MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə99/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

_____________Milli Kitabxana______________

Hərə bir piltə və hənadan bir qədər götürür, Öz imkanına görə yerinə pul qoyur.

Toplanan məbləğ yengəyə və məşşatəyə verilir.

Kənd  toyunun  digər  mərasimi  də budur  ki,  gəlini  ata  mindirib  bəy  evinə

gətirəndə kürəkən  dama  çıxıb,  qabaqcadan  çərtilmiş  almanı  var  gücü  ilə gəlinin

ayağı  altına  vurur  ki,  yerə dəyib  parçalansın.  Toxluq əlaməti  olan  almanın

parçalanması  onu  gösətərir  ki,  onlar  bütün  ömrü  boyu  heç  vaxt  bir-birlərindən

ayrılmayacaqlar.



İyirmi yeddinci bənd: Kənd evlərində damın ortasında baca olur, bu da havanı

dəyişmək, evə gün və işıq salmaq, həm də təndirin tüstüsünü xaric etmək üçündür.

Bunlardan əlavə bir  sıra  digər  işlər  də bu  bacaların  vasitəsilə görülür  ki, mən

"Gecənin əfsanəsi"  adlı  şerimdə bu  haqda  geniş  danışmışam.  O  cümlədən

adaxlıbazlıq  işində bu  bacaların  mühüm  rolu  vardır.  Bir  də ki,  Novruz  bayramı

gecələri  şal  sallamaq  mərasimi  bu  bacalar  vasitəsilə aşağıda  izah  etdiyimiz  kimi

həyata keçirilir. İlin axır çərşənbəsindən sonra kəndin gəncləri və uşaqları özlərini

tanıtdırmadan  axşamçağı  (şər  qarışanda)  "damlara  gedib  bayrmalıq  tələb  edirik"

deyə,  öz əlvan  şallarını  həmin  bacalardan  içəri  sallayırlar.  Ev  sahibi  öz  zənni

sayəsində şal sahibinin  kim olduğunu  güman edib, onun  şəxsiyyətinə görə şalının

ucuna bayramlıq bağlayır. O vaxtın bayramlığı güllü yun corablar, ipək dəsmallar,

dodaq  sazı,  şirni  xoruz,  boyanmış  yumurta,  noğul,  kişmiş,  şirni  və bu  kimi

şeylərdən  ibarət  idi.  Bu  həm  də bayramda  uşaqları,  xüsusən,  yoxsul  uşaqlarını

sevindirməkdən, qəlblərini almaqdan ötrü, kənd bayramının, el şənliyinin ən fərəhli

və təntənəli mərasimlərindən biri idi.

İyirmi səkkizinci bənd: O ili mənim nənəm rəhmətə getmişdi. Buna görə biz

bayram  mərasimində iştirak etməməliydik, ancaq  mən  uşaq idim, başım çıxmırdı,

şıltaqlıq  edib,  dava-dalaşla  bir  şal  alıb,  qonşumuz  Qulam  xalaoğlugilə qaçdım,

dama çıxıb bacadan şalı salladım. Qulam xalaoğlunun anası rəhmətlik Fatma xala

dərhal şalın  mənimki  olduğunu  bilib,  mərhum  Xanım  nənəmi  yada  salıb,  ağlaya-

ağlaya  şalına  bir  cüt  corab  bağladı.  Hələ də mələklərdən  gözəl  o  kəndli  qadının

ilahi siması mənim gözlərim önündə unudulmaz bir lövhə kimi canlanır.

İyirmi  doqquzuncu  bənd: Mirzəmməd - Mirzə Məhəmməd  deməkdir.  Onun

Heydərbaba  dağının ətəyində gözəl  və səfalı bir  bağçası  var  idi.  Mənə və

yoldaşlarıma istədiyimiz vaxt oraya getməyə icazə və hər cür azadlıq vermişdi.



_____________Milli Kitabxana______________

Otuz  birinci  bənd: Azərbaycanda  bir ənənə olaraq  il  axır  çərşənbə gecəsi  su

üzərindən atılıb bu sözləri oxuyurlar:



Baxtım mənim, səid baxtım, bərəkəllah,

Ağ əllərə həna yaxdım, bərəkəllah,

Atılmatıl çərşənbə,

Baxtım açıl, çərşənbə!

Tehranda isə su əvəzinə od üzərindən atlanıb, başqa bir şeir oxuyurlar...



Otuz  dördüncü  bənd: Kənd  uşaqlarının əyləncələrindən  biri  də budur  ki,

axşamçağı  naxır  və sürü  çöldən  kəndə gələndə qoduqları naxırdan  ayırıb  geridə

saxlayırlar.  Naxır müəyyən  bir  məsafə uzaqlaşanda,  onları  minib  çapırdılar;

çavuşları yamsılayaraq  hay-küy  salıb  oxuyurdular.  Bəzən  də heyvan  sahibləri

hadisədən  xəbərdar  olub  etiraz  edirdilər.  Mühakimə başlanardı.  Onda  uşaqlar

özlərini müdafiə etməli olardılar.



Otuz  yeddinci bənd: Şüca  xalaoğlu - igid  və gözəl  bir  gənc  idi.  Bakı

şəhərindən qayıdanda özü ilə çoxlu gözəl sovqatlar getirmişdi. Göyçək nişanlısı ilə

toy  etmək  istəyirdi.  Yaxşı  da  qarmon  çalardı.  Hər  gün  ikindi  çağı  damda  büsat

qurardı.  Samovarı qaynardı,  kəndin  gənclərini  başına  toplayıb,  deyib-gülərdi.

Təəssüf  ki,  tale  onun  həyatını  bir  faciəli  kinoya  çevirdi. Bədbəxt,  toy ərəfəsində

yatalaq xəstəliyi tutub öldü.



Otuz  səkkizinci  bənd: Nənəqız  və Rəxşəndə - mənim  qohumlarımdan  və

uşaqlıq yoldaşlarımdan idilər.



Otuz  doqquzuncu  bənd: Novruz  bayramı  qabağı  soyuqlar  ötüb  hava  bir  az

qızışmağa başlayanda uşaqlar "qar gülləsi" oyunun oynamağa başlayırlar, gənclər

də qar  üstə kürəklə sürüşürdülər.  Bunu  bir  nüv  kəndin  xizək  idmanı  adlandırmaq

olar; o, xeyli məharət, bacarıq ve çeviklik tələb edir. Həm də oturub züyüldüyünə

görə xizək oyunundan daha maraqlı və rahatdır.

Qırxıncı bənd: Teşi - otdöyən şəklində olan bir növ toxuculuq alətidir (iy) ki,

nazik bir çubuq vasitəsilə kənd qadınları onu fırladıb, dizləri üzərində topladıqlan

ağ  yunu  və ya  pambığı əyiririlər.  Bu  bəndə buludlara  bürünmüş  günəş  o  teşiyə

bənzədilmişdir.




_____________Milli Kitabxana______________

Qırx  birinci  bənd: Qış  günləri  səhər  tezdən  bibim  təndiri  yandırıb,  ev-eşiyi

yığışdırıb,  səhmana  salıb,  yenidən  kürsünü  qurardı.  Bunun  üçün  qabaqcadan

evdəkilərin kürsünün altından çıxıb başqa yerə getmələri tələb olunurdu. Ancaq bu

yerdəyişmə biz  tənbəllərin  xeyrinə deyildi.  Xüsusən  bibimin  qoca əri  heç  vəchlə

isti  kürsünün  altından  çıxıb  yerini  dəyişmək  istəməzdi.  Bacardığı  qədər  bu  yan-o

yan  edərdi,  yubandırardı.  Həm  də bibimdən  qorxduğu  üçün  bir  növ ehtiyatla

onunla  danışardı.  Bibimin  hirsli-hirsli  dişlərini  qıcaması,  onların  arasında  gedən

mübahisə və danışıqlar, doğrudan da bizim üçün çox maraqlı olardı.



Qırx  üçüncü bənd: Vərzəğan - o  vaxtlar  meyvəsi  bol  olan  bir  kəndin  adıdır.

Oradan ətraf  kəndələrə çoxlu  meyvə aparılıb  satılardı.  Vərzəğandan  gələn

armudsatanların səsi uşaqların ruhunu oxşayardı. Müamilə də nəqd yox, əmtəə ilə

olardı, hər kəs bir ovuc arpa-buğda verib, bir qədər armud alardı.



Qırx dördüncü bənd: Mirzə Tağt Bağırzadə - mənim bibim oğlu idi. Bir gecə

onunla  çaya  gedib,  aya  baxdıq.  Ay  suda  qərq  olan  bir  adam  kimi  sanki  qol-ayaq

çalırdı.  Təzəcə mənim  şairlik  zövqüm  ilhama  gəlmişdi  ki,  birdən  çayın  o  tayında

bir  cüt  şölə yanar  çıraq  kimi  diqqətimizi  cəlb  etdi.  Eyvay,  qurddur,  deyə qayıdıb

qaçdıq,  yol  baş-yuxarı  idi,  birtəhər  oranı  dırmaşdıq,  elə qorxmuşduq  ki,  artıq

mənim  ayaqlarım  getmirdi.  Yeriyə bilmirdim,  çox  zəhmətlə,  saralıb əsə-əsə evə

gəlib çıxdım. O gecə hələ yorğan altında da uzun müddət özümə gəlməmişdim.

Qırxıncı bənd: Molla İbrahim – mənim ustadımdır. O, həqiqətən, çox fazil bir

kişidir.  Mənim  yadımda  olan  son  45  ildə məktəb  açıb,  tədris  işi  ilə məşğul  olub,

camaatın dadına  çatmışdır.  İndi  də mahal əhli  ona  müraciət  edir,  ondan  məsləhət

alır.  Hazırda  bir  çox  şöhrətli  adamlar  vaxtilə onun  tələbələri  olmuşlar.  Çoxlrı öz

inkişaflarında  ona  borcludurlar.  Kimsədən  kömək  gözləməz,  son  dərəcə izzəti-

nəfslə, azadəliklə yaşayır. Kiçicik tarlasından əldə etdiyi məhsul onun yeganə gəlir

mənbəyidir.  Həyatmın  bütün  illərini  ya öz  tarlasında  çalışıb,  ailəsi  üçün  ruzi əldə

etməklə,  ya  da  ki,  kənd  uşaqlarını  başına  toplayıb,  məktəbdə tədris  işi  ilə

məşğuldur. Məktəblilərdən muzd və əmək haqqı almaz.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə