MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə103/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   98   99   100   101   102   103   104   105   106

_____________Milli Kitabxana______________

COĞRAFİ   VƏ   ETNİK   ADLAR

Aysor - Assuriya, qədim Şərqin ən qüdrətli və yırtıcı imperiyası. 1000 ilə yaxın

Yaxın və Orta Şərqi talamış və qorxu altında saxlamışdır. Eramızdan əvvəl 614-cü

ildə azərbaycanlıların ordusu tərəfindən məğlub edilmiş və tənəzzülə uğramışdır.

Behcətabad - Tehranda  bir  məhəllənin  adıdır.  Şəhriyarın  sevgilisi  Sürəyya  bu

məhəllədən idi.

Bədəxşan - öz ləli ilə məşhur olan Orta Asiya vilayəti.

Bəndərpəhləvi - Xəzər  dənizi  sahilində İranın  Liman  şəhəri.  İndiki  adı

Ənzəlidir.

Bərzəx - Dini əfsanəyə görə cənnətlə cəhənnəm arasındakı keçid.

Cabəlqa - Şərqdə yerləşən  qədim əfsanəvi  şəhər.  Klassik  Azərbaycan

ədəbiyyatında  Cabəlqa  Şərqin,  Cabəlta  isə Qərbin  son  sərhədi  kimi  təsəvvür

edilirdi.

Dəmavənd - Tehran yaxınlığında yerləşən dağın adıdır.

Elborz - (Əlbürz) Dəmavənd dağının ən yüksək zirvəsi.

Eynalı - Təbriz yaxınlığında dağdır.

Ərəs - Araz çayı.

Hillə - İpəyi ilə məşhur olan İran şəhəridir.

İskəndər Səddi - Rəvayətə görə makedoniyalı İskəndər Çində olarkən, şimaldan

axıb  gələn  yırtıcı  Yəcuc-Məcuc  qəbilələrinin  qarşısını  almaq  üçün  Çin  səddini

çəkdirmişdir. Şair dağları İskəndər səddinə (Çin səddinə) bənzədir.

Kaşan - Mərkəzi İranda şəhər.

Kazbek - Qafqaz sıra dağlarında zirvələrin biri. 5033 metr hündürlüyü var.

Kərəc - Tehranın  yaxınlığında  yerləşən  şəhər. Əhalisi əsasən  türklərdən

ibarətdir.

Qaflan - Cənubi Azərbaycanda dağ adı.

Qaşqaylar - İranın fars əyalətində yaşayan türk tayfalarından biri.

Lahıcan - İranın vilayət şəhəri. Çayı və sitrus bitkilərilə məşhurdur.

Lor - İranda yaşayan kiçik xalqlardan biri.

Mişov - Cənubi Azərbaycanda dağ.

Nəcd - Ərəbistan yarımadasının mərkəzində qədim əyalət.

Nişabur - İranın Xorasan əyalətində şəhər.

Pəsqələ - Tehranın Şimran kəndlərindən biridir.




_____________Milli Kitabxana______________

Rəşt - İranda şəhər. Gilan əyalətinin mərkəzi.

Riza iqlimi - Xorasanda basdırılmış imam Rza qəbrinin ətrafı.

Sard – qədim Şərq xalqlarından biri.

Savalan - Cənubi  Azərbaycanda  və eləcə də bütün  Azərbaycanda ən  hündür

dağdır. 4821 metr hündürlüyü var. Zirvəsi buz gölü ilə örtülmüşdür.

Sərab - Cənubi Azərbaycanda mahal və həmin mahalın mərkəzi şəhəri. Savalan

dağının ətəklərində yerləşir.

Simnan - İranın Mazandaran əyalətində şəhər.

Şahgölü - Təbriz şəhərinin yaxınlığında süni göl.

Şimran - Tehranın şimalında, dağ ətəyində yerləşən məhəllə.

Tocriş - Tehranın Şimran kəndlərindən biridir.

Turi-Sina - Dini rəvayətə görə Musa peyğəmbər bu dağda Allahla danışmışdır.

Tus - İranın Xorasan əyalətində şəhər.

Zəncan – Cənubi Azərbaycanın şəhərlərindən biri. Pəhləvi səltənətinin şovinist

siyasəti  nəticəsində Azərbaycandan  qoparılıb  ayrı inzibati ərazi  bölgüsünə

salınmışdır.

Zindərud - İranda çay adıdır.




_____________Milli Kitabxana______________

LÜĞƏT

-A-

Abəstən - hamilə

Abi-həyat – həyat suyu

Abi-zülal - dirilik suyu

Abpaş - su səpən

Abşar - şəlalə

Ac – cürbəcür  bəzək  şeylərinə,  o  cümlədən  qədim  İran  şahlarının  taxtına

işlənən fil sümüyü.

Acalmaq - arıqlamaq

Apartaman - ayrıca binada yerləşən, hər cür şəraiti olan mənzil.

Ataq - üfüqlər

-B-

Balu pər - qol-qanad

Bara - səhv

Barat - pul çəki

Beldar - yer belləyən

Bədəl - əvəz, əvəzçi

Bədəviyyət - vəhşilik, mədəniyyətsizlik

Bərbət - simli musiqi aləti, ud.

Bərə - bəhrə, məhsut

Bərqiz - işığınız, elektrikiniz

Bətdiyə - bəndləyə, düzəldə

Bibalü-pər - qol-qanadsız

Bisipər - zirehsiz, müdafiəsiz

Budarlamaq - vurmaq, döymək

Bünyad - əsas, dayaq

Büti-əyyar – kələkbaz büt, hiyləgər gözəl



-C-

Caddə - şosse yolu.

Cağılmaq - kefinin açılması.

Calatmaq - boşaltmaq, axıtmaq.

Cavidan - əbədi, daimi

Cəbə - mücrü, qutu.

Cəhaz - cihaz, alət.



_____________Milli Kitabxana______________

Cızlıq - cızdaq.

Colab - qul alverçisi.

Coşən - zireh

Cövcü - dodaqların ucu.

Culgə - yayla.

Cumalaşdıq - yığışdıq, toplaşdıq.

Cuyəndə yabəndə - axtaran tapar.



-Ç-

Çalı - çalır.

Çatı - yoğun ip, kəndir.

Çersi - tiryək hoqqası; zəif adam.

Çeşm-xunbar - qan-yaş tökən göz.

Çur - qırqovul.



-D-

Dair olmaq - qaydasına düşmək

Damən - ətək.

Deyləmlər - ağ qul

Dəfi-məlal - dərdi-kədəri uzaqlaşdırma, dəf etmə.

Dəğəl - qəlp, saxta.

Dəndan- diş.

Dərban - qapıçı

Dərbəçə - kiçik qapı

Dərgəhi - xudavənd-Allahın hüzuru.

Dəşti-Muğun - Muğan çölü.

Didar - görüş.

Dita - müdafiə, qorunma.

Dönərgə - üzüdönük, adamı yarı yolda qoyub qaçan.

Döşləmək - yemək, uşağın döş emməsinə də deyilir.

Döşürmək - dənləmək.

Duşizə - gənc qadın, qız.

-E-

Ehsas - hissiyat, hiss.

Etikaf - təklikdə yaşayan,  guşənişin  olma,  yalqızlıqda  həyat  keçirmək  (dini).

Etisab - tətil.

-Ə-

Əbqa - qorunma, saxlanma.




_____________Milli Kitabxana______________

Əbrişəm - ipək.

Ədəs - mərcimək dənəsi; linza.

Əflak-fələklər

Əhli-kərəm - səxavet əhli.

Əhli-zöhd - pəhrizkar, ibadətlə məşğul olan.

Əhya – dirilmə, yeniləşmə, bərpa etmə.

Əhzan – hüznlər, kədərlər.

Əqiq - qiymətli qırmızı daş.

Ələm – dərd, kədər.

Əmmə - bibi

Ənbanə - torba.

Ənsab - qohum-əqraba.

Ənsar - tərəfdar;  islam  dininin  təcis  və intişanına  xidmət  etmiş  Mədinə

əhalisinə verilən ümumi ad, yaxın adam.

Ənvar - işıq.

Ərdəm - bacanq, istedad.

Ərqəvanlıq - qırmızılıq

Ərməğan - hədiyyə.

Ərşdən-tərşdən - yerdən-göydən, ən aşağıdan ən yuxarıyadək.

Ərus - gəlin

Ərziyab - qiymət qoyan, qiymətləndirən.

Ətənə - ətcəbala quş.

Əyab - qayıtma, geri dönmə.

Əyyar – hiyləgər, kələkbaz, avara, işi-peşəsi olmayan adam.

Əza - üzv, hissə.



-F-

Fatihə - Quranın ilk surəsi; başlanğıc, giriş, başlama.

Ferz - şahmatda vəzir fiquru.

Feyz - ləzzət, həzz.

Fəraq - ayrılıq.

Fəramuş - yaddan çıxarmaq, unutmaq.

Fərar - qoyub qaçmaq, atıb qaçmaq.

Fərzanə - alim, həkim, bilici.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə