Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Meyitin aşkar olunduğu yerin təkrari müayinəsinə həkim-mütəxəssis nə zaman dəvət oluna bilər?



Yüklə 1,48 Mb.
səhifə5/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   2   3   4   5   6   7   8   9   ...   19

224) Meyitin aşkar olunduğu yerin təkrari müayinəsinə həkim-mütəxəssis nə zaman dəvət oluna bilər?

A) Televiziya əməkdaşları baş vermiş hadisə ilə əlaqədar xüsusi veriliş hazırlayarkən

B) Meyitin daxili müayinəsinə qohumlar ciddi əngəl törətdikdə

C) Baş mütəxəssisin tələbinə əsasən

D) İbtidai istintaqın gedişində müstəntiq tərəfindən meyitə baxış protokolunda qeyd edilmiş məsələlərin aydınlaşdırılması üçün

E) Ölümün baş vermə şəraiti haqqında şayiələr yayılarkən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

225) Hadisə yerində meyitə mütəxəssis qismində baxış keçirən məhkəmə-tibb eksperti həmin meyitin məhkəmə-tibbi ekspertizasını aparması nə qədər məqsədəmüvafiqdir?

A) Mərhumun qohumlarının razılığına əsasən apara bilər

B) Rayon prokurorunun yazılı göstərişi olmadan apara bilməz

C) Hadisə yerində meyitdə aşkar edilmiş istiqamətləndirici əlamətləri müəyyən etdiyindən meyitin məhkəmə-tibbi ekspertizasını aparması daha məqsədəuyğundur

D) Apara bilməz

E) Yalnız rayon prokurorunun göstərişinə əsasən apara bilər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

226) Meyitin hadisə yerində müayinəsi nədən başlanır?

A) Meyit əlamətlərinin müayinəsindən

B) Xəsarətlərin müayinəsindən

C) Antropometrik parametrlərin təyinindən

D) Pozanın təsvirindən

E) Paltarların müayinəsindən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

227) Təyyarənin yerə düşməsi nəticəsində həlak olmuş şəxslərin meyitlərinin xarici baxışında hansı xəsarətlər aşkar olunmur?

A) Yuxarı və aşağı ətraf sümüklərinin sınıqları

B) Təyyarə pərlərinin törətdiyi geniş həcmdə müşahidə olunan çapılmış yaralar

C) Bədənin ayrı-ayrı hissələrinin qopub ayrılması

D) Daxili orqanların əzilib-dağılması və evakuasiyası

E) Bədənin geniş ölçülü,kobud mexaniki zədələnmələri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
228) Ətraf mühitin temperaturunun 18 dərəcə C olduğu şəraitdə, ölümün baş verməsindən sonra ilk 6 saatda bədənin hərarəti hər saatda neçə dərəcə düşür?

A) 20-30 dərəcə C

B) 10-15 dərəcə C

C) 5-10 dərəcə C

D) 3– 5 dərəcə C

E) 1,0-1,5 dərəcə C


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

229) Xarici mühitin eyni temperaturunda meyit hansı şəraitdə daha tez soyuyur?

A) Açıq havada

B) Neftdə

C) Suda


D) Gilli torpaqda

E) Qumlu torpaqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
230) Eyni saxlanma şəraitində hansı meyitdə soyuma daha tez baş verir?

A) Mexaniki asfiksiyada

B) Yenidoğulmuş uşaq meyitlərində

C) Tetanusda

D) Sepsisdə

E) Qazlı qanrena


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

231) Meyit ləkələrinin yaranmasında əsas amillər hansılardır?

A) Arterial damarlarda yığılmanın davam etməsi və qanın ağırlığı

B) Qanın çox olması

C) Ölümün tez baş verməsi

D) Qanın duru olması

E) Ölümün uzun çəkən aqoniya ilə müşayiət olunması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

232) İlgəkdən şaquli asılı vəziyyətdə olan şəxsin meyitində meyit ləkələri əsasən hansı nahiyədə yerləşir?

A) Qollarda

B) Gövdənin arxa səthində

C) Gövdənin ön səthində

D) Başda

E) Ayaqlarda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
233) Donmuş meyitin donu hansı şəraitdə aradan götürülür?

A) Bədənə qızdırıcı elektrodlar qoşmaqla

B) Meyiti isti su olan vannaya salmaqla

C) Adi otaq temperaturunda saxlanılıb gözləməklə

D) Otağı isti buxarla qızdırmaqla

E) Otağı qızdırıcı peçlərlə qızdırmaqla


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
234) Qatarın piyadanı vurması zamanı teplovozun (elektrovozun) ön səthində aşağıdakılardan hansı aşkar edilmir?

A) Çirkli toz qatının silinməsi

B) Qan izləri

C) Paltar hissələri

D) Metal hissələrin əhəmiyyətli dərəcədə deformasiyası

E) Tüklər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

235) Dəmiryol hadisəsi yerində hissələrə bölünmüş meyitin aşkar olunması nəqliyyatın hansı hissəsinin təsirinə dəlalət edir?

A) Lokomotivin üst səthinin

B) Təkərlərin yan səthlərinin

C) Təkərlərin relslərin üzərində hərəkət edən hissəsinin

D) Lokomotivin ön hissəsinin

E) Təkərlərin iç səthlərinin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

236) Avtomobilin ön hissəsi ilə piyadanı vurması zamanı həlak olmuş şəxsin paltarlarında nələr aşkar oluna bilməz?

A) Avtomobilin ön faralarının izləri

B) Alov təsirindən əmələ gəlmiş zədələr

C) Qan ləkələri

D) Avtomobillərin sürtgü yağları

E) Radiatorun əksi olan izlər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

237) Meyitin aşkar olunduğu yerdə müayinəsi zamanı müstəntiq hansı sənədi tərtib edir?

A) Meyitin məhkəmə-tibbi ekspertiza rəyini

B) Qanunvericiliyin tələblərinə uyğun olaraq hadisə yerində meyitə baxış protokolunu

C) Meyitin dəfni üçün göndərişi

D) Meyitin məhkəmə-tibbi müayinə aktını

E) Şəxsiyyətin tanınma protokolunu


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

238) Ölümün hansı növündə meyit ləkələri daha intensiv olur?

A) Tez baş vermiş ölümlərdə - mexaniki asfiksiyalarda

B) Ağır travmatik şokdan ölümlərdə

C) Kəskin qanitirmələrdə

D) Orqanizmin həddindən çox soyumasında

E) Sirkə turşusu ilə kəskin zəhərlənmədə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

239) Hadisə yerində meyitə baxış zamanı hansı dəyişikliyin müşahidə olunması orqanizmə soyuğun həyati təsirini sübut edir?

A) Dilin ucunun dişlərlə sıxılması

B) Meyit qacımasının əmələ gəlməməsi

C) Vişnevski ləkəsinin olması

D) Meyit ləkələrinin tünd rəngdə olması

E) Dəri örtüyünün «qaz dərisini» xatırlatması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

240) Ölümün baş verməsindən hansı müddət sonra meyit ləkələri görünməyə başlayır?

A) 6-8 saat

B) 8-12 saat

C) 15-20 saat

D) 4-6 saat

E) 2-4 saat


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

241) Hadisə yerində meyitə baxış zamanı hansı dəyişikliyin müşahidə olunması orqanizmə soyuğun həyati təsirini sübut edir?

A) Qadınlarda böyük cinsiyyət dodaqlarının büzüşməsi

B) Əl və ayaq barmaqlarında dərinin maserasiyası

C) Saçın tökülməsi

D) Ağzın və burun dəliklərinin ətrafında qısa və nazik buz lülələrinin (sırsıranın) olması

E) Meyitin donması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

242) Hadisə yerində meyitə baxış zamanı hansı dəyişikliyin müşahidə olunması alovun həyati təsirini sübut edir?

A) Saçın ütülməsi

B) Ağızda və burun dəliklərində hisin aşkar olunması

C) «Boksçu pozası»

D) Dilin ucunun dişlərin arasında sıxılması

E) Dəridə çatların olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

243) Hadisə yerində meyitə baxış zamanı hansı dəyişikliyin müşahidə olunması alovun həyati təsirini sübut edir?

A) Diş emalının çatlaması

B) Saçın ütülməsi

C) Qulaqda hisin olması

D) Göz ətrafında qırışlarda hisin olmaması

E) Üzün hisə bulaşması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006

244) Meyitin hadisə yerində müayinəsinin statik mərhələsi nəyi nəzərdə tutur?

A) Ekspertin hadisə yerinə gəlişini təmin etməyi

B) Meyitin meyitxanaya göndərilməsini

C) Hər bir əşya və izlərin qorunmasını

D) Hadisə yerinin qorunmasını

E) Hadisə yerindəki hər bir əşya və izlərin təsbit olunmasını


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

245) Meyiti aşkar olunduğu yerdə müayinə edərkən ekspert ilkin olaraq nəyi təyin etməlidir?

A) Pozanı

B) Ölümün səbəbini

C) Yaşını

D) Ölümün baş verib-verməməsini

E) Cinsini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

246) Aşağıdakılardan hansı meyitin suda qalmasına dəlalət edir?

A) Əl və ayaq barmaqlarının donması

B) Meyit ləkələrinin bənövşəyi rəngdə olması

C) Üzün hisə batması

D) Əl və ayaq barmaqlarında dərinin ağarıb şişkinləşməsi-maserasiyası

E) Ağızın ətrafında davamsız ağımtıl köpüyün olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

247) Sudan çıxarılmış meyitin xarici müayinəsində aşkar olunan hansı əlamət ölümün suda batma nəticəsində baş verməsinə dəlalət edir?

A) Fabrikantov əlaməti

B) Beloqlazov əlaməti

C) Tardye ləkələri

D) Vişnevski ləkələri

E) Kruşevski əlaməti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

248) Meyit qacıması hansı ardıcıllıqla boşalmağa başlayır?

A) Kürəkdən başlayaraq

B) Yuxarı ətrafdan başlayaraq

C) Aşağı ətrafdan başlayaraq

D) Hamısında eyni vaxtda

E) İlkin inkişafına uyğun şəkildə çeynəmə əzələlərindən başlayaraq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

249) Perqament ləkələrinin əmələ gəlmə səbəbi nədir?

A) Zədələnməmiş epidermisin quruması

B) Meyitin zədələnmiş epidermisinin quruması

C) Sıyrıq sahəsinin quruması

D) Qançır sahəsinin quruması

E) Yanıq sahəsinin quruması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
250) Larşe ləkəsi nə vaxt əmələ gəlir?

A) Ölümdən 24-36 saat sonra

B) Ölümdən 4-5 saat sonra

C) Ölümdən 15-20 saat sonra

D) Ölümdən 10-12 saat sonra

E) Ölümdən 24 saat sonra


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

251) Çürümə prosesinə səbəb nədir?

A) Xəstəlik

B) Mikroorqanizmlər

C) Fermentlər

D) Doluqanlılıq

E) Azqanlılıq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
252) Çürümədə dəri örtüklərinə yaşıl rəng verən nədir?

A) Oksihemoqlobin

B) Sulfhemoqlobin

C) Methemoqlobin

D) Biliverdin

E) Bilirubin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
253) Meyit yaşılı ilk olaraq bədənin hansı nahiyəsində yaranır?

A) Ətraflarda

B) Üzdə

C) Boyunda



D) Qarında

E) Beldə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.



254) Əllə boğmadan baş verən ölümlərdə meyitin müayinəsində hansı əlamət aşkar olunmur?

A) Göz qapaqlarının selikli qişasında qansızmalar

B) Üzün sianozu və şişkinliyi

C) Dilin ucunun dişlər arasında sıxılması və zədələnməsi

D) Üzün dərisində ekximatozların olması

E) Ürək boşluqlarındakı qanın maye halında olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

255) Əllə boğmadan baş verən ölümlərdə meyitin xarici müayinəsində hansı əlamət aşkar olunur?

A) Meyit ləkələrinin bozumtul-qəhvəyi rəngdə olması

B) Kruşevski əlaməti

C) Boyunun dərisində oval və dairə formalı qançırların, aypara formalı sıyrıqların olması

D) Meyitin dəri örtüyünün «qaz dərisi»ni xatırlaması

E) Meyit ləkələrinin çəhrayı rəngdə olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

256) Asılmadan baş verən ölüm zamanı protokolda aşağıdakılardan hansının təsvir olunmaması əhəmiyyət kəsb etmir?

A) Dilin ucunun ağızdan bayıra çıxması

B) Gözdə nöqtəvari qansızmaların olması

C) Üzün şişkin olub-olmaması

D) Meyit ləkələrinin lokalizasiyası

E) Gözlərin göz qapaqları ilə tam və ya qismən örtülüb-örtülməməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
257) Bağ aparatı və qığırdaqların çürüyüb-dağılmaqla yaşlı insanların meyitinin tam skeletləşməsi adi şəraitdə hansı müddətə baş verir?

A) 3-4 aya qədər

B) 10-15 günə qədər

C) 1-2 aya qədər

D) 5 ildən sonra

E) 6-12 aya qədər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
258) Hadisə yerində meyitin boynundakı ilgək təsvir olunarkən nəyə əhəmiyyət verilmir?

A) İlgəyin materialına

B) İlgəyin çirklənməsinə

C) İlgəyin lokalizasiyasına

D) İlgəyin qatlarına

E) Meyitin irqinə, cinsinə və yaşına


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
259) Hansı mühitdə meyit daha tez çürüyür?

A) Dəniz suyunda

B) İsti və rütubətli havada

C) Çay suyunda

D) Qumlu torpaqda

E) Torflu torpaqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
260) Eyni şəraitdə olan hansı meyit daha tez çürüməyə məruz qalır?

A) Asfiksiya nəticəsində ölənin meyiti

B) Qanitirmədən ölənin meyiti

C) Kaxeksiyadan ölənin meyiti

D) Donmadan ölənin meyiti

E) Yanıqdan ölənin meyiti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
261) Asılmadan baş verən ölümlərdə hansı detallar yazılıb təsbit olunmur?

A) Ayaqaltı kimi istifadə olunmuş stulun meyitin ayaqlarından nə qədər aralıda olması

B) Ayaq altından döşəmənin səthinə qədər olan məsafə

C) Ayaqaltı kimi istifadə olunmuş stulun hündürlüyü

D) Zərərçəkmişin döşəmədəki ayaq izləri

E) Ayaqaltı kimi istifadə olunan stulun üstündə ayaq izlərinin olub-olmaması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

262) Asılmada boyun nahiyəsindəki ilgəyin altında nələr aşkar olunmur?

A) Meyitin barmaqları

B) Paltarın yaxalığı

C) Stranqulyasiya şırımı

D) Torpaq qalıqları

E) Uzun baş tükləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

263) Meyitin aşkar olunduğu yerdə müayinəsində mütəxəssis qismində iştirak edən məhkəmə-tibbi ekspertinin əsas işi nədən ibarətdir?

A) Mətbuat işçilərinə hadisə barədə məlumat verməkdən

B) Hadisə yerinin qorunub-saxlanılmasından

C) Səhiyyə nazirliyinin məsul işçilərinə hadisə barədə məlumat verməkdən

D) Mərhumun qohumlarına hadisə barədə məlumat verməkdən

E) Hadisə yerindəki maddi sübutların və digər izlərin aşkar olunub götürülməsində müstəntiqə kömək etməkdən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
264) Meyitin aşkar olunduğu yerdə mütəxəssis qismində iştirak edən məhkəmə-tibbi ekspertinin əsas işi nədən ibarətdir?

A) Hadisə yerinin qorunub-saxlanılmasından

B) Meyitə baxış keçirməkdən və baxışın nəticələrini protokol tərtib edən müstəntiqə deyib yazdırmaqdan

C) Hadisənin şahidi olmuş şəxsləri müəyyən etməkdən

D) Hadisə yerinə baxış protokolunun tərtib olunmasından

E) Rayon prokurorunun şifahi göstərişlərini yerinə yetirməkdən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

265) Hadisə yerində mütəxəssis qismində iştirak edən məhkəmə-tibb eksperti zərərçəkmişdə ölümün həqiqi əlamətləri aşkar olunmadıqda nə etməlidir?

A) Ölümün həqiqi əlamətlərinin inkişaf etməsini gözləməlidir

B) Müstəntiqin göstərişlərini yerinə yetirməlidir

C) Meyitə baxışı davam etdirməlidir

D) Zərərçəkmişə təcili tibbi yardım göstərməli və «Təcili tibbi yardım» çağrılmasının zərurətini müstəntiqə bildirməlidir

E) Zərərçəkmişin qohumlarına xəbər verməlidir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

266) Hadisə yerində mütəxəssis qismində iştirak edən məhkəmə-tibb eksperti zərərçəkmişdə ölümün həqiqi əlamətləri aşkar olunmadıqda hansı tədbirləri görməlidir?

A) Hadisə yerinin müayinə protokolunun tərtib olunmasında müstəntiqə kömək etməlidir

B) Televiziya işçilərinin hadisə yerinə gələrək,çəkiliş aparmalarına icazə verməlidir

C) Ölümün həqiqi əlamətlərinin inkişaf etməsini gözləməlidir

D) Orqanizmin az da qalmış həyati vacib funksiyalarının bərpa olunması üçün şəxsən tədbirlər görməlidir

E) Zərərçəkənin işlədiyi müəssisənin əməkdaşlarına bu barədə məlumat verməlidir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

267) Hadisə yerində mütəxəssis qismində iştirak edən məhkəmə-tibb eksperti meyitə baxış keçirərkən onun paltarları ilə nə etməlidir?

A) Lazım olduqda paltarları və ayaqqabıları kəsib meyitə tam baxış keçirməli və bu barədə protokolda müvafiq qeydlər etməlidir

B) Paltarları soyundurub təmizlədikdən sonra, qablaşdırılmış şəkildə məhkəməyə təqdim etməlidir

C) Paltarlar çirklənmişdirsə onları soyundurub, yuyulmasını təmin etməlidir

D) Paltarları soyundurub qablaşdırdıqdan sonra müstəntiqə təhvil verməlidir

E) Paltarları soyundurub mərhumun iş yoldaşlarına təhvil verməlidir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
268) Hadisə yerində meyitə baxışda aşağıdakılardan hansı onun mərhələlərindən biri hesab olunur?

A) Başlanğıc mərhələ

B) Gözləmə mərhələsi

C) Dinamik mərhələ

D) Aralıq mərhələ

E) Son mərhələ


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

269) Aşağıdakılardan hansı hadisə yerində meyitə baxışın mərhələsi hesab olunur?

A) Məlumatların qiymətləndirilməsi mərhələsi

B) Hadisə yerinə ümumi baxış mərhələsi

C) Statik mərhələ

D) Son mərhələ

E) Aralıq mərhələ


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

270) Partlayış nəticəsində həlak olmuş şəxsin meyitinə və paltarlarına hadisə yerində baxış keçirərkən aşağıdakılardan nələr aşkar olunmur?

A) Partlamış mərminin qəlpələri

B) Meyitin hissələrə parçalanması

C) Partlayıcı qurğunun hissələri

D) Barıt dənəcikləri

E) Çoxsaylı qəlpə yaraları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

271) Hadisə yerində ölümün baş verməsini təsdiq etmək üçün hansı əlamətlərdən istifadə olunur?

A) Ölümün həqiqi mütləq əlamətlərindən

B) Hadisəni müşahidə etmiş şəxslərin həyəcanlı olmasından

C) Havanın günəşli yaxud tutqun olmasından

D) Zərərçəkmişin hadisə yerinə gələn qohumlarının təşviş içərisində olmasından

E) İstiqamətverici əlamətlərdən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

272) Hadisə yerində təyin oluna bilən ölümün həqiqi əlamətləri hansılardır?

A) Vişnevski ləkəsi

B) Beloqlazov (pişikgözlülük) əlaməti

C) Sveşnikov əlaməti

D) Tardye ləkələri

E) Minakov ləkəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
273) Hadisə yerində təyin oluna bilən ölümün həqiqi əlamətləri hansılardır?

A) Amyuss əlaməti

B) Tənəffüs hərəkətlərinin olmaması

C) Arterial təzyiqin müəyyən olunmaması

D) Nəbzin təyin oluna bilməməsi

E) Meyit ləkələri və meyit qacıması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
274) Hadisə yerində təyin oluna bilən ölümün həqiqi əlamətləri hansılardır?

A) Bədən hərarətinin 20° S olması

B) Bədən hərarətinin 32° S olması

C) Zərərçəkmişin gözlərinin açıq qalması

D) Minakov ləkəsi

E) Bədən hərarətinin 34° S olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

275) Hadisə yerində təyin oluna bilən ölümün həqiqi əlamətləri hansılardır?

A) Vişnevski ləkəsi

B) Tənəffüs hərəkətlərinin olmaması

C) Arterial təzyiqin müəyyən olunmaması

D) Vətər reflekslərinin olmaması

E) Geçikmiş (son) meyit əlamətləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

276) Meyitə baxış zamanı onun ayaqqabılarının yaxud ayaqlarının alt səthində qanın olması nəyə dəlalət edir?

A) Zərərçəkmişin xəsarət aldıqdan sonra hərəkət etməsinə

B) Xəstəlikdən ölməsinə

C) Zərərçəkənin donmasına

D) Heç nəyə dəlalət etmir

E) Zərərçəkənin asılmasına


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
277) Hadisə yerində ölümün baş vermə müddətinin təyini üçün aşağıdakı hansı üsullardan istifadə olunur?

A) Meyitin hadisə yerindəki pozasından

B) Meyitin əynindəki paltarların islanıb-islanmamasının yoxlanılmasından

C) Hadisənin şahidi olmuş şəxslərin ifadəsinin alınmasından

D) İlkin meyit əlamətləri olan meyit ləkələrinin və meyit qacımasının müayinəsindən

E) Meyit ləkələrinin rənginin və intensivliyinin təyin olunmasından


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
278) Hadisə yerində ölümün baş vermə müddətinin təyini üçün aşağıdakı hansı məlumatlardan istifadə olunur?

A) Meyitin paltarlarında həşəratların olub-olmamasından

B) Daxili orqanlarda fermentlərin aktivliyinin yoxlanılmasından

C) Meyitin bədən hərarətinin müəyyən fasilələrlə dəfələrlə ölçülməsindən

D) Mərhumun sağlığında hansı xəstəlikləri keçirməsindən

E) Ailə üzvlərinin mərhumu son dəfə nə vaxt görmələrindən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
279) Hadisə yerində ölümün baş vermə müddətinin təyini üçün hansı üsullardan istifadə olunmur?

A) Meyitin bədən hərarətinin fasilələrlə dəfələrlə ölçülməsindən

B) Hadisənin şahidi olmuş şəxslərin hadisə yerinə dəvət edilərək, onların ifadələrinin alınmasından

C) Meyit ləkələrinin və meyit qacımasının müayinəsindən

D) Eninə zolaqlı əzələlərin mexaniki təsirə reaksiyasından

E) Beloqlazov əlamətindən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
280) Yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxsin meyitinə hadisə yerində baxış keçirən həkim-mütəxəssis nələri yazıb təsbit etməlidir?

A) Hadisə yerindəki nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətini

B) Tormoz izlərinin intensivliyini

C) Tormoz izlərinin uzunluğunu və formasını

D) Avtomobillə piyadanın toqquşduğu güman olunan yeri

E) Avtomobilə və onun izlərinə, yolun hissələrinə və ətrafdakı tərpənməz əşyalara münasibətdə meyitin vəziyyətini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

281) Yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxsin meyitinə hadisə yerində baxış keçirən həkim-mütəxəssis nələri yazıb təsbit etməlidir?

A) Nəqliyyat vasitəsinin səthindəki deformasiyaların xarakterini

B) Yol örtüyünün səthində yağ izlərinin olub-olmamasını

C) Hadisə yerindəki nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətini

D) Maddi sübutların (qan,paltar hissələri, baş beyin toxumasının hissələri və s) tapıldığı yerləri

E) Tormoz izlərinin uzunluğunu və formasını


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

282) Avtomobilin piyada ilə toqquşması zamanı yol-nəqliyyat hadisəsi yerində hansı izlər və maddi sübutlar tapıla bilər?

A) Altında sürüşmə izləri olan ayaqqabılar

B) Yolun asfalt örtüyünün dağılması

C) Avtomobilin faralarının izi

D) Avtomobilin radiatorunun izi

E) Avtomobilin alt səthinin izi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

283) Yol-nəqliyyat hadisəsi yerindən laborator məhkəmə-tibbi bioloji müayinə üçün nəyin götürülməsi istintaqa kömək edə bilər?

A) Avtomobilin boyasının hissələrinin

B) Şüşə qırıqlarının

C) Qan ləkələrinin

D) Avtomobilin ön təkərlərinin

E) Avtomobilin arxa təkərlərinin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə