Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Deşilmiş kəsilmiş yaranın əsas elementi (hissəsi) hansıdır?



Yüklə 1,48 Mb.
səhifə9/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

502) Deşilmiş kəsilmiş yaranın əsas elementi (hissəsi) hansıdır?

A) Cırılmış nahiyə

B) Əzilmiş nahiyə

C) Əlavə kəsiyin itiuclu hissəsi

D) Didilmiş hissə

E) Çıxış dəliyi


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

503) Deşici-kəsici zədələnmələr zamanı yara kanalının əsas elementi hansıdır?

A) Diametri

B) Radiusu

C) Ucları

D) Divarları

E) Bucaqları


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
504) Deşilmiş kəsilmiş zədələnmələrdə tiyənin ucunun təsir yeri yarada necə xarakterizə olunur?

A) Ucların “П” şəkilli qurtarması ilə

B) Ucun yeri aşkar olunmur

C) Kənarların ən çox hamar nahiyəsi ilə

D) Ucların küt və iti qurtarması ilə

E) Kənarların məhdud sıyrılmış nahiyəsi (təmas nöqtəsi) ilə


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

505) Yaranın əsas kəsiyinin dəridə uzunluğu nədən asılıdır?

A) Yaranın giriş və çıxış dəliklərinin olmasından

B) Yara kanalının dərinliyindən

C) Yaranın boylama oxunun Lanqer oxuna görə yerləşməsindən

D) Yara kanalının divarlarının bədən səthinə nisbətindən

E) Yara kanalının qısa olmasından


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
506) Tiyənin bədənə daxil olmuş hissəsinin maksimal eni yaranın hansı elementinə görə və necə qiymətləndirilir?

A) Tiyənin bədən səthinə təsir bucağından asılı olaraq, böyük və kiçik ola bilər

B) Küp kəsiyindən kiçik olur

C) Əlavə kəsikdən böyük olmur

D) Əlavə kəsiyə bərabər olur

E) Küp kəsiyindən böyük olur


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

507) Tiyənin bədənə daxil olmuş uzunluğu necə qiymətləndirilir?

A) Yara kanalının dərinliyindən 1,5 sm az olur

B) Yara kanalının 1/3-nin 10%-nə bərabər olur

C) Yara kanalının dərinliyindən 2 sm az olur

D) Yara kanalının dərinliyindən az (kiçik) olmur

E) Yara kanalının dərinliyindən 1 sm az olur


Ədəbiyyat: Şakir Musayev. Zədələrin morfoloji xüsusiyyətlərinin qrafik əks olunma üsulları və onların diaqnostik qiymətləndirilməsi, Bakı – 1999

508) Əsas yaradan əlavə başqa zədələnmələr hansı halda əmələ gəlir?

A) Tiyə küpünün orta dərəcədə büruzə olması

B) Ülgücün itilənməsinin orta dərəcədə olması

C) Tiyənin ucunun iti olması

D) Tiyənin ucunun bir qədər küt olması

E) Tiyənin ucunun yarımdairəvi küt və deformasiyalı olması


Ədəbiyyat: Şakir Musayev. Zədələrin morfoloji xüsusiyyətlərinin qrafik əks olunma üsulları və onların diaqnostik qiymətləndirilməsi, Bakı – 1999

509) Əsas yaradan əlavə zədələnmələr digər hansı toxumalarda və harada əmələ gələ bilər?

A) Paltarda ola bilər

B) Yalnız dəridə

C) Dəridə ola bilər

D) Dəridə, sümükdə, qığırdaqda, paltarların qatlarında

E) Yalnız qığırdaqda


Ədəbiyyat: Şakir Musayev. Zədələrin morfoloji xüsusiyyətlərinin qrafik əks olunma üsulları və onların diaqnostik qiymətləndirilməsi, Bakı – 1999
510) Meyitin müayinəsi zamanı yara kanalına zondun salınmasına hansı halda icazə verilir?

A) Yara kanalı döş boşluğunda yerləşdikdə icazə verilmir

B) Yara kanalının girişindən başlayaraq qat-qat müayinəsindən sonra nəzarət üçün vizual olaraq həyata keçirilməsinə icazə verilir

C) İcazə verilmir

D) Yara kanalı döş boşluğunda yerləşdikdə icazə verilir

E) İcazə verilir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti, Bakı – 2006

511) Əlavə tibbi kriminalistik müayinələr üçün üzərində yara olmaqla, dəri parçası hansı formada götürülür?

A) Oval formalı

B) Trapes şəkilli

C) İstənilən formada

D) Kvadrat şəkilli

E) Dairəvi


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
512) Zədəli dəri parçası kriminalistik müayinə üçün hansı qaydada saxlanılaraq göndərilməlidir?

A) Texniki spirtdə fiksə olunmuş şəkildə

B) Üzərinə natrium-xlorid (xörək duzu) əlavə edilməklə

C) Distillə olunmuş suda fiksə olunmuş şəkildə

D) Otaq temperaturunda karton kağız üzərində qurudulmaqla

E) Formalində fiksə olunmuş şəkildə


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

513) Deşilmiş-kəsilmiş zədənin yara kanalı parenximatoz orqanlarda hansı üsulla müayinə olunur?

A) Yara kanalının zondla yoxlanması

B) Müayinə üçün xüsusi müayinə üsulu yoxdur

C) Rentgen kontrast maddə tökülmüş yara kanalının rentgenoqrafiyası

D) Yara kanalına adi su tökdükdən sonra rentgen şəkilin çəkilməsi

E) Yara kanalının boylama kəsilməsi


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

514) Deşilmiş-kəsilmiş yaranın kənarında metalizasiyanın tədqiqatı hansı məqsədlə aparılır?

A) Tiyənin uzunluğunun təyini üçün

B) Tiyənin ucunun formasının təyini üçün

C) Tiyənin itiliyinin təyini üçün

D) Tiyənin paslanmasını və identifikasiyasını təyini üçün

E) Tiyənin küpünün mövcudluğunun təyini üçün


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

515) Deşilmiş-kəsilmiş yaranın kənarında metalizasiyanın tədqiqatı hansı məqsədlə aparılır?

A) Tiyənin uzunluğunun təyini üçün

B) Əsas və əlavə kəsiklərin differensiyası və korroziyanın təyini üçün

C) Tiyənin qalınlığının təyini üçün

D) Tiyənin formasının təyini üçün

E) Ülgücün kələ-kötürlüyünün təyini üçün


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
516) Qayçının dilimlərinin təsirindən əmələ gəlmiş yaranın əsas xüsusiyyəti nədir?

A) Bir ucun küt şəkilli, digərinin iti olması

B) Ucların küt və iti qurtarması

C) Əlavə kəsiyin olmaması, bir ucun “M”və ya “П” şəkilli, digərinin iti olması

D) Kənarların düz olması

E) Bir ucun “П” şəkilli, digərinin iti olması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
517) Qığırdaq toxumasındakı mikroizlərin trassoloji müayinəsində onların qorunub saxlanması üçün hansı üsul tətbiq edilməlidir?

A) Qaranlıq otaqda saxlamaq

B) Otaq temperaturunda qurutmaq

C) Adi suda saxlamaq

D) Duzlu suda saxlamaq

E) Qliserin məhlulunda saxlamaq


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
518) Şüşə hissəciklərinin təyinində hansı metod tətbiq olunur?

A) Fotoqrafik

B) Kimyəvi (minerallaşdırma)

C) Rəngli əks salma

D) Vektor qrafik

E) Ölçmə
Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998


519) Şüşə hissəciklərinin təyinində hansı metod tətbiq olunur?

A) Mikroskopiya

B) Fraktoqramma

C) Rəngli əks salma

D) Sıxlığın ölçülməsi

E) Vektor qrafik


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998

520) Şüşə qırıntısının təsirindən törənmiş yaranın əsas xarakterik əlaməti hansıdır?

A) Ucların küt qurtarması

B) Yara kənarlarının çəngəlvari ikiləşməsi

C) Bir ucun küt qurtarması

D) Kənarların sıyrıqlı olması

E) Kənarların sıyrıqsız olması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
521) Şüşə qırıntılarının tədqiqatları üçün yumşaq toxuma zədənin hansı hissəsindən götürülməlidir?

A) Yara nahiyəsində səthdən

B) Yara nahiyəsindən

C) Yaranın kənarından

D) Zədənin daha dərin nahiyəsindən

E) Yaranın uclarından


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri, Bakı – 1998
522) Çapıcı alət təsirindən törənmiş dərin yaranın kənarları necə olur?

A) Kənarları didilib-dağılmış

B) Kənarları nahamar və sıyrıqlı

C) Kənarları nahamar və qançırı

D) Kənarları hamar və sıyrıqsız

E) Kənarları hamar və sıyrıqlı (zolaqvarı)


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.

523) Çapılmış yaranın xarakter xüsusiyyəti nədir?

A) Yara boyunca yaranın kənarlarındakı tüklərin qırılması

B) Yara içərisindəki əzələ toxumasının və atmaların əzilməsi

C) Yaranın dərin olması və yara nahiyəsindəki sümük toxumasının çapılması

D) Yaranın döş və qarın boşluqlarına nüfuz etməsi

E) Yaranın kənarlarının qançır və sıyrıqla əhatə olunması


Ədəbiyyat: Şakir Musayev. İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi-kriminalistik aspektləri. Bakı, 1998.


Nəqliyyat travmaları

524) Minik avtomobilinin frontal mərkəzi vəziyyətdə insanla toqquşması zamanı aşağıdakılardan hansı baş vermir?

A) Bədənin atılması və onun yola düşməsi

B) Avtomobilin təkərlərinin bədənin üzərindən keçməsi

C) Avtomobil hissələrinin insanla toqquşması

D) Bədənin yolla sürünməsi

E) Bədənin avtomobilin üzərinə düşməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006

525) Avtomobilinin insanla frontal toqquşması zamanı hansı xəsarətlər avtomaşının növünü təyin etməyə kömək edə bilər?

A) Kürək sümüyünün sınığı

B) Alın sümüyünün sınığı

C) Bud sümüklərindəki bamper sınıqları

D) Said sümüklərinin sınığı

E) Bazu sümüyünün sınığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

526) Yük avtomobilinin ön mərkəzi hissəsinin insanla toqquşmasının birinci fazasında piyadanın lokal (yerli) zədələnməsi aşağıdakı nahiyələrdən hansında özünü biruzə vermir?

A) Aşağı ətrafda baldırda

B) Çanaqda

C) Başda


D) Gövdədə

E) Budda
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.



527) Avtomobilin insanla toqquşması zamanı zərbə dəymiş hissədən aralıda boynun önə əyilməsi nəticəsində onurğa sütununun boyun şöbəsində baş verən zədələnmələr özünü hansı şəkildə biruzə verir?

A) Fəqərə cisimlərinin köndələn sınıqları

B) Fəqərənin arxa çıxıntısının sınıqları

C) Fəqərə cisimlərinin ön hissəsinin pazşəkilli sınıqları

D) Fəqərə cisimlərinin diaqonal sınıqları

E) Fəqərə cisimlərinin uzununa sınıqları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006

528) Avtomobilin təkərinin bədənin üzərindən keçməsi nəticəsində yaranan xarakterik xəsarət bunlardan hansıdır?

A) Alnın dərialtı hematoması

B) Budun qançırı

C) Falanqa sümüyünün sınığı

D) Dərinin alt toxumalardan dairəvi şəkildə soyulub-aralanması

E) Almacıq sümüyünün sınığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
529) Avtomobilin bədən üzərindən keçməsi nəticəsində yaranan xarakterik əlamət və ya xəsarət hansıdır?

A) Başda əzilmiş yara

B) Qara ciyərin subkapsulyar hematoması

C) Said sümüklərinin vintşəkilli sınığı

D) Budda dəri altında qanla dolu «ciblərin» olması

E) Qabırğaların birtərəfli sınıqları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

530) Avtomobilin təkərinin bədən üzərindən keçməsi zamanı yaranan spesifik əlamət və ya xəsarət hansıdır?

A) Falanqa sümüyünün sınığı

B) Əng sümüyünün sınığı

C) Bazu oynağının çıxığı

D) Təkərin protektorunun (şinin) bədən səthində qoyduğu neqativ iz

E) Baş beynin qapalı əziyi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
531) Avtomobil təkərinin döş qəfəsi üzərindən keçməsi nəticəsində yaranan xarakterik əlamət və ya xəsarətlərə bunlardan hansıları aiddir?

A) Üç qabırğanın soltərəfli sınığı

B) Bir qabırğanın sağtərəfli sınığı

C) Kürək sümüyünün birtərəfli sınığı

D) Döş sümüyünün çatı

E) Döş qəfəsi orqanlarının çırılmış diafraqmadan qarın boşluğuna keçməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
532) Avtomobilin təkərlərinin qarın üzərindən keçməsi nəticəsində yaranan xarakterik əlamət və ya xəsarətlərə bunlardan hansıları aiddir?

A) Qarnın ön divarının qançırı

B) Qarın boşluğu üzvlərinin cırılmış diafraqmadan döş boşluğuna keçməsi

C) Bağırsaq divarına qansızma

D) Mədəaltı vəzə qansızma

E) Qara ciyərin subkapsulyar hematoması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
533) Avtomobilin təkərinin budların üzərindən keçməsi nəticəsində yaranan xarakterik əlamət və ya xəsarətlərə bunlardan hansıları aiddir?

A) Budların dərisinin dairəvi şəkildə qapalı soyulması və qanla dolu «ciblərin» yaranması

B) Bud sümüyünün çatı

C) Budun çıxığı

D) Bud əzələlərinə qansızma

E) Budların qançırı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

534) Boyun fəqərələri cisminin ön tərəfində sıxılma nəticəsində pazvari sınıqların əmələ gəlməsi üçün avtomobil hissələrinin zərbəsi bədənin hansı səthinə yetirilməlidir?

A) Bədənin sağ səthinə

B) Bədənin yan səthinə

C) Bədənin sol səthinə

D) Bədənin ön səthinə

E) Bədənin arxa yan səthinə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006
535) Boyun fəqərələri cisminin arxa tərəfində sıxılma nəticəsində pazvari sınıqların əmələ gəlməsi üçün avtomobil hissələrinin zərbəsi bədənin hansı səthinə yetirilməlidir?

A) Bədənin sağ yan səthinə

B) Bədənin ön yan səthinə

C) Bədənin arxa səthinə

D) Bədənin yan səthinə

E) Bədənin sol səthinə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
536) Yük avtomobilinin ön hissəsinin insanla toqquşması zamanı bud sümüyünün pazşəkilli qəlpə əmələ gəlməsi ilə müşayiət olunan köndələn çəp sınığı-bamper sınığı hansı fazada müşahidə olunur?

A) İkinci faza

B) Müşahidə olunmur

C) Üçüncü faza

D) Dördüncü faza

E) Birinci faza


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
537) Minik avtomobilinin ön hissəsinin insanla toqquşması zamanı fazaların (mərhələlərin) sayı hansı amildən asılıdır?

A) İlkin zərbənin bədənin ağırlıq mərkəzinə nəzərən hansı səviyyədə yetirilməsindən

B) Avtomobil oturacağının sayından

C) İnsanın cinsindən

D) İnsanın yaşından

E) Belə asılılıq yoxdur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
538) Yük avtomobilinin ön hissəsinin piyada ilə toqquşması nəticəsində yaranan spesifik əlamət və ya xəsarətlərə bunlardan hansı aiddir?

A) Baldırın əzilmiş-cırılmış yarası

B) Oynaqların çıxığı

C) Başın əzilməsi

D) Sümüklərin çatı

E) Faraların sağrılarda yaratdığı neqativ qançır izləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
539) Minik avtomobilinin ön mərkəzi hissəsinin piyada ilə toqquşması zamanı yaranan spesifik xəsarət və ya əlamətlərə bunlardan hansı aiddir?

A) Döş qəfəsinin sıyrığı

B) Burnun deformasiyası

C) Kürək sümüyünün sınığı

D) Pəncənin əziyi

E) Avtomobilin marka-embleminin baldırda yaratdığı neqativ qansızma izləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
540) Avtomobilin təkərinin başın gicgah nahiyəsinin üstündən yan istiqamətdə keçməsindən hansı xarakterli sınıqlar əmələ gəlir?

A) Basılmış sınıq

B) Deşilmiş sınıq

C) Xarici sümük səhifəsində xətti çat

D) Düz xətşəkilli sınıq

E) Çoxqəlpəli və yerdəyişmiş sınıqlar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
541) Avtomobilin təkərinin budun üzərindən keçməsi nəticəsində budda qövsvari formalı dilimşəkilli yaralar hansı nahiyədə əmələ gəlir?

A) Əmələ gəlmir

B) Sarğıda

C) Diz oynağında

D) Təkərin buda toxunduğu tərəfdə

E) Çanağın ön səthində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

542) Avtomobil təkərinin protektor izlərinin əhəmiyyəti nədir?

A) Avtomobilin növünün təyinində identifikasion əhəmiyyəti var

B) Sürətin göstəricisidir

C) Mühərrikin gücünün göstəricisidir

D) Əhəmiyyəti yoxdur

E) Dolayı əhəmiyyəti var


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
543) Tırtıllı traktorların insan bədəni üzərindən keçməsini göstərən xəsarətlərə bunlardan hansıları aiddir?

A) Döş qəfəsinin xətti sıyrığı

B) Ətrafların dairəvi qançırları

C) Oynaqlarda çıxıq

D) Bədənin kobud deformasiyaları fonunda dəridə fasiləli, nizamlı və ardıcıl yerləşmiş sıyrıqlar, qançırlar və didilib-əzilmiş yaralar

E) Burun sümüyünün yerdəyişmiş sınığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

544) Avtomobilin təkərinin bədənin qarın nahiyəsindən keçdiyi zaman hansı xəsarətlər əmələ gəlmir?

A) Budun iç səthinin dərisinin cırılaraq soyulması, bud sümüyünün sınması

B) Diafraqmanın cırılması

C) Daxili orqanların cırılması

D) Aralıq nahiyəsinin cırılması

E) Nazik bağırsaq müsariqəsinin cırılması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

545) Avtomobil təkərlərinin döş qəfəsinin üstündən keçməsinin üçüncü və dördüncü fazasında döş qəfəsinin yumşaq toxumalarında və daxili orqanlarında aşağıdakı dəyişikliklər baş vermir?

A) Körpücükaltı nahiyyələrdə dərinin cırılması və çatları

B) Ağ ciyərin qopması

C) Ürəyin cırılması

D) Aorta qövsünün cırılması

E) Silkələnmədən ağ ciyərin kökündəki toxumalara qansızmalar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
546) Avtomobilin təkərinin budun (budların) üstündən keçməsi nəticəsində yumşaq toxumalarda hansı yerli (lokal) zədələnmələr əmələ gəlmir?

A) Qövs formalı dilim şəkilli yaralar

B) Deşilmiş yaralar

C) Dəridə təkərin protektorunun izi

D) Dərinin alt toxumalardan soyulub aralanması ilə qanla dolu «ciblərin» yaranması

E) Dərinin alt toxumaldan dairəvi şəkildə soyulub aralanması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

547) Avtomobilin təkərinin döş qəfəsinin üzərindən keçməsi zamanı ağ ciyərdə əmələ gələn bulleoz emfizemalar hansı zədələnmələrə aiddir?

A) Birbaşa əmələ gələn zədələnmələrə

B) Yerli təsirdən törənən zədələnmələrə

C) Lokal zədələnmələrə

D) Patoloji prosesdən törənən dəyişikliklərə

E) Təsir zonasından aralıda yaranan zədələnmələrə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

548) Avtomobilin təkərinin döş qəfəsi üzərindən keçməsi nəticəsində ağ ciyərin bulleoz emfizeması hansı sahələrdə əmələ gəlir?

A) Divar aralığında

B) Ağ ciyərin sıxılma zonasının mərkəzində

C) Ağ ciyərin sixilma zonasından kənar nahiyyəsində

D) Nəfəs borusunda

E) Ağ ciyərlərin bronxlarında


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

549) Zərərçəkən intihar zamanı özünü öldürmək məqsədilə dəmir yol relsləri üzərinə bədənin hansı hissəsini qoyur?

A) Ayağını

B) Əlini

C) Barmaqlarını

D) Boyun nahiyəsini

E) Qolunu


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
550) Aviasiya qazasından həlak olanlardan kimlərin meyiti tam müayinədən keçirilməlidir?

A) Yalnız kişilərin

B) Heç kimin

C) Ekipaj üzvlərinin

D) Yalnız qadınların

E) Yalnız uşaqların


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
551) Qasıq nayihəsinin dərisində bir-birinə paralel yerləşmiş cırıqların yaxud çatların əmələ gəlməsi avtomobilin təkərinin bədənin hansı nahiyyəsinin üzərindən keçdiyi zaman baş verə bilər?

A) Yuxarı ətrafların

B) Gövdənin qarın nahiyəsinin

C) Budun 1/3-nin

D) Döş qəfəsinin

E) Aşağı ətrafların


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
552) Sürücü və sərnişin avtomobilin idarəsində hansı şəraitdə zədə almır?

A) Avtomobilin başqa avtomobil ilə toqquşması zamanı

B) Avtomobilin hərəkət etməyən sədlərlə toqquşması zamanı

C) Avtomobilin çevrilməsi zamanı

D) Avtomobilin ani vaxtda yerindən sürətli hərəkəti zamanı

E) Avtomobilin hər hansı bir digər nəqliyyat vasitəsi ilə toqquşmadan tədricən dayanması zamanı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
553) Avtomobilin frontal toqquşması zamanı sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə olur?

A) Arxaya

B) İrəliyə doğru

C) Olmur


D) Sağa

E) Sola
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


554) Avtomobilin sağ yan tərəfi ilə toqquşması zamanı salonda sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə baş verir?

A) Olmur


B) Yuxarıya

C) Arxaya

D) Sağa doğru

E) İrəli


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

555) Avtomobilin sol yan tərəfi ilə toqquşması zamanı salonda sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə baş verir?

A) Yuxarıya

B) Qabağa

C) Arxaya

D) Sola doğru

E) Olmur
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.



556) Dayanmış avtomobilin arxa tərəfdən hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə vurulması zamanı avtomobilin salonunda sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə baş verir?

A) Sağa


B) Arxaya doğru

C) Qabağa

D) Sola

E) Olmur
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


557) Motosiklet travmalarına aşağıdakılardan hansı aid deyildir?

A) Hərəkət edən motosikletin insanla toqquşması

B) Motosiklet təkərinin insanın üzərindən keçməsi

C) Hərəkətdə olan motosikletdən insanın yıxılması

D) Motosikletin yük və yaxud hər hansı bir digər növ avtomobillə toqquşması

E) İnsan bədəninin motosikletin hissələri ilə yol arasında sıxılması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
558) Motosikletin maneə ilə üzbəüz (frontal) toqquşması zamanı motosikletin sürücüsünün bədənində hansı zədələnmələr əmələ gəlmir?

A) Qasıq birləşməsinin aralanması

B) Qasıq nahiyəsinin cırılması

C) Döş qəfəsinin arxa səthinin əzilmiş – cırılmış yaraları

D) Aralıq nahiyəsinin cırılması

E) Budun iç səthində geniş sıyrıqlar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

559) Dəmiryol nəqliyyatının təkərinin bədən üzərindən keçməsi zamanı hansı hissənin təsirindən xəsarət əmələ gəlmir?

A) Relsin başcığının

B) Təkərin yan hissəsinin

C) Təkərin kənarındakı çıxıntının

D) Relsləri şpallara birləşdirən digər detalların

E) Təkərin hərəkət edən hissəsinin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
560) Dəmiryolu nəqliyyat vasitəsinin insan üzərindən keçməsi nəticəsində dəridə hansı xarakterik zədələr əmələ gəlir?

A) Deşilmiş yaralar

B) Dərinin sıxılma və sıyrılma zolaqları

C) Kəsilimiş yaralar

D) Deşilmiş-kəsilmiş yaralar

E) Cızıqlar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə