MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə102/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   98   99   100   101   102   103   104   105   106

_____________Milli Kitabxana______________

Setar – Azərbaycanın  simli  qədim  musiqi  aləti.  Ustad  Şəhriyar  gözəl  setar

çalırdı.


Doktor  Cavid - Azərbaycanın  maarifpərvər  alimi.  Azərbaycan  dili  qadağan

edildiyi dövrdə şifahi xalq ədəbiyyatı nümunələrini çap etdirmiş, ana dilinin tədrisi

sahəsində xeyli iş görmüşdür.

Merac gecəsi - dini rəvayətə görə Məhəmməd peyğəmbər gecə yarısı Qüdsdən

Buraq adlı bir atla Allahın hüzuruna getmişdir. Həmin gecə merac gecəsi adlanır.



Leylac - Qumarbazların başçısı  mənasındadır.  Həm  də rəvayətə görə tarixi

şəxsiyyət olmuşdur.



Tacbəxşin  kamanı – Şəhriyarın  dostlarından  olan  Tacbəxş  gözəl  kamança

çalandır.  Şəhriyar  ona  bir  neçə şeir  həsr  etmişdir.  Bu  şeir  də onun  kamanına

yazılıb.

Əfrasiyab - Firdovsi  "Şahnamə"sinin  qəhrəmanlarından  biri.  Qədim  Turan

hökmdarlarından sayılır.



Pirahən - köynək (Yusifin köynəyinə işarədir).

İyrəc – İrəc  Mirzə.  Məşhur  Cənubi  Azərbaycan  şairi.  Bütün İran  körpələrinin

əzbər dediyi "Ana məhəbbəti" ("Mehri madər") şerinin müəllifi (1873-1926).



Qəmər - İranın məşhur müğənnilərindən biri.

Şeyx  Bəhayi - Bütün  insanları  qardaşlığa,  sülhə səsləyən  bəhailik  təriqətinin

banisi Mirzə Hüseyn Əli.



Behzad - Kəmaləddin. XV-XVI əsrlər Təbriz miniatür rəssamı, (1450-1535).

Şəbistan - yataq  otağı,  şahların  hərəmxanası,  dərvişlərin  ibadətlə məşğul

olduqları və yatdıqları yer, hücrə.



Müşiri - Müasir İran şairlərindəndir. Şəhriyarın dostu.

Şair Sayə - Müasir İran şairlərindən olub, Şəhriyarın dostu idi.

Nadirpur - Müasir  İran  poeziyasının  görkəmli  nümayəndələrindən  olub,

Şəhriyarın dostu.



Məftun – Cənubi  Azərbaycan  şairi,  Şəhriyarın  dostu,  ona  "Eşqin  sultanı"  adlı

şeir həsr etmiş Yədulla Əmini Məftun.



Babakuhi  Bakuvi - Məhəmmədəli Abdulla  oğlu.  (948-1050).  Azərbaycanın

filosof şairi. İran, Ərəbistan, Hindistan və başqa ölkələri gəzmişdir. Əsərlərini ərəb

və fars dillərində yazmışdır.



_____________Milli Kitabxana______________

Xosrov - Sasani  şahı  II  Xosrov  Pərviz.  (590-628).  Şərqin  bir  sıra  şairləri,  o

cümlədən Nizami Gəncəvi ona əsərlər həsr etmişlər.



"Hərra" (Hiıra) - Məkkə ilə Mədinə arasında  bir  dağın  adıdır.  Məhəmməd

peyğəmbər bir müddət buradakı kahada qalmışdır.



Kəlirnullah - Hərfi  mənası  "Allahla  danışan",  deməkdir.  Musa  peyğəmbərə

verilmiş ləqəbdir.



"Tövrat" - Yəhudilərin qədim dini kitabı.

Keykavus - İranın əfsanəvi şahlarından biri. Firdovsinin yazdığı "Şahnamə"nin

əsas qəhrəmanlarındandır.



"Həftcan" - Firdovsinin  "Şahnamə" əsərində pəhləvan  Rüstəm  Zalım  döyüşə-

döyüşə sındırdığı yeddi tilsim.



Sunış - Mələk Cəbrayılın adlarından biri.

Rumlular Həbəşin qamnı töksə - Klassik ədəbiyyatda rumlu ağlıq, həbəş qaralıq

rəmzidir. Yəni gündüz gecəyə qalib gəlsə.



Veys  ilə Ramin - Fəxrəddin  Gürganinin  (XII əsr  fars  şairi)  "Vis  və Ramin"

əsərinin qəhrəmanları.



Şuriyə - Sasani şahı Xosrov Pərvizin oğlu.

Təvaf- Ziyarətə gələnlərin Kəbə daşı ətrafında dövrə vurması.

Dara - Əhəməni  şahlarının (b.e.ə.  336-330) ən  məşhurlarından  biri.  "III

Dariyuş"  adı  ilə hökmranlıq  etmiş  bu  padşah  makedoniyalı İskəndər  tərəfindən

məğlub edilmişdir.

Mərix - Mars planeti.

Çingiz - Monqol-tatar imperiyasının banisi, məşhur sərkərdə (1162-1227), onun

yaratdığı imperiya Avrasiya materikinin böyük bir hissəsini tuturdu.



Yozdan – Zərdüşt dinində tanrı.

Söhrab - Firdovsi "Şahnamə"sindəki qəhrəmanlardan biri.

Rüstəm - Firdovsi "Şahnamə"sinin qəhrəmanı. Qüdrətli pəhlivan.

Həxaməniş şahları - Əhəməni sülaləsinin hökmdarları. Eramızdan əvvəl 550-ci

ilde Kuruşla başlanan bu sülalə e.ə. 331-ci ildə III Daranın ölümü ilə qurtarmışdır.



Şapur - Sasani  şahı  I  Şapur  (241-272)  nəzərdə tutulur.  Roma  imperiyası  ilə

döyüşdə azəraycanlıların yardımı ilə qalib gəlmişdir.



Qubad - İran şahı, 488-531-ci illərdə hökmranlıq etmişdir.

Firdovsi (934-1024) - Böyük  fars  şairi.  30  il ərzində "Şahnamə"  adlı  nəhəng

mənzum epopeya yazmışdır.



Volter, Didro - XVIII əsr fransız ensiklopedistləri.


_____________Milli Kitabxana______________

Saib - Saib  Təbrizi  (1601-1676).  XVII əsrin  məşhur  Azərbaycan  şairi.  Saib

Hindistanda yaşadığı dövrdə ədəbi məktəb yaradıb.



Ünsüri - Əbülqasim  Ünsüri,  Həsən  ibn Əhməd.  (970, yaxud  980,  Bəlx-1039).

Qəznəvilər  dövlətinin  banisi  Mahmud  Qəznəvinin  saray  şairi.  Məliküş-şüəra

rütbəsi almış, böyük sərvət sahibi olmuşdur.

Übeyd Zakani (1366-1370) - Satirik yazıçı və şair. Bir sıra risalələrin, "Kitabi-

dilguşa" adlı lətifələr toplusunun və lirik şerlərin müəllifi.



Xızr - Rəvayəta  görə zülmətdə dirilik  suyu  içib əbədi  həyat  qazanmış

peyğəmbər. Darda qalan adamlara kömək etməsi ilə məşhur olmuşdur.



Hacı  İsmayıl  ağa Əmir  Xizi - Səttarxanın şəxsi  katibi,  bir  sıra  görkəmli

xadimlərin,  o  cümlədən  Şəhriyarın müəllimi.  Məşrutə hərəkatının  iştirakçısı  və

pedaqoq.

"Kavə"  toplusunun  baş  müvəkkil - Berlində nəşr  olunan  bu  jurnalın  (1816-

1921)  baş  müvəkkili-redaktoru  Seyid  Həsən  Tağızadə.  Məşhur  jurnalist  və siyasi

xadim, Məclisin də sədri olub.

Xəyyam - Ömər Xəyyam Qiyasəddin Əbül-Fəth ibn İbrahim. (təxm. 1048-1022

sonra). İranın məşhur filosof şairi. Əsasən rübailəri ilə tanınmışdır.



Napolyon (1769-1821) - Məşhur fransız sərkərdəsi və imperatoru.

Abbas  Mirzə (1789-1833) - İran  Hərbi  qüvvələrinin  baş  komandanı,

Azərbaycan  valisi,  Fətəli  şahın  oğlu.  Qardaşı  oğlu  Bəlimon  Mirzənin  xəyanəti

nəticəsində Paskeviçə məğlub  olmuş  və alçaldıcı  Türkmənçay  müqaviləsini

imzalamışdır.



Ahuramazda – Zərdüştlük dinində xeyir allahı.

Əhrimən - Zərdüştlük dinində şər allahı.

Paulüs (Paulyüs) - Böyük Vətən Müharibəsi dövründə Stalinqrada qədər gəlib

çıxmış  faşist  ordusunun  rəhbəri,  feldmarşal.  Döyüşdə məğlub  olaraq  sovet

ordusuna əsir düşmüş, sonra azad edilərək qayıtmışdır.

Eynşteyn  (1879-1955) - Məşhur  fizik.  Nisbilik nəzəriyyəsinin  banisi.  Şəhriyar

bu böyük alimə məktub yazmışdır.



Rumi - Cəlaləddin  Məhəmməd  ibn  Bəhaəddin  (1297-1273)  Rumi  Konyada

yaşamış məşhur türk şairi. Şəms Təbrizini özünə ustad və mürşid seçmişdi.



Şəms - Şəmsəddin  Məhəmməd  ibn Əli  (1245-1272)  Təbrizi.  XIII əsr

Azərbaycan alimi. Konyalı şair və alim Mollayi-Ruminin ustadı. Şəms sirli şəkildə

yox olmuşdur.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə