Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Arxa-ön istiqamətdə ənsə nahiyyəsinə travmatik quvvənin təsiri zamanı baş beynin paylarında və səthlərində yerləşən əks-zərbə xəsarətləri harada olur?



Yüklə 1,48 Mb.
səhifə8/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

435) Arxa-ön istiqamətdə ənsə nahiyyəsinə travmatik quvvənin təsiri zamanı baş beynin paylarında və səthlərində yerləşən əks-zərbə xəsarətləri harada olur?

A) Beyinciyin bazal səthində

B) Təpə paylarının qabarıq səthlərində

C) Beyin əsasında

D) Baş beyinin alın və gicgah paylarının qutblərində

E) Gicgah paylarının yan səthlərində


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
436) Yuxarı və arxa-ön istiqamətdə ənsə nahiyyəsinə travmatik quvvənin təsiri zamanı baş beyinin səthi və payları üzərində olan əks-zərbə xəsarətləri harada yerləşir?

A) Təpə paylarının yuxarı-qabarıq səthində

B) Alın və gicgah paylarının ön-bazal səthlərində

C) Gicgah paylarının yuxarı səthlərində

D) Ənsə paylarının ön-yuxarı səthlərində

E) Alın paylarının yuxarı səthində


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
437) Sağ ənsə-gicgah nahiyyəsinə travmatik quvvənin təsiri zamanı baş beynin səthi və payları üzərində olan əks-zərbə xəsarətləri harada yerləşir?

A) Baş beyin sol alın payının ön səthində

B) Baş beyinin sol alın payının bazal səthində

C) Baş beyinin sol alın payının ön-aşağı səthində

D) Baş beyinin sol alın payının ön-xarici səthi və sol gicgah payının xarici səthində

E) Sol ənsə payının qutbündə


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

438) Kəllə-beyin travmalarına dair monoqrafiya hansı müəllifindir?

A) V.V.Tomilin

B) R.M.Yusifli

C) V.N.Kryukov

D) Ş.M.Musayev

E) V.L.Popov


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

439) Lokal sınıqların konstruksiyon sınıqlardan fərqi nədədir?

A) Fərqi yoxdur

B) Travmatik qüvvənin təsir etdiyi yerdən uzaqda və təsir etdiyi yerdə əmələ gəlir

C) Travmatik qüvvənin təsir etdiyi yerdən uzaqda əmələ gəlir

D) Travmatik qüvvənin təsir etdiyi yerdə əmələ gəlir

E) Travmatik qüvvənin təsir etdiyi yerə yaxın əmələ gəlir


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

440) Başın yandan sıxılması zamanı kəllə tağı və əsası sümüklərinin əsas meridianal xətləri hansı istiqamətdə olur?

A) Dəqiq olmur

B) Çəp

C) Köndələn



D) Diaqonal

E) Boylama


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
441) Başın ön-arxa istiqamətdə sıxılması zamanı kəllə tağı və əsası sümüklərinin əsas meridianal xətləri hansı istiqamətdə olur?

A) Diaqonal

B) Boylama

C) Çəp


D) Köndələn

E) Dəqiq olmur


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
442) Burulma deformasiyasından əmələ gələn borulu sümüklərin sınıqları hansı xarakterdə olur?

A) Dəlikşəkilli

B) Qarışıq

C) Qəlpəli

D) Köndələn

E) Vintşəkilli (spiralvari)


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

443) Əyilmə deformasiyası nəticəsində əmələ gələn borulu sümüklərin sınıqları hansı xarakterdə olur?

A) Spiralvari

B) Dəlikşəkilli

C) Köndələn-çəp qəlpəli

D) Boylama

E) Vintşəkilli


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

444) «Bamper» sınıqları hansı sümüklərdə əmələ gəlir?

A) Kəllə sümüklərində

B) Qabırğalarda

C) Çanaq sümüklərində

D) Kürək sümüklərində

E) Baldır sümüklərində


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

445) Ayaqlar üzərinə yüksək hündürlükdən yıxılarkən yaranan kontakt xəsarəti hansıdır?

A) Kəllə əsasında böyük ənsə dəliyi ətrafında həlqəşəkilli sınıq

B) Döş və bel fəqərələrinin kompression sınıqları

C) Daban sümüklərinin qəlpəli sınıqları

D) Ürəyin, ağ ciyərlərin yerlərindən qopması və yerini dəyişməsi

E) Baldır sümüklərinin pərçimlənmiş sınıqları


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

446) Ayaqlar üzərinə yüksək hündürlükdən yıxılarkən yaranan konstruksion xəsarətlər hansıdır?

A) Ayaq-pəncə sümüklərinin qəlpəli sınıqları

B) Ayaq altının əzilmiş yaraları

C) Aşıq-baldır oynağının tam çıxıqları

D) Daban sümüklərinin sınığı

E) Bud sümüklərinin pərçimlənmiş sınıqları


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006

447) Çənələrin qapanmış vəziyyətində alt çənə cismi nahiyəsinə zərbə yetirilərsə sınıq əsasən harada yaranır?

A) Zərbə yetirilən nahiyədə

B) Alt çənənin boynu nahiyəsində

C) Zərbə yetirilən nahiyənin diametral əks tərəfində

D) Həm zərbə yetirilən, həm də diametral əks tərəfdə

E) Çənə şaxəsi nahiyəsində


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

448) Çənələrin açılmış vəziyyətində alt çənə cismi nahiyəsinə zərbə yandan yetirilərsə sınıq çənənin hansı hissəsində yaranır?

A) Alt çənənin cismində

B) Çənənin boynu nahiyəsində əsasən zərbənin əks tərəfində

C) Alt çənənin horizontal şaxəsində

D) Alt çənənin bucaq nahiyəsində

E) Sınıq yaranmır


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

449) Sınıqların əmələ gəlmə mexanizminin təyinində ən etibarlı üsul hansıdır?

A) Fraktoqramma

B) Ölçmə

C) Qrafik analiz

D) Şəkil çəkmə

E) Riyazi hesablama


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
450) Səthi nəm, çökək, çəhrayımtıl-qırmızımtıl rəngdə olan sıyrığın törəmə müddəti nə qədərdir?

A) 24-36 saat əvvəl

B) 1-4 gün əvvəl

C) 7-14 gün əvvəl

D) Bir neçə saat

E) 12-24 saat əvvəl


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

451) Səthi quru, hündür, zədələnməmiş ətraf dəri səviyyəsində, qonur-qırmızı qartmaqla örtülmüş sıyrığın törənmə müddəti nə qədərdir?

A) 5-7 gün əvvəl

B) 9-11 gün əvvəl

C) 1-2 gün əvvəl

D) 15-12 gün əvvəl

E) 3-4 gün əvvəl


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
452) Sıyrıqlar daha tez bədənin hansı hissəsində sağalır?

A) Aşağı ətraflarda

B) Başda və boyunda

C) Ətraflarda

D) Gövdədə

E) Hər yerdə eyni vaxtda


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

453) Qançırlar (qansızmalar) bədənin hansı hissələrində rəng dəyişməsinə məruz qalmır?

A) Hər yerdə

B) Göz qapaqlarında

C) Boyunda

D) Selikli qişalarda

E) Üzdə
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.



İti alətlə zədələnmələr

454) Aşağıdakılardan hansı deşici alətlərə aiddir?

A) Şüşə qırığı

B) İskənə

C) Xəncər

D) Bıçaq

E) Biz
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


455) Hansı toxumanın zədələnməsinə əsasən xəsarətin deşici alət təsirindən yaranmasını dəqiq təyin etmək mümkündür?

A) Selikli qişa

B) Sümük

C) Piy


D) Fasiya

E) Əzələ
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.


456) Deşilmiş-kəsilmiş yaranın əmələ gəlmə mexanizminin qiymətləndirilməsində ən etibarlı üsul hansıdır?

A) Ölçmə


B) Riyazi hesablama

C) Rəngli əks salma

D) Vektor qrafik analiz

E) Fotoçəkiliş


Ədəbiyyat: Şakir Musayev. Zədələrin morfoloji xüsusiyyətlərinin qrafik əks olunma üsulları və onların diaqnostik qiymətləndirilməsi, Bakı – 1999

457) Aşağıdakılardan hansı deşici-kəsici alətlərə aiddir?

A) İskənə

B) Biz

C) Bıçaq



D) Balta

E) Şüşə qırığı


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
458) Deşilmiş-kəsilmiş yaranın kənarları necə olur?

A) Hamar

B) Girintili-çıxıntılı

C) Nahamar

D) Nisbi hamar

E) Toxuma defektli, azacıq nahamar


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.

459) Deşilmiş-kəsilmiş yaranın ucları necə olur?

A) Hər iki ucu oval formalı

B) Hər iki ucu «M» şəkilli

C) Bir ucu iti, digər ucu küt

D) Bir ucu «M» şəkilli, digər ucu oval formalı

E) Kənarları hamar, ucları iti, yaranın dibini dərialtı piy toxuması təşkil edir


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
460) Tiyəsinin hər iki kənarı itilənmiş deşici-kəsici alətlə yetirilmiş yaranın ucları necə olur?

A) Bir ucu «M» şəkilli, digər ucu iti

B) Hər iki ucu «M» şəkilli

C) Bir ucu iti, digər ucu küt

D) Hər iki ucu oval formalı

E) Kənarları hamar, ucları iti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

461) Deşilmiş kəsilmiş yaranın ətrafında sıyrılma nəyin təsirindən əmələ gəlir?

A) Tiyənin ucunun

B) Tiyənin iti kənarının

C) Dəstəyin ön kənarının, yaxud məhdudlaşdırıcının

D) Tiyənin küt tərəfinin

E) Zərərçəkənin əynində olan paltarların


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.

462) Deşilmiş-kəsilmiş yaranı törədən alətin tiyəsinin konstruktiv xüsusiyyətlərinin qiymətləndirilməsində ən etibarlı üsul hansıdır?

A) Morfoloji əlamətlərin kodlaşdırılması

B) Ölçmə

C) Analitik-analiz

D) Şüalandırma

E) Riyazi hesablama


Ədəbiyyat: Şakir Musayev. Zədələrin morfoloji xüsusiyyətlərinin qrafik əks olunma üsulları və onların diaqnostik qiymətləndirilməsi, Bakı – 1999

463) Hansı yaralar iti əşyalarla yetirilmiş xəsarətlər hesab olunur?

A) Kəsilmiş yaralar

B) Odlu silah-qırma yaraları

C) Odlu silah-güllə yaraları

D) Qəlpə yaraları

E) Əzilmiş yaralar


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.

464) Hansı nahiyədə yerləşmiş əzilmiş yara çapılmış, yaxud kəsilmiş yaranı xatırladır?

A) Döş qəfəsində

B) Başın tüklü hissəsində

C) Bazu nahiyələrində

D) Qarında

E) Bud nahiyələrində


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.

465) Hansı halda yara kanalının dərinliyinə əsasən tiyənin uzunluğu haqqında mühakimə yürütmək olar?

A) Yara kanalı parenximatoz orqanlardan keçdikdə

B) Yara kanalının sonu sümük toxumasına çatdıqda

C) Yara bud nahiyəsində yerləşdikdə

D) Yara döş qəfəsində yerləşdikdə

E) Yaranın ətrafında məhdudlaşdırıcının qançır, yaxud sıyrıq şəklində izi qaldıqda


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
466) Kəsilmiş yaranın xarakterik forması necədir?

A) Dördbucaqlı

B) İyşəkilli

C) Ulduzşəkilli

D) Dairə formalı

E) Oval formalı


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
467) Kəsici alət təsirindən yaranan xəsarətlərin xarakterik xüsusiyyətləri necədir?

A) Kənarları nisbi hamar və azacıq sıyrıqlı, ucları iti

B) Oval şəkilli, kənarları hamar və sıyrıqlı

C) Kənarları nahamar və sıyrıqlı, ucları küt

D) Dairə yaxud oval formalı, toxuma defekti, kənarları nahamar

E) Kənarları hamar, ucları iti, iyşəkilli


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
468) Aşağıdakı kəsilmiş yaralardan hansı, şəxsin öz əli ilə yetirilməyə xarakterikdir?

A) Çoxsaylı olub, bədənin müxtəlif nahiyələrində yerləşən yaralar

B) Boyunun ön və ön-yan səthlərində yerləşməklə sümüyə qədər çatan yaralar

C) Sol saidin ön səthində olmaqla bir-birinə paralel yerləşən yaralar

D) 1-2 ədəddən çox olmamaqla başın tüklü hissəsində aşkar olunan yaralar

E) Hər iki saidin ön səthində bir-biri ilə kəsişməklə, bükücü vətərlərin kəsilməsi ilə müşayiət olunan yaralar


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.

469) Ucu deformasiya (əyilmiş) olmuş tiyənin təsirindən yarada hansı əlamət əmələ gəlir?

A) Kənarları qançırsız olur

B) Kənarları düz olur

C) Kənarlar sıyrıqsız olur

D) Xarakterik əlamət əmələ gəlmir

E) Kənarlarda dilşəkilli çıxıntı sıyrıqla


Ədəbiyyat: Şakir Musayev. Zədələrin morfoloji xüsusiyyətlərinin qrafik əks olunma üsulları və onların diaqnostik qiymətləndirilməsi, Bakı – 1999

470) Çapılmış yaranın xarakterik xüsusiyyəti nədir?

A) Yara boyunca yaranın kənarlarındakı tüklərin kəsilməsi

B) Yara içərisindəki əzələ toxumasının əzilməsi

C) Yaranın dərin olması və yara nahiyəsindəki sümük toxumasının çapılması

D) Yaranın döş və qarın boşluqlarına nüfuz etməsi

E) Yaranın kənarlarının qançır və sıyrıqla əhatə olunması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
471) Hansı toxumalardakı zədələrə əsasən çapıcı alətin identifikasiyası mümkündür?

A) Sümüklərdə və qığırdaq toxumasındakı

B) Əzələ toxumasındakı

C) Əzələ və piy toxumasındakı

D) Dəri və əzələ toxumasındakı

E) Dəri toxumasındakı


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.
472) Təyinatına görə hansı alət iti alətə aiddir?

A) Kərpic

B) Bıçaq

C) Mərmi


D) Taxta parçası

E) Armatur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti, Bakı – 2006

473) Aşağıdakılardan hansının iti alətə aidiyyəti yoxdur?

A) İskənə

B) Daş parçası

C) Biz


D) Qayçı

E) Bıçaq
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998


474) Yastı tiyə tipli alətin təsir mexanizmi hansıdır?

A) Pazvari

B) Deşici-kəsici

C) Kontuzion

D) Əzici

E) Dağıdıcı


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
475) İti alətlərdən hansı qırxıcı alətə aiddir?

A) Mişar


B) Qayçı

C) Balta


D) Dəhrə

E) İskənə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertizanın imkanları, Bakı – 2001

476) İti alətlərdən hansı çapıcı alətə aiddir?

A) Mismar

B) Xəncər

C) Bıçaq


D) Balta

E) İynə
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998


477) Üçbucaqlı dişləri olan mişarın təsirindən əmələ gəlmiş yaranın əsasən xarakterik xüsusiyyəti hansıdır?

A) Fasiləsiz kənarlar

B) Fasiləli kənarlar

C) Xarakter göstərici yoxdur

D) Dalğavarı kənarlar

E) Düz kənarlar


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
478) İti alətlərdən hansı kəsici alətə aiddir?

A) Dəhrə


B) Ülgüc

C) Mişar


D) Xəncər

E) Balta
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998



479) İti alətlərdən hansı təsir mexanizminə görə mişarlayıcı alətə aiddir?

A) Mişar

B) Ülgüc

C) Qayçı


D) İynə

E) Mismar


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

480) Hansı zədə baltanın tiyəsinin ülgücünün təsirindən əmələ gəlmişdir?

A) Çapılmış

B) Deşilmiş-kəsilmiş

C) Cırılmış

D) Didilmiş

E) Deşilmiş


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

481) Hansı zədə baltanın tiyəsinin dabancığının və ya buruncuğunun təsirindən əmələ gəlmişdir?

A) Cırılmış

B) Deşilmiş-kəsilmiş

C) Didilmiş

D) Sıyrılmış

E) Əzilmiş


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

482) Deşilmiş-kəsilmiş yaraya morfoloji əlamətlərdən hansı aid deyil?

A) Kənarların sıyrıqsız olması

B) Kənarların nahamar olması

C) Kənarların hamar olması

D) Yara kənarının sıyrıqsız və qançırsız olması

E) Divarların hamar olması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
483) Aşağıdakı morfoloji əlamətlərdən hansı əsasən çapılmış yaranı xarakterizə edir?

A) Yara boyunca divarlar arasında çoxsaylı toxuma atmalarının olması

B) Kənarların hamar və sıyrıqsız olması

C) Kənarların qeyri-hamar, sıyrıqlı, divarların nahamar və qançırlı olması

D) Yara divarında tüklərin uclarının qıvrılması

E) Kənarların zolaqvari sıyrıqlı, divarların hamar və ucların iti və ya П; Г şəkilli olması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
484) İti alətlərin təsirindən hansı zədə əmələ gələ bilməz?

A) Cırılmış

B) Deşilmiş-kəsilmiş

C) Çapılmış

D) Deşilmiş

E) Kəsilmiş


Ədəbiyyat: Vladimir Popov. Şakir Musayev. Судебная медицина, Санкт-Петербург – 2009.
485) İti alətlərin təsirindən hansı zədə əmələ gələ bilməz?

A) Kəsilmiş

B) Deşilmiş-çapılmış

C) Deşilmiş

D) Əzilmiş

E) Çapılmış


Ədəbiyyat: Vladimir Popov. Şakir Musayev. Судебная медицина, Санкт-Петербург – 2009.

486) İti alətin kombinə olunmuş təsiri hansıdır?

A) Deşici-kəsici

B) Çapıcı

C) Deşici

D) Kəsici

E) Qırxıcı


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi trassoloji məsələləri, Bakı – 1998

487) İti alətin kombinə olunmuş təsiri hansıdır?

A) Deşici

B) Kəsici

C) Qırxıcı

D) Çapıcı

E) Deşici-çapıcı


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi trassoloji məsələləri, Bakı – 1998
488) Deşilmiş yaranın əmələ gəlməsinin mexanizmində əsas zədələnmə hansıdır?

A) Dərinin əzilməsi

B) Tiyənin səthinin sürtülməsi nəticəsində dəri səthinin sıyrılması, soyulması və cırılması

C) Dərinin çapılması

D) Dərinin kəsilməsi

E) Dərinin dağılması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi trassoloji məsələləri, Bakı – 1998
489) Deşilmiş yaranın əsas əlaməti hansıdır?

A) Toxumanın dağılması

B) Toxumanın kəsilməsi

C) Kənarların nahamar və sıyrıqlı olması

D) Toxuma defektinin olması

E) Toxumanın əzilməsi


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi trassoloji məsələləri, Bakı – 1998
490) Deşilmiş yaranın əsas əlaməti hansıdır?

A) Ucların iti olması

B) Toxumanın kəsilməsi

C) Toxumanın əzilməsi

D) Bir ucun küt olması

E) Kənarların və divarların qançırlı və qansızmalı olması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı, 1998.
491) Deşici alətin tiyəsində neçə qabırğa olduqda yara kənarında cırılma əmələ gəlir?

A) İki qabırğa

B) On qabırğa

C) Səkkiz qabırğa

D) On iki qabırğa

E) Əmələ gəlmir


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
492) Deşici alətin tiyəsində neçə qabırğa olanda yara kənarında cırılma əmələ gəlir?

A) On iki qabırğa

B) Üç qabırğa

C) On qabırğa

D) On qabırğadan yuxarı

E) Əmələ gəlmir


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
493) Deşici alətin tiyəsində neçə qabırğa olduqda yara kənarında cırılma əmələ gəlir?

A) Dörd qabırğa

B) Səkkizdən yuxarı

C) On qabırğan yuxarı

D) Səkkiz qabırğa

E) On qabırğa


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

494) Yastı sümüklərdə deşici alətin təsirindən hansı sınıq əmələ gəlir?

A) Pilləvari

B) Kəsilmiş

C) Çapılmış

D) Basılmış

E) Deşilmiş


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
495) Kəsilmiş yaranın yaranma mexanizminin əsasını aşağıdakılardan hansı təşkil edir?

A) Tiyənin təsiri ilə toxumanın səthinin soyulması

B) Tiyənin yan səthinin təsirindən toxuma səthinin soyulması

C) Kəsici alətin ülgücünün zədə alan səth üzrə bir qədər təzyiqlə çəkilməsi

D) Kəsici alətin tiyəsi ilə toxumanın əzilməsi

E) Tiyənin küpünün təsirindən toxuma tamlığının soyulması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
496) Kəsilmiş yaranın əsas əlaməti hansıdır?

A) Kənarlarının sıyrıqlı olması

B) Kənarlarının sıyrıq və qançırlı olması

C) Uclarının iti, kənarlarının hamar və sıyrıqsız olması

D) Divarlarının nahamar olması

E) Kənarlarının qançırlı olması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
497) Həqiqi kəsilmiş yaranın yara kanalı olurmu?

A) Dərin olur

B) Olmur

C) Olur


D) Olduqca dərin olur

E) Orta dərinlikdə olur


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

498) Tipik kəsilmiş yaranın ən dərin nahiyəsi yaranın hansı hissəsində yerləşir?

A) Ortada

B) Ortadan axıra kimi

C) Başlanğıcında

D) Bütün yara boyunca

E) Axırda


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
499) Kəsilmiş yaranın kənarının sıyrıqlı olması hansı səbəbdən əmələ gəlir?

A) Sıyrıq olmur

B) Ülgücün itiliyinin çox olması

C) Tiyənin yanaqlarının hamar olması

D) Dərinin qalınlığı

E) Dərinin nazikliyi


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

500) Deşilmiş kəsilmiş yaranın əsas elementi (hissəsi) hansıdır?

A) Qançırlı nahiyə

B) Cırılmış nahiyə

C) Əsas kəsiyin itiuclu hissəsi

D) Əzilmiş nahiyə

E) Didilmiş nahiyə


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

501) Deşilmiş kəsilmiş yaranın əsas elementi (hissəsi) hansıdır?

A) Divarların nahamar hissəsi

B) Əsas kəsiyin küp hissəsi

C) Didilmiş nahiyə

D) Divarların qançırlı olması

E) Kənarların nahamar hissəsi


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə