Ətraf müHİTİn monitoriNQİ



Yüklə 164,68 Kb.
səhifə1/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
  1   2   3   4   5   6   7   8   9   ...   38
ƏMM.müh.



AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
ƏTRAF MÜHİTİN MONİTORİNQİ” FƏNNİNDƏN MUHAZİRƏLƏR KONSPEKTİ


BAKI

GİRİŞ



Ətraf mühitin monitorinqi
Monitorinq – yad edici, nəzarət edici –yəni Ekosistemin və biosferin dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemidir.
Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir[1].

Ekosistemdə monitorinq: yəni Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır.
Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır:
Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur.
Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir.
Monitorinqin növləri.:Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir. Ətraf mühitin çirklənməsinin öyrənilməsində də monitorinq intensiv inkişaf edir.
Bioloji monitorinq:Təbii mühitin müşahidə elementi kimi onun biotası götürülür.
Genetik monitorinq:Bu monitorinqdə müxtəlif populyasiyaların genetik əlamətləri müşahidə olunur.
Geofiziki monitorinq:Bu monitorinqdə təbii mühit elementlərinin bütün strukturları (biota itisna olmaqla) üzərində müşahidə aparılır.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə