MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə104/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   98   99   100   101   102   103   104   105   106

_____________Milli Kitabxana______________

Fəthülfütuh - qələbələrin qələbəsi, zəfərlərin zəfəri.

Fışqa - fit, fiştırıq.

Fövq - üst, yuxarı.

Fülus - xırda pul.

Füzəla – fəzillər, fəzilət sahibləri.



-G-

Gədik - dağ aşırımı.

Gərdun - dolanan, dönən; fələk, tale; göy, səma.

Girdəkan - qoz.

Giriban - yuxa.

Gülbəsər - gülü üstündə olan tər xiyar.

Gülçin - gül dərən; seçilmiş, seçmə, hər bir şeyin əlası.

Gürbə - pişik.

Güşvarə - sırğa.

Güzər - keçmə, yol getmə; əl çəkmə.



-H-

Hadi - yol göstərən.

Hal-qal - sufi istilahlandır.

Hamaş - yol yoldaşı.

Hampa – kənd varlısı (XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid istilah).

Havar - hay-haray, kömək.

Hayil - burada: qorxunc, nəhəng, azman.

Həkəm - hakim, münsif.

Həllənmək - həll olmaq.

Həmil – hamilə, boylu,

Həmlə - hücum.

Həmsər - yoldaş, həyat yoldası, arvad.

Həndil - maşınları öndən işə salan əyri açar (dəmir).

Hənindirmək – nəfəsdən salmaq, əldən salmaq.

Hənzəl - acı xiyar, it xiyarı.

Hərəc - qorxu, təzyiq.

Hərim - hərəm, gizli, toxunulmaz yer.

Həsbhal - kef-əhval bilmə, halından xəbər tutma.




_____________Milli Kitabxana______________

Hətmən - hökmən

Hazyan - sayıqlama, mənasız, havayı sözlər.

Hicab - pərdə, örtük; utanma.

Hövlə - dəsmal.

Hövləsək - hövlnak

Hünərmənd və məcliskərm - hünərli, bacarıqlı və məclis qızışdıran.

-X-

Xanevadə -ailə.

Xare - qranit daş.

Xatəm - sonuncu; üzük.

Xeymə - çadır.

Xəffaş - yarasa.

Xəlfə - məclisdə başçılıq  edən;  keçmişdə molla  məktəblərində müəllimin

(mollanın) köməkçisi.

Xərdəl - xardal.

Xəs-çör - çöp, çırpı.

Xətminə getmək - sonuna yetmək, axıradək getmək.

Xizab - tünd qırmızı rəngli boyaq.

Xorata - boş danışıq, dedi-qodu.

Xum - küp; qədim Azərbaycan atəşpərəstlərinin içkisi.



-İ-

İcbar - məcburiyyət.

İctinab - saqınma, çökinmə.

İffət - namus, mənəvi təmizlik.

İxlas - rəxnə salma, pozma, xələl qatma.

İxlas - təmiz məhəbbət, sədaqət, ürəyi təmizlik, səmimiyyət.

İxtiyar - qoca.

İmamət - imamlıq etmə, məzhəb işlərində rəhbərlik etmə.

İnficar - partlayış.

İns - insan.

İntıha - sona çatma, axıra yetişmə, tükənmə, bitmə, axır, nəhayet.

İntixab - seçmək.




_____________Milli Kitabxana______________

İntisab - nəsb etmə, birləşdirmə.

İnziva - guşənişinlik.

İstəxr - göl.

İstiqbal - gələcək, qarşılama, gələn adamın qarşısına çıxmaq.

İstir – istəyir.

İştibah - səhv, nöqsan, şübhə.

İştiyaq - arzu etmək, çox istəmək, həsrətində olmaq.



-K-

Kəc - əyri.

Kəftaş - ayaqqabı tikən.

Kəmər - bel.

Kəmin (e) - aciz, həqir; ən azı,

Kənkan - quyu qazan.

Kərdi - bostan, lək.

Kəsil - yorğun.

Kət - kənd.

Kəzmə - yaranın gözü, qaysağı.

Kişvər - ölkə.

Küfr - kafirlik, Allaha inanmamaq, dinsizlik, inamsızlıq, söyüş, asi olmaq,

Küpsədi - çırpdı.

-Q-

Qacıtmaq - qanırmaq.

Qadaş - qardaş

Qafil etmək - xəbərsiz saxlamaq.

Qafilə - karvan.

Qanalar - meynələrin söykəndiyi torpaq qalaqlan.

Qapsamaq - bürümək, göturmək, ələ keçirmək.

Qarındaş - bir ana bətnindən çıxan bacı-qardaşlara deyilir.

Bu söz tədricən qardaş şəklinə keçmişdir.

Qavırıx - qovuruq

Qazalaq - quş növlərindən biri

Qeybnüma - gizlin aləmləri göstərən

Qəhhar - qüdrətli, güclü; məcbur edən.



_____________Milli Kitabxana______________

Qəhvarə - beşik.

Qəm - əsr.

Qəndil - çilçıraq; sünbül kimi sallanmış çiçək; alma növü.

Qəni - varlı, dövlətli.

Qərə qeyid - qara fikir, dərd.

Qəvi - böyük, nəhəng, qüvvətli.

Qəvza - dikəlt, qaldır.

Qəzal - ceyran.

Qəzov - qədər - tale, taleyin gərdişi.

Qıbrax - qıvraq, cəld, sağlam.

Qissə - hekayət, nağıl,

Qiyas - tutuşdurma, müqayisə; bənzətmə, ölçü.

Qov - qığılcım.

Quş - biyaban-qulyabanı.

Qürfə - eyvan.

Qüsur - burada qəsrlər.

-L-

Lamihalə - çarəsiz, istər - istəməz; şübhəsiz, labüd; heç olmasa.

Ləhzə - an, saniyə.

-M-

Mağıl - heç olmazsa.

Mah - ay.

Mahal - baş tutmayan, çətin.

Mar - ilan.

Matəmsəra - yasxana.

Mehrə gəlmək - məhəbbətə gəlmək, sevmək.

Mehri-çöhrə - üzün günəşi, gözəlin üzündə parlayan günəş.

Məbədi-tərsa - kilsə.

Məbhut - mat, heyran.

Məbus - göndərilmiş elci; xalq vəkili, deputat.

Məclisgərm - məclisqızışdıran.

Mədar - mərkəz, orbit; ox, mehvər; özül, təməl.

Məgəs - milçək.

Məhafili – gənn - qızğın keçən yığıncaq, məclis.



_____________Milli Kitabxana______________

Məhcub - örtülü, utanan, utancaq.

Məhfil - yığıncaq yeri, toplanmış həyət; məclis.

Məhtab - ay işığı.

Məxrubə - xarab edilmiş, dağıdılmış, xaraba qalmış.

Məxzən - xəzinə.

Məqfur - bağışlanmış.

Məlul - qəmli.

Məncəlab - bataqlıq, çamır, çirkli su.

Məndil - süfrə, sovqat bağlısı, yaylıq.

Mərkəb - minik heyvanı, dəvə, gəmi.

Məşşaq - məşqçi.

Məzrəə - tarla, əkin.

Midad-kağızı - qələm, kağız.

Minbər - burada: çörək yığılan səki.

Misdaq - layiq, uyğun.

Mişkfəşan - müşksaçan, ətirsaçan.

Mötəmən - təmənna edən.

Mövc - dalğa.

Mövla - sahib, yiyə; cənab, ağa; hami, havadar.

Muşək - raket.

Mübhəm əsrar - gizli sirlər.

Müdam - daima, həmişə, arasıkəsilmədən.

Müdara - zahirdə dostluq göstərmə, üzə gülmə; dözmə, qatlaşma; yubanma.

Müdava - dərman vermək, müalicə.

Müdərris - mədrəsə müəllimi, din alimi.

Mühəyya - hazırlanmış, tədarük olunmuş, hazırlığı görülmüş, bərpa olunmuş.

Müjgan - kiprik.

Münacat - gizli söhbət, gizli müsahibə, söhbət; Allaha dua etmə; Allaha xitabən

yazılmış klassik şeir forması.

Münadi - çağıran, səsləyən.

Münqələb – həyəcanlı, narahat.

Münzəvi - guşənişin, yalqız həyat keçirən.

Mürəttəb - tərtib  olunmuş,  sıralanmış;  qaydaya,  nizama  salınmış;  tərtibli,

müntazəm.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə