Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   2   3   4   5   6   7   8   9   ...   30

 
Ön söz 
 
Ç
ağdaş 
mədəniyyət 
və 
cəmiyyətdə 
texnika, 

cümlədən 
maşınqayırma getdikcə  daha çox  önəmli yer tutur. Bir çox  elmi-texniki 
nailiyyətlər  sivilizasiyanın  ümumi  tarixi  ilə  əlaqəli  olan,  uzun  və 
mürəkkəb  tarixi  inkişaf  yoluna  malikdirlər.  Maşınqayırmanın  tarixi  bir 
fənn  kimi  bu  inkişafın  və  onun  mənasının  tarixdə  rolunun 
aydınlaşdırılmasına  xidmət  edir.  Burada  maşınların  inkişafının    texniki 
tərəfi  ilə  bərabər,  həm  də  onun  mədəniyyətlərlə  qarşılıqlı  təsiri 
nəticəsində baş vermiş dəyişikliklər izah edilir. 
Müəllif bu kitabı tərtib etməklə bir tərəfdən texniki ixtisas üzrə təhsil 
alan  gənclərə  maşınqayırmanın  tarixini,  onun  bu  günkü  cəmiyyətin 
inkişafındakı  rolunu    açıqlamaq,  digər  tərəfdən  texnika  ilə 
maraqlananları bu elmə həvəsləndirmək məqsədi daşıyır.  
Bu  kitabın  tərtib  olunması  mənim  Azərbaycanda  yaşayan 
həmkarlarımın  köməyi  olmadan  mümkün  olmazdı.  Bu  baxımdan 
Azərbaycan  Texniki  Universitetinin  “Maşınqayırma  texnologiyası” 
kafedrasının  müdiri,  prof.  V.Mövla-zadəyə  kitabın  tərtib  olunmasında 
verdiyi  təkliflərə  və  kitabın  elmi  redaktəsinə  görə    müəllif  öz  dərin 
minnətdarlığını  bildirir.  Mətnin  tərtibində  göstərdikləri  köməkliyə  görə 
müəllif həmçinin t.e.n., dos. Ə.Məmmədova və Dr.-İng. P.Mövlazadəyə 
də minnətdarlıq edir. 
Müəllif kitabın oxucular tərəfindən maraqla qarşılanacağına ümidvar 
olaraq,  bununla  Azərbaycanda  maşınqayırmanın  tədrisinə  bir  töhvə 
etdiyinə inanır. Oxuculardan rəy və təkliflərini müəllifə çatdırmaq xahiş 
olunur. 
 
 
Rezo Əliyev 
 
Frayberq şəhəri (AFR) 
2006/08-ci illər. 


Bizim bildiklərimiz bir damladır, 
Bilmədiklərimiz isə bir okeandır. 
İsaak Nyuton 
Giriş – Texnika və onun tarixi 
B
əşəriyyətin  yarandığı  vaxtdan  insanlar  gündəlik  tələbatlarını 
ödəmək  üçün  müxtəlif  alət  və  vasitələrdən  istifadə  etməyə  başlamışlar. 
İnsan  təfəkkürünün  təkamülü  sayəsində  bu  alət  və  vasitələr  inkişaf 
etdirilərək  təbiətin  insanlara  bəxş  etdiyi  enerji  mənbələrindən  daha 
səmərəli  istifadə  edilməsinə  yönəlmişdir.  O  dövrün  texnikası  kimi 
meydana  gəlmiş  bu  alət  və  vasitələr  dünyanın  hər  yerində  insanların 
malik olduqları təbii imkanlara uyğün olaraq inkişaf etdirilmişdir.  
Texnikanın  yaranma  mənbələri  və  səviyyəsi  sivilizasiyanın  əsas 
göstəricisi  olduğundan,  hər  bir  mədəniyyətin    texniki  inkişafının 
əsasında durur. Tarixdən məlum olan muxtəlif dövrlərdə, həmin dövrün 
inkişaf  səviyyəsinə  uyğun  texnikadan  istifadə  olunmuşdur.  Daş 
dövründə  ilkin  alət  kimi  daşdan,  sümükdən  və  ağacdan  hazırlanmış  iti 
tilə  malik  kəsici  alətlərdən  istifadə  olunması  insan  əqlinin  inkişaflnın 
əvvəlində  baş  verən  proseslərə  dəlalət  edir.  Texnikanın  inkişafı  artıq 
mövcud  olan  müstəvidə  hərəkət  edərək  daha  yeni  bir  səviyyəyə 
çatdırılır.  Bu  baxımdan  daş  dövründə  inkişaf  prosesi  heç  bir  mövcud 
zəngin  bazaya  malik  olmadan  baş  verirdi.  İnsaniyyət  öz  mövcudluq 
tarixinin  99%-ni  bu  sadə  alətlərdən  istifadə  etməklə  ovçu  kimi 
keçirmişdir. 
Texnikanın sonrakı inkişafı yalnız sonuncu on minilliyə təsadüf edir. 
İnsanlar  heyvanlara  və  torpağa  munasibətini  dəyişdikdən  sonra, 
texnikanın  yaranmasında  və  sonrakı  inkişafında  tarixi  dönüş 
başlamışdır.    Heyvanların  əhliləşdirilməsi  və  torpağın  məqsədyönlü 
əkilib-becərilməsi  insanları  yeni  texniki  tələbat  qarşısında  qoymuşdur. 
Yeni  texniki  vasitələrin  inkişafı  ilə  bərabər  insanlar  artiq    münbit 
torpaqlar  ətrafında  məskunlaşmaq,  yəni  köçəri  halda  ov  dalinca 
qaçmaqdan  tədricən  imtina  edərək  yaşayış  obalarının  tikilməsinə 
başlamışlar. Beləliklə, evlərin tikilməsi və torpaqların məqsədyönlü isti- 


Giriş 

 
fadəsi  uçun  yeni  texnikaya  olan  zərurət  insan  əqlinin  inkişafına  şərait 
yaratmışdır.        
Insanların  inkişafının  sonrakı  3−4  onminilliyində  Orta  və  Yaxın 
Şərqdə,  Mesopatamiyada  və  Misirdə  əkinçilik  dövründən  sonra  artıq 
şəhərlər  yaranmağa  başlamışdır.  Bu  dövrdə  sivilizasiyanın  inkişafında 
mühüm rol oynayan metal və onun emalı, yazı texnologiyası və bununla 
bağlı  elmin  inkişafı  və  böyük  hökmranlıq  ambisiyaları  kimi  vacib 
amillər 
meydana 
gəlmişdir. 
Bu 
amillər 
mövcud 
cəmiyyətin 
ixtisaslaşmasına  təkamül  vermişdir.  İxtisaslaşma  nəticəsində  o  dövrdə 
mövcud  olan  tayfa  başçıları  ilə  bərabər  tacirlər,  həkimlər,  şairlər  və 
peşəkarlar,  yəni  dəmirçi  və  mirzə  kimi  işçi  qruplar  yaranmışdır. 
Peşəkarlar  çörəyə  və  başqa  qida  məhsullarına  olan  gündəlik 
ehtiyaclarını  düzəltdikləri  arabanı,  qayığı  və  ya  başqa  məişət 
məhsullarını dəyişməklə ödəyirdilər.   
Peşəkarların  getdkcə  artan  təcrübəsi  nəticəsində  mövcud  alətlər  və 
onların  düzəltdikləri  əşyalar  da  təkmilləşməyə  başlamışdır.  Cəmiyyətin 
sonrakı  inkişafı  peşəkarların  əməyinə  olan  tələbatı  daha  da  artırmışdır. 
Daha böyük tikililərin reallaşdırılmasını artiq bir nəfər usta və onun bir 
neçə  şagirdinin  köməyi  ilə  həyata  keçirmək  mümkün  olmurdu.  Bu, 
qədimdə  insanları  yeni    tələbatlar  qarşısında  qoyurdu.  Böyük 
iqamətgahların tikilməsi  minlərlə insanın əl əməyinə  ehtiyac yaradaraq, 
bu  işin  mərkəzləşdirilmiş  idarə  edilməsini  tələb  edirdi.  Bu  tapşırığın 
öhdəsindən  gələn  yeni  peşəkarlar  “mühəndislər”  meydana  gəlməyə 
başladı. 
Mühəndislər  hökmdarlarla  ictimaiyyətin  problemləri  haqqında 
danışıqlar apararaq tikintinin planının işləyir, fəhlələrə nəzarət edirdilər. 
Bu insanlar praktiki təcrübə ilə bərabər ümumi nəzəri biliklərə də malik 
idilər. O dövrün mühəndisləri sahibkar, konstruktor və ustalara xas olan 
keyfiyyətlərlə  bərabər,  daim  yeni  bir  şey  ixtira  etmək  qabiliyyətinə 
malik  bir  insan  olaraq  cəmiyyətdə  özünəməxsus  yer  tutmağa 
başlamışlar.  
Yüz min il bundan əvvəl ibtidai insanlar çaxmaq daşını işlətməyi mə-  


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə