Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Məhkəmə-tibbi müayinənin məhkəmə-tibbi ekspertizadan fərqi nədədir?



Yüklə 1,48 Mb.
səhifə14/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   ...   11   12   13   14   15   16   17   18   19

845) Məhkəmə-tibbi müayinənin məhkəmə-tibbi ekspertizadan fərqi nədədir?

A) Məhkəmə-tibbi müayinə sənədlər əsasında, ekspertiza isə zərərçəkənin müayinəsi əsasında icra edilir

B) Məhkəmə-tibbi ekspertiza qərar əsasında, məhkəmə-tibbi müayinə isə göndəriş (təliqə) əsasında icra edilir

C) Müayinə aktı qərar əsasında, ekspert rəyi isə zərərçəkənin ərizəsi əsasında tərtib olunur

D) Məhkəmə-tibbi müayinə aktı iki hissədən, məhkəmə-tibbi rəy isə üç hissədən ibarət olmaqla tərtib olunur

E) Müayinə zamanı ekspertə AR CM-nin 297-ci maddəsində nəzərdə tutulan məhsuliyyəti barədə xəbərdarlıq elan olunur, ekspertiza apararkən isə elan olunmur


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
846) Məhkəmə-tibbi müayinəni kim aparır?

A) Müstəntiq

B) Məhkəmə-tibb eksperti

C) Müalicə həkimi

D) Vəkil

E) Məhkəmə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
847) Kəllə sümükləri və baş beyin zədələnmələri zamanı əmələ gələn xəsarətlərdən hansıları həyat üçün təhlükəlidir?

A) Asteno-nevrotik vəziyyətlə fəsadlaşmış baş-beyin silkələnməsi

B) Baş beyin silkələnməsi

C) Yüngül dərəcəli beyin əzilməsi

D) Alın sümüyünün xarici səhifəsinin çatı

E) Kəllə boşluğuna işləyən yara


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

848) Ağır dərəcəli şokla nəticələnən onurğa sütununun döş seqmentlərinin zədələnməsi hansı əlamətinə əsasən qiymətləndirilir?

A) İrsi xəstəliklərlə əlaqəliliyinə

B) Əmək qabiliyyətinin cüzi itirilmə faizinə

C) Müalicə müddətinə

D) Ağ ciyər-ürək çatmamazlığı kimi yanaşı xəstəliyin olmasına

E) Həyat üçün təhlükəliliyinə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
849) Döş qəfəsinin və ya bir neçə döş fəqərəsinin funksiya pozğunluğu ilə müşayiət olunmayan sınığı və ya sınıq-çıxığı hansı əlamətə əsasən qiymətləndirilir?

A) Xroniki xəstəliklərdən törənməsinə

B) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi faizinə

C) Peşəkar əmək qabiliyyətinin itirlmə faizinə

D) Həyat üçün təhlükəli olmasına

E) Sağlamlığının uzun müddətə pozulması əlamətinə görə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
850) Bədən xəsarətlərinə dair məhkəmə-tibbi ekspertizanın icrası zamanı hansı suallara cavab verilir?

A) Cinsi mənsubluğa dair

B) Yaşın təyininə dair

C) Sağlamlığa zərərvurmanın dərəcəsinə və xarakterinə dair

D) Zöhrəvi xəstəliklərlə bağlılığına dair

E) Xroniki xəstəliklərlə bağlılığına dair


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
851) Üzdə xəsarətin izi silinməz olduğunu kim təyin edir?

A) Məhkəmə-tibb eksperti

B) Müalicə həkimi

C) Baş həkim

D) Kosmetoloq

E) Vəkil
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006


852) Üzdə izi silinən xəsarətlərin müayinəsində əsas nələrə fikir verilir?

A) Xəsarətin ağırlıq dərəcəsinin təyininə

B) Xəsarətin üzdə asimmetriya, mimika pozuntusu törədib-törətməməsinə və onun izinin getdikcə az nəzərə çarpan olmasına

C) Xəsarətin əmələgəlmə şəraitinin təyininə

D) Çapıq toxumasının rənginə

E) Xəsarətin yetirilmə müddətini təyininə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

853) Xəsarətin izi silinən olub-olmamasını kim təyin edir?

A) Məhkəmə-tibb eksperti

B) Müalicə həkimi

C) Kosmetoloq

D) Vəkil

E) Mütəxəssis rentqenoloq


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

854) Görmənin itirilməsi dedikdə nə başa düşülür?

A) Ağlı qişaya qansızma

B) Gözün iltihabi xəstəliyi

C) Hər iki gözdə görmənin itirilməsi

D) Çəpgözlülük

E) Uzağı görmənin zəifləməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

855) Eşitmənin itirilməsi dedikdə nə başa düşülür?

A) Bir qulaq seyvanının 1/3 hissəsinin amputasiyası

B) Qulaq seyvanının tam itirilməsi

C) Daxili qulaq keçəcəyinin bir qədər daralması

D) 2m-dən uzaq məsafədən pıçıltı ilə deyilən sözün eşidilməməsi

E) 3-5 sm qulaq seyvanından aralı məsafədə zərərçəkənin danışıq nitqini eşitməməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
856) Cinsi cinayətlərə dair işlərin araşdırılmasında hansı hallarda məhkəmə-tibbi ekspertiza təyin olunur?

A) Yaşın təyininə ehtiyac yarandıqda

B) 18 yaşı tamam olmuş şəxin istəyi ilə onunla cinsi əlaqədə olunduqda

C) Zərərçəkənin razılığı olmadan fiziki zor tətbiq etməklə onunla cinsi əlaqədə olma zamanı

D) Zərərçəkən yalnız ambulator müalicədə olduğu hallarda

E) Zərərçəkən yalnız stasionar müalicədə olduğu hallarda


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
857) Cinsi əlaqədə olma qabiliyyətinin ekspertizası nələrin təyinini nəzərdə tutur?

A) Mayalandırma və nəsltörətmə qabiliyyətinin təyinini

B) Yaşın təyinini

C) Bədən xəsarətlərinin təyinini

D) Zöhrəvi xəstəliklərin təyinini

E) Ümumi əmək qabiliyyətinin təyinini


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

858) Məhkəmə-tibb ekspertizası hansı hallarda təyin olunur?

A) Zöhrəvi xəstəliklərin təyinində

B) Əl izlərinin təyinində

C) Xəttin təyinində

D) Torpağın tərkibinin təyinində

E) Soyuq silahın təyinində


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

859) Məhkəmə-tibb ekspertizası harada aparılır?

A) Ekspertin mənzilində

B) Həyətdə

C) Məhkəmə-tibbi ambulatoriyada

D) Müstəntiqin evində

E) Küçədə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
860) Məhkəmə-tibb ekspertizası hansı hallarda bir neçə ekspert tərəfindən icra edilir?

A) Xəsarətin müddətinin təyinində

B) Xəsarəti törədən alətin təyinində

C) Sağlamlıq vəziyyətinin və həkimlərin peşə faliyyətlərinə dair ekspertizaların təyinində

D) Sağlamlığa zərər vurmanın təyinində

E) Xəsarətin əmələ gəlmə mexanizminin təyinində


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
861) Canlı şəxslərin məhkəmə-tibbi ekspertizasının aparılmasında qanuna uyğun olaraq kimlər iştirak edə bilər?

A) Ailə həkimi

B) Hüquq-mühafizə orqanlarının əməkdaşları

C) Müalicə həkimi

D) Sahə həkimi

E) Müalicə olunduğu şöbənin müdiri


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

862) Çanaq sümüklərinin sınığı hansı hallarda həyat üçün təhlükəli olan xəsarətlərə aid edilir?

A) Peşəkar əmək qabiliyyətinin 30%-dən az itirilməsinə səbəb olduqda

B) Ümumi əmək qabiliyyətinin 20%-nin itirilməsinə səbəb olduqda

C) Bud-çanaq oynağında yüngül dərəcəli hərəkət məhdudluğu yaratdıqda

D) Ağır dərəcəli şokla müşayiət olunduqda

E) Sağlamlığın uzun müddət pozulmasına səbəb olduqda


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
863) Qol və ya qıçın itirilməsi dedikdə nə başa düşülür?

A) Diz oynağının artrozu

B) Qol və ya qıçın gövdədən tam ayrılması

C) Aşıq-daban oynağının parçalanmış yarası

D) Mil-bilək və ya dirsək oynağında hərəkət məhdudluğu

E) Mil-bilək oynağı səviyyəsindən ətrafın amputasiyası


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
864) Yuxarı ətrafın saidin orta 1/3-dən amputasiyası hansı əlamətə əsasən qiymətləndirilir?

A) Said sümüklərinin sınığının qapalı olmasına əsasən

B) Həyat üçün təhlükəli olmasına əsasən

C) Sağlamlığın pozulma müddətinə əsasən

D) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilmə faizinə əsasən

E) Said sümüklərinin sınıqlarının açıq olmasına əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
865) Kişilərdə nəsiltörətmə qabiliyyəti dedikdə nə nəzərdə tutulur?

A) Ümumi əmək qabiliyyəti

B) Cinsi əlaqədə olma, mayalandırma və nəsilartırma qabiliyyəti

C) Özünə qulluq etmə qabiliyyəti

D) Xüsusi əmək qabiliyyəti

E) Peşəkar əmək qabiliyyəti


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
866) Travma nəticəsində əlin funksiyasının pozulmasının sağlamlığa zərərvurma dərəcəsi hansı əlamətə əsasən qiymətləndirilir?

A) Həmin nahiyədə çapıq toxumasının olmasına əsasən

B) Zərərçəkənin toksoman olmasına əsasən

C) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsinin təyininə əsasən

D) Müalicə müddətinə əsasən

E) Zərərçəkənin narkoman olub-olmamasına əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

867) Ağır dərəcəli şokla və tənəffüsün pozulması ilə nəticələnən, selikli qişanın cırılması ilə müşayiət olunan udlaq və qırtlaq qığırdaqlarının qapalı zədələnməsi hansı əlamətlərinə əsasən qiymətləndirilir?

A) Ümumi əmək qabiliyyətinin itirilmə faizinə əsasən

B) Həyat üçün təhlükəli olmasına əsasən

C) Tənəffüs aktının ağrılı olmasına əsasən

D) Səhhətin uzun müddət pozulmasına əsasən

E) Peşəkar əmək qabiliyyətinin itirilməsi faizinə əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
868) Bədən xəsarətlərinin sağlamlığa zərərvurma dərəcəsi hansı əlamətə əsasən qiymətləndirilir?

A) Xəsarətin həyat üçün təhlükəli olmasına əsasən

B) Yuxu rejiminin pozulmasına əsasən

C) Ağrı simptomunun olmasına əsasən

D) Arterial qan təzyiqinin dəyişməsinə əsasən

E) Hərarətin yüksəlməsinə əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

869) Sağlamlığa zərərvurmanın dərəcəsinin təyinində xəsarətin son nəticəsi hansı hallarda nəzərə alınır?

A) Hamiləliyin pozulmasında

B) Həyat üçün təhlükəli olmadıqda

C) Boşluqlara keçən yaralarda

D) Psixi pozuntu yarandıqda

E) Həyat üçün təhlükəli olan xəsarətlərdə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
870) Xəsarətin nəticəsi hansı əlamətə əsasən müəyyən edilir?

A) Yuxunun pozulmasına əsasən

B) Ümumi əmək qabiliyyətinin müxtəlif dərəcədə dayanıqlı itirilməsinə əsasən

C) Hərarətin yüksəlməsinə əsasən

D) Xroniki xəstəliklərin olmasına əsasən

E) Zərərçəkənin şikayətlərinə əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
871) Məhdud beyindaxili travmatik qansızma (epidural, subdural, beyindaxili) kliniki gedişi zamanı hansı əlamətlərinə əsasən həyat üçün təhlükəli hesab edilir?

A) Tənginəfəsliyin olmasına əsasən

B) Həyat üçün vacib orqanların funksiyasının pozulmasına səbəb olaraq, şəxsin həyatına təhlükə yaratdıqda

C) Yuxunun pozulmasına əsasən

D) Əsəbiliyin olmasına əsasən

E) Başgicəllənmənin olmasına əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

872) «Zorlama» hansı məfhumdur?

A) Məhkəmə-bioloji

B) Məhkəmə-psixiatrik

C) Məhkəmə-tibbi

D) Hüquqi

E) Məhkəmə-kriminalistik


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
873) «Döyülmə» hansı məfhumdur?

A) Məhkəmə-psixiatrik

B) Məhkəmə-tibbi

C) Psixioloji

D) Məhkəmə-kriminalistik

E) Hüquqi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
874) «Əzab» və «işgəncə» hansı məfhumdur?

A) Məhkəmə-bioloji

B) Psixioloji

C) Məhkəmə-psixiatrik

D) Hüquqi

E) Məhkəmə-tibbi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

875) Cinsi cinayətlərdə qızlıq pərdəsinin cırılması zamanı sağlamlığa zərər vurmanın dərəcəsi hansı əlamətə əsasən təyin edilir?

A) Ağrılı olmasına

B) Qanitirmə ilə müşayiət olunmasına

C) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilmə faizinə

D) Həyat üçün təhlükəli olmasına

E) Sağlamlığa zərərvurma dərəcəsi təyin edilmir


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
876) Travma almamışdan əvvəl funksiyası pozulmuş ayaqda müvəqqəti itirilmiş sağlamlığın zərərvurma dərəcəsi hansı əlamətlərə əsasən təyin edilir?

A) Şikayətlərə əsasən

B) Travma nəticəsində funksiyanın dayanıqlı itirilmə faizinə əsasən

C) Köhnə travma nəzərə alınmadan, faktiki xəsarətlə əlaqədar sağlamlığın pozulma müddətinə əsasən

D) Anamnezə əsasən

E) Travmadan əvvəlki funksiyanın pozulması əsas götürülməklə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
877) Döş qəfəsinin yayılmış dərialtı emfizemasının əmələ gəlmə səbəbi hansıdır?

A) Döş qəfəsinin yumşaq örtük toxumalarının əzilməsi

B) Divararalığının zədələnməsi, ağ ciyərin cırılması ilə müşayiət olunan iki qabırqanın yerdəyişmiş sınığı

C) Döş qəfəsinin boşluğa işləməyən kəsilmiş yarası

D) Bir qabırğanın daxili orqanları zədələməyən yerdəyişməmiş sınığı

E) Döş qəfəsi nahiyəsində geniş sahəli qançır və sıyrıqların olması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

878) Xəsarətin döş boşluğuna keçməsini təsdiq edən əlamət və ya xəsarət hansıdır?

A) Döş qəfəsinin qabırğa qığırdağının kəsilməsi ilə boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası

B) Hemopnevmotoraks

C) Döş qəfəsi nahiyəsində geniş ölçülü əzilmiş-cırılmış yara

D) Körpücük sümüyünün qapalı yerdəyişməyən sınığı

E) I-V qabırğaların orta körpücük xətti üzrə yerdəyişməyən sınıqları


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
879) Sağlamlığa zərərvurmanın dərəcəsi yalnız tibbi sənədlər əsasında hansı halda təyin edilə bilər?

A) Bədən üzərində xəsarət olmadıqda

B) Xəsarət həyat üçün təhlükəli olmadıqda

C) Səhhətin qısa müddət pozulmasına səbəb olan xəsarətlər olduqda

D) Şəxsin özünün ekspertizaya təqdim edilməsi mümkün olmadıqda

E) Dərəcəsi təyin edilməyən xəsarət olduqda


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

880) Aşağıda göstərilən xəsarətlərdən hansı daha səthidir ?

A) Səhhətin uzun müddətə pozulmasına səbəb olan xəsarətlər

B) Ölümə səbəb olan xəsarətlər

C) Bud sümüyünün açıq, yerini dəyişən sınığı

D) Boşluğa işləyən xəsarətlər

E) Sıyrıq


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
881) Çapıq toxumasına əsasən travma alətinin fərdi identifikasiyası mümkündürmü?

A) Çapıq toxuması I-li sağalmadan sonra formalaşdıqda

B) Bu, çapığın yaranma müddətindən asılıdır

C) Çapıq toxumasına əsasən travma alətinin identifikasiyası mümkün deyildir

D) Mümkündür

E) Bəzi hallarda mümkümdür


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
882) «Ümumi əmək qabiliyyəti» anlayışı nəyi nəzərdə tutur?

A) İxtisasına görə əmək qabiliyyətini

B) Peşəkar əmək qabiliyyətini

C) Əmək qabiliyyətinin qısa müddətə itirilməsini

D) İnsanın ixtisas tələb etməyən və özünə qulluq etməsi şəklində ümumi əmək qabiliyyətini yerinə yetirə bilməsi

E) Əmək qabiliyyətinin uzun müddətə itirilməsini


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
883) Əmək qabiliyyətinin dayanıqlı itirilməsi hansı müddətdə təyin edilir?

A) 21 günə qədər

B) 120 gündən tez olmayaq xəsarətin gedişinin nəticəsi məlum olduqdan sonra

C) 21 gündən sonra

D) 6 günə qədər

E) 120 günə qədər


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
884) Canlı şəxslərin məhkəmə-tibbi ekspertizası hansı normativ sənədlər əsasında icra edilir?

A) Ambulator xəstənin tibbi kartası

B) Stasionar xəstənin tibbi kartası

C) Tibbi arayış

D) Cinayət işi materialları

E) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təsdiqi barədə» 10.01.2001-ci il tarixli 07 saylı əmri


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

885) Canlı şəxslərin məhkəmə-tibbi ekspertizası zamanı ümumi əmək qabiliyyətinin itirilmə faizinin təyinində hansı sənədlərə istinad edilir?

A) USM-in cavabına

B) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təsdiqi barədə» 10.01.2001-ci il tarixli 07 saylı əmrinə 06 saylı əlavə

C) Tibbi arayışa

D) Rentgen şəkillər

E) Fərdi ambulator vərəqinə


Ədəbiyyat: «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təsdiqi barədə» 10.01.2001-ci il tarixli 07 saylı əmri
886) Məhkəmə-istintaq orqanları tərəfindən döyülmə, əzab və ya işgəncə xarakteri daşıyan xəsarətlər müəyyən edildiyi halda məhkəmə-tibb eksperti hansı sualları həll edir?

A) Müayinə olunanın cinsinin təyini

B) Müayinə olunanın yaşının təyini

C) Sağlamlığa zərərvurmanın təbiətinin təyini

D) Xəsarətin əmələ gəlmə mexanizminin və törənmə müddətinin təyini

E) Xəsarətin izi silinən olub-olmamasının müəyyən edilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
887) «Bazu arteriyasının zədələnməsi» sağlamlığa zərərvurmanın hansı dərəcəsinə aid edilir?

A) Sağlamlığa Az ağır zərərvurmaya

B) Sağlamlığa Ağır zərərvurmaya

C) Dərəcəsi təyin edilməyənlərə

D) İlkin olaraq Az ağır verilib nəticə gözlənilir

E) Sağlamlığa Yüngül zərərvurmaya


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

888) «Peritonarxası üzvlərin açıq yaraları» sağlamlığa zərərvurmanın hansı dərəcəsinə aid edilir?

A) Həyat üçün təhlükəli olan Ağır zərərvurmaya

B) İlkin olaraq yüngül verilib nəticə gözlənilir

C) Dərəcəsi təyin edilməyənlərə

D) Yüngül zərərvurmaya

E) Az ağır zərərvurmaya


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
889) «Düz bağırsağın orta şöbəsinin deşilmiş yarası» sağlamlığa zərərvurmanın hansı dərəcəsinə aiddir?

A) Az ağır zərərvurmaya

B) İlkin olaraq yüngül verilib nəticəsi gözlənilir

C) Həyat üçün təhlükəli olan Ağır zərərvurmaya

D) Yüngül zərərvurmaya

E) Dərəcəsi təyin edilməyənlərə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
890) Qida qəbulunun çətinləşməsi ilə müşayiət olunan yemək borusunun və ya udlağın kəskin daralması zamanı sağlamlığa zərərvurmanın dərəcəsi necə qiymətləndirilir?

A) Səhhətin uzun müddətə pozulmasına əlamətinə görə

B) Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi əlamətinə görə

C) Sağlamlığın qısa müddətə pozulması əlamətinə görə

D) Ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı (daimi) itirilməsi əlamətinə görə

E) Səhətin qısa müddətə pozulması əlamətinə görə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
891) Hansı hallarda məhkəmə-tibb eksperti sağlamlığa zərərvurmanı təyin etməkdən imtina edir?

A) Tibbi sənədlər müayinə zamanı təqdim edildikdə

B) Zərərçəkən ekspertizaya qərarla göndərildikdə

C) Zərərçəkən məhkəmə-tibbi müayinədən imtina etdikdə

D) Zərərçəkən təliqə ilə göndərildikdə

E) Məhkəmənin qərarı təqdim edildikdə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
892) Sağlamlığa zərərvurmanın təyini zamanı güman edilənlərə əsaslanaraq ilkin nəticəyə gəlmək olarmı?

A) Olmaz

B) Müstəntiqin xahişi olduqda

C) Hakimin göstərişi olduqda

D) Baş direktorun göstərişi olduqda

E) Olar
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006


893) Görmə orqanlarının travmasına bunlardan hansı aiddir?

A) Katarakta

B) Görmə sinirinin iltihabı

C) Ptoz


D) Göz almasının cırılması

E) Qlaukoma


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
894) Dişləmə və çeynəmə funksiyalarının pozulması ilə müşayət olunan alt çənə sümüyünün sınığında sağlamlığa zərərvurmanın dərəcəsi necə qiymətləndirilir?

A) Dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir

B) Sağlamlığın qısa müddətə pozulmasına görə təyin edilir

C) Sağlamlığa Yüngül zərərvurmaya aid edilir

D) Sağlamlığa Az ağır zərərvurmaya aid edilir

E) Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə görə təyin edilir


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
895) Boyun üzvlərinin sıxılması nəticəsində baş verən həyat üçün təhlükəli əlamətlər hansılardır?

A) Boyun nahiyəsində geniş sahəli qansızma

B) Boyun nahiyəsinin sıyrığı

C) Göz qapağı altına xırda nöqtəvari qansızma

D) Klinik simptomlarla və obyektiv əlamətlərlə təsdiq edilən baş beynin hipoksiyası ilə müşayiət olunan boyun üzvlərinin sıxılması

E) Döş sümüyünün dəstək nahiyəsinə qansızma


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
896) Bədən səthinin 15%-dən çox III-IV dərəcəli termiki yanığında sağlamlığa zərərvurmanın dərəcəsi necə qiymətləndirilir?

A) Sağlamlığa Az ağır zərərvurma kimi

B) Müalicə həkiminin məsləhətinə əsasən

C) Sağlamlığa Yüngül zərərvurma kimi

D) Həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma kimi

E) Dərəcəsi təyin edilmir


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
897) Bədən səthinin 20%-dən çox III dərəcəli termiki yanığında sağlamlığa zərərvurmanın dərəcəsi necə qiymətləndirilir?

A) Sağlamlığa Yüngül zərərvurma kimi

B) Müalicə müddətindən asılı olaraq

C) Sağlamlığa Ağır zərərvurma kimi

D) Həyat üçün təhlükəli olmayan sağlamlığa Az Ağır zərərvurma kimi

E) Dərəcəsi təyin edilmir


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
898) Bədən səthinin 30%-dən artıq II dərəcəli termiki yanığında sağlamlığa zərərvurmanın dərəcəsi necə qiymətləndirilir?

A) Səhhətin qısa müddətə pozulmasına görə

B) Ümumi əmək qabiliyyətinin 10%-ə qədər itirilməsinə görə

C) Həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma kimi

D) Səhhətin uzun müddətə pozulmasına görə

E) Ümumi əmək qabiliyyətinin 33%-dən az itirilməsinə görə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
899) «Özünə», «Öz-üzvünə» xəsarət yetirmə hansı hallarda cinayət əməli sayılır?

A) Ailədə münaqişəsində törədildikdə

B) Bədbəxt hadisə nəticəsində törədildikdə

C) Ehtiyatsızlıq nəticəsində törədildikdə

D) Hərbi xidmətdən yayınma məqsədi ilə törədildikdə

E) Ruhi xəstəlik zəmnində törədildikdə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

900) Özünə xəsarət yetirmə zamanı əsasən hansı alətlərdən istifadə edilir?

A) Pnevmatik silahlardan

B) Sərt əşyalardan

C) Kəsici kənara malik iti alətlərdən

D) Səpələnən maddələrdən

E) Aşağı hərarətdən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
901) Özünə xəsarət yetirmələrdə ən çox hansı iti alətdən istifadə edilir?

A) İskənədən

B) Ülgücdən (lezva-britva)

C) Vintaçandan

D) Sancaqdan

E) Zəncirli mişardan


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

902) Çapıcı alətlə özünə xəsarət yetirilmələrdə ən çox hansı nahiyələrə xəsarət yetirilir?

A) Sol əl barmaqlarına

B) Qarın nahiyəsinə

C) Bel nahiyəsinə

D) Kürək nahiyəsinə

E) Sağrı nahiyəsinə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə