Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Odlu silahla özünə xəsarət yetirmə (atəş) ən çox bədənin hansı nahiyəsinə açılır?



Yüklə 1,48 Mb.
səhifə15/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   ...   11   12   13   14   15   16   17   18   19

903) Odlu silahla özünə xəsarət yetirmə (atəş) ən çox bədənin hansı nahiyəsinə açılır?

A) Təpə nahiyəsinə

B) Kürək nahiyəsinə

C) Bel nahiyəsinə

D) Çiyin nahiyəsinə

E) Barmaqlar və pəncə nahiyələrinə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
904) Dəmir yolu nəqliyyatı vasitəsi ilə özünə xəsarət yetirmələr ən çox hansı nahiyələrdə müşahidə edilir?

A) Bud nahiyəsində

B) Pəncə və ya barmaqlar nahiyəsində

C) Kürək nahiyəsində

D) Boyun nahiyəsində

E) Qarın nahiyəsində


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
905) Dəridə süni xəstəlik əmələ gətirən əsas faktor hansılardır?

A) Elektromaqnit

B) İldırım

C) Bioloji

D) Kimyəvi

E) İnfeksion


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
906) Dərinin süni xəstəliklərinə hansılar aiddir?

A) Şişlər

B) Abses, fleqmona və sağalmayan yaralar

C) Ekzema

D) Ziyillər

E) Dermatitlər


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

907) Süni fleqmona və abses dəri altına hansı maddələrin yeridilməsi nəticəsində əmələ gələ bilər?

A) Antibiotiklər

B) Kofein

C) Ağrıkəsicilər

D) Vitaminlər

E) İnfeksiyalaşmış maddələr


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
908) Süni dermatitlər hansı təsirdən əmələ gəlir?

A) Dərinin ilıq su ilə silinməsi

B) Dəriyə tibbi xardal qoyulması

C) Dərinin qıcıqlandırıcı maddələrlə intensiv sürtülməsi

D) Dərinin spirtlə silinməsi

E) Dərinin müalicəvi yodla silinməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
909) Dərialtına hansı maddələrin yeridilməsi nəticəsində süni şişlər əmələ gələ bilər?

A) Kordiaminin

B) Kofeinin

C) Parafin və ozokeritin

D) Ağrıkəsicilərin

E) Antibiotiklərin


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
910) Simulyasiya məqsədilə hansı maddələrdən istifadə etməklə xroniki traxeobronxit (öskürək) əlamətləri əmələ gətirmək olar?

A) Aspirindən

B) Bromheksindən

C) Mukalitindən

D) Bronxolitindən

E) Xlordan, formaldehiddən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
911) Simulyasiya məqsədilə hansı maddələrdən istifadə etməklə arterial qan təzyiqini qaldırmaq olar?

A) Streptomitsindən

B) Korqlukondan

C) Aspirindən

D) Dimedroldan

E) Efedrin və adrenalindən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
912) Gözün konyuktivasına hansı maddə yeritməklə süni konyuktivit əmələ gətirmək olar?

A) Tütün şirəsi

B) Atropin

C) Glazorin

D) Klofelin

E) Çay
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006



913) Göz xəstəliklərindən hansını süni surətdə yaratmaq olar?

A) Qlaukomanı

B) Traxomanı

C) Kataraktanı

D) Miopiyanı

E) Konyuktiviti


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
914) Sidik sistemi xəstəliklərindən hansını süni surətdə yaratmaq olar?

A) Sistitləri, uretritləri

B) Böyrəyin exinokokunu

C) Pioelonefriti

D) Böyrək daşı xəstəliyi

E) Böyrək kistasını


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
915) Simulyasiyanın növü hansıdır?

A) Qazanılmış

B) Simulyasiyanın növü olmur

C) Müvəqqəti

D) Düşünülmüş (qəsdən) – planlaşdırılmış

E) Anadangəlmə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
916) Simulyasiya dedikdə nə başa düşülür?

A) Özünə xəsarət yetirmək

B) Özündə olmayan xəstəliyin təsvirini yaratmaq

C) Sağ əlin 5-ci barmağının sınığı

D) ÜİX

E) Burnun əziyi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

917) «Aqravasiya» dedikdə nə başa düşülür?

A) Nitqin pozulması

B) Arterial qan təzyiqinin düşməsi

C) Özünə xəsarət yetirmə

D) Həqiqi xəstəliklərin simptomlarının şişirdilməsi

E) Görmənin itirilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
918) Sağlamlıq vəziyyətinin təyinində məhkəmə-tibbi ekspertiza kimlər tərəfindən aparılır?

A) Tək ekspert tərəfindən

B) İdarə rəhbəri tərəfindən

C) Müvafiq mütəxəssislər (mütəxəssis) və məhkəmə-tibb ekspertləri tərəfindən

D) Baş həkim tərəfindən

E) Müalicə həkimi tərəfindən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

919) Sağlamlıq vəziyyətinin təyinində klinik həkimlərin iştirakını kim təmin edir?

A) Şübhəli şəxs

B) Zərərçəkən şəxs

C) Vəkil

D) Təhqiqatçı

E) SN müvafiq əmrinə əsasən müalicə müəssisələrinin rəhbərləri


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

920) Sağlamlıq vəziyyətinin təyinində məhkəmə-tibbi ekspertiza harada aparılır?

A) Küçədə

B) Maşında

C) Xəstənin iş yerində

D) Poliklinikada

E) Məhkəmə-tibbi ambulatoriyada


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
921) Cinsi əlaqə nə deməkdir?

A) Qeyri-təbii yolla cinsi əlaqə

B) Cinsi əlaqəyə cəhd etmə

C) Uşaqbazlıq

D) Əxlaqsız hərəkətlər

E) Nəsil artırmaya yönəldimiş fizioloji akt


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
922) Qızlıq pərdəsinin dəliyi nəyin köməyi ilə ölçülür?

A) Parça metrə ilə

B) Xətkeşlə

C) Elektron mikroskopla

D) Sirkulla

E) Güzgü vasitəsilə


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

923) Qızlıq pərdəsinin tamlığının pozulmasını hansı müddət ərzində təyin etmək mümkündür?

A) 21 gündən artıq müddətdə

B) 6-12 ay müddətində

C) 30 gündən artıq müddətdə

D) İki həftəyə qədər olan müddət ərzində

E) Bir ildən artıq müddətdə


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
924) Qızlıq pərdəsinin daha çox rast gəlinən forması hansıdır?

A) Mürəkkəb forma

B) Halqavari (üzüyəbənzər) forma

C) Ulduzvari forma

D) Qeyri müəyyən forma

E) Ləçəkvari forma


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

925) Qızlıq pərdəsinin cırılması adi gedişində hansı müddətə tam sağalır?

A) 6 gün müddətinə

B) 3 gün müddətinə

C) 7 gün müddətinə

D) İki həftə müddətinə

E) 4 gün müddətinə


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
926) Qızlıq pərdəsinin müayinəsində əsas klassifikasiyaedici əlamət hansıdır?

A) Pərdənin rəngi

B) Pərdənin tipi

C) Pərdənin kənarları

D) Qızlıq pərdəsinin forması

E) Pərdənin qalınlığı


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

927) Cinsi cinayətlərə dair ekspertizalarda yaxma və tampon neçə günə qədər götürülür?

A) 7 günədək

B) 15 günədək

C) 3-5 günə qədər

D) 9 günədək

E) 20 günədək


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
928) Qızlıq pərdəsinin müayinəsində məhkəmə-tibb eksperti əsas nəyi təsvir etməlidir?

A) Qayığabənzər çuxuru

B) Böyük cinsiyyət dodaqlarını

C) Qasıq tüklənməsinin inkişafını

D) Qızlıq pərdənin formasını və quruluş xüsusiyyətlərini

E) Kiçik cinsiyyət dodaqlarını


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

929) Qızlıq pərdəsinin tamlığı pozulmadan cinsi əlaqədə olma hansı hallarda baş verə bilər?

A) Qızlıq pərdəsi elastiki və alçaq olduqda

B) Təbii oyuq olmadıqda

C) Pərdə epitel tipli olanda

D) Pərdənin diametri kiçik olduqda

E) Təbii dəlik bütov olduqda


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

930) Həqiqi hermofraditizm hansı yolla müəyyənləşdirilir?

A) Fizioloji inkişafa əsasən

B) Fiziki inkişafa əsasən

C) Səs tembrinə əsasən

D) Cinsi hormonların laborator müayinələri əsasında

E) Antropometrik ölçülərə əsasən


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
931) Bunlardan əxlaqsız hərəkət hansı hesab edilir?

A) Qeyri-təbii yolla cinsi əlaqə

B) Uşaqbazlıq

C) Azyaşlının böyük cinsiyyət dodaqlarına və sağrı nahiyəsinə kişi cinsiyyət üzvünün sürtülməsi

D) Cinsi əlaqədə olmağa cəhd

E) Fiziki zor tətbiq etməklə cinsi əlaqədə olma


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

932) Uşaqbazlığın təyini arxa keçəcək dəliyində olan hansı əlamətlərə görə müəyyən edilir?

A) Düz bağırsağın selikli qışasının qəhvəyi rəngdə olması

B) Şüavari büküşlərin aydın seçilməsi

C) Arxa keçəcək nahiyəsində qıfabənzər genişlənmə, şuavari büküşlərin hamarlaşması

D) Düz bağırsağı büzən xarici əzələnin tonusda olması

E) Arxa keçəcək ətrafında piqmentasiyanın zəif olması


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
933) Uşaqbazlığın təyini ekspertizası hansı qaydada aparılır?

A) Proktoloqlar tərəfindən

B) Təhqiqatçının iştirakı ilə ekspert tərəfindən

C) Ekspert tərəfindən təkbaşına

D) Komission qaydada məhkəmə-tibb ekspertləri tərəfindən

E) Terapevt həkimin iştirakı ilə ekspert tərəfindən


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
934) Əxlaqsız hərəkətlərin təyini kimin səlahiyyətinə aiddir?

A) Məhkəmənin

B) Mama-ginekoloqun

C) Məhkəmə-tibb ekspertinin

D) Müalicə həkiminin

E) Vəkilin


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

935) Dəri-zöhrəvi xəstəliklərin təyinində məhkəmə-tibbi ekspert komissiyasının tərkibində hansı mütəxəssislər iştirak edir?

A) Məhkəmə-tibb eksperti, kardioloq

B) Məhkəmə-tibb eksperti, cərrah

C) Məhkəmə-tibb eksperti, terapevt

D) Məhkəmə-tibb eksperti, mama-ginekoloq

E) Məhkəmə-tibb eksperti, dermato-veneroloq


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
936) Dəri-zöhrəvi xəstəliklərinin təyinində məhkəmə-tibbi eksperti hansı sualları həll edir?

A) Sinir sistemində dəyişikliyin olmasını

B) Uroloji xəstəliklərin olmasını

C) Dəri-zöhrəvi xəstəliklərinin olmasını, yoluxma müddətini və törətdiyi fəsadları

D) Bədən səthində xəsarətlərin olmasını

E) Sümük-oynaq sistemində dəyişikliyin olmasını


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

937) Dəri-zöhrəvi xəstəliklərinin təyinində diaqnozun dəqiqləşdirilməsi üçün hansı müayinələr aparılmalıdır?

A) Mantu sınağı

B) Rentqenoloji müayinə

C) Tomoqrafiya müayinəsi

D) Ultrasəs müayinəsi

E) Seroloji müayinələr


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

938) Meyitin məhkəmə-tibbi müayinəsində mikrobioloji (virusoloji) tədqiqatlar üçün biomateriallar ölüm baş verdikdən nə qədər sonra götürülməlidir?

A) Ölüm baş verdikdən sonra bir gün müddətində

B) Ölüm baş verdikdən iki həftə sonra

C) Ölüm baş verdikdən yeddi gün sonra

D) Ölüm baş verdikdən üç gün sonra

E) Ölüm baş verdikdən beş gün sonra


Ədəbiyyat: “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında təlimat”

939) Təyin olunmamış cinsi vəziyyət (hermafroditizm) hansı səbəbdən yaranır?

A) Pielitdən

B) Perikarditdən

C) Epididemitdən

D) Sistitdən

E) Xromosom xəstəliklərindən


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

940) Kişilərdə yalançı hermafroditizm əlamətləri hansılardır?

A) Xayalarla birlikdə qadın tipli xarici cinsiyyət üzvlərinin formalaşması

B) Xaya artımlarının kiçik olması

C) Səsin tembirinin qadın səsinə uyğun olması

D) Xarici cinsiyyət üzvünün natamam inkişafı

E) Bir xayanın anadan gəlmə inkişafdan qalması


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

941) Qadınlarda yalançı hermafroditizm əlamətləri hansıdır?

A) Böyük cinsiyyət dodaqlarının iri həcmdə olması

B) Qadınlarda tüklərin kişilərə məxsus inkişafı

C) Bir cinsə məxsus həqiqi cinsiyət üzvünün inkişafı ilə digər cinsin cinsiyyət üzvlərinin bir hissəsinin formalaşması

D) Dölənmənin olmaması

E) Süd vəzilərin atrofiyası


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

942) Qadınlarda cinsi yetkinliyə çatmanın əsas kriteriyası hansıdır?

A) Qasıqda tüklərin inkişafı

B) Orqanizmin döllənmə qabiliyyətinə hazır olması

C) Səs tembrinin dəyişməsi

D) Qadının xarici görünüşü

E) Süd vəzilərinin çıxması


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
943) Cinsi yetkinliyə çatıb-çatmamanın məhkəmə-tibbi təyini ekspertizası hansı şəxslərdə aparılır?

A) Nigah yaşı tamam olmayan şəxslərdə

B) Ancaq kişilərdə

C) Hər iki cinsdə

D) Ancaq qadınlarda

E) Azərbaycan Respublikası CM-də cinsi yetkinliyin təyininə dair maddə olmadığına görə bu sualın həlli məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyil


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

944) Qadınlarda cinsi əlaqədə olma qabiliyyətinin kriteriyaları hansılardır?

A) Piqmentasiya sahələrinin inkişafı

B) Xarici cinsiyyət üzvlərində tüklərin inkişafı

C) Qadının fiziki inkişafı

D) Süd vəzinin inkişafı

E) Cinsi əlaqədə ola bilmə və mayalanma (döllənmə) qabiliyyətinin olması


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

945) Cinsi yetkinliyin inkişafdan qalmasının obyektiv göstəricisi nədir?

A) Piylənmə

B) Kəbin yaşına çatmamaq

C) Cinsiyyət üzvlərinin funksiya çatmamazlığı ilə ifadə olunan ovogenezin və ya spermatogenezin olmaması

D) Ağıl zəifliyi

E) Fiziki zəiflik


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
946) Kişilərdə cinsi əlaqədə olma qabiliyyəti üçün əsas nədir?

A) Tənəffüs orqanlarının vəziyyəti

B) Xarici cinsiyyət üzvlərinin böyük ölçülərdə olması

C) Qasıq nahiyəsində tüklənmənin güclü olması

D) Xarici cinsiyyət üzvlərinin kiçik ölçülərdə olması

E) Cinsiyyət üzvlərinin normal anatomik və fizioloji inkişaf etməsi


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
947) Kişilərdə cinsi əlaqəyə girmə qabiliyyətinin olmamasının səbəbləri hansılardır?

A) Qara ciyərin sirrozu

B) Bir xayanın olmaması

C) Keçirilmiş zöhrəvi, infeksion, endokrin xəstəlikləri, sinir sistemi xəstəlikləri və ya cinsiyyət üzvlərinin travmaları

D) Böyrək daşı xəstəliyi

E) Xayaların anatomik ölçülərdən kiçik olması


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
948) Kişilərdə mayalandırma qabiliyyəti nədən asılıdır?

A) Boyun hündürlüyündən

B) Qasıq nahiyəsində çapıq toxumasının olmasından

C) Kişi cinsiyət üzvünün böyük olmasından

D) Qidalanmadan

E) Xarici cinsiyyət üzvlərinin, xayaların normal inkişafından və spermatogenezin xarakterindən


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

949) Qadınlarda cinsi əlaqəyə girmə qabiliyyətinin olmamasının əsas səbəbi hansıdır?

A) Qızlıq pərdəsinin əzələ tipli olması

B) Qızlıq pərdəsinin hündür olması

C) Qadında babasil xəstəliyinin olması

D) Qızlıq pərdəsinin elastik olması

E) Qızlıq pərdəsinin qalın və bütöv olması


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009
950) Qadınlarda döllənmə qabiliyyətinin olmamasının əsas səbəbi hansıdır?

A) Uşaqlıq boynunun eroziyası

B) Qızlıq pərdəsinin əzələ tipli olması

C) Qadınlarda daxili cinsiyyət üzvlərinin anomaliyası

D) Qadının alçaq boylu olması

E) Qarında aparılmış cərrahi əməliyyatlar


Ədəbiyyat: Şakir Musayev “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərlə bağlı məhkəmə tibbi ekspertizalar” Bakı 2009

951) Hamiləliyin güman edilən əlamətləri hansılardır?

A) Bradikardiya

B) Arterial qan təzyiqinin yüksəlməsi

C) Ürək bulanma, qusma əlamətlərinin olması, iştahın dəyişməsi, üz dərisində, döş giləsi və giləətrafı sahələrdə tünd piqmentasiyanın inkişafı

D) Taxikardiya

E) Uşaqlıq yolundan seroz ifrazatın gəlməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

952) Hamiləliyin olmasını təsdiq edən əsas obyektiv əlamətlər hansılardır?

A) Uşaqlıq yolundan ağımtıl ifrazatın gəlməsi

B) Yuxu rejiminin pozulması

C) Uşaqlığın böyüməsi, forma və konsistensiyasının dəyişməsi

D) Ağızda quruluğun olması

E) Qarın nahiyəsində ağrıların olması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
953) Hamiləliyin olmasını dəqiq təsdiq edən əsas əlamət hansıdır?

A) Qarnın həcminin böyüməsi

B) Bel nahiyəsində olan ağrılar

C) Uşaqlıq yolundan qanlı ifrazatın gəlməsi

D) Yanğı hissinin olması

E) Dölün ürək döyüntülərinin auskultasiyada eşidilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
954) Bunlardan hansı qan izlərinin növü deyil?

A) Qan gölməçəsi

B) Qan yaddaşı

C) Qan ləkələri

D) Qan axınları

E) Qan yaxmaları


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

955) Hamiləliyin müddəti hansı kriteriyaya əsasən təyin olunur?

A) Ananın şikayətlərinə əsasən

B) Döş gilələrinin piqmentasiyasına əsasən

C) Dölün ölçülərinə əsasən

D) Qadının yaşına əsasən

E) Südün olmasına əsasən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
956) Doğmuş qadına məxsus əlamət hansıdır?

A) Böyük cinsiyyət dodaqlarının doluqanlığı

B) Uşaqlıq yolu selikli qişasının solğunluğu

C) Uşaqlıq yolunun və boynunun çapığı

D) Qarının həcminin böyüməsi

E) Uşaqlıq yolunun daralması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

957) Hamiləliyin pozulmasında əsasən hansı fəsadlara rast gəlinir?

A) Diafraqmanın deşilməsinə

B) Uşaqlıq yolunun daralmasına

C) Piylənməyə

D) Kəskin qanitirməyə

E) Ağ ciyər emfizemasına


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
958) Abortdan sonra yaranmış əsas əlamətlər hansılardır?

A) Süd vəzinin kiçilməsi

B) Uşaqlıq yolu selikli qişasının rənginin avazıması

C) Qasıq yırtığının yaranması

D) Uşaqlıq boynunda ginekoloji maşa təsirindən yaranmış xəsarətlər

E) Uşaqlıq yolunun daralması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
959) Yaşın təyinində əsas hansı müayinələrdən istifadə olunur?

A) Exoensefaloqrafiyadan

B) Elektrokardioqrafiyadan

C) Sereloji müayinədən

D) Antropometrik, rentgenoloji, stomatoloji müayinələrindən

E) Ultrasəs müayinəsindən


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
960) Yaşın rentgenoloji təyinində hansı sümüklərin rentgen müayinəsi üstünlük təşkil edir?

A) Onurğa sütunu

B) Kürək sümükləri

C) Diz qapağı

D) Qabırğalar

E) Əl və ayaq daraq sümükləri


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
961) Çapıqların əsas müayinə metodları hansılardır?

A) Yalnız makroskopik müayinə

B) Yalnız mikroskopik müayinə

C) Vizual, ultrabənövşəyi şüalanma, stereomikroskopik və rentgenoloji müayinələr

D) Fotometrik müayinə

E) İnfraqırmızı şüalanma


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
962) Əmələ gəlmə müddəti bir aya qədər olan çapığın morfoloji əlamətləri olaraq nəyə əsaslanılır ?

A) Ölçüsünə

B) Yumşaq və çəhrayımtıl-qırmızımtıl rəngdə olmasına

C) Bərk olmasına

D) Kənarlarının xarakterinə

E) Bucaqlarına


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
963) Müddəti 2-3 aya qədər olan çapıq toxumasının əsas morfoloji əlamətləri olaraq nəyə əsaslanılır ?

A) Dəri səthi səviyyəsində yastılığına

B) Bərk, qabarıq, hipertrofik xarakterdə və qırmızımtıl-göy rəngdə olmasına

C) Ağımtıl olmasına

D) Hamarlığına

E) Yumşaqlığına


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
964) 1,5 ildən artıq olan çapıq toxumasının əsas əlamətləri hansılardır?

A) Yumşaq-qaytanşəkilli, ağımtıl, atrofiyalaşmış və parlaq olması

B) Hipertrofik olması

C) Bərk olması

D) Hamar olması

E) Göyümtül-bənövşəyi rəngdə olması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
965) Hansı müddətdə çapıq toxuması ultrabənövşəyi şüalar altında lüminessensiya edir?

A) 1 ildən yuxarı

B) 5 ayda

C) 1 aya qədər

D) 3 ayda

E) 6 aydan yuxarı


Ədəbiyyat: Şakir Musayev Məhkəmə-tibbi ekspertiza və onun imkanları, 2009
966) Zərərçəkmişlərin, şübhə edilən, təqsirləndirilən və digər şəxslərin məhkəmə-tibbi müayinəsi zamanı şəxsiyyəti təsdiq edən sənəd olmadıqda hansı sənədə istinad etmək olar?

A) Müayinə olunanın ərizəsinə

B) Şahidlərin ifadəsinə

C) Müayinə olunanın iki ədəd fotoşəklinə

D) Tibbi sənədlərə

E) Valideynlərin şəxsiyyət vəsiqəsinə


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə