MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə100/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   96   97   98   99   100   101   102   103   ...   106

_____________Milli Kitabxana______________

Qırx  səkkizinci  bənd: Ailəmiz  Təbrizdə olduğu  zaman böyük bibim  hər  ildə

bir dəfə Təbrizə gələrdi. Rəhmətlik atam vəfat edib, ailə Tehrana köçdükdən sonra

bibimin  Təbrizə gəldiyini  eşidəndə hamımız  kədərlənib  deyərdik:  görəsən,  yazıq

bibimin əhvalı bizsiz necədir,  harada  qalır?  Bu  bənd  məhz  o  hisslərə həsr

olunmuşdur:

Əlli  birinci  bənd: Qıpçaq - dağətəyi  kəndlərdən  biridir.  Uşaqlıqda əmioğlum

Mahmud Nur Azəriə bir dəfə oraya qonaq getdik. Bir neçə gün qalıb, səyahətlə, at

çapmaqla məşğul olduq.

Əlli  ikinci  bənd: Qarakol - Heydərbabanın  böyründəki  bir dərənin  adıdır  ki,

Qayışqurşaq kəndi ilə mənim ata-baba yurdum olan Xoşginab kəndini birləşdirir.



Əlli dördüncü bəndAğa Mir Qafar - Xoşginabın  görkəmli seyidlərindən idi

ki,  mərhum  Mustəfiəlməmalikin  dostu  olan  rəhmətlik  Hacı  Mir  Şərifdən  sonra

Təbrizdə və Tehranda hamıdan artıq tanınmışdır. Xoşsurət, xoşsöhbət, səxavətli və

şücaətli bir adam idi, Tündməzac olsa da, yeri gələndə həqiqət tərəfdarı olub, haqq

üstdə əsib, haqsızı qılınc kimi kəsərdi. Onun zarafatları, məclislərdə söylədiyi incə,

şirin sözləri və lətifələri onu bir sənətkar səviyyəsinə qaldırardı. Bu günün dili ilə

desək, o, bir çox komik və əxlaqi pyeslərin həm müəllifi, həm də ifaçısı idi.

Rollarını çox yaxşı oynayardı. O olan məclisdə hamı gülməkdən az qala huşunu

itirərdi.  Məsələn,  Nəsrəddin  şah vəfat  edəndə vəliəhdi  Müzeffərəddin  şah

Təbrizdən  Tehrana  gedəndə çox  məhzun  va  kədərli  idi,  göz  yaşlarını  saxlaya

bilmirdi,  saray  xadimləri  şahın  kefini  bir  qədər  açmaq  üçtin  Ağa  Mir  Qafara

müraciət  edirlər.  O  dərhal  şahın, atının cilovundan  yapışır,  zarafata  başlayır, iş  o

yerə çatır  ki,  şah  gülməkdən  qəşş  edib  az  qala  atdan  yıxılacaqdı,  fəryad  edir  ki,

gəlin məni seyidin əlindən qurtarın.

Ozünün kiçik bir  malikanəsi  var idi, bundan gələn gəlirlə ailəsini dolandırırdı.

Dövlətlilərdən  aldığını  da  fəqirlərə paylardı.  Onun  sarayında  o  zamankı

Xoşginabm kəndliləri də şal və tirmə arxalıq geyərdilər.

Əlli beşinci bənd: Mərhum Mir Mustafa dayı atamın dayısı idi. Uca boylu, iri

gövdəli, enli, qalın saqqallı, məşhur rus yazıçısı və filosofu Tolstoyu xatırladan bir

adam idi. Ruhu etibarilə də Firdovsiyə oxşayardı. Çox epik şerlər və qəhrəmanlıq

dastanlarını əzbərdən bi

lirdi.



_____________Milli Kitabxana______________

Yerində oxuyurdu, hətta onun adi danışığı belə bir təşbeh, istiarə və başqa-başqa

oxşatmalar ilə dolu idi. Bəzən də maraqlı və gülməli danışardı. Məsələn, bir gün

qadının uzun burnunu insanların gözünü nişan alan qoşa lüləyə bənzətdi. Şəhərdə o

qədər şöhrət sahibi deyildi, ancaq kəndlərdə böyük şöhrətə malik adlı-sanlı

şəxsiyyət idi.



Əlli altıncı bənd: Məcdəssadat- mərhum Ağa Mir Ətaullah rəşid və xoşəndam

bir  kişi  idi.  Hündür  boya,  cazibəli  simaya,  uca  geniş  alma,  yanar  yaşıl  gözlərə

malik idi. O da mərhum Ağa Mir Qafar kimi həmişə qaynayıb aşıb-daşardı, həm də

çox  zarafatcıl  və məclis  yaraşığı  idi.  Musiqini  çox  sevərdi.  Uşaqlarını  musiqi

öyrənməyə təşviq  edərdi.  Qəhri  mehrindən  üstün  idi.  Hər  halda  Xoşginabın

görkəmli şəxslərindən birisi idi.



Əlli yeddinci bənd: Mənim rəhmətlik atam Hacı Mir Ağa Xoşginabi xoş sifətli

bir seyid idi ki, ilk baxışda onun zatən əsil-nəcabəti dərhal özünü göstərərdi. Qrta

boylu, xoş sifətli, ağır təbiətli, şirin söhbətli, iti baxışlı və çox səxavətli idi.

Onun  süfrəsi  həmişə açıq  olardı.  Ailə üzvlərinin  sayı  30-40  nəfərə çatardı.

Onun  qapısı  istər  kəndli  olsun,  istər  şəhərli,  hamınm  üzünə açıq  idi.  Həddindən

artıq şeri  və musiqini  sevəndi,  hər  cür hünəri,  sənəti  ürəkdən  alqışlardı.  Özü  də

gözəl xəttat idi. İri məşqi-xətdə mərhum Xoşnəvisbaşının, xırda yuzıda isə mərhum

Əmir  Nizam  Kərrusinin  tələbəsi  olmuşdu.  Adətən  çox  toxtaq,  yumşaq,  incə və

mülayim  məcaz  bir  adam idi.  Lakin  bəzən  də şiddətli əsəbi  olaraq,  bərk

qəzəblənərdi. Bu zaman tükləri biz kimi qalxıb, gözləri qızarardı.

Atam ixtisası olan hüquq elmində və məhkəmə işlərində çox bilikli və təcrübəli

idi. Bir çox ixtilaf və hadisələrə barışıqla son qoyardı, haqsızları, nə qədər pullu və

nüfuzlu olmalarına baxmayaraq rədd edər, haqlıları müdafiəyə qalxardı. Yoxsul və

məzlum insanların  dadına  çatar,  qayğısına  qalardı,  bəzən  də öz  cibindən  onlara

xərclik  verib  mənzil  şəraiti  yaradardı.  Doğrudan  da  o  bütün  ömrünü  məzlumların

haqqını müdafiədə başa vurdu. Zahirdə hamı ilə uyuşar, qaynayıb-qarışardı, ancaq

son  dərəcə pak,  insaflı  və ədalətli  şəxs  idi.  Sözü  o  vaxtkı  alimlərin  yanında  çox

mötəbər  idi.  Xoşginab  seyidlərinin  içərisində,  zənnimcə,  iki  nəfəri:  mərhum  Hacı

Mir Ələkbər  Xoşginabi,  bir  də mənim  atam  çox  yüksək  səviyyədə durub,  höyük

şöhrət və şəxsiyyət sahibi idilər. Allah onların hər ikisinə rəhmət eləsin.




_____________Milli Kitabxana______________

Atam  dəfələrlə arzulardı  ki,  qədr  gecəsi  vəfat  etsin.  Belə də oldu  1313-cü

(şəmsi) ilin  ramazan  ayının  23-də obaşdan  səhər  azanına  yaxın  qəfildən  beyninə

qan  sızmadan  üzügülər  halda  dünyadan  getmişdir.  Mən  elə həmin  gecə Xorasan

yaylaqlarının birində idim. Yuxumda gördüm ki, atam Ayın üstündə dayanıb, Ayla

birlikdə dövr  edir.  Ayın  nuru  onu  sinəsinə qədər  örtmüşdü.  O  elə qəhqəhə çəkib

gülürdü ki, səsi üfüqlərə yayılırdı. Gözlərimi açanda qoca kənd müəzzini "Allahü-

əkbər" deyə azan verməyə başladı. Mən pərişan halda fənəri yandırdım və Hafizin

divanından fal açdım. O vaxta qədər diqqətimi cəlb etməyən qəzəlin ilk beyti belə

idi:


Yarın hicranı, fəraq gecələri sona çatdı.

Tale ulduzum, dövran başa çatdı.

İki gündən sonra atamın vəfatı haqqında teleqram aldım.



Əlli səkkizinci bənd: Ağa Mir Salehin gözəl xətti və yazı üslubu vardı. O açıq

qəlbli,  nəcib  bir  insan  idi.  Danışanda  elə həyəcan  keçirirdi  ki,  tanış  olmayan

dinləyici onun özünü dəliliyə vurduğunu zənn edirdi.

Rəhmətlik Ağa Mir Əziz də cüssəli, enli kürəkli, yaraşıqlı bir kişi idi. O, kəndin

toyunda-yasında  dəstəbaşı  olub,  işlərin  idarəsində özünün  ləyaqət və bacarığını

göstərirdi.

Mərhum Ağa  Mir  Məmməd  Ağa  Mir  Möhsün oğlu  atası  kimi  yaxşı  at  minib,

sərrast  tüfəng  atardı.  Onunla  aralarında  olan  müəyyən  bir,  məsələdən  danışanda

özündən çıxardı, yoldaşları onun bu zəif tərəfindən yapışıb, bəzən də zarafatla ona

sataşırdılar.  Bu  zaman  onun,  ağzı  köpüklənə-köpüklənə danışması,  hədə-qorxu

gəlməsi çox, maraqlı olardı.

Əlli  doqquzuncu  bənd: Rəhmətlik Ağa  Mir Əbdülxalıq mənim  kiçik  bibimin

əri  idi.  Gəncliyində maraqlı  işləri  vardı.  O  cümlədən,  qadınları yamsılayaraq üz-

gözünü  bəzərdi, qaşlarına  vəsmə yaxıb gözünə sürmə çəkərdi,  çarşaba  bürünüb,

divarın  arxasından  boylanar, gənclərə qaş-göz  atardı.  Onun  bu  hərəkəti  mənim

Xoşginabdi  olduğum uşaqlıq  dövrünün  şirin  xatiralərindən  biri  olduğuna  görə

nəzmə çəkdim.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə