MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə105/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   98   99   100   101   102   103   104   105   106

_____________Milli Kitabxana______________

Müsavi - bərabər.

Müstəcəb - istəyi yerinə yetirilən, xahişi qəbul olunan.

Müstəkbər - qürurlu, təkəbbürlü, lovğa.

Mütəcəddid - bərpa olunmuş, yenidən düzəldilmiş, təzələnmiş.

Müvafiqət - uyğunluq, münasiblik, ahəngdarlıq, uzlaşma.

Müvazib – səyü, çalışqan; səbatlıq; qeydəqalan, qayğıkeş; gözətçi, göz yetirən.

Müzməhi - məhv olmuş, yox olmuş.



-N-

Naqus - zəng.

Nar - od - alov.

Nari-cəhənnəra - cəhənnəm odu.

Navarın kisi - maqnitofonun düyməsi.

Nay - ney.

Neybət - iyrənc, çox pis, çirkin.

Neysan - şiddətlə yağan yağış, leysan.

Nəbuğ - dahi.

Nəfə - nəfəs

Nəhr - böyük çay.

Nəjad - irq, nəsil, övlad,

Nəqşə - plan, xəritə.

Nəqşf-nigar - bər-bəzək.

Nəssab – irsiyyət, öyrənən alim.

Nəva - səs, musiqi.

Nəvar - maqnitofon.

Nifrin - qarğış.

Nin - hin.

Növhə - yas məclislərində avazla oxunan şeir; Mərsiyə.

Nuri-övliya - müqəddəs insanın nuru.

-O-

Oqmaq - ovmaq.



-Ö-

Övbaş - əxlaqsız, xuliqan, pozğun adam, oğru.

Övsiyər - hövsələyir, andır, təmizləyir.



_____________Milli Kitabxana______________

Öz barası - öz səhvi.

Öz cəlası - öz çuxuru.

Öz famili - qohumu.



-P-

Padaş - mükafat.

Pasiban - keşikçi.

Pəyam - xəbər, müraciət:

Pilig - yazı, məktub.

Poz - görünüş, hal, vəziyyət, duruş.



-R-

Ravi - rəvayət danışan.

Razi-nihanım - gizli sirrim.

Rəxtxab - yataq.

Rənci-möhnət - dərdin, bəlanın, qəmin əziyyəti.

Rikab - üzəngi.

Risalət - elçilik, peyğəmbərlik.

Rizə - xırda, balaca.



-S-

Sağər - şərab piyaləsi, qədəh.

Sahir - sehr edən, sehrbaz, cadugər, məcazi mənada cəzb edən,

məfrun edən.

Saxtman - bina.

Sail - dilənçi.

Salim - sağlam, səlamət.

San - parad, rəsmi keçid.

Sanaq - sayaq, hesab edək.

Sarqınmaq - sanlmaq.

Savırıx - tükədirik, qurtarırıq.

Sayə - kölgə.

Seminar-sendika - sənaye sahibkarlarının birliyi-sindikat.

Seydə çıxanlar - ova çıxanlar.

Seydi-qəzal - ceyran ovu,

Səhab - bulud.




_____________Milli Kitabxana______________

Səhərxiz - səhər tezdən duran adam.

Səkənə - sakin olan yer.

Səktə - iflic.

Səqf - tavan, göy, səma.

Səlatin - sultanlar.

Səliman - sağlamlar

Səmavat - göylər.

Səmavi – göyə məxsus olan.

Sənə - il.

Səngək - xırda çay daşları üzərində təndirdə bişirilən çörək, çörək növü

Səntur - musiqi aləti.

Sərbaz - sıravi əsgər.

Sərnəvişt - tale, alın yazısı.

Səza - layiq, münasib, uyğun, yaraşan.

Simsar - yaxın adam.

Sinema - kino.

Sinmək - cana sinmək, cana yatmaq.

Sırığ - dağ, sinə dağı.

Somiə - ibadətgah, ibadət guşəsi, hücrə; monastır.

Söban – nəhəng, əjdaha.

Sözalmaq - solmaq, ölüşkəmək.

Suz - yanma, alışma; göynəmə, acıma, acınma; kədər, qüssə.

Suzi - güdaz - yanıb - yaxılma, yanıb - qovrulma.

Süflə - aşağıda olan, aşağıdakı; alçaq, qiymətsiz, etibarsız; pərişan.

Süsəri - tarakan.



-Ş-

Şanə - daraq.

Şappa - ərsinin bədənə dəyərkən çıxardığı səs.

Şatır-çörəkçi.

Şayəd - elə bilər ki, bəlkə, ehtimal ki,

Şayırtlar - şagirdlər.

Şeri-mənsur - nəsrlə yazılan şeir.



_____________Milli Kitabxana______________

Şeyba - nalə.

Şəhdi-müsəffa - saf bal, təmiz bal.

Şəhdi-şəkərbara - çox şirin, ləzzətli şan balı.

Şəhrdari - şəhər bələdiyyə idarəsi.

Şəmatət - birinin  başına  gələn  bəla  və müsibətdən  başqasının  sevinib  kam

alması, bədxahlıq.

Şəmi-ariz - yanaq.

Şəmi-məzar – qəbiristanlıq şamı, qəbir üstə yandırılan şam.

Şərarə - qığılcım.

Şətəl - qumarda udandan alınan pul.

Şətiənc - şahmat.

Şikarçılar - ovçular

Şirazə - kitaba salınan qaytan.

Şişək - üçyaşar qoyun.

Şövq yaşları - sevinc yaşları.

Şuxum - şum.

Şum - pis, qara, natəmiz, bədxah.

Şüvkə - pöhrə, kökdən çıxan körpə budaq.

-T-

Taarif- bir-birini tanıma, bir-birilə tanış olma.

Tağar - xəmir yoğurulan və saxlanan qab.

Tağut - büt, sənəm; kahin; şeytan, yoldan çıxardan, azdıran.

Talis - həsir.

Tar - burada: tutqun, qaranlıq.

Teyləsan - zahidlərin baş sarıqlarından sallanan sarıq ucu.

Təclil - şərəfləndirmək, hörmət göstərmək.

Təfriqə - ayrılıq, parçalanma.

Təhəvvül - dəyişmə, başqalaşma, haldan-hala keçmə

Təxsiri-səmavat – göylərin ələ keçirilməsi, zəbt edilməsi.

Təqaza - xahiş.

Təqsimat - bölgü.

Təlai - qızıl.

Təllənmək - üst-üstə qalanıb ucalmaq.

Təməddün - mədəniyyət, sivilizasiya.




_____________Milli Kitabxana______________

Tənab - ip.

Tənz - zarafat, satira-yumor.

Tənzil – endirmə, aşağı salma; güzəşt, əksiltmə.

Tərəb - sevinc, şadlıq.

Təsmim tutur - qərara gəlir.

Təşxis verən - ayıran, seçən.

Təvəkkül - göz dikmə, umma, tapşırma.

Tişə - külüng.

Tuba - əfsanəyə görə cənnətdə gözəl, hündür bir ağac.

Tüng - su qabı.

Türrə - alından sallanan qıvrım tellər, zülf.



-U-

Ud - musiqi aləti.

Uduxub - donub qalıb.

Utmaq - udmaq.



-Ü-

Ücrət - muzd.

Ümmət - xalq,  millət:  icma,  bir  peyğəmbərin  dininə mənsub  olan  adamlardan

ibarət icma.

Üstürlab - astronomiyada: bucaq ölçən alət.

Üzlət - güşənişinlik, təklik.

Üzvi fələc - iflic olmuş üzv.

-V-

Vabəstəlik - bağlılıq, asılılıq

Vassal - özündən böyük feodal hakimindən asılı olan feodal

Vəhy - bir fikir və hökmün Allah tərəfindən peyğəmbərə xəbər verilməsi (dini).

Vərzişkar - idmançı

Vəsatət - araya girmək, vasitəçilik; havadar çıxmaq.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə