Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Məhkəmə ekspertizası aşağıdakı hansı növlərdən ibarətdir?



Yüklə 1,48 Mb.
səhifə3/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   2   3   4   5   6   7   8   9   ...   19

110) Məhkəmə ekspertizası aşağıdakı hansı növlərdən ibarətdir?

A) Kompleks məhkəmə ekspertizası, alternativ məhkəmə ekspertizası, ikincili məhkəmə ekspertizası

B) Polis rəisinin tələbi ilə keçirilən məhkəmə ekspertizası, komissyon məhkəmə ekspertizası, alternativ məhkəmə ekspertizası

C) İlkin məhkəmə ekspertizası, əlavə məhkəmə ekspertizası, təkrar məhkəmə ekspertizası

D) Əlavə məhkəmə ekspertizası, təkrar məhkəmə ekspertizası, özəl məhkəmə ekspertizası

E) İlkin məhkəmə ekspertizası, kompleks məhkəmə ekspertizası, zərərçəkmişin tələbi ilə keçirilən məhkəmə ekspertizası


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
111) Məhkəmə ekspertinin rəyində aşağıdakılardan hansı məlumatlar göstərilməli deyil?

A) Məhkəmə ekspertizasını təyin etmiş müstəntiqin əmək fəaliyyətinin təcrübəsi barədə məlumat

B) Ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyət barədə ona xəbərdarlıq edilməsi, istifadə olunan metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri

C) Məhkəmə ekspertizasının aparılması zamanı iştirak etmiş proses iştirakçıları haqqında məlumat, məhkəmə eksperti haqqında məlumat

D) Məhkəmə ekspertizasının aparıldığı tarix və yer, məhkəmə ekspertizasının aparılmasının əsasları, məhkəmə eksperti qarşısında qoyulmuş suallar

E) Məhkəmə eksperti qarşısında qoyulmuş suallar, ekspertizanın aparılması üçün ekspertə təqdim edilmiş tədqiqat obyektləri


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
112) AR CPM – nin hansı maddəsində ekspertin hüquq və vəzifələri göstərilmişdir?

A) 273 – ci maddədə

B) 67 – ci maddədə

C) 127 – ci maddədə

D) 237 – ci maddədə

E) 97 – ci maddədə


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.

113) ”MTE və PA” Birliyinin yaradılması və ya ləğv edilməsi kimin və ya hansı orqanın səlahiyyətinə aiddir?

A) Nazirlər Kabinetinin

B) Səhiyyə Nazirliyinin

C) Ədliyyə Nazirliyinin

D) AR Prezidentinin

E) Milli Məclisin


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında Qanuna bəzi dəyişikliklər edilməsi barədə” A.R. Prezidentinin sərəncamı, Bakı, 2007-ci il.

114) Meyitin qəbirdən çıxarılması (ekshumasiya) haqqında qərar kim tərəfindən verilir?

A) Ədliyyə naziri

B) Müstəntiq

C) Rayon prokuroru

D) Səhiyyə naziri

E) Məhkəmə


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.
115) AR CPM – nin hansı maddələrində ekspertizanın növləri (təkbaşına, komissyon, əlavə, təkrar və kompleks ekspertizalar) göstərilmişdir?

A) 269, 270, 271

B) 165, 166, 167

C) 265, 266, 267

D) 118, 128, 138

E) 97, 127, 269


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.

116) Sağlamlığa qəsdən yüngül, Az ağır və ağır zərərvurmaya görə məsuliyyət AR CM-nin hansı maddələrində göstərilmişdir?

A) 122, 129, 132

B) 128, 127, 126

C) 221, 263, 120

D) 123, 124, 125

E) 221, 124, 121


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.

117) AR CM – nin hansı maddəsində ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyəti barədə məlumat vardır?

A) 297


B) 137

C) 207


D) 97

E) 197
Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.


118) ”MTE və PA” Birliyində şöbə rəislərinin vəzifəyə təyin olunması və vəzifədən azad olunması hansı vəzifəli şəxsin səlahiyyətinə aiddir?

A) Səhiyyə nazirinin

B) Ədliyyə nazirinin

C) Baş prokurorun

D) Daxili işlər nazirinin

E) ”MTE və PA” Birliyinin Baş direktorunun


Ədəbiyyat: “Məhkəmə - Tibbi Ekspertiza və PA Birliyinin əsasnaməsi” Bakı, 2008
119) Aşağıdakılardan hansı ekspertin vəzifələrinə aid deyildir?

A) Prosessual qanunvericilik ilə nəzərdə tutulmuş hallarda məhkəmə ekspertizasının aparılmasından öz-özünə etiraz etmə haqqında məhkəmə ekspertizasını təyin etmiş şəxsə məlumat vermək

B) Gənc ekspertlərə ekspertizaların keçirilməsində kömək etmək, təqdim edilmiş və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq

C) Müayinə olunmuş meyitlərin əl-barmaq izlərinin çıxarılması, istintaq təcridxanasında təqsirləndirilən şəxslərin müayinəsi, ekspertizadan sonra tədqiqat obyektinin məhvi

D) Aparılmış tədqiqat və verilmiş rəylə əlaqədar məsələlər üzrə ibtidai istintaq zamanı ifadə vermək

E) Ekspertizanın imkanlarının əhali arasında təbliğ etmək, prokurorun və ya məhkəmənin çağırışı üzrə gəlmək


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
120) Ekspertin hüquq və vəzifələri hansı qanunda və ya qanunvericilik aktlarında geniş izah edilmişdir?

A) Səhiyyə Nazirliyinin kollegiyasının qərarında

B) Ali Məhkəmənin plenumlarının qərarlarında

C) AR – nin Cinayət Məcəlləsində

D) Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununda

E) İnzibati xətalar məcəlləsində


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.

121) 121## 1 1 2

Hansı sənədə əsasən canlı şəxsin məhkəmə-tibbi ekspertizası keçirilir?

A)) Müstəntiqin qərarına əsasən

B) Polis rəisinin təliqəsinə əsasən

C) İdarə rəisinin tələbinə əsasən

D) Baş həkimin göndərişinə əsasən

E) Prokurorun şifahi göstərişinə əsasən

$$

A) Baş həkimin göndərişinə əsasən

B) Prokurorun şifahi göstərişinə əsasən

C) Müstəntiqin qərarına əsasən

D) İdarə rəisinin tələbinə əsasən

E) Polis rəisinin təliqəsinə əsasən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009.
122) Canlı şəxsin məhkəmə-tibbi ekspertizasında kimin iştirak etmək hüquqi vardır?

A) Valideynlərin

B) Vəkilin

C) Polis rəisinin

D) Qohumların

E) Qonşuların


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009.
123) Canlı şəxsin məhkəmə-tibbi ekspertizası keçirilərkən hansı sənəd tərtib edilir?

A) Xarici müayinə protokolu

B) Hadisə yerinə baxış protokolu

C) Məhkəmə-tibbi ekspertiza rəyi

D) Canlı şəxsin müayinə protokolu

E) Məhkəmə-tibbi müayinə aktı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009.
124) Xarici dövlətdə beynəlxalq ekspert komissiyasının tərkibində azərbaycanlı mütəxəssislərdən kim iştirak etmişdir?

A) A.A.Xanməmmədova

B) Ş.A.Səlimxanov

C) Ə.R.Atakişiyev

D) Ş.M.Musayev

E) Z.M.Məmmədov


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

125) Aşağıdakılardan hansı məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir?

A) Özü-özünə xəsarət yetirmənin təyini

B) Bakirəliyin təyini

C) Yaşın təyini

D) Əlillik qrupunun təyini

E) Sağlamlığa zərər vurma dərəcəsinin təyini


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009.

126) Məhkəmə-tibbi ekspertiza rəyi kimə verilir?

A) Hər-hansı bir polis işçisinə

B) Zərərçəkmişin qohumlarına

C) Vəkilə

D) Zərərçəkmişə

E) Müstəntiqə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009.
127) Aşağıdakılardan hansı məhkəmə-tibbi ekspertizanın müayinə obyekti deyildir?

A) Canlı şəxslər

B) Cinayət işinin materialları

C) Meyitlər

D) Maddi sübutlar

E) Ev heyvanları


Ədəbiyyat: Cinayət mühakimə icraatı və onun məhkəmə - tibbi təminatı, Bakı, 2009.

128) Aşağıdakılardan hansı «MTE və PA» Birliyinin struktur bölməsi deyildir?

A) Məhkəmə-biologiya şöbəsi

B) Məhkəmə-kimya şöbəsi

C) Məhkəmə-histologiya şöbəsi

D) Ekspertizalara nəzarət şöbəsi

E) Məhkəmə-ballistika şöbəsi


Ədəbiyyat: Cinayət mühakimə icraatı və onun məhkəmə - tibbi təminatı, Bakı, 2009.
129) Aşağıdakılardan hansı «MTE və PA» Birliyinin struktur bölməsi deyildir?

A) Təşkilati-metodik şöbə

B) Birliyin Nəsimi rayon şöbəsi

C) Biokimyəvi bölmə

D) Təkrar ekspertizalar şöbəsi

E) Məhkəmə-trassologiya şöbəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009.

130) Aşağıdakılardan hansı məhkəmə-tibbi ekspertizanın səlahiyyətinə aid deyildir?

A) Ölümün baş vermə müddətinin təyini

B) Xəsarət almış şəxsin müalicəsi

C) Xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsinin təyini

D) Ölümün səbəbinin təyini

E) Canlı şəxsin yaşının təyini


Ədəbiyyat: Cinayət mühakimə icraatı və onun məhkəmə - tibbi təminatı, Bakı, 2009.
131) Aşağıda göstərilənlərdən hansı ekspertin vəzifələrinə aid deyildir?
A) Qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy vermək

B) Ekspertiza qarşısında qoyulmuş suallar onun xüsusi biliklərindən kənara çıxırsa, rəy verməkdən imtina etmək

C) Məhkəmə-tibbi ekspertiza rəyinin istintaq orqanlarına çatdırılması

D) Məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbinə əsasən peşə təcrübəsi barədə məlumat vermək

E) Qapalı məhkəmə iclasının məlumatını yaymamaq
Ədəbiyyat: Cinayət mühakimə icraatı və onun məhkəmə - tibbi təminatı, Bakı, 2009.
132) Bilə-bilə yalan rəy verməyə görə ekspert Azərb. Resp. CM-nin hansı maddəsinə görə məsuliyyət daşıyır?

A) 299-cu maddə

B) 297-ci maddə

C) 135-ci maddə

D) 309-cu maddə

E) 142-ci maddə


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Bakı, 2009.

133) Məhkəmə iclasında məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə qərarı kim qəbul edir?

A) Vəkil


B) Zərərçəkmiş

C) Müttəhim

D) Məhkəmə sədri

E) Prokuror


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.

134) Aşağıdakılardan kim məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə qərar çıxara bilməz?

A) Təhqiqatçı

B) Məhkəmənin sədri

C) Müstəntiq

D) Vəkil

E) Prokuror


Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, Bakı, 2009.

135) Hansı halda əlavə məhkəmə-tibbi ekspertizası təyin edilir?

A) Əvvəllər verilmiş rəyin doğruluğu və əsaslı olması müstəntiqdə şübhə doğurduqda

B) Əvvəllər verilmiş rəyin doğruluğu və əsaslı olması prokurorda şübhə doğurduqda

C) Əvvəlki təhqiqatla bağlı əlavə sualların həll edilməsi zərurəti olduqda

D) Əvvəllər verilmiş rəyin doğruluğu və əsaslı olması məhkəmədə şübhə doğurduqda

E) Əvvəllər verilmiş rəyin doğruluğu və əsaslı olması təhqiqatçıda şübhə doğurduqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

136) Bir qayda olaraq hansı halda komissyon məhkəmə-tibbi ekspertizası təyin edilir?

A) Qətlə yetirilmiş şəxsin meyiti müayinə ediləndə

B) İntihar etmiş şəxsin meyiti müayinə ediləndə

C) Bədbəxt hadisə nəticəsində həlak olmuş şəxslərin meyitləri müayinə ediləndə

D) Tibb işçilərinin peşə sahəsində qanunsuz fəaliyyətinə dair ekspertiza aparılanda

E) Sağlamlığa zərər vurma dərəcəsinin təyinində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
137) Məhkəmə təbabəti üzrə ilk azərbaycanlı tibb elmləri doktoru kim olub?

A) M.N.Əliyev

B) R.M.Yusifli

C) Ş.M.Səlimxanov

D) M.O. Bünyadov

E) Ş.M. Musayev


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
138) Hansı hallarda ödənişli xidmət əsasında məhkəmə-tibbi müayinələr aparılır?

A) Polis rəisinin şifahi göstərişinə əsasən

B) Müstəntiqin təliqəsinə əsasən

C) Zərərçəkənin ərizəsinə əsasən

D) Prokurorun göndərişinə əsasən

E) Baş həkimin göndərişinə əsasən


Ədəbiyyat: «Azərbaycan Respublikasında Məhkəmə-tibbi ekspertizasının təşkili və keçirilməsi haqqında Əsasnamə» 1999-cu il, 9 saylı əmr.
139) Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanun neçənci ildən qüvvəyə minmişdir?

A) 2000-ci ildən

B) 1996-cı ildən

C) 1998-ci ildən

D) 1995-ci ildən

E) 1997-ci ildən


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
140) Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertiza xidmətinin təşkilinin nizamlanması barədə (əsasnamə) Səhiyyə Nazirliyi tərəfindən neçənci ildə hansı saylı əmr verilmişdir?

A) 2001-ci ildə 78 saylı əmr

B) 1995-ci ildə 16 saylı əmr

C) 2000-ci ildə 64 saylı əmr

D) 1999-cu ildə 9 saylı əmr

E) 1998-ci ildə 12 saylı əmr


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, I cild. Bakı, 2009.

141) Ekspertə aşağıdakını etmək qadağandır?

A) Ekspertin hüquqları pozulduqda qanunla müəyyən edilmiş qaydada şikayət etmək

B) Ekspertiza idarəsinin rəhbərindən başqa hər hansı bir şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq

C) Ekspertizanın aparılmasına başqa ekspertlərin cəlb olunması barədə vəsatət vermək

D) Rəy verilməsi üçün iş üzrə materialların təqdim olunması üçün vəsatət vermək

E) Məhkəmə-tibbi ekspertiza predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
142) Azərbaycanda “Məhkəmə - tibbi ekspertiza bürosu ” neçənci ildə yaradılmışdır?

A) 1956-ci ildə

B) 1950-cı ildə

C) 1952-ci ildə

D) 1948-ci ildə

E) 1951-ci ildə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

143) 1948-ci ildə yaradılmış məhkəmə-tibbi ekspertiza bürosunda hansı şöbə mövcud idi?

A) Ambulatoriya və yaxud I şöbə

B) Spektoqrafiya şöbəsi

C) Nəzarət şöbəsi

D) Fiziki – Texniki şöbə

E) Təşkilatı – metodik şöbə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
144) 1948-ci ildə yaradılmış məhkəmə-tibbi ekspertiza bürosunda hansı şöbə mövcud idi?

A) Oktyabr rayon şöbəsi

B) Məhkəmə tibbi bioloji şöbəsi

C) Tibbi kriminalistika şöbəsi

D) Tanatoloji və yaxud II şöbə

E) Məhkəmə kimya şöbəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

145) 1948-ci ildə yaradılmış məhkəmə-tibbi ekspertiza bürosunda hansı şöbə mövcud idi?

A) Kompleks ekspertizalar şöbəsi

B) Məhkəmə histologiya şöbəsi

C) Biologiya şöbəsi

D) Maddi sübutların müayinəsi və yaxud III şöbə

E) Təkrari ekspertizalar şöbəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

146) Azərbaycan Respublikasında məhkəmə - tibbi ekspertizanın keçirilməsi əsası hansı prinsipə görə təşkil edilmişdir?

A) Azərbaycan Respublikası və Bakı şəhərinin ərazi inzibati bölgüsünə görə

B) Magistral yollar keçən hər bir rayon üzrə

C) Əhalinin miqdarına görə

D) Bir-birinə yaxın olan üç-dörd rayon üzrə

E) Respublikanın 12 inzibati ərazi bölgüsünə görə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
147) “Məhkəmə - tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin” yeni strukturu neçənci ildə təsdiq edilmişdir?

A) 2001-ci ildə

B) 2005-ci ildə

C) 2008-ci ildə

D) 2000-ci ildə

E) 2009-ci ildə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları, I cild, Bakı, 2009.
148) Rəyin elmi faktiki baxımdan qiymətləndirilməsi zamanı nə nəzərə alınmır?

A) Metodikaların elmi əsaslı olması

B) Metodikaların ümumi qəbul olunması

C) Ekspertin rəhbər tutduğu metodikanın etibarlılıq dərəcəsinin aşağı olması

D) Müstəntiqə məlum olan elm və texnikanın bütün nailiyyətlərinin tətbiq edilməsi

E) Ekspertin rəhbər tutduğu elmi vəziyyətin düzgün olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları, I cild, Bakı, 2009.
149) Ekspert rəyinin prosessual baxımdan qiymətləndirilməsi zamanı nə nəzərə alınmır?

A) Ekspertin imtinasına əsasın olması

B) Ekspertizanın təyin olunması barədə qərarın olması

C) Ekspertin hüquqi xarakterli məsələləri həll etməməsi

D) Ekspertizanın qanunun tələblərinə uyğun tərtib olunması

E) Ekspert rəyinin təyini barədə qərarın ekspert idarəsinə vaxtında çatdırılmaması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları, I cild, Bakı, 2009.

150) Qanunvericiliyə görə sübutların (əşyayi-dəlillərin) kimin tərəfindən toplanması hüquqa ziddir?

A) Müstəntiqin

B) Təhqiqatı aparan şəxsin

C) Ekspertin

D) Məhkəmənin

E) Prokurorun


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
151) Qanunvericilik təhqiqatı aparan şəxsə, müstəntiqə, prokurora və məhkəməyə hansı səlahiyyəti vermir?

A) Baxış, axtarış və digər istintaq hərəkətlərini aparmağa

B) Ekspert qismində rəy verməyə

C) Təftiş aparılmasını tələb etməyə

D) Hər hansı bir şəxsi dindirilməyə çağırmağa

E) Əşya və sənədlərin təqdim edilməsini tələb etməyə


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
152) Qanunvericilik sübut növləri kimi hansı halı nəzərdə tutmur?

A) Şahid ifadələrini

B) İstintaq hərəkətləri protokolları və digər sənədləri

C) Ekspert rəyini

D) Ekspert idarəsi rəhbərinin tapşırığını

E) Zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələrini


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.

153) Qanunvericiliyə görə sübutlar hansı şəxs tərəfindən təqdim edilə bilməz?

A) Ekspert

B) Müqəssir və ya onun vəkili

C) Şübhəli şəxs

D) Zərərçəkmiş

E) Müəssisə rəhbərinin köməkçisi


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
154) Sübutları qiymətləndirdikdə aşağıdakı şəxslərdən kimin fikri üstün tutulur?

A) Vəkil

B) Müstəntiq

C) Məhkəmə

D) Prokuror

E) Ekspert


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.

155) Qanunvericiliyə görə hansı halda məhkəmə-tibbi ekspertizanın aparılması mütləq deyildir?

A) Ölümün səbəbini təyin etmək üçün

B) Təqsirləndirilən və ya şübhəli şəxsin psixi vəziyyətini təyin etmək üçün

C) Hadisəni düzgün qavramaq xüsüsiyyətinə şübhə yarandıqda şahidin və ya zərəçəkmişin sağlamlıq vəziyyətinin məhkəmə-tibbi təyini üçün

D) Bədən xəsarətlərinin xarakterini və ağırlıq dərəcəsini təyin etmək üçün

E) Təqsirləndirilən şəxsin və zərərçəkmişin yaşını təyin etmək üçün


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il
156) Qanunvericiliyə görə ekspertin aşağıdakı hüququ yoxdur?

A) Təhqiqatı aparan şəxs, müstəntiq, prokuror və məhkəmənin icazəsi ilə dindirilmədə və digər istintaq hərəkətlərində iştirak etmək

B) Vəzifə səlahiyyətlərinə aid olmayan hallarda öz əməyinə görə mükafat tələb etmək

C) Əlavə materialların təqdim olunması barədə vəsatət vermək

D) Bir neçə ekspert tərəfindən aparılan ekspertizaların təyin olunması zamanı rəy verilənə qədər bir-biri ilə məsləhətləşmək

E) Ekspertiza predmetinə aid olan iş materialları ilə tanış olmaq


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
157) Ekspert hansı vəzifə səlahiyyətini pozduğu üçün məsuliyyət daşıyır?

A) Əgər təqdim olunmuş materiallar kifayət qədər deyilsə və qarşıya qoyulmuş suallar onun bilik hüdudlarından kənara çıxırsa yazılı qaydada rəy vermənin qeyri mümkünlüyü barədə məlumat vermək

B) Yazılı halda rəy tərtib etmək və onu imzalamaq

C) İlkin istintaq və təhqiqatın sirlərini yaymaq

D) Qərarda qarşısına qoyulmuş suallara müvafiq obyektiv rəy vermək

E) Təhqiqatı aparan şəxsin, müstəntiqin, prokurorun, məhkəmənin çağırışlarına gəlmək


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
158) Qanunvericiliyə görə bunlardan hansı ekspertizanın növü hesab olunmur?

A) Mürəkkəb

B) Komissyon

C) İlkin


D) Təkrar

E) Əlavə
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.



159) Istintaq məhkəmə orqanları aşağıdakı hallarda ekspertdən imtina edə bilməz?

A) AR CPM-də nəzərdə tutulan əsaslar olmadıqda

B) Təqsirləndirən şəxsdən iş asılılığı vardırsa

C) Əgər ekspertin təqsirləndirilən şəxsdən, zərərçəkmişdən, mülki iddiaçı və ya mülki cavadehdən bu və ya digər dərəcədə iş asılılığı olmuşsa və ya vardırsa

D) Zərərçəkmişdən hər hansı bir asılılığı vardırsa

E) Əgər o, göstərilən iş üzrə təftiş aparmışdırsa


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009
160) Mütəxəssis kimi məhkəmə-tibbi ekspert hansı istintaq hərəkətlərində iştirak edə bilməz?

A) Hadisə yerində meyitə baxışda

B) İstintaq eksperimentlərində, şəxslərin müayinəsində

C) Təqsirləndirilən şəxs barədə qəti həbs tədbirinin seçilməsində

D) Basdırıldığı yerdən meyiti çıxardıqda

E) Hadisə yerinə, açıq və qapalı sahələrə baxışda


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.

161) İstintaq hərəkətlərində iştirak etmək üçün çağırılmış məhkəmə təbabəti üzrə mütəxəsisin vəzifəsinə aşağıdakı aid deyildir?

A) İstintaq hərəkətlərinin icra edilməsi üçün çağırışa gəlmək və iştirak etmək

B) Sübutların aşkar olunub götürülməsi ilə bağlı protokola qeydlər etmək

C) Gördüyü hərəkətlər barəsində izahat vermək

D) Sübutların aşkar edilib götürülməsində müstəntiqə kömək etmək

E) Ekspert rəyi vermək


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.

162) Hadisə yerində meyitə baxışı həyata kim keçirir?

A) Vəkil


B) Həkim

C) Müstəntiq

D) Hal şahidləri

E) Məhkəmə təbabəti sahəsində həkim mütəxəssis


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.

163) Müstəntiq hadisə yerində meyitə baxışı hansı şəxsin iştirakı ilə aparır?

A) Hal şahidlərinin

B) Məhkəmə təbabəti sahəsində həkim-mütəxəssisin

C) Şübhəli şəxsin

D) Digər mütəxəssislərin

E) Kriminalistika sahəsi üzrə mütəxəssisin


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
164) İşlə bağlı hansı şəxs müayinədən keçirilmir?

A) Zərərçəkmiş

B) Vəkil

C) Təqsirləndirilən şəxs

D) Şübhəli şəxs

E) Müttəhim


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
165) İşlə bağlı hansı şəxs müayinədən keçirilmir?

A) Təqsirləndirilən şəxs

B) Müttəhim

C) Vəkil

D) Şübhəli şəxs

E) Zərərçəkmiş


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.

166) Müqayisəli tədqiqat üçün bioloji xarakterli nümunələr kim tərəfindən götürülüb ekspertizaya təqdim edilə bilər?

A) Təqsirləndirilən şəxs

B) Vəkil

C) Orta tibb işçisi

D) Həkim – məhkəmə tibb eksperti

E) Müstəntiq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

167) Müqayisəli tədqiqat üçün nümunələr ilkin istintaq zamanı hansı şəxsdən götürülmür?

A) Zərərçəkmişdən

B) Şübhəli şəxsdən

C) Şahiddən

D) Müqəssirdən

E) Təhqiqatçıdan


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə