Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları



Yüklə 1,48 Mb.
səhifə4/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   2   3   4   5   6   7   8   9   ...   19

168) İlk dəfə olaraq hansı azərbaycanlı alim neçənci ildə Ümumdünya Tibb, Etika və Qanun Assosiasiyasının idarə heyətinin üzvü olmuş və bu cəmiyyətin qubernatoru seçilmişdir?

A) Ş.A.Səlimxanov – 1997-ci ildə

B) M.O.Bunyatov – 1998-ci ildə

C) M.N.Əliyev – 1996-cı ildə

D) V.Q.Məmmədov – 1999-cu ildə

E) R.M.Yusifli - 1995-ci ildə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2002.

169) Yalan rəy verməsinə və ilkin istintaq hərəkətlərinin məlumatlarını yaymağa görə məhkəmə-tibb ekspertinə aşağıdakı hansı xarakterli tədbirlər görülür?

A) İnzibati xarakterli

B) Cinayət xarakterli

C) Cərimə xarakterli

D) İçtimai məzəmmət

E) İntizam xarakterli


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
170) Məhkəmə-tibbi ekspertiza rəyi kimin adından verilir?

A) Ekspertin

B) Komissiya sədrinin

C) Məhkəmə-tibbi ekspertiza idarəsinin

D) Şöbə rəisinin

E) Bölmə rəisinin


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
171) Məhkəmə-tibb eksperti verdiyi rəyə görə hansı məsuliyyəti daşıyır?

A) Şəxsi

B) Məsuliyyət daşımır

C) Kollektivlə

D) Komissiyanın sədri ilə

E) Komissiyanın başqa üzvü ilə


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
172) Məhkəmə-tibbi ekspertizanın təyin edilməsi barədə qərarı aldıqdan sonra ekspert idarəsinin rəhbərinin vəzifələrinə hansı hal aid deyildir?

A) Rəy verməkdən imtina etmək barəsində məsuliyyəti onlara izah etmək

B) Ekspertizanın keçirilməsini bir və ya bir neçə ekspertinə həvalə etmək

C) Ekspertizanın nəticələrinin tərtibatına istiqamət vermək

D) Yalan rəy vermək üçün məsuliyyəti ekspertlərə izah etmək və bu barədə onlardan iltizam almaq

E) Qanunvericilikdə nəzərdə tutulan vəzifə və hüquqları onlara izah etmək


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.

173) Qanunvericiliyə görə maddi sübutlar harada saxlanılır?

A) Təhqiqatı aparan şəxsin, müstəntiqin, prokurorun müəyyən etdiyi yerdə

B) Mərhumun qohumlarında

C) Vəkilin göstərdiyi yerdə

D) Təqsirləndirilən şəxsin qohumlarında

E) Şahidin göstərdiyi yerdə


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
174) Ekspertiza keçirilən zaman müstəntiq ekspertizada iştirak etməlidirmi?

A) Vəkilin razılığı olduqda

B) Zərərçəkənin razılığı olduqda

C) Ekspert idarəsinin rəhbəri icazə verən hallarda

D) Etmək hüququ var

E) Etməməlidir


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
175) Məhkəmə-tibb eksperti məhkəmədə yazılı halda rəy verməlidirmi?

A) Zərərçəkmişin razılığı olmalıdır

B) Müstəntiqlə razılaşdırdıqdan sonra verə bilər

C) Yox


D) Bəli

E) Təqsirləndirilən şəxsin razılığı olmalıdır


Ədəbiyyat: Mülki Prosessual Məcəllə. Bakı, 2009
176) Ə.Əliyev adına ADHTİ Məhkəmə təbabəti, hüququn əsasları və patoloji anatomiya kafedrası tərəfindən “biotibbi, mənəvi etik və hüquqi problemlər” mövzüsunda hansı qeyri-tibb ali təhsil müəssisələrində və neçənci ildən tələbə və dinləyicilərə tədris aparılır?

A) Turizim akademiyasının dinləyicilərinə 1995-ci ildən

B) BDU-nin tarix fakultəsinin tələbələrinə 2000-ci ildən

C) Fövqaladə Hallar Nazirliyinin dinləyicilərinə 2005-ci ildən

D) Sərhəd qoşunlarının dinləyicilərinə 2002-ci ildən

E) BDU-nun hüquq fakultəsinin tələbələrinə 1999-cu ildən, Polis Akademiyasının, Ədliyyə Nazirliyinin, Baş prokurorluğunun tədris mərkəzlərinin dinləyicilərinə 2000-ci ildən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 1999.

177) Müqayisəli tədqiqat üçün bioloji mənşəli obyektlər (nümunələr) kim tərəfindən götürülmür?

A) Təhqiqat aparan şəxs

B) Məhkəmə

C) Məhkəmə-tibb eksperti

D) Müstəntiq

E) Prokuror


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
178) Maddi sübutların məhkəmə-tibbi ekspertizası aparılarkən məhkəmə-tibb eksperti tərəfindən hansı prosessual sənəd tərtib olunur?

A) Məhkəmə-tibbi müayinə aktından çıxarış

B) Məhkəmə-tibbi müayinə raportu

C) Məhkəmə-tibbi müayinə arayışı

D) Maddi sübutların məhkəmə-tibbi ekspertiza rəyi

E) Məhkəmə-tibbi müayinənin protokolu


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
179) Hansı halda ekspert müayinə barəsində akt tərtib etmir?

A) Ekspertlərin göndərişi olduqda

B) Səhiyyə orqanlarının yazılı təliqəsi olduqda

C) Ekspertizanın təyin olunması barəsində hüquq mühafizə orqanlarının qərarı olduqda

D) Zərərçəkmişin ərizəsi olduqda

E) Hüquq mühafizə orqanlarının yazılı təliqəsi olduqda


Ədəbiyyat: Şakir Musayev, Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı, Bakı, 2008.

180) Məhkəmə bioloji şöbənin ekspertləri şübhəli şəxsdən, müqəssirdən qan, tük və digər müqayisəli tədqiqat obyektlərini müstəqil (özbaşına) olaraq götürə bilərlərmi?

A) Yox


B) Orta tibb işçisi götürə bilər

C) Yalnız həftənin I günü götürə bilər

D) Zərərçəkənin xahişindən sonra

E) Bəli
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə-tibbi ekspertiza və onun imkanları, Bakı, II cild, 2009.


181) Laborator xidmət sahələrinin ekspertlərinə müqayisəli tədqiqat obyektlərini kim verə bilməz?

A) Digər şöbələrin məhkəmə-tibb ekspertləri

B) Müstəntiq

C) Prokuror

D) Məhkəmə

E) Təhqiqat aparan şəxs


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə-tibbi ekspertiza və onun imkanları, Bakı, I cild, 2009.
182) Patoloji anatomik təşrihin aparılmasının məcburi hesab edilmədiyi hal hansıdır?

A) İnfeksion xəstəliklərdən baş verən ölüm hallarında

B) Tibbi müdaxilə və müayinə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında

C) İnfeksion xəstəliklərə şübhə olan hallardan baş verən ölümlərdə

D) Ailə üzvlərinin razılığı ilə herontoloji yaşla bağlı ölümlərdə

E) Hamiləlik və doğuşla əlaqədar ana ölümlərində


Ədəbiyyat: Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasını Qanunu, 1997.
183) Yaxmaların müayinəsi zamanı ekspert hansı sənədi tərtib edir?

A) Müayinə aktından çıxarış

B) Məhkəmə-tibbi müayinə protokolu

C) Arayış

D) Məhkəmə-tibbi müayinə aktı

E) İş jurnalında qeyd edilmiş nəticələr


Ədəbiyyat: Şakir Musayev, Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı, Bakı, 2008.

184) Müqayisəli tədqiqat üçün nümunələr obyektiv səbəblərə görə təqdim edilmədiyi hallarda ekspertlər maddi sübutların məhkəmə-tibb ekspertizasını keçirməlidirlərmi?

A) Xeyr


B) Bəli

C) 1 həftə müddətində nümunələr daxil olmazsa, maddi sübutlar geri qaytarılmalıdır

D) Dərhal maddi sübutları geri qaytarmalıdır

E) 3 gün gözləməlidir


Ədəbiyyat: Şakir Musayev, Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı, Bakı, 2008.
185) İlkin ekspertizanı keçirən ekspert maddi sübutların təkrari məhkəmə-tibb ekspertizasını keçirə bilərmi?

A) Vəkilin razılığı olmalıdır

B) Təqsirləndirilən şəxsin razılığı olmalıdır

C) Zərərçəkənin razılığı olmalıdır

D) Yox

E) Bəli
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.


186) Ekspertizanın keçirilməsi üçün məhkəmə-tibb ekspertlərinin tərkibini kim müəyyən edə bilməz?

A) Baş həkim

B) Məhkəmə

C) Müstəntiq

D) Məhkəmə-tibb ekspertiza idarəsinin rəhbəri

E) Təhqiqatı aparan şəxs


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
187) Maddi sübutların müayinəsi zamanı obyektləri kim qoruyur?

A) Ekspert idarəsinin arxivinə baxan şəxs

B) Ekspert idarəsinin dəftərxanasının əməkdaşı

C) Şöbə rəisi

D) Müvafiq ekspertiza idarəsinin baş laborantı

E) Ekspertizanı keçirən ekspert və ona təhkim olunmuş laborant


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi
188) Maddi sübutların məhkəmə-tibbi ekspertizasının icra müddəti nə qədərdir?

A) 1 ay 10 günə qədər

B) 3 ay

C) 1 aydan çox olmamaqla



D) 2 ay

E) 1 aydan çox


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
189) Maddi sübutların ekspertizasının keçirilmə müddətləri hansı vaxtdan hesablanır?

A) Şöbə rəisi qərarla tanış olduğu vaxtdan

B) Ekspertiza haqqında qərarın tərtib olunduğu vaxtdan

C) Qərarın şöbəyə daxil olduğu vaxtdan

D) İcraçı ekspertin müayinəni başladığı vaxtdan

E) Qərarın şöbəyə daxil olduğu, şöbə rəisi tərəfindən icraçı ekspertə verildiyi və onun müayinəyə başladığı vaxtdan


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə-tibbi ekspertiza və onun imkanları, Bakı, II cild, 2009.
190) Maddi sübutların müayinəsi üzrə ekspertizanın keçirilməsi baxımından ekspertin vəzifəsinə aşağıdakı aid deyildir?

A) Şöbədə ekspertizaya təhkim olunmuş laborantın işinə nəzarət

B) Maddi sübutların şöbə rəisindən qəbulu

C) Nəticələri iş jurnalında qeyd etməklə müayinənin aparılması

D) Ekspert rəyinin tərtib olunması

E) Ekspert rəyini şöbənin möhürü ilə təsdiqləmək və müstəntiqə çatdırmaq


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi

191) Ekspert rəyinin müayinə hissəsi kim tərəfindən imzalanır?

A) Sənədin giriş bəndində göstərilən şəxs (şəxslər)

B) Orta tibb işçiləri

C) Vəkil


D) Məhkəmə-tibb eksperti

E) Hal şahidləri


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
192) Ekspert rəyinin və ya məhkəmə-tibbi müayinə aktının arayış və çıxarışlar ilə dəyişilməsinə icazə verilirmi?

A) Verilir

B) Müstəntiq xahişinə görə verilir

C) Tək-tək hallarda verilir

D) Verilmir

E) Şöbə rəisi tərəfindən verilir


Ədəbiyyat: Şakir Musayev, Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı, Bakı, 2008.
193) Evtanaziya nədir?

A) Xəstənin xahişi ilə onun hospitalizasiyası

B) Xəstənin xahişi ilə onun müalicədən sonra tam reabilitasiyası üçün müvafiq kurort-sanatoriyasına göndərilməsi

C) Xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək

D) Xəstənin xahişi ilə onun ümumi şöbədən reanimasiya blokuna keçirilməsi

E) Xəstənin xahişi ilə ona zəruri təxirəsalınmaz ixtisaslaşdırılmış müalicəsinin daha da gücləndirlməsi


Ədəbiyyat: Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasını Qanunu, 1997.
194) İlkin istintaq hərəkətlərində iştirak etmək üçün müstəntiq ekspertiza idarəsinin laborator xidmət sahəsinin ekspertlərini dəvət edə bilərmi?

A) Zərərçəkmişin razılığndan sonra

B) Bəli

C) Vəkilin razılığından sonra

D) Şübhəli şəxsin razılığından sonra

E) Təqsirləndirilən şəxsin razılığından sonra


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
195) İlkin istintaq hərəkətlərində iştirak etmək üçün müstəntiq məhkəmə-biologiya, kimya və kriminalistika şöbələrinin ekspertlərinin mütəxəsis kimi hansı halda dəvət olunması mütləq deyil?

A) Meyitin hadisə yerində məhkəmə-tibbi müayinəsinin aparılmasına

B) Bioloji və qeyri-bioloji mənşəli obyektlərin götürülməsinə

C) Meyitə baxışa

D) Bioloji və qeyri-bioloji mənşəli obyektlərin aşkar olunmasına

E) Şəxslərin müayinəsində iştirak etməyə


Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il
196) Bioloji mənşəli obyektlərin məhv olunması zamanı hansı sənəd tərtib olunur?

A) Məhv olunmalı bioloji obyektlərin siyahısı və məhv olma aktı

B) Məhv olunmalı obyektlərin 1/3-nin siyahısı

C) Məhv edilmə arayışı

D) Hər hansı bir sənəd tərtib edilmir

E) Məhv olunma protokolu


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi

197) Rayon və şəhər məhkəmə-tibb ekspertiza şöbələri təcrübi, təşkilati, metodoloji və inzibati təsərrüfat baxımından kimə tabedir?

A) Yerli icra hakimiyyətinə

B) Rayon səhiyyə şöbəsinin müdirinə

C) Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Direktoruna

D) Məhkəmə-tibbi ekspertiza və patoloji-anatomiya Birliyinin Baş Direktoruna

E) Rayon prokuroruna


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 13 may 2008-ci il tarixli 67 nömrəli əmri ilə təsdiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında” Əsasnaməsi

198) Bir necə ekspert ilə məhkəmə-tibbi ekspertizanın aparılmasına zərurət yarandıqda ekspertlərin tərkibini kim müəyyən edə bilməz?

A) Məhkəmə

B) Məhkəmə-tibbi ekspertiza idarəsinin rəhbəri

C) Səhiyyə orqanlarının rəhbəri

D) Prokuror

E) Müstəntiq


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
199) Bir neçə məhkəmə-tibb ekspertinin (ekspertlər qrupunun) iştiraki hansı halda zəruri deyil?

A) Tibb işçilərinin peşə fəaliyyətinin qanun pozğunluğu üzrə ekspertizalarda

B) İlkin ekspertizalarda

C) Əmək qabiliyyətinin davamlı itirilməsinin təyini ekspertizalarında

D) Xüsusilə mürəkkəb ilkin ekspertizalarda

E) Cinayət və mülki iş materialları üzrə təkrarı ekspertizalarda


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi
200) Məhkəmə-tibbi ekspertizalarda təqsirləndirilən və ya şübhəli şəxslərin iştirakına icazə verilirmi?

A) Bəli


B) Müstəntiqin razılığı ilə

C) Vəkilin göstərişi ilə

D) Şöbə rəisinin razılığı ilə

E) Yox
Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.



201) Məhkəmə-tibbi ekspertizaların aparılması zamanı təqsirləndirilən və digər şəxslərin iştirakına kim icazə verə bilməz?

A) Müstəntiq

B) Prokuror

C) Təhqiqatı aparan şəxs

D) Məhkəmə-tibbi ekspertiza idarəsinin rəhbəri

E) Məhkəmə


Ədəbiyyat: Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
202) Azərbacan Respublikasında məhkəmə-tibbi ekspertizanın və digər məhkəmə-tibbi işlərin həyata keçirilməsi hansı qanunverici aktla tənzim olunmur?

A) Səhiyyə Nazirliyinin əmrləri və digər normativ aktları ilə

B) AR qanunvericiliyinin əsasları ilə

C) Hüquq-mühafizə, istintaq və məhkəmə orqanlarının əmrləri ilə

D) AR mülki və mülki prossesual məcəllələri ilə

E) AR cinayət və cinayət prossesual məcəllələri ilə


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə-tibbi ekspertiza və onun imkanları, Bakı, I cild, 2009.

203) 203## 1 3 2

Cinayət işinin istintaqı ilə bağlı ölkəmizdə ilk dəfə olaraq molekulyar-genetik ekspertiza nə vaxt aparılmışdır?

A)) 2001-ci ildə

B) 2006-cı ildə

C)2005-ci ildə

D) 2003-cü ildə

E) 2008-ci ildə

$$

A) 2001-ci ildə

B) 2003-cü ildə

C) 2008-ci ildə

D) 2006-cı ildə

E) 2005-ci ildə


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.

204) Bakı şəhərində məhkəmə-tibbi ekspertiza xidmətinin təşkili fasiləsiz təmin olunurmu?

A) Olunmur

B) Olunur

C) Məhkəmə-tibbi ekspertiza xidmətinin bəzi növləri istisna olunmaqla, olunur

D) Prokurorluq orqanlarının əməkdaşlarının icazəsi olanda

E) Yalnız yerli icra hakimlərinin icazəsi olanda


Ədəbiyyat: Şakir Musayev, Məhkəmə-tibbi ekspertiza və onun imkanları, Bakı, I cild, 2009.
205) Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyində metodik şuranın yaradılması vacibdirmi?

A) Ehtiyac yoxdur

B) Yox

C) Bəli


D) Məhkəmənin rəyini bildikdən sonra

E) Zəruri hallarda yaradıla bilər


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi.

206) Metodik şuranın tərkibini kim təsdiq edir?

A) Müvafiq səhiyyə orqanları

B) Baş prokuror

C) Şöbə rəisi

D) Birliyin Baş Direktoru

E) Yerli İcra Hakimiyyəti


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi

207) Rayon və şəhər məhkəmə-tibb ekspertiza şöbələrinin rəisləri məhkəmə təbabəti üzrə qayda və təlimatları işləyib nəşr edə bilərlərmi?

A) Edə bilməz, çünki rayon prokurorunun icazəsi olmalıdır

B) Rayon prokurorluğunun icazəsi ilə edə bilərlər

C) Bəli


D) Yaxın şöbə rəisləri ilə birlikdə edə bilər

E) Yox
Ədəbiyyat: Səhiyyə Nazirliyinin 13 may 2008-ci il tarixli 67 nömrəli əmri ilə təsdiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında” Əsasnaməsi



208) Birliyin şöbə rəisləri ekspertlərin ixtisaslaşması və təkmilləşməsinin illik və perspektiv planlarını kimə göndərirlər?

A) Birliyin Baş direktoruna

B) Müvafiq Səhiyyə orqanlarının rəhbərlərinə

C) Baş prokurora

D) Təhsil Nazirliyinə

E) Respublikanın Səhiyyə Nazirliyinə


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 13 may 2008-ci il tarixli 67 nömrəli əmri ilə təsdiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi haqqında” Əsasnaməsi

209) Məhkəmə-tibbi meyitxanada hansı jurnalın olması mütləq sayılmır?

A) Sənədlərin və giymətli əşyaların qeydliyyatı jurnalı

B) Meyitlərə qulluğun növlərini göstərən jurnal

C) Meyitlərin qeydiyyatı jurnalı

D) Paltarların, maddi sübutların və digər əşyaların qeydiyyatı jurnalı

E) Meyitlərin təhvil verilməsi jurnalı


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi
210) Məhkəmə-tibbi meyitxanada jurnallarda müvafiq qeydiyyatın aparılmasına görə məsul şəxs kimdir?

A) Gecə növbətçisi

B) Tibb qeydiyyatçısı

C) Sanitar

D) Tibb bacısı

E) Laborant


Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi

211) Azərbaycanın məhkəmə təbabəti tarixində ən çox dərsliklər, ədəbiyyatlar, metodik tövsiyələr, normativ sənədlər neçənci illərdə hazırlanmış və onların müəllifi kimdir?

A) 1974 – 2002-ci illərdə R.M.Yusifli

B) 1967 – 1995-ci illərdə Ə.R.Atakişiyev

C) 1955 – 1970-ci illərdə Ə.Ə.Sultanov

D) 1988 – 2010-cu illərdə Ş.M.Musayev

E) 1979 – 2006-cı illərdə Ş.A.Səlimxanov


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
212) Azərbaycanda məhkəmə-tibbi xidmətin təşkili və keçirilməsinə dair normativ hüquqi sənədlərin – “Əsasnamə, Təlimat və Qaydalar”ın hazırlanmasına kim müəlliflik və rəhbərlik etmişdir?

A) Ş.A.Səlimxanov

B) İ.T.İsayev

C) Ş.M.Musayev

D) A.R.Atakişiyev

E) R.M.Yusifli


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

213) Azərbaycanda vahid Beynəlxalq kriminalistik laboratoriyaların siyahısına daxil edilmiş “Tüklərin problem laboratoriyası”nın yaradıcısı və rəhbəri kim olmuşdur?

A) Ə.R.Atakişiyev

B) Ş.M.Musayev

C) Ə.Ə.Sultanov

D) R.M.Yusifli

E) Ş.A.Səlimxanov


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Hadisə yerində (aşkar olunduğu yerdə) meyitə baxiş

214) Meyitin aşkar olunduğu yerdə müayinəsi kimin iştirakı ilə aparılır?

A) Mərhumun yaxın qohumlarının

B) Yaxındakı xəstəxananın baş tibb bacısının

C) Ölümün baş verməsini görmüş şəxsin

D) Məhkəmə təbabəti sahəsində həkim mütəxəssisin

E) Meyitxananın növbətçi sanitarının


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

215) Meyitin aşkar olunduğu yerdə müayinəsi kimin iştirakı ilə aparılır?

A) Meyit daşıyan avtomaşının sürücüsünün

B) Ölümün baş verməsini müşahidə etmiş şəxsin

C) İstənilən ixtisas sahibi olan həkimin

D) Mərhumun iş yoldaşlarının

E) Yaxınlıqdakı poliklinikanın baş tibb bacısının


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

216) Əgər meyitin aşkar olunduğu yerdə obyektiv səbəbdən məhkəmə təbabəti üzrə mütəxəssis yoxdursa, onda meyitin müayinəsi kimin iştirakı ilə aparılır?

A) Tibb universitetinin tələbələrinin

B) Tibb qeydiyyatçısının

C) Mərhumun işlədiyi müəssisənin rəhbərinin

D) Orta tibb işçisinin

E) Həkim–cərrahın


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

217) Mahiyyətinə görə hadisə yerinə və hadisə yerindəki meyitə baxış nədir?

A) Meyitin məhkəmə-tibbi müayinəsi

B) Meyitin dəfn mərasiminə hazırlıq

C) Meyitin məhkəmə-tibbi ekspertizası

D) İlkin istintaq hərəkəti

E) Meyitin qohumlarına təhvil verilməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
218) Həkim-mütəxəssis hadisə yerində kimin rəhbərliyi altında işləyir?

A) Səhiyyə şöbəsinin müdirinin

B) Müstəntiqin

C) Cinayət axtarış üzrə əməliyyat müvəkkilinin

D) Polis bölməsinin rəisinin

E) Xəstəxananın baş həkiminin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

219) Meyitin, onun paltarlarının və maddi sübutlarının meyitxanaya çatdırılması kimin vəzifə səlahiyyətinə daxildir?

A) Məhkəmə-tibb ekspertinin

B) Ekspert-kriminalistin

C) Hadisə yerinin müayinəsini aparan müstəntiqin

D) Məhkəmənin

E) Baş ekspertiza idarəsinin növbətçi bölməsinin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
220) Həkim-mütəxəssis hadisə yerində kimin rəhbərliyi altında işləyir?

A) Polis idarəsi rəisinin

B) Hadisə yerinə gəlmiş yüksək vəzifəli səhiyyə işçisinin

C) Poliklinikanın baş həkiminin

D) Mərhumun yüksək rütbəli qohumlarının

E) Müstəntiqin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

221) Həkim-mütəxəssis hadisə yerində kimin rəhbərliyi altında işləyir?

A) Daxili işlər nazirliyinin məsul əməkdaşının

B) Fövqəladə hallar nazirliyinin məsul əməkdaşının

C) Müstəntiqin

D) Meyitxananın müdirinin

E) Dəfn bürosunun əməkdaşlarının


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

222) Meyitin aşkar olunduğu yerin təkrari müayinəsinə həkim-mütəxəssis nə zaman dəvət oluna bilər?

A) Mərhumun qohumlarının xahişinə əsasən

B) Meyitin məhkəmə-tibbi ekspertizası keçirilərkən

C) İbtidai istintaqın gedişində zərurət yaranan hallarda

D) Ölümün səbəbi tam aydın olmadıqda

E) Mərhumun şəxsiyyəti naməlum olduqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
223) Meyitin aşkar olunduğu yerin təkrari müayinəsinə həkim-mütəxəssis nə zaman dəvət oluna bilər?

A) Məhkəmə istintaqının gedişində yaranmış zəruri halların araşdırılması üçün

B) Meyitin məhkəmə-tibbi ekspertizası keçirilmədikdə

C) Səhiyyə İdarəsi rəhbərinin tələbinə əsasən

D) Mərhumun qohumlarının tələblərinə əsasən

E) Meyiti meyitxanaya aparan avtomaşın qəzaya uğradıqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə