Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,4 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix26.09.2017
ölçüsü188,4 Kb.
#2133
  1   2   3   4   5   6   7


 

 Müəllim:   dos.N.Z.Çələbiyev 



Fənn: Klinik psixologiya 

Mövzu 6. Hafizə təfəkkürünün pozuntuları 

 

      Plan: 

1.

 



Hafizə pozuntularının simtomasiyası haqqında anlayış. 

2.

 



Hafizənin kəmiyyət və keyfiyyət pozuntuları. 

3.

 



Təfəkkür pozuntularının əsas simptomları. 

4. Təfəkkürün məzmunca və kəmiyyətcə pozulmaları haqqında anlayış. 



 

 

Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” 

nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 



2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич 

В.Д. 


Клиническая 

и 

медицинская 



психология. 

Практическое руководство.M., 1998. 



 

    Qədim zamanlardan yaddaş tədqiqatçıların diqqətini cəlb etmiş və onları həmişə 

belə  suallar  düşündürmüşdür.  Nə  üçün,  bəzi  şəxslərin  yaddaşı  çox  iti  olub 

həddindən çox, həm  də mürəkkəb məlumatları yadında saxladığı halda, başqaları 

ən sadə şeyləri belə tezliklə unudur? Nə üçün biz bəzi məlumatları yaxşı, bəzilərini 



 

isə  çətinliklə  yadımıza  sala  bilirik?  İnsan  beynində  yerləşən  gözəgörünməz 



mürəkkəb  məlumat  kartotekası,  necə  fəaliyyət  göstərir?  Ümumiyyətcə  yaddaş 

nədir? 


    Qazanılmış  bilik  ehtiyatlarını  və  həyat  təcrübəsinin  beyində  saxlamaq  və  lazım 

gəldikdə  ondan  istifadə  etmək  qabiliyyətinə  yaddaş  deyilir.  Yaddaş  biri-biri  ilə 

əlaqədar olan üç tərkib hissəsindən (komponentdən) ibarətdir. 

1.

 

Persepsiya –yadalama; 



2.

 

Retensiya – yadda saxlama; 



3.

 

Reproduksiya – yadda canlandırma və ya nəqletmə. 



    Evalüsiya  prosesi  nəticəsində  yaddaş  mürəkkəb  dəyişiklərə  məruz  qalmışdır. 

Əgərcəmiyyətin ibtidai inkişafı mərhələlərində yaşamış insanların yaddaşını təhlil 

etsək,  bu  zaman  onların  olduqca  bəsit,  hadisələri  ancaq  əks  etdirməkdən  ibarət 

olduğunu  görə  bilərik.  Cəmiyyətin  daha  yüksək  inkişaf  mərhələlərində,  elmin, 

texnikanın  və  riyaziyyatın  nailiyyətləri  nəticəsində  hesablama  maşınlarının 

yarandığı,  külli  miqdarda  məlumatların  insan  beyninə  səpələndiyi  bir  dövrdə  isə 

yaddaşın yeni keyfiyyətləri meydana çıxmağa başladı. 

     Beyində  gedən  assosiativ  proseslər  nəticəsində  insanın  təsəvvürləri  və  yadda 

saxlama qabiliyyəti daim  mürəkkəbləşir. Məsələn, təqvimin hər hansı bir gününü 

yadımıza salarkən, dərhal o tarixlə əlaqədar hadisələr yadımıza düşür. 

    Yadaalma prosesinin iki forması vardır. Birinci ixtiyari-məqsədəuyğun yadalama. 

Bu  zaman  düşüncə  iradə  və  diqqət  prosesləri  də  fəal  iştirak  edir.  İkinci  qeyri-

ixtiyari, mexaniki olaraq diqqətimizi cəlb edən hadisələrlə əlaqədar meydana çıxan 

yadaalma,  bu,  əsas  etibarilə  uşaqlarda  müşahidə  edilir.  Bir  qayda  olaraq,  uşaqlar 

gördükləri al-əlvan, parlaq şeylərə, onların daxili məzmununa nüfuz etmədən güclü 

maraq  göstərirlər.  Qavrama  orqanlarına  uyğun  olaraq  yaddaşın  müxtəlif  tipləri 

mövcuddur.  Məsələn,  görmə  yaddaşı  rəssamlarda,  eşitmə  yaddaşı  musiqiçilərdə, 

qorxu və ümumi hissiyat yaddaşı kor şəxslərdə, cərrahlarda güclü olur. 

      Yaddaş  yaşla  əlaqədar  olaraq  tədricən  dəyişir.  Belə  ki,  yaşlı  adamlarda  yeni 

hadisələri yadda saxlamaq qabiliyyəti zəif olur. 

      Yaddaşımızda  toplanmış  məlumatların  müəyyən  müddətdən  sonra  unudulması 

normal hal hesab olunmalıdır. Bəzi hadisələri unutmaq psixi sağlamlığın mühafizə 

olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu, beyni həddindən artıq gərginlikdən 

xilas  edir.  Bəzi  alimlərin  fikrincə  bir  çox  məlumatları  insan  yuxuda  unudur. 

Yuxugörmə zamanı insan ona lazım olmayan bir çox qıcıqlardan azad olur. 



 

       Yaddaş davamlılğına görə iki yerə bölünür: a) qısamüddətli;  b) uzunmüddətli. 



Qısamüddətli  yaddaş  zamanı  sensor  hüceyrələrin  RNT  və  DNT  molekullarında 

morfoloji dəyişikliklər baş verir və bu vəziyyət uzun müddət saxlanılır. Yaddaşın 

davamlılğında iradənin, məqsədin və marağın böyük rolu vardır. 

      Yaddaş pozuntuları iki qrupa bölünür: 

      I.Yaddaşın kəmiyyət pozuntuları 

      II.Keyfiyyət pozuntuları  



      I.Yaddaşın  kəmiyyət  pozuntularına  1)  hipermneziya;  2)  hoipomneziya 

aiddir. 


      Hipermneziya  yaddaşın  güclənməsi  ilə  xarakterizə  edilir.  Təsadüfi  hallarda 

yadasalmanın  zəifləməsi  müşahidə  oluna  bilər.  Əksər  hallarda  isə  yadasalmanın 

mexaniki olaraq güclənməsi qeyd olunur. MDP-nin maniakal fazasında, infeksion 

psixozlarda  rast  gəlinir.  Hipomneziya  yaddaşın  zəifəsinə  (enməsinə)  deyilir.Bu 

parsial  və  total  ola  bilər.  Total  hipomneziya  (bu  amneziya  da  adlanır)  müəyyən 

dövrə  aid  (bir  gün,  bir  ay  və  daha  çox  müddət)  hadisələrin  bütünlüklə  yaddan 

çıxmasıdır.  Hipomneziya  başlıca  olaraq  depressiyalarda,  qocalıq  psixozlarında, 

beynin  travmatik  xəstəliklərində,  MDP-nin  depressiya  fazasında,  bəzən  isə 

nevrasteniya zamanı və s. hallarda müşahidə olunur. 

       Amneziya  yaddaşın  bu  və  ya  başqa  müddət  ərzində  tamamilə  itməsidir. 

Yaddaşın normal fəaliyyət göstərilməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın 

olmasıdır.  Düşüncənin  pozulması  ilə  müşayiət  olunan  bütün  hallarda  (məsələn, 

koma,  sopor,  düşüncənin  alaqaranlıq,  amentiv  və  deliriyoz  halları,  patoloji 

sərxoşluq,  patoloji  affekt  və  s.)  tam  amneziya  qeyd  olunur.  Bir  çox  təsadüflərdə 

amneziyalar  beynin  travmaları  və  ruhi  sarsıntılarla  əlaqədar  olaraq  baş  verdiyi 

üçün  travmanın  vaxtından  asılı  olaraq  o,  bir  neçə  formaya  bölünür:  petroqrad 

amneziya    -  düşüncənin  pozulması  ilə  müşayiət  olunan  hadisə  zamanı  (məsələn, 

travma)  və  ondan  əvvəlki  hadisələrin  müəyyən  müddət  ərzində  unudulmasına 

deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısamüddətli pozulması 

ilə  müşayiət  olunan  kəllə  travması  almış  adam,  maşına  mindiyi  ana  qədər 

hadisələri  yaxşı  yadına  saldığı  halda,  ondan  sonrakı  travmayadək  olan  hadisələri 

tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəq. sonra baş 

vermişdir. Başqa bir xəstə travmaya qədər 5 gün müddətində baş vermiş hadisələri 

unutmuşdur. 





Yüklə 188,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə