəmə ekspertinin iştirakını təmin etmək

C) Məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarla təqsirləndirilən şəxsi tanış etmək, ekspertə konkret məhkəmə ekspertizası üzrə onun nəticələrinin məzmununu müəyyən edən göstərişləri vermək

D) İdarədə tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması barədə qərarı təqdim edilmiş obyekt və iş materialları ilə birlikdə geri qaytarmaq

E) Məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün iş materiallarını tələb etmək


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
105) Məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifələri aşağıdakılardan hansılardır?

A) Tədqiqat aparılması üçün zəruri şəraiti yaratmaq, ali təhsil müəssisəsində məhkəmə-təbabəti fənnini tədris etmək

B) Məhkəmə təbabəti fənninin tədrisinə nəzarət etmək, təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanmasını təmin etmək

C) Ekspertə onların hüquq və vəzifələrini izah etmək, eksperti bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdar etməmək

D) Məhkəmə ekspertizasının təyin olunması barədə qərarı aldıqdan sonra konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması barədə tapşırıq vermək

E) İş üzrə materiallarının qorunub saxlanmasını, ekspertizaların nəticələrini təqsirləndirilən şəxsə çatdırılmasını təmin etmək


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
106) Ekspertin hansına hüquqları vardır?

A) Məhkəmə ekspertizasını təyin etmiş şəxsin hərəkəti ekspertin hüquqlarını pozmadıqda şikayət etmək

B) Özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək, məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq məlumat toplamaq

C) Məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq məlumat toplamaq, məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq

D) Ekspertizanın aparılmasında vəkilin iştirakına etiraz etmək, ekspertiza idarəsi rəhbərinin məhkəmə ekspertizası üzrə tədqiqatın gedişinə təsir edən göstərişinə əməl etməmək

E) Hakimin qərarı ilə məhkəmə istintaqı mərhələsində iş materiallarının tədqiqində iştirak etmək, rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin təqdim olunması barədə vəsatət vermək


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
107) Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edə bilər?

A) Tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda, ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda

B) Məhkəmə ekspertizasının təyin edilməsinin prosessual qaydası pozulmadıqda, məhkəmə ekspertizasını keçirmək üçün müstəqil olaraq məlumat toplamaq mümkün olmadıqda

C) Ekspertizanın gedişində vəkilin iştirakı təmin olunmadıqda, məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar olmadıqda

D) Verilən suallar ekspertin zəruri biliyindən kənara çıxmadıqda başqa idarə əməkdaşı ekspert qismində məhkəmə ekspertizasının aparılmasında iştirak etməkdən boyun qaçırdıqda

E) Ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda, verilən suallar ekspertin zəruri biliyindən kənara çıxmadıqda


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
108) Ekspertə aşağıdakıları etmək qadağandır?

A) Müstəntiqin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq

B) Müstəntiqin icazəsi ilə məhkəmə ekspertizasını aparmaq üçün material toplamaq

C) Məhkəmə ekspertizasını təyin etmiş şəxsin razılığı ilə tədqiqat obyektini məhv etmək

D) Məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq məlumat toplamaq, başqa idarənin əməkdaşı qismində məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək

E) Təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymamaq


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
109) Ekspertin aşağıdakı vəzifələri vardır?

A) Özəl ekspert fəaliyyəti ilə məşğul olmaq, məhkəmə-təbabəti fənnini tədris etmək, təqdim edilmiş tədqiqat obyektlərinin qorunub saxlanmasını təmin etmək

B) Gecə vaxtı meyitin məhkəmə-tibbi müayinəsindən imtina etmək, özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək

C) Tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanmasını təmin etmək, meyitlərin müayinəsinə dair müstəntiqə şifahi göstəriş vermək

D) Məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq

E) Təhqiqat və ibtidai istintaqın məlumatlarını çap etdirmək, meyitin müayinəsində aşkar olunan maraqlı məqamları digər ekspertlərə çatdırmaq


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə