MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə98/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   94   95   96   97   98   99   100   101   ...   106

_____________Milli Kitabxana______________

Çay almazsan Lahicandan.

Bu qıtlıqdan, bu müşküldən,

Çətin ki, qurtarasan can.

Nə əkdinsə, onu dərdin,

Daha torban boşaldı

Buğdadan, dəndən.

Ayə, tehranlı, insaf et, de,

Eşşək sənmisən, ya mən?

YETİM UŞAQ

Öz doğma diyarında çəkdin nələr, ey yetim,

Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim.

Axan göz yaşın kimi niyə qiymətsiz oldun,

Açılmamış qönçəsən, niyə gül kimi soldun?

Qəminlə ürəyimi gəl, dağlama, ey yetim,

Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim!

Bağbansız sütül ağac, yandım sənin halına,

Necə dözüm bu acı, dözülməz əhvalına?

Dinlədim ürəyinin kədər, qəm nəvasını,

Günahkar millətindir, sən çəkdin cəzasını.

Məktəb sənin dərdinə eylər əlac, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

Ölkən düşünsə idi sənin səadətini,

Duya bilsəydi elmə tükənməz rəğbətini,

Əl açıb dilənməzdin, bu böyük hümmətinlə,

Yandırmazdın məni də kövrək təbiətinlə.

Öz doğma diyarında çəkdin nələr, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

İstəyini ödədim, fəqət məlul, pərişan,

Mən küllün fikrindəyəm, sən cüzin hayındasan.



_____________Milli Kitabxana______________

Sənə pul yox, tərbiyə, təlim, təhsil gərəkdir,

Sənisə düşündürən bircə günlük çörəkdir.

Məktəb sənin dərdinə eylər əlac, ey yetim,

Öz yurdunda dərbədər, ac, yalavac, ey yetim!

Sınıq sazdır ürəyin, dilə gəlsə danışar,

Bir qığılcım düşərsə, məşəl kimi alışar,

Millət qəflətdə yatır, xəyanətkardı dövlət,

Bircə nəzər yetirmə sənə, mənə hökumət.

Sən bu biganəlikdən çəkdin nələr, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

Bu ölkədə rəhmlə ədalət də qalmamış,

Yetim-yesirə xalqda mərhəmət de qalmamış.

Mənimsədi qəyyumun sənin də var-yoxunu,

Belə gördüm dünyanı, belə gördüm çoxunu.

Öz doğma diyarında çəkdin nələr, ey yetim,

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

Dilini bağladılar, bir dərdin açılmadı,

Fitri istedadından qığılcım saçılmadı,

Ötdü bahar, ötdü yaz, açılmadı bir gülün,

Niyə basa çatmadı sənin təkamül yolun?

Məktəb sənin dərdinə eylər əlac, ey yetim!

Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

TİRYƏKİ TƏRK ETMƏK HƏBİ

Tiryəki tərk eyləmək həbini hazırlayıb,

Zəhərlə qarışdırıb, verdilər cəmaətə.

Ondan yaxşılaşmadı fəqət kimsənin hafı,

Cəmaəti saldılar daha ağır zillətə.

Bu həbləri atanlar can tapşırdı ordaca,

Xalqa qəsd eyləyənlər, görüm gəlsin lənətə.

İnsanların canına qəsd eyləyən zəhərə,

Ölüm həbi deyilsə, uyğundur həqiqətə.



_____________Milli Kitabxana______________

QUMARIN BƏLASI

Qumara qurşanma, ey cavan oğlan,

Qumar bir bəladır, başdan-binadan.

Öz cavan ömrünü eyləmə hədər,

Ora ixtiyarsız gedir gedənlər.

Tikandan gül bitər, görmüsən ancaq

Qumardan gül bitə bir gün, bir sayaq?

Qənilər görmüşəm, qəni necə də,

Gədaya dönmüşlər bircə gecədə.

Həyalı cavanlar tökər həyasın,

Səpər ayaqlara könül ziyasın.

Gecə gövhər sayan səhərə qədər,

Səhər gövhər kimi göz yaşı tökər.

İşıq gündüzünü vermə zülmətə,

Salma öz ömrünü min bir zillətə.

Adını, abrını gəl vermə bada,

Qumar evlər yıxmış, evlər dünyada!

Onun qurbanları saysız, hesabsız,

Qara torpaq örtür üstünü yalnız.

Qumarbaz nabələd oğruya bənzər,

Canı pul yolunda itirib gedər.

O, qurddur, içindən yeyər ağacı,

Polad iradədir onun əlacı.

Qumarda udmaq yox, odur, çox qabaq

Uduzmaq demişlər qumara ancaq.

İŞBİLƏN

Sən bağban, fikrində ol, torpaq qayğı çəkəndir,

Bağban şoranlıqda da becərəndir, əkəndir.

Dağıdandır, pozandır bu dünyada ağılsız,

Müdrik dövlət başçısı kərpic-kərpic tikəndir.

Nə gözel söyləmişdir bu dünyada atalar:

Çörəyi çörəkçiyə ver, dərdini çəkəndir.



_____________Milli Kitabxana______________

ŞƏRHLƏR, COĞRAFİ VƏ ETNİK ADLAR

ŞƏRHLƏR


Heydərbabaya salam

Şəhriyar "Heydərbabaya  salam "poemasının birinci hissəsinə yazdığı  müqəddimədən əlavə əsərin

sonunda şərh və izah da yazmış, adları çəkilmiş şəxslərin, yerlərin və bir sıra məsələiərin mahiyyətini,

söylənilən  fikirlərin  səbəbini  aydınlaşdırmışdır.  Şəhriyarın  həmin  şərh  və izahlarının  tərcüməsini  də

ixtisarla veririk. Bax: Divani-türki. "Sabah ", 1993.

Birinci bənd: Heydərbaba Təbriz yaxınlığında dağ adıdır.

İkinci  bənd: "Novruzgülü" və "Qarçiçəyi" ilkbaharda əriməkdə olan  qarın

altından baş qaldıran iki gözəl çiçəyin adıdır; birisi bənövşəyi libas geymiş həyalı

və utancaq gəlinə bənzər; ikincisi ağ geyinmiş şən və fərəhli aşiqi xatırladır.

Səkkizinci bənd: Mirəjdər - məşhur bir çavuşun adı.

Aşıq Rüstəm - şöhrətli bir çalıb-oxuyanın adı.

Doqquzuncu  bənd: Şəngülava - öz  gözəl  bağ-bağçası  ilə şöhrətlənən  bir

kəndin adı.



Aşiq alması - bir üzü sarı, bir üzü qırmızı olan dadlı-sulu alma növüdür.

Onuncu  bənd: "Quru  göl" - Tehrana  gedən  yolun  kənarında  Şibli  dağının

ətəyində yerləşən  böyük  bir  gölməçədir  ki,  orada  çoxlu  vəhşi  qaz,  ördək  və digər

su quşları var. Yayda suyu sahildən çəkiləndə ona Quru göl deyirlər.

İyirmi beşinci bənd: Kənd toyunun müxtəlif mərasimlərindən biri də budur ki,

aydınlıq əlaməti  olsun  deyə bir  dəstə piltə,  bir  kasa  islanmış  həna  siniyə qoyulur,

bunu qonaqların içərisində gəzdirirlər.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə