Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Ürəyin reflektoru olaraq kəskin dayanması hansı tip suda boğulmalarda müşahidə edilir?



Yüklə 1,48 Mb.
səhifə13/19
tarix14.01.2018
ölçüsü1,48 Mb.
#20714
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

776) Ürəyin reflektoru olaraq kəskin dayanması hansı tip suda boğulmalarda müşahidə edilir?

A) Sinkopal (reflektoru)

B) Respirator

C) Həqiqi

D) Aspirasion

E) Spastik


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

777) Ağ ciyər plevrası altında Paltauf-Rasskazov-Lukomski ləkələri suda boğulmanın hansı tipində müşahidə olunur?

A) Sinkopal

B) Reflektoru

C) Respirator

D) Aspirasion (həqiqi)

E) Spastik


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
778) Suda boğulmalardan ölüm zamanı diaqnostik V.A.Sveşnikov əlaməti hansıdır?

A) Ağ ciyərlərin atelektazı

B) Mədədə mayenin olması

C) Plevra altına zolaqvarı qansızmalar

D) Əsas sümüyünün boşluğunda mayenin olması

E) Tənəffüs yollarında su mühitinin hissəcikləri


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

779) V.A.Sveşnikov əlaməti boğulmaların hansı tipində müşahidə olunur?

A) İlgəklə boğma

B) Kompresion

C) Spastik (asfiktik)

D) Reflektoru

E) Sinkopal


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
780) Həyati suda boğulmanın həqiqi əlaməti planktonun harada tapılmasıdır?

A) Beyində

B) Dalaqda

C) Ağ ciyər toxumasında

D) Ürək boşluğundan götürülmüş qanda və böyrəkdə

E) Qara ciyərdə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
781) Əsas sümüyünün boşluğuna suda boğulma mühitinin daxil olması suda boğulmanın hansı tipində müşahidə olunur?

A) Qarışıq (spastik-aspirasion)

B) Reflektoru

C) Sinkopal

D) Sirkulyator

E) Respirator


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
782) Hipoksiya əlamətlərinin baş verməsi ilə xarici tənəffüs funksiyasının kəskin pozulması hansı tip suda boğulmalarda müşahidə olunur?

A) Obturasion

B) Spastik (asfiktik)

C) Reflektoru

D) Sinkopal

E) Qarışıq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
783) Aspirasion tip suda boğulmalarda ölümün baş vermə səbəbi nədir?

A) Beyinə qansızma

B) Kəskin böyrək çatmamazlığı

C) Ürəyin hava emboliyası

D) Əvvəl tənəffüs, sonra ürək fəaliyyətinin dayanması

E) Kəskin qara ciyər çatmamazlığı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

784) Spastik (asfiktik) tip suda boğulmada ölümün baş vermə səbəbi nədir?

A) Kəskin ağ ciyər (tənəffüs) çatmamazlığı

B) Ürəyin fibrilyasiyası

C) Baş beynin ödemi

D) Kəskin böyrək çatmamazlığı

E) Ürəyin reflektor dayanması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

785) Reflektor (sinkopal) tip suda boğulmada ölümün baş vermə səbəbi nədir?

A) Kəskin qara ciyər çatmamazlığı

B) Kəskin ağ ciyər çatmamazlığı

C) Ürəyin reflektor dayanması

D) Baş beynin ödemi

E) Ürəyin hava emboliyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

786) Mexaniki asfiksiyalarda hansı müddətdən sonra huşun itməsi baş verir?

A) 50-60 dəq

B) 1-2 saat

C) 1-2 dəq

D) 10-20 dəq

E) 30-50 dəq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
787) Amyuss əlaməti mexaniki asfiksiyanın hansı növündə müşahidə olunur?

A) Kompression asfiksiyada

B) Əllə boğmada

C) Asılmada

D) Suda batmada

E) Obturasion asfiksiyada


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
788) Aşağıda göstərilən əlamətlərdən hansı mexaniki asfiksiya üçün xarakterikdir?

A) Tardye ləkələri

B) Beloqlazov əlaməti

C) Minakov ləkəsi

D) Vişnevski ləkəsi

E) Larşe ləkəsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

789) Orta yaşlı, sakit vəziyyətdə olan insan bir dəqiqədə neçə litr havadan istifadə edir?

A) 10-15 litr

B) 6-8 litr

C) 25-30 litr

D) 40-50 litr

E) 15-20 litr


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

790) Boyun üzvləri, o cümlədən traxeya yaralanarkən, qanın tənəffüs yollarını tutmasından törəyən mexaniki asfiksiya necə adlanır?

A) Suda batma

B) Bətndaxili asfiksiya

C) Kompression asfiksiya

D) Stranqulyasion asfiksiya

E) Aspirasion asfiksiya


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
791) Hipoksiyanın hansı növü və gedişi mexaniki asfiksiya adlanır?

A) Toxuma tipli, xroniki gedişli

B) Sirkulyator tipli, xroniki gedişli

C) Ekzogen tipli, xroniki gedişli

D) Respirator tipli, kəskin gedişli

E) Qan tipli, xroniki gedişli


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
792) Asılma zamanı ilgəyin tipik yerləşmiş vəziyyətində düyün harada yerləşir?

A) Boyunun sağ yan səthində

B) Boyunun sol yan səthində

C) Boyunun ön səthində

D) Çənəaltı nahiyədə

E) Boyunun arxa səthində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
793) Asılma zamanı stranqulyasiya şırımı boyunun hansı hissəsində yerləşir?

A) Boyunun yuxarı üçdə-birində

B) Boyunun yan səthində

C) Boyunun ön səthində

D) Boyunun orta üçdə-birində

E) Boyunun aşağı üçdə-birində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

794) İlgəklə boğmada əmələ gələn stranqulyasiya şırımı üçün aşağıda qeyd olunanlardan hansı xarakterikdir?

A) Şırımın çəp-qalxan istiqamətdə yerləşməsi və qapanan olmaması

B) Şırımın boyunun bütün səthlərində eyni intensivlikdə olmaması

C) Şırımın çəp-qalxan istiqamətdə yerləşməsi və qapanan olması

D) Şırımın üfuqi yerləşməsi və qapanan olmaması

E) Şırımın üfuqi yerləşməsi, qapanan və boyunun bütün səthlərində eyni intensivlikdə olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

795) Aşağıdakı əlamətlərdən hansı əllə boğmada müşahidə olunur?

A) Boyunda üfuqi yerləşmiş, qapanan stranqulyasiya şırımının olması

B) Boyunda qapanmayan stranqulyasiya şırımının olması

C) Boyunun dərisində sıyrıq və qançırların olması, dilaltı sümüyün və qırtlaq qığırdaqlarının sınması

D) Qabırğaların iki tərəfli sınıqları

E) Udlağın girəcəyində tənəffüs etməyə mane olan yad cismin aşkar edilməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
796) Asfiksiyalarda ürək boşluqlarının qanla dolması necə olur?

A) Ürəyin sağ yarısındakı qanın miqdarı sol yarısındakından kifayət qədər çox olur

B) Ürəyin sol yarısındakı qanın miqdarı çox olur

C) Ürəyin sağ və sol yarısında bərabər miqdarda qan olur

D) Ürəyin boşluqlarında qan aşkar edilmir

E) Ürəyin boşluqlarında az miqdarda qan aşkar edilir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

797) Mexaniki asfiksiyanın hansı növündə «ekximatik maska» müşahidə edilir?

A) Kompression (sıxılmadan) asfiksiyada

B) Obturasion boğulmada

C) Suda batmada

D) Asılmada

E) Əllə boğmada


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
798) Stranqulyasion asfiksiyalarda ürəyin epikard qişasının və visseral plevranın altında bir qayda olaraq hansı xarakterli qansızmalar olur?

A) Yayılmış qansızmalar

B) Hüdudları aydın seçilməyən zolaqvari qansızmalar

C) Qansızma aşkar edilmir

D) Diametri 2-3 mm-ə qədər olan tünd-qırmızı rəngli xırda və iri nöqtəşəkilli qansızmalar

E) İriləkəli qansızmalar


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

799) Mexaniki asfiksiya zamanı ürəyin boşluqlarında və iri damarlarda qan hansı vəziyyətdə olur?

A) Tünd-qırmızı rəngli, duru qan halında

B) Laxtalar qarışığı halında

C) Al-qırmızı rəngli laxta qan halında

D) Yalnız qırmızı laxtalar halında

E) Ağ və qırmızı laxtalar halında


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
800) Mexaniki asfiksiyanın hansı növündə ağ ciyərlərin «karmin» ödemi müşahidə edilir?

A) Obturasion asfiksiyada

B) Əllə boğmada

C) Kompression (sıxılmadan) asfiksiyada

D) Stranqulyasion asfiksiyada

E) Suda batmada


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
801) Hansı hadisələrdə «suda baş verən ölüm» terminindən istifadə edilir?

A) Şirin suda batmada

B) »Aspirasion» suda batmada

C) Spastik suda batmada

D) Reflektor (sinkopal) suda batmada

E) Dəniz suyunda batmada


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
802) Suda batmış şəxslərin meyitlərinin suyun üzünə çıxmasının səbəbi nədir?

A) Meyitin toxumalarının su canlıları ilə dağıdılması

B) Meyitin tədricən çürümə prosesinə məruz qalması

C) Suda batmış şəxsin çox kök olması

D) Meyitin suda tez soyuması

E) Meyitin əynində paltarların olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
803) Ölümün suda batma nəticəsində baş verməsini hansı xarici əlamət sübut edir?

A) Meyit qacımasının tez baş verməsi

B) Meyit ləkələrinin intensivliyi

C) Gözlərin birləşdirici toxuma qişası altında nöqtəvari qansızmalar

D) Ağız-burun dəlikləri ətrafında dayanıqlı köpüyün olması (Kruşevski əlaməti)

E) Dərinin maserasiyası


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


Zəhərlənmələr nəticəsində sağlamlığa zərər vurma və ölüm

804) Zəhər orqanizmə hansı yolla daxil ola bilər?

A) Dırnaqlardan

B) Tüklərdən

C) Əleyhqazdan

D) Ağızdan

E) Zəhərin hopduğu paltardan


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
805) Zəhərin ümumi təsiri bədənə hansı yolla daxil olduqda daha tez və kəskin olur?

A) Vena daxilinə yeridildikdə

B) Ağızdan daxil olduqda

C) Zədələnməmiş dəridən daxil olduqda

D) Zədələnmiş dəridən daxil olduqda

E) Dərialtına yeridildikdə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
806) Zəhərin orqanizmdən xaric olmasını hansı üzv təmin edir?

A) Pankeras

B) Ürək

C) Dalaq


D) Böyrəklər

E) Beyin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.



807) Kumulyasiya nə deməkdir?

A) Zəhərin təsirinin itməsi

B) Zəhərin daha toksiki maddələrə çevrilməsi

C) Zəhərin dəyişilməmiş halda yığılması (toplanması)

D) Bir neçə zəhərin təsirinin birləşməsi

E) Zəhərin təsirinin azalması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
808) Zəhərlənmə diaqnozunun təsdiqi üçün meyitin məhkəmə-tibbi müayinəsində hansı müayinələr aparılır?

A) Rentgenoloji

B) Sitoloji

C) Toksikoloji

D) Mikrobioloji

E) Kriminalistik


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
809) Zəhərlənmələrin diaqnostikası üçün daha məqsədəuyğun üsullar kompleksi hansıdır?

A) Makroskopik, kimyəvi, histoloji və histokimyəvi müayinə

B) Makroskopik və sitoloji müayinə

C) Makroskopik, bioloji və histoloji müayinə

D) Makroskopik və histoloji müayinə

E) Makroskopik müayinə və bioloji müayinə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
810) Ümumi məhkəmə-kimyəvi müayinə üçün meyitdən hansı biomateriallar götürülür?

A) Mədə və bağırsağın başlanğıc hissəsi möhtəviyyatı ilə

B) Mədə və nazik bağırsağın başlanğıc hissəsi möhtəviyyatları ilə, yoğun bağırsağın bir hissəsi möhtəviyyatı ilə, böyrək və sidik, qara ciyər və öd kisəsi, baş beyin, qan və böyük piylik

C) Qan, sidik, qaraciyər, ağciyər

D) Ürək, ağciyər, böyrəklər, qaraciyər, beyin, qan

E) Yalnız qan və sidik


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

811) Aşındırıcı zəhərlərin əsas təsiri hansıdır?

A) Müştərək

B) Kumulyativ

C) Rezorbtiv

D) Ümumi

E) Yerli


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
812) Destruktiv zəhərlərə bunlardan hansıları aiddir?

A) Qələvilər

B) Turşular və qələvilər

C) Üzvi və qeyri-üzvi civə birləşmələri

D) Turşular

E) Yüksək qatılıqlı spirtlər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Zərərçəkmiş, təqsirləndirilən və digər şəxslərin məhkəmə-tibbi ekspertizası

813) Məhkəmə-tibbi nöqteyi nəzərdən bədən xəsarəti dedikdə nə başa düşülür?

A) Xəstələnmə

B) Orqan və toxumaların anatomik tamlığının pozulması

C) Nevrosteniya

D) Uşaqlıq qanaxması

E) Burunla tənəffüsün pozulması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

814) Məhkəmə-tibbi nöqteyi nəzərdən bədən xəsarəti dedikdə nə başa düşülür?

A) Ürəyin miokard qişasına qansızma

B) Orqan və toxumaların fizioloji funksiyalarının pozulması

C) Xroniki qastrit

D) Ekzoftalmiya

E) Qasıq limfapatiyası


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

815) Məhkəmə-tibbi nöqteyi nəzərdən bədən xəsarəti dedikdə nə başa düşülür?

A) Burunun anadan gəlmə əyriliyi

B) Xarici faktorların təsirindən orqan və toxumaların anatomik tamlığının və ya fizioloji funksiyasının pozulması

C) QİÇS


D) Ekzema

E) Miokardiodistrofiya


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
816) Sağlamlığa zərərvurmanın dərəcəsi hansı sənədlərə əsasən təyi edilir?

A) Tibbi sənədə

B) Zərərçəkənin ərizəsinə

C) Baş həkimin göndərişinə

D) Şəxsiyyət vəsiqəsinə

E) Hüquq mühafizə, istintaq-məhkəmə orqanlarının qərarına


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
817) Sağlamlığa zərərvurmanın dərəcəsinin təyini hansı sənədlər əsasında aparılır?

A) Zərərçəkənin ərizəsi

B) TTYS-nın göndərişi

C) Səhiyyə orqanların göndərişi

D) Təhqiqat orqanlarının göndərişi

E) Stasionar xəstənin tibbi kartası


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
818) Sağlamlığa zərərvurmanın dərəcəsinin təyini hansı sənədlər əsasında aparılır?

A) Valideynlərin ərizəsi

B) Fərdi ambulator vərəqə

C) Şəxsiyyət vəsiqəsi

D) Müalicə həkimin göndərişi

E) Məhkəmənin qərarı


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
819) Sağlamlığa zərərvurmanın dərəcəsinin təyini ekspertizasında hansı sənəd tərtib olunur?

A) Mütəxəssis terapevtin rəyi

B) Müayinə protokolu

C) Arayış

D) Epikriz

E) Ekspert rəyi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

820) Sağlamlığa zərərvurmanın dərəcəsinin təyinində hansı sənəd tərtib olunur?

A) Məhkəmə-tibbi müayinə aktı

B) Müayinə protokolu

C) Şahidi dindirmə protokolu

D) Xəstəlik tarixi

E) Epikriz


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
821) Sağlamlığa Ağır zərərvurmanın əlamətləri hansılardır?

A) Ümumi əmək qabiliyyətinin 10%-dən 33% qədər daimi dayanaqlı itirilməsi

B) Ümumi əmək qabiliyyətinin cüzi dayanaıqlı itirilməsi

C) Ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla itirilməsinə səbəb olma

D) Ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (33%-dən çox) dayanaqlı itirilməsinə səbəb olma

E) Ümumi əmək qabiliyyətinin 10% qədər itirilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
822) Sağlamlığa Ağır zərərvurmanın əlaməti hansıdır?

A) Həyat üçün təhlükəlilik

B) Sağlamlığın qısa müddətə (21 günədək) pozulması

C) Ümumi əmək qabiliyyətinin 33%-ə qədər itirilməsi

D) Sağlamlığın uzun müddətə pozulması

E) Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
823) Sağlamlığa az ağır zərərvurmanın əlaməti hansıdır?

A) Sağlamlığın uzun müddətə (21 gündən artıq) pozulması

B) Sağlamlığın qısa müddətə (21 günədək) pozulması

C) Hamiləliyin pozulması

D) Həyat üçün təhlükəlilik

E) Sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
824) Sağlamlığa Az ağır zərərvurmanın əlaməti hansıdır?

A) Ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (33%-dən çox) dayanaqlı itirilməsi

B) Ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (10-33%) əhəmiyyətli dərədəcə dayanıqlı itirilməsi

C) Ümumi əmək qabiliyyətinin 10%-ə qədər cüzi dayanıqlı itirilməsi

D) Psixi pozuntuya səbəb olma

E) Sağlamlığın qısa müddətə (21 günədək) pozulması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
825) Sağlamlığa Yüngül zərərvurmanın əlamətləri hansılardır?

A) Ümumi əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsi

B) Sağlamlığın uzun müddətə (21 gündən çox) pozulması

C) Görmə funksiyasının tam itirilməsi

D) Həyat üçün təhlükəlilik

E) Peşəkar əmək qabiliyyətinin tam itirilməsi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

826) Sağlamlığa Yüngül zərərvurmanın əlaməti hansılardır?

A) Psixi pozuntuya səbəb olma

B) Narkomanlığa səbəb olma

C) Həyat üçün təhlükəlilik

D) Sağlamlığın uzun müddətə (21 gündən çox) pozulması

E) Sağlamlığın qısa müddətə (21 günədək) pozulması


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
827) Sağlamlığın uzun müddətə pozulması dedikdə neçə gün nəzərdə tutulur?

A) 6-21 gün

B) 6 günə qədər

C) 21 gündən çox

D) 21 günə qədər

E) 10 günə qədər


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
828) Ümumi əmək qabiliyyətinin neçə faiz dayanıqlı itirilməsi sağlamlığa ağır zərərvurmaya aid edilir?

A) 25%


B) 10-33%

C) 33%-ə qədər

D) 33%-dən çox

E) 10%-ə qədər


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
829) Ümumi əmək qabiliyyətinin neçə faiz dayanıqlı itirilməsi sağlamlığa Az ağır zərərvurmaya aid edilir?

A) 10%-ə qədər

B) 10-33%

C) 33%-dən çox

D) 35%

E) 5%
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006


830) Sağlamlığın qısa müddətə pozulması dedikdə neçə gün nəzərdə tutulur?

A) 33 gün

B) 21 günə qədər

C) 30 gün

D) 25 gün

E) 21 gündən çox


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
831) Həyat üçün təhlükəli olan xəsarətlər hansılardır?

A) Said sümüklərinin qapalı sınıqları

B) Travmatik şokla müşayiət olunmayan qabırğa sınıqları

C) Boşluğa işləməyən bıçaq yarası

D) İncik sümüyünün qapalı sınığı

E) Kliniki gedişi zamanı zərərçəkənin həyatı üçün təhlükəli olan xəsarətlər


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

832) Həyat üçün təhlükəli olan xəsarət hansıdır?

A) Qarın boşluğuna nüfuz edən (keçən) yara

B) Bədən səthinin 15%-ni əhatə edən II dərəcəli termiki yanıq

C) Burun sümüklərinin açıq yerini dəyişən sınıqları

D) Baldır sümüklərinin qapalı yerdəyişməyən sınığı

E) Alın sümüyünün xarici səhifəsinin sınığı


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
833) Həyat üçün təhlükəli olan xəsarətlər hansıdır?

A) Bədən səthinin 20%-ni təşkil edən 1-ci dərəcəli termiki yanıq

B) Falanqa sümüklərinin sınığı

C) Körpücük sümüyünün qapalı yerdəyişməyin sınığı

D) Pəncənin qan damarlarının zədələnməsi

E) Gedişi zamanı ölümlə nəticələnən xəsarətlər


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

834) Həyat üçün təhlükəli olan xəsarətlər hansıdır?

A) Hamiləliyin pozulmasına səbəb olan xəsarətlər

B) Səhhətin uzun müddət pozulmasına səbəb olan xəsarətlər

C) Peritonarxası üzvlərin həyat üçün təhlükəli olmayan qapalı küt travması

D) Ümumi əmək qabiliyyətinin 30%-ə dək dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər

E) Qamış sümüyünün qapalı yerdəyişməyən sınığı


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
835) Ağırlaşmasına və son nəticəsinə görə sağlamlığa Ağır zərərvurmaya aid olan həyat üçün təhlükəli olmayan xəsarətlər hansıdır?

A) IV bel fəqərəsinin çıxıntısının şok törətməyən, fəsadsız sınığı

B) Burun sümüklərinin sınıqları

C) Bədən səthinin 10%-i əhatə edən III dərəcəli termiki yanığı

D) VI-VII qabırğaların yerdəyişməyən sınıqları

E) Ümumi əmək qabiliyyətinin 33%-dən çox dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

836) Sağlamlığıa zərərvurmanın təyinində məhkəmə-tibb eksperti nəyi təyin etməlidir?

A) Zöhrəvi xəstəlikləri

B) Xəstəliyin diaqnozunu

C) Qızlıq pərdəsinin tamlığının pozulmasını

D) Xəsarətin olmasını və onun xarakterini

E) Tibb işçilərinin qanunsuz hərəkətlərini


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
837) Zərərçəkənin, təqsirləndirilən şəxsin və digər şəxslərin məhkəmə-tibbi ekspertizası aparılarkən ekspert aşağıdakılardan hansını hüquqi normativ sənədi rəhbər tutur?

A) Zərərçəkənin ərizəsini

B) Baş həkimin göndərişini

C) Xəstəlik tarixini

D) Ambulator vərəqi

E) Cinayət məcəlləsini


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
838) Məhkəmə-tibbi müayinə kimlərin iştirakı ilə aparıla bilər?

A) Orta tibb işçisinin

B) Müalicə həkiminin

C) Hal şahidlərinin

D) Müstəntiqin

E) Sahə həkiminin


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
839) Məhkəmə-tibbi müayinə kim tərəfindən aparılır?

A) Mütəxəssis həkimlər

B) Məhkəmə-tibb eksperti

C) Məsləhətçi-həkim

D) Zərərçəkənin valideynləri

E) Müalicə həkimi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

840) Məhkəmə-tibbi müayinə aparılarkən cavabdehliyi kim daşıyır?

A) Müalicə aldığı xəstəxananın şöbə müdiri

B) Tibb bacısı

C) Məhkəmə

D) Məhkəmə-tibbi eksperti

E) Müalicə həkimi


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

841) Məhkəmə-tibbi müayinə kim tərəfindən təyin olunur?

A) Sahə həkimi

B) Baş həkim

C) Müstəntiq

D) Vəkil

E) İdarə rəhbəri


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

842) Canlı şəxslərin məhkəmə-tibbi ekspertizasını kim icra edir?

A) Müalicə həkimi

B) Müstəntiq

C) Vəkil


D) Hakim

E) Məhkəmə-tibb eksperti


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
843) CPM-yə əsasən canlı şəxslərin ekspertizası hansı hallarda aparılır?

A) Xəsarətin kim tərəfindən yetirilməsinin təyinində

B) Müalicə həkiminin göndərişi zamanı

C) Sağlamlığa zərər vurmanın dərəcəsinin və bədən xəsarətlərinin xarakterinin təyinində

D) Zərərçəkənin ifadəsi olduqda

E) Yalnız ödənişli xidmət zamanı


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

844) Bunlardan hansı bədən xəsarətlərinin təyinində kriteriya kimi götürülür?

A) Xroniki xəstəliklər

B) Subyektiv əlamətlər

C) Ümumi əmək qabiliyyətinin müxtəlif dərəcədə itirilməsi

D) Xəstənin şikayətləri

E) Anomaliyalar


Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə