MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə101/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   98   99   100   101   102   103   104   105   106

_____________Milli Kitabxana______________

Şah Abbas durbini – məşhur Cəmşidin Camı kimi camaat içərisində çox şöhrəti

var. Cəmşidin Camı hər şeyi guya özündə əks etdirdiyi kimi, Şah Abbasın durbini

də sanki hər şeyi göstərməyə qadir imiş. Onun haqqında bizim yerlərdə çoxlu şirin

hekayətlər  danışılır.  Bu durbinin  rolunu,  Şah  Abbasın  ondan  necə istifadə edib,

nələr görüb-etməsini həvəslə xatırlyırlar.

Altmışıncı  bənd. Mənim  dörd  bibim  vardı,  yaş  etibarilə: 1)  Xədicə Sultan,  2)

Sitaiə, 3) Sara (Əmməcan), 4) Səyyarə (Xanım əmmə).

Altmış  birinci  bənd: Ağa  Mir Heydər - böyük  bibimin əridir,  səksən  yaşlı,

əldən düşmüş bir qoca hələ də zarafatlarından əl götürməmişdir. İndi də öz kinayəli

və mənalı sözləri ilə hamının, diqqətini cəlb edir. Çox qonaqsevər, açıq süfrəli bir

kişi idi, samovarı həmişə qaynardı, özü də həddindən artıq çay içərdi.



Altmış  ikinci  bəndMəlkamıd - Mələk-əl-Mövt  (Əzrail)  sözünün  təhrif

olunmuş formasıdır. Kəndlərdə onu ölüyuyan yerinə işlədirlər.



Altmış üçüncü bənd1) Fizzə xanım (dayım qızının adıdır) - Xoşginabın çox

hörmətli qadınlarından birisidir.



Ağa  Mir  Yəhya - Mərhum  Məcdəs-Sadatın  qardaşı,  çox  səmimi  və xoşqəlb

insandır.  Epik  şerlərin  gözəl  ifaçısı  idi.  Atası  kimi  də "Şahnamə"ni  çox  yaxşı

oxuyardı.

Rüxsarə xanım (atamın  xalası  qızı) - bacarıqlı  və hörmətli  bir  qadın  idi.

Başqalarının təqlid  edib  yamsılamaqda  səhnədəki  qüdrətli  artisti  belə sanki

üstələrdi.

Ağa Seyid Yəhya - Əmioğlumdur, çox təmiz və nəcib bir insan idi. Şəqaqilərlə

qohum olduğuna görə son 30 ildə Qıpçaq kəndində yaşardı.



Ağa  Mir  Cəfər - Rəhmətlik  Ağa  Mir  Qafarın  böyük  oğlu  idi.  Çox  işgüzar,

əməkçi  və cəsarətli  bir  insan  idi. Əli  də çox  ağır  idi,  kənddədki  davalarda  iştirak

etsəyədi, onda, sözsüz, yaman bir hadisə üz verərdi.

Altmış yeddinci bəndDam qaya - Şəngülava və Güllücə kəndlərinin arasında

dağın başında yüksəlib əyilən bir qayadır. Sanki təbiət oranı yayda, qışda çobanlar

və səyyahlar  üçün  qardan,  yağışdan  özlərini  qorumaqdan  ötrü  bir  daldalanacaq

düzəltmişdir. Uşaqlar da yay mövsümü bəzən oraya çıxıb, qayanın başından ətrafı

seyrə dalar, o gözəl mənzərələrdən zövq alardılar.



_____________Milli Kitabxana______________

Yetmiş  dördüncü  bənd: Əsərin  bu  bəndində Koroğlu  dastanına  işarə

edilmişdir.  Şair  özünü  Koroğlunun  yerinə qoyub,  hadisələr  bitməzdən əvvəl

yatmaq istəmədiyini söyləyir.

"Koroğlu" dastanı  Azərbaycanın,  bəlkə də bütün  dünyanın ən  məşhur

dastanlarından biridir. Onun xülasəsi belədir: dastanın qəhrəmanı Koroğlu öz oğlu

Eyvazı  vuruş  meydanına  göndərir.  Gün  batır,  qaş  qaralır,  ancaq  Eyvaz  geri

qayıtmır. Bütün gecəni Koroğlunun intizar gözlərinə yuxu getmir. Qaranlıq gecədə

onun  gözləri  gah  zülmətlə,  gah  tufanla,  gah  də göydəki  qara  buludlarla əlləşib

çarpışmaq  istəyir.  Göydə qatar-qatar  düzülüb  uçan  durnalardan  öz  oğlunu  xəbər

alır. Sübhə qədər gözlərinə yuxu getmir. Dan yeri söküləndə məşhur Qıratını minib

düşmən  üstünə gedir,  ona  qələbə çahlır, əsir  düşmüş  Eyvazını  azad  edib  gətirir.

Eyvazm geri qayıtması dastanın sonudur.

Şeirlər

Çavuş - Kərbəlaya gedən zəvvarı müşayiət edən bələdçi.

Kədiklərin sazax çalan sazları.

Qışda dağ aşırımalarındakı səsləri şair saz səsinə bənzədir.



Zihəccəmiz məhərrəm olmaqdadır.

Zihəccə islam hicri təqviminin 12-ci ayıdır. Bundan sonra gələn məhərrəm ayı

şiələr üçün təziyə ayıdır. Misra toyun yasa çevrilməsini göstərir.

Qız-gəlinin  fındıqçası - barmaqlara  həna  qoyulub  bağlanmasına  fındıqça

deyilir.


İlləl yəafirə və illəlsu və bəldətin leysə ləha ənisu.

(Ərəb)  mənası:  Bu  şəhərdə mənə ceyranlardan  və dəvələrdən  başqa  dost

yoxdur.

"Aradanxır" - uşaq oyunlarından biri.

Kürsü tovu - keçmiş zamanlarda evin ortasında qurulan kürsünün dövrəsi.

Nəqşləri tərh etmək - xəritə çəkmək, plan qurmaq.

Xərməni saqqıza verdik, nəyaman çərçidi bu?

Alverçinin  bahaçılığına,  müştərini  aldatmasına  işarədir.  Şair,  siyasətçiləri

alvərçiyə, çərçiyə oxşadır.

Baxmayıb  gözyaşına  ingilis əl  qatdı  bizə,  Görürəm  rus  da  Arazdan  keçir  İran

apara.



_____________Milli Kitabxana______________

1941-ci  ilin  avqustunda  ingilislərin  cənubdan,  Sovet  qoşunlarının  isə alman-

faşist təhlükəsinə qarşı şimaldan İrana girməsinə işarədir.

İqbal - Məşhur Azərbaycan müğənnisi təbrizli Əbülhəsən xan İqbal Azər

(1867-1967)



Təb riştəsi - tibb fakültəsi.

Əl atmaq hacata - silah götürmək.

Pambıq atmaq - yaprıxmış pambığı didib açmaq.

Mazı-mata salmaq - naz-qəmzə etmək, bir şeyi mətaha çevirmək.

Büzüşüb bəy durmaq - Bəy kimi büzülüb dimdik durmaq.

Yengə-muşata (məşşatə) - toy  gecəsi  gəlinə zinət  verən,  bəzəndirən və

bakirəliyini təsdiq etmək üçün gedən qadınlara verilən adlar.



Sərvan Şəhiri – Şəhriyarın dostlarındandır.

Bəhruz Dövlətabadi - Şəhriyarın yaxın qohumlarından biridir.

Lülələnməkdədi yer-göy neçə tumar sarıyanda

Qədim  zamanlarda  saray  şairləri  şerlərini kağızlara  yazıb  onlan  bir-birinə

calayıb  bükərdilər.  Şair  yeri-göyü  beləcə qatlanıb  lülələnmiş  şeir  bükülməsinə -

tumara bənzədir.



Qovutmac - küncütün döyülüb doşabla qarışdırılmış forması.

"Kəlilə-Dimnə" - Qədim  hindlilərin  alleqorik  rəvayətlərdən  ibarət ibrətamiz

kitabı.  VI əsrdə fars,  sonralar  isə başqa  dunya  dillərinə də tərcümə olunub  şöhrət

qazanmışdır.

Mehdiyə-maude-zühur - Rəvayətə görə on ikinci imam Mehdinin vəd olunmuş

zühuru.


Həqqa-maşa - tiryək çekmək üçün istifadə olunan alətlər.

Fitrət bayramı - Orucluq bayramı, orucluq ayının son günü. "Əşiran " - Mahur

dəstgahının bir guşəsi.



"Hicaz" -Muğamda  "Şur"  dəstgahında  "Simayi-Şəms"dən  sonra  ifa  olunan

guşədir.


Mahmud və Ayaz - Səlcuq  sultanı Mahmud Qəznəvi (998-1030) və onun qulu

Ayaz  nəzərdə

tutulur.  Onların  bir-birinə

olan  məhəbbəti,  hörməti  Şərq

ədəbiyyatında məşhurdur.

Şəriəti - İranın məşhur ictimai xadimi doktor Əli Şəriəti. Milliyyətcə türkdür.

Seyidağa  Fəxriyyə - Cənubi  Azərbaycanın  məşhur  komik  gülüş  ustalarından

(aktyor)  olub,  Şəhriyarın  dostu  idi.  1972-ci ilin  yayında  avtomobil  qəzası  zamanı

həlak olmuşdur.

Professor Əliyev - Rüstəm Əliyev.  Azərbaycanın  məşhur  şərq-şünas  alimi.

Əməkdar elm xadimi.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə