Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Yanıq xəstəliyinin gedişinin dövrlərinin düzgün ardıcıllığı hansıdır?



Yüklə 1,48 Mb.
səhifə12/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

705) Yanıq xəstəliyinin gedişinin dövrlərinin düzgün ardıcıllığı hansıdır?

A) Yanıq şoku, toksemiya, septikotoksemiya, sağalma

B) Toksemiya, sağalma, yaniq şoku

C) Septikotoksemiya, sağalma

D) Yanıq şoku, sağalma, toksemiya

E) Sağalma, yanıq şoku, toksemiya


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

706) Yanıq şokunun davametmə müddətini göstərin?

A) 1-2 gün

B) 22 gün

C) 5-10 gün

D) 1 aydan artıq

E) 11-20 gün


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

707) Yanıq toksemiyasının davam etmə müddətini göstərin?

A) 3-10 gün

B) 30 gün

C) 20-25 gün

D) 10-15 gün

E) 1 aydan artıq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

708) Hansı morfoloji əlamətlər yanığın həyati olmasını göstərir?

A) Daxili üzvlərin azqanlılığı

B) Boksçu vəziyyəti

C) Qanın damarlarda duru olması

D) Qanda karboksihemoqlobinin 10%-dən aşağı tapılması

E) Yuxarı tənəffüs yollarında hisin aşkar edilməsi və onun selikli qişalarının yanığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
709) Yanğın zamanı ölüm hadisə yerində baş verərsə, ona səbəb nə olur?

A) Ağ ciyər arteriyasının tromboemboliyası

B) Ağ ciyərin iltihabı

C) Dəm qazı və tüstü ilə kəskin zəhərlənmə

D) Qara ciyərin sirrozu

E) Said sümüklərinin sınığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

710) Yanıq nəticəsində ölüm xəstəxanada ilk üç gün ərzində hansı səbəbdən baş verə bilər?

A) Beyinə qansızmadan

B) Kömürləşmədən

C) Ağ ciyər vərəmindən

D) Yanıq şokundan

E) Qanitirmədən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

711) Bədəndə yanığın sahəsinin təyin edilməsi hansı qaydaya əsaslanır?

A) “Doqquzlar qaydası”na əsasən

B) Sağlamlığa zərərvurma dərəcəsinin təyini qaydalarına əsasən

C) Yanığı törədən amillərin təyininə əsasən

D) Yalnız kömürləşmiş hissələrin təyininə əsasən

E) Belə qayda yoxdur


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

712) Xarici mühit amillərindən hansı bədənin ümumi soyumasına köməklik göstərir?

A) Güclü soyuq külək və hərəkətsizlik

B) Geyim əşyalarının qalın olması

C) İsti hava şəraiti

D) Açıq və küləksiz hava

E) Mülayim hava şəraiti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
713) Bu amillərdən hansı bədənin ümumi soyumasına köməklik göstərir?

A) Piylənmə

B) Dar ayaqqabı və kifayət qədər qalın geyim əşyalarının olmaması

C) Açıq və küləksiz hava

D) İsti hava

E) Küləksiz quru hava


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
714) Orqanizmin hansı vəziyyəti bədənin ümumi soyumasına köməklik göstərir?

A) Yorğunluq, yuxusuzluq və alkoqol sərxoşluğu

B) Cırtdan boyluluq

C) Hündür boyluluq

D) Piylənmə

E) Psixi oyanıqlıq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
715) Bədənin ümumi soyumasında yerli təsirin ilkin həyati əlaməti hansıdır?

A) Soyuma və dərinin göyərməsi

B) Donma

C) Yaş nekroz

D) Quru nekroz

E) Buzlama


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
716) Donmanın mərhələlərinin düzgün ardıcıllığı hansıdır?

A) Dərin nekroz, nekroz, suluq

B) Nekroz, suluq, dərin nekroz

C) Tünd qırmızı rəngli dəri, suluq, nekroz, dərin nekroz

D) Nekroz, suluq, tünd dəri

E) Suluq, nekroz, dərin nekroz


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
717) Donma zamanı kəllə qapağı sümüklərinin tikişlərdən aralanmasına səbəb nədir?

A) Dəri örtüyünün tüksüz olması

B) Cinsi mənsubiyyət

C) Başın dəri qatının nazik olmsı

D) Beyin toxumasının donması ilə əlaqədar baş beyinin həcminin artması

E) Beyin toxumasının sıxılmadan atrofiyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

718) Buzlamış meyitin donunun açılması neçə həyata keçirilir?

A) Otaq temperaturası (16-18°C) şəraitində don açılanadək gözləməklə

B) Elektrik peçi ilə otağı qızdırmaqla

C) Qaz peçi ilə otağı qızdırmaqla

D) Meyitin yanında ocaq qalamaqla

E) Meyiti infraqırmızı şüalarla şüalandırmaqla


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

719) Bədənin ümumi soyuması zamanı ölüm baş verdikdə qara ciyərdə qlikogen, əzələlərdə isə qlükoza və süd turşusunun miqdarı necə dəyişir?

A) Kəskin artır

B) Dəyişməz qalır

C) Azalır

D) Əhəmiyyəti yoxdur

E) Bir neçə dəfə artır


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

720) Ümumi soyuma zamanı meyitin daxili müayinəsində nə aşkar edilir?

A) Daxili üzvlərin doluqanlılığı, mədənin selikli qişasında qansızma və nekroz – Vişnevski ləkəsi

B) Qara ciyərin piy distrofiyası

C) Dalağın azqanlı olması

D) Ağ ciyərin atelektazı

E) Ürəyə qansızma – Minakov ləkəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Atmosfer təzyiqinin kəskin dəyişməsindən baş verən ölüm və sağlamlığın pozulması

721) Yüksəklik (dağ) xəstəliyinin əsas səbəbi nədir?

A) Hidrostatik təzyiqin artması

B) Atmosfer təzyiqinin artması

C) Atmosferdə karbon qazının çoxalması

D) Yüksəklikdə havada oksigenin parsial təzyiqinin azalması

E) Yüksəklikdə azotun azalması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

722) Yüksəklik xəstəliyində sağlamlığın pozulmasının və ölümün əsas səbəbi nədir?

A) Oksigenin parsial təzyiqinin düşməsi nəticəsində ekzogen tipli hipoksiya

B) Qarışıq tipli hipoksiya

C) Toxuma tipli hipoksiya

D) Qan tipli hipoksiya

E) Respirator tipli hipoksiya


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
723) Yüksəklik xəstəliyindən ölənlərin meyitində hansı spesifik əlamətlər aşkar edilir?

A) Meyit ləkələri ayırd edilmir

B) Hər hansı bir spesifik əlamətlər müəyyən edilmir

C) Dəri “qaz dərisi” şəklini alır

D) Meyit qacıması inkişaf etmir

E) Meyitdən qurumuş göbələk iyi gəlir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
724) Partlayış dekompresiyasında ölümə səbəb nə olur?

A) Dərinin nekrozu

B) Ağciyərlərin iltihabı

C) Baş beynin infarktı

D) Həyati vacib orqanların qaz emboliyası

E) Ətrafların qanqrenası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
725) Atmosfer təzyiqinin ani olaraq nə qədər qalxması ölümlə nəticələnə bilər?

A) 0,4 Atm

B) 0,2 Atm

C) 0,3 Atm

D) 0,7-1 Atm

E) 0,1 Atm


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
726) Barotravma özünü hansı üzvlərdə büruzə verir?

A) Ürəkdə

B) Baş beyində

C) Qara ciyərdə

D) Mədəaltı vəzində

E) Ağciyər, mədə-bağırsaq sistemi orqanlarında


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

727) Barotravma özünü hansı üzvlərdə büruzə verir?

A) Orta qulaqda, ağ ciyərdə

B) Dalaqda

C) Qara ciyərdə

D) Ürəkdə

E) Baş beyində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

728) Dalğıcların qəfləti “sıxılma” nəticəsində ölməsi zamanı hansı əlamətlər aşkar edilir?

A) Meyit qacımasının olmaması

B) Daxili üzvlərin azqanlılığı

C) Qanın ağımtıl-qırmızı laxtalı olması

D) Ekximatik maska, böyük və kiçik qan dövranında qaz emboliyası

E) Meyit ləkələrinin olmaması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
729) Kesson xəstəliyindən ölmüş şəxslərin meyitlərinin müayinəsində ölümə gətirib çıxaran hansı dəyişikliklər üstünlük təşkil edir?

A) Ürəkdə və qan damarlarında qan laxtaları ilə birlikdə diffuz hava emboliyası

B) Qanın ağımtıl-qırmızımtıl laxtalı olması

C) Meyit qacımasının olmaması

D) Daxili üzvlərin azqanlılığı

E) Meyit ləkələrinin olmaması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


Şüalanma nəticəsində baş verən ölüm və sağlamlığın pozulması

730) İonlaşmış şüalanmanın zədələyici faktorlarına nə daxildir?

A) Radium izotopları

B) Alfa və betta hissəcikləri

C) Sezium izotopları

D) Günəş şüaları

E) Platin izotopları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
731) Böyük şüalanma qabiliyyətinə malik hissəciklər hansılardır?

A) Alfa hissəcikləri və neytron axını

B) Qamma hissəcikləri

C) Radium izotopları

D) Platin izotopları

E) Betta hissəciklər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
732) Şüa xəstəliyi zamanı meyitin müayinəsində hansı morfoloji dəyişiklik aşkar edilir?

A) Üzv və toxumalarda kəskin ifadə olunmuş hemorragik sindrom

B) Ürəyin hipertrofiyası

C) Ağ ciyərlərin atelektazı

D) Qara ciyərin piy distrofiyası

E) Qara ciyərin sirrozu


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
733) Ölüm törədən radiasiyanın miqdarını göstərin?

A) 250 R


B) 200 R

C) 150 R


D) 100 R

E) 400-500 R


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
734) Kəskin şüa xəstəliyində ölüm daha çox hansı səbəbdən baş verir?

A) Xoşxassəli şişlərdən

B) Xroniki damar çatışmazlığından

C) Xroniki pnevmaniyadan

D) Qanaxma, intoksikasiya və kaxeksiyadan

E) Mədənin sallanmasından


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
735) Şüa zədələnməsi zamanı birinci reaksiya hansıdır?

A) Periferik qanda leykositoz

B) Sidik-ifrazat sistemi pozğunluğu

C) Hərəkət-oynaq sistemi pozğunluğu

D) Mədə-bağırsaq sistemi pozğunluğu

E) Sümük iliyinin qan yaratma sisteminin qıcıqlanması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

736) Kəskin şüa xəstəliyi neçə mərhələyə bölünür?

A) 7 mərhələ

B) 5 mərhələ

C) 4 mərhələ

D) 6 mərhələ

E) 8 mərhələ


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
737) İonlaşmış şüalanmanın orqanizmə təsiri necə özünü göstərir?

A) Hüceyrələrdə əhəmiyyətli genetik dəyişiklik yaradır

B) Ətrafların mübadilə tənzimini pozur

C) Qanyaranmanı gücləndirir

D) Xroniki ürək-damar pozğunluğu törədir

E) Xroniki böyrək çatmamazlığı törədir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

738) Radioaktiv maddələr necə təsir göstərir?

A) Yüngül

B) Yerli və ümumi

C) Təsir etmir

D) Cüzi

E) Qarışıq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

739) Yüksək dozada radioaktiv maddələrlə zəhərlənmədə ölüm nədən baş verir?

A) Hərəki pozğunluqdan

B) Şüa şokundan

C) Qida çatışmazlığından

D) Qara ciyər çatmamazlığından

E) Mübadilə pozğunluğundan


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Mexaniki səbəblərdən xarici tənəffüsün pozulması nəticəsində sağlamlığa zərər vurma və ölüm

740) Asfiksiyanın inkişaf prosesi nə ilə xarakterizə edilir?

A) Parenximatoz üzvlərinin distrofiyası ilə

B) Toxumalarda oksigenin konsentrasiyasının azalması ilə

C) Toxuma alkolozunun inkişafı ilə

D) Ağ ciyərlərin iltihabı ilə

E) Qanın hemolizi ilə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
741) Bunlardan hansı mexaniki asfiksiyaya aiddir?

A) Ekzogen

B) Kompressiya edici

C) Qarışıq

D) Sirkulyator

E) Respirator


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
742) Tez baş verən ölüm (“ümumi asfiktik”) əlamətlərini əmələ gətirən faktor hansıdır?

A) Qanın laxtalı vəziyyəti

B) Qanın patoloji depolaşması

C) Qanın arterial xarakteri

D) Toxuma asidozu və qanın hipervenoz xarakteri

E) Daxili orqanların azqanlılığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
743) İlgəkdən asılma zamanı stranqulyasiya şırımının xüsusiyyəti hansıdır?

A) Dərinliyinin bərabər olması

B) Horizontal istiqamət

C) Çəp-qalxan istiqamət və boynun yuxarı 1/3-də yerləşməsi

D) Boynun aşağı 1/3-də yerləşməsi

E) Qapalı olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
744) İlgəklə boğulma zamanı stranqulyasiya şırımının xüsusiyyəti hansıdır?

A) Sarımtıl olması

B) Bərabər dərinlik

C) Çəp istiqamət

D) Horizontal istiqamətdə və bərabər dərinlikdə olması

E) Qapanmaması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
745) Bokarius sınağının müsbət nəticəsi nəyi göstərir?

A) Ilgəkdən asılmanı təsdiq edir

B) Sübutedici əhəmiyyəti yoxdur

C) Ilgəklə boğulmanı təsdiq edir

D) Şırımın həyati olmamasını

E) Stranqulyasiya şırımın həyati olmasını


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
746) Bokarius sınağının mənfi nəticəsi nəyi göstərir?

A) Stranqulyasion şırımın həyati olmamasını

B) Ilgəkdən asılmanı təsdiq edir

C) Sübutedici əhəmiyyəti yoxdur

D) Stranqulyasion şırımın həyati olmasını

E) Ilgəklə boğulmanı təsdiq edir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
747) Bokarius sınağı vasitəsilə makroskopik morfoloji dəyişikliklər harada aşkar edilir?

A) Stranqulyasion şırımın kənarlarında dəridə

B) Dilaltı sümüyün ətrafında

C) Dərin əzələ toxumasında

D) Edilmir

E) Limfa düyünlərində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

748) Burun və ağız dəliklərinin yumşaq əşyalarla qapanması zamanı xəsarətlər hansı nahiyələrdə törənir?

A) Dildə


B) Tənəffüs borusunda

C) Burun və ağız ətrafı dəridə

D) Yemək borusunda

E) Qırtlaqda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
749) Döş qəfəsinin və qarının sıxılması nəticəsində əmələ gələn ölümlə müşahidə olunan morfoloji əlamət hansıdır?

A) Ağ ciyərlərin kəskin iltihabı

B) Meyit ləkələrinin zəif intensivlikli rəngi

C) Qanın laxta halında olması

D) Iri damarlarda qarışıq laxta qanın olması

E) Ekximatik maska – üz–boyun-döşdə kəskin sianoz və dəriiçi qansızmalar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
750) İlgəklə boğulma zamanı stranqulyasiya şırımında dərialtı qansızmalar harada əmələ gəlir?

A) Yuxarı kənarında

B) Aşağı kənarında

C) Dibindəki limfa düyünlərində

D) Stranqulyasya şırımının hər iki kənarında, eyni dərəcədə dəridə

E) Şırımdan uzaq toxumalarda


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

751) Ümumi yuxu arteriyasının intima qişasının cırılması (Amyuss əlaməti) asfiksiyanın hansı növündə müşahidə olunur?

A) Əllə boğulma zamanı

B) Ilgəklə boğulma zamanı

C) Ilgəkdən asılma zamanı

D) Kompresion asfiksiya zamanı

E) Suda boğulma zamanı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
752) Əllə boğulma zamanı dilaltı sümüyün sınıqları hansı hissədə rast gəlinir?

A) Cismində orta xətt boyu

B) Sınıq əmələ gəlmir

C) Kiçik buynuzların əsasında

D) Cisminin yan səthlərində

E) Böyük buynuzların əsasında, əsasən onların sümüyün cismi ilə bitişən hallarında


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
753) Aşağıda qeyd olunan əlamətlərdən hansı suda batmada aşkar edilir?

A) Larşe ləkəsi

B) Vişnevski ləkələri

C) «Boksçu» vəziyyəti

D) Rasskazov-Lukomski-Paltauf ləkələri

E) Beloqlazov əlaməti


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
754) Güclü alkohol sərxoşluğu suda batmanın tez və ya gec baş verməsinə necə təsir edir?

A) Suda batma tez baş verir

B) Suda batmanın baş verməsini gecikdirir

C) Ani ölüm baş verir

D) Təsir etmir

E) Şəxs uzun zaman suda əl-qol atır


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
755) Suda batmadan ölmüş şəxsin mədəsində çoxlu miqdarda suyun tapılması nəyi sübut edir?

A) Şəxsin sərxoş olmasını

B) Meyitin çürüməsini

C) “Həqiqi” aspirasion suda batmanı

D) Reflektor suda batmanı

E) Spastik suda batmanı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

756) Tez baş verən ölümə dəlalət edən morfoloji əlamət hansıdır?

A) Seroz qişalar altında və konyuktivalarda ekximozlar (nöqtəşəkilli qansızmalar)

B) Ağ ciyərlərin atelektazı

C) Daxili orqanların azqanlılığı

D) Kəskin meyit qacıması

E) Meyit ləkələrinin intensivliyinin az olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

757) Həqiqi suda batmada Moro əlaməti nəyi göstərir?

A) Plevra və qarın boşluqlarında şəffaf mayenin (transsudatın) yığılmasını

B) Dərialtı toxumada mayenin toplanmasını

C) Əzələdə mayenin toplanmasını

D) Sifətdə ödemin olmasını

E) Əsas sümüyün cibində mayenin yığılmasını


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

758) Ekximatik maskanın inkişaf mexanizminin səbəbi nədir?

A) Döş boşluğunun sorma hərəkətlərinin dayanması nəticəsində yuxarı boş venada qan durğunluğu

B) Ürək fəaliyyətinin zəifləməsindən qan axınının çətinləşməsi

C) Qan təzyiqinin aşaği düşməsi

D) Kiçik qan dövranında qanın laxtalanmasının aşağı düşməsi

E) Qanın hemolizi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

759) Meyitin ağ ciyərləri həcmcə böyüyür, öndən «mərmər» görünüşdə olur, çəkisi bir qədər artmış, kəsik səthi alabəzək olmaqla ondan çoxlu miqdarda tünd-qırmızı rəngli köpüklü-qanlı maye axır. Ağ ciyərlərin belə vəziyyəti necə adlanır?

A) Ağ ciyərlərin I-li atelektazı

B) Ağ ciyərlərin II-li atelektazı

C) Ağ ciyərlərin kəskin su emfizeması

D) Ağ ciyərlərin bitişməsi

E) Ağ ciyərlərin «karmin ödemi»


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

760) İri damarlarda yumşaq qırmızı laxtaların olması nəyi göstərir?

A) Kəskin qanitirmədən ölümü

B) Aqonal dövrün müddətinin qısa olmasını

C) Uzun müddətli aqonal ölümü

D) Tez baş verən ölümü

E) Zəhərlənmədən ani ölümü


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

761) İri damarlarda qarışıq-qırmızı və ağ laxtaların olması nəyi göstərir?

A) Aqonal dövrsüz ölümü

B) Qısamüddətli aqonal dövrü

C) Zəhərlənmədən ani ölümü

D) Kəskin qanitirmədən ölümü

E) Uzun müddətli aqoniyanın (canvermənin) olmasını


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
762) Asfiktik prosesin ölümlə nəticələnmə müddəti nə qədərdir?

A) 50-60 dəqiqə

B) 4-6 dəqiqə

C) 30-40 dəqiqə

D) 30 dəqiqə

E) 10-20 dəqiqə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

763) Hansı əlamətlərə əsasən meyitin suda qalma müddətini təyin etmək olar?

A) Mədədə suyun tapılmasına əsasən

B) İlkin meyit dəyişikliklərinin inkişafına əsasən

C) Dərinin maserasiyasına, solğunluğuna və tüklərin tökülməsinə əsasən

D) Böyrəklərdə diatom planktonun aşkar olunmasına əsasən

E) Son meyit dəyişikliklərinin inkişafına əsasən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
764) Asılmalarda Valxer əlaməti nəyi göstərir?

A) Boynun döş-körpücük məməyəbənzər əzələsinin döş sümüyünə birləşdiyi yerdə, ayaqcıqları arasına ləkəşəkilli qansızma

B) Ürəyin epikard qişası altına qansızma

C) Ürəyin endokard qişası altına ləkə şəkilli qansızma

D) Qara ciyər kapsulası altına qansızma

E) Yumşaq beyin qişaları altına qansızma


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
765) Obturasion asfiksiyaya bunlardan hansı aiddir?

A) Əllə boğulma

B) Döş qəfəsinin sıxılması

C) Tənəffüs keçəcəklərinin yad cisimlərlə tutulması

D) Ilgəklə boğulma

E) Asılma


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

766) Asılma zamanı bədən hansı vəziyyətdə ola bilməz?

A) Bükülmüş

B) Ayaqüstü

C) Ayaqla yerə dirənmiş

D) Fəzada üfüqi (horizontal)

E) Uzanmış


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

767) Tipik asılma zamanı sürüşkən ilgək düyünü boyunun hansı nahiyəsində yerləşir?

A) Öndə


B) Arxada

C) Solda


D) Dəqiq yeri olmur

E) Sağda
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


768) Bunlardan stranqulyasion şırımın əsas elementi hansıdır?

A) Düyünü

B) Dibi, istiqaməti

C) Ucları

D) Qansızma

E) Kənarları


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
769) Suda boğulmanın tipi hansıdır?

A) Respirator

B) Sirkulyator

C) Kompression

D) Qarışıq (spastik+aspirasion)

E) Ekzogen


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
770) Aspirasion tip suda boğulmalara məxsus əlamət hansıdır?

A) Alveollararasi arakəsmələrin cırılması

B) Əsas sümüyün boşluğunun quru olması

C) Uzun lüləli sümüklərin sümük-ilik kanalında planktonun olması

D) Ürəyin sol şöbəsinin hava emboliyası

E) Ağ ciyərlərin həcminin böyüməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

771) Spastik (asfiktik) tip suda boğulmalara məxsus əlamət hansıdır?

A) Əsas sümüyünün boşluğunda batma mühitindən keçmiş mayenin olması

B) Plevra altına zolaqvarı qansızmalar

C) Ağiz və burun ətrafında kiçik qovuqcuqlu davamlı köpük

D) Uzun lüləli sümüklərin ilik kanalında planktonun olması

E) Öd kisəsinin divarının və yatağının ödemi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

772) Suda boğulmanın əsas diaqnostik əlamətləri olmayan tipi hansıdır?

A) Spastik

B) Qarişiq

C) Respirator

D) Aspirasion

E) Reflektor (sinkopal)


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

773) Suda boğulmanın ağ ciyərlərə və damar məcrasına su mühitinin keçməsi əlamətləri olmayan tipi hansıdır?

A) Belə tip yoxdur

B) Spastik (asfiktik)

C) Aspirasion

D) Respirator

E) Qarişiq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
774) Ağız, burun ətrafında və tənəffüs yollarında davamlı kiçik qovuqcuqlu köpüyün olması suda boğulmanın hansı tipində müşahidə edilir?

A) Respirator

B) Obturasion

C) Reflektor

D) Spastik

E) Aspirasion (həqiqi sudabatma)


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
775) Ağ ciyərlərin kəskin quru emfizeması aşağıdakı hansı tip suda boğulmalarda inkişaf edir?

A) Obturasion

B) Qarışıq

C) Respirator

D) Spastik (asfiktik)

E) Reflektor


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə