Maşınqayırma texnologiyası Müəllim: b/m. Əhmədli Davudova Şükufə



Yüklə 58,4 Kb.
səhifə1/9
tarix05.01.2023
ölçüsü58,4 Kb.
#98259
  1   2   3   4   5   6   7   8   9
MSS suallar cavablarla birlikde




Kafedra: Maşınqayırma texnologiyası

Müəllim: b/m. Əhmədli Davudova Şükufə



Fənn: Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma




Metrologiyanın əsas terminləri və anlayışları
Metrologiya — fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr barədə elmdir. Eyni zamanda metrologiya — istehsal olunan məhsulların və proseslərin keyfiyyərinin əsasıdır. Elmi və texniki tərəqqinin inkişafı işində, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin, uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur.
Metrologiyanın əsas predmeti ölçmələr,onların vəhdəti və dəqiqliyidir. Qanunverici metrologiya dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin edir. Nəzəri metrologiya bu elmin fundamental əsaslarını işləyib hazırlayır. Tətbiqi metrologiya nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələlərini işıqlandırır.





Mexaniki ölçü cihazları
Mexaniki cihaz və alətlər xətti və bucaq ölçülərinin müəyyən edilməsində daha çox istifadə edilir. Bu onların istifadəsinin asanlığı, kiçik ölçülüyü, qidalanma və ya işıqlanması üçün kənarda xüsusi enerji mənbəyinə ehtiyac olmaması, nisbətən yüksək etibarlığı və uzunömürlüyü, baha olmaması ilə izah edilir. Lakin mexaniki cihazlar nisbətən aşağı dəqiqliyə və ölçmə sürətinə malikdirlər. Ona görə də, ölçmələrdə yüksək dəqiqlik tələb olunduqda optik cihazlara üstünlük verilir. Pnevmatik və elektrik cihazlarını isə ölçmələrin əmək tutumunu xeyli azaltmaq və nəzarəti avtomatlaşdırmaq tələb olunduqda istifadə edirlər. Optik cihazlar yüksək dəqiqliyə, böyük ötürmə nisbətinə və şkala bölgülərinin kiçik qiymətinə malik olurlar. Optik cihazlarla ölçmələrin ən yüksək dəqiqliyinə nail olunur. Lakin bu cihazların istismarı sadə deyil, adətən enerji istifadə edirlər və ölçmələr çox vaxt aparır. Onların qiyməti də nisbətən baha, etibarlığı yüksək və ömrü də uzun deyildir.


Ölçmə vasitələrinin xətaları
Ölçmə vasitələrinin və ölçmələrin nəticələrinin keyfiyyətini onların xətalarını göstərməklə xarakterizə edilir. “Xəta” anlayışının tətbiqi – ölçülən fiziki kəmiyyətin əsl və həqiqi qitmətlərinin və ölçmənin nəticəsinin dəqiq təyin edilməsini tələb edir. Fiziki kəmiyyətin həqiqi qiyməti ekspriment yolu ilə tapılan qiymətdir.Fiziki kəmiyyətin əsl qiyməti verilmiş obyektin həm kəmiyyətcə ,həm də keyfiyyətcə ideal şəkildə xassələrini əks etdirən qiymətdir. Ölçmənin nəticəsi kəmiyyətin ölçmə yolu ilə tapılmış həqiqi qiymətidir Bu qiymət əsl qiymətə o qədər yaxındır ki,onu verilmiş məqsəd üçün əsl qiymət kimi istifadə etmək olar..
Ölçmənin nəticəsinin ölçülən kəmiyyətin əsl qiymətindən meylliyinə ölçmə nəticəsinin xətası deyilir. “Xəta” anlayışı metrologiyada əsas yerlərdən birini tutur.Ölçmə vasitəsinin göstəricisi ilə ölçülən kəmiyyətin əsl qiyməti arasındakı fərqə ölçmə vasitəsinin xətası deyilir.
Ölçmələrin nəticələrinin ölçülən kəmiyyətin əsl qiymətinə yaxınlığını əks etdirən ölçmənin keyfiyyətinə ölçmələrin dəqiqliyi deyilir.Ölçmə vasitələrinin dəqiqliyi onların xətalarının sıfıra yaxınlığını əks etdirən keyfiyyətdir.
Ölçü cihazının xətası onun gösəricisinin ölçülən kəmiyyətin əsl və ya həqiqi qiymətindən fərqidir.
Xətalar ifadə olunma üsuluna görə mütləq , nisbi və gətirilmiş xətalara bölünür.Cihazın nisbi xətası cihazın mütləq xətasının ölçülən kəmiyyətin əsl qiymətinə olan nisbətidir.


Ölçmə vasitələrinin seçilməsi
Ölçmə proseduru xüsusi texniki vasitələrin köməyi ilə həyata keçirilir ki, onlara da ölçmə vasitələri deyilir. Ölçmə vasitəsi (ÖV) bu və ya digər formada ölçülən və ya təzələnən kəmiyyətin ölçü ilə müqayisə olunma prosedurunu həyata keçirir. Funksional təyinatına görə ölçmə vasitələri fiziki kəmiyyətlərin qiymətləri haqqında informasiya yaradan siqnalların (göstəricilərin) yaradılması və ya verilmiş ölçülü fiziki kəmiyyətlərin təzələnməsi üçündür. Ölçmə vasitələrinin zəruri və fərqləndirici xüsusiyyəti müəyyən edilmiş (normalaşdırılmış) metroloji xarakteristikaların olmasıdır. Ölçmə vasitələrinin metroloji xarakteristikası - ölçmələrin nəticəsinə və onun xətasına təsir edən ölçmə vasitələrinin xassələrindən birinin xarakteristikasıdır. Buradan aydındır ki, texniki vasitədə realizə olunan hər hansı operator (funksional asılılıq) mövcuddur. Bu operator bir mənalı surətdə bu ölçmə vasitəsinin çıxış siqnalını ölçülən kəmiyyətin qiyməti ilə əlaqələndirir. Burada həmin operatorun texniki təzələnməsinin dəqiqliyi təyin edilir və bu ölçmə vasitəsinin metroloji xarakteristikalarının müəyyən edilməsi yolu ilə onun bir sıra xassələri təyin edilir. Metroloji xarakteristikalar ölçmə vasitələrinin xarakteristikalarının xüsusi qrupuna ayrılmışdır. Onlara ölçmə həddləri, dəqiqlik sinfi, tezliyin işçi zolağı və s. aiddir. Qeyri-metroloji (texniki) xarakteristikalara qidalanma mənbəyindən istifadə olunan güc, elektron osilloqrafın ekranının ölçüsü və rəngi və digərləri aiddir. Ölçmənin nəticələrini qiymətləndirən zaman bu xarakteristikalar təyinedici deyildirlər. Ölçmə vasitələri öz strukturunda ümumi halda ölçmə modellərini və köməkçi qurğuları özündə birləşdirir ki, onlar da birlikdə ölçü zəncirini yaradır. Bu zəncir ölçmə informasiya siqnallarının lazımi formada dəyişdirilməsini həyata keçirir. Külli miqdarda müxtəlif ölçmə vasitələri mövcuddur. Ölçmələrin vəhdətinin təmin olunması sistemindəki roluna görə ölçmə vasitələrini aşağıdakılara bölürlər:
• nümunəvi (etalonlar);
• işçi.
Nümunəvi ölçmə vasitəsi metroloji məqsədlər üçündür: verilmiş ölçülü fiziki kəmiyyətlərin təzələnməsi, onların saxlanması və işçi ölçmə vasitələrinə ötürülməsi. Nümunəvi vasitələr nisbətən azsaylıdır, onlarla əsasən müvafiq elmi-tədqiqat institutlarında məşğul olurlar. Işçi ölçmə vasitəsi - vahidin ölçüsünü digər ölçmə vasitələrinə ötürməklə bağlı olmayan ölçmə vasitəsidir. Işçi ölçmə vasitələri metroloji məsələlərlə bağlı olmayan elmi eksperimentlərdə və texniki sınaqlarda geniş istifadə olunur və ölçmə vasitələrinin əsas parkını təşkil edir. Funksional vəzifəsindən asılı olaraq işçi ölçmə vasitələrini qruplara ayırırlar:
ölçülər;
ölçü cihazları;
ölçmə çeviriciləri;
köməkçi ölçmə vasitələri;
ölçmə qurğuları;
ölçmə sistemləri.


Aqreqatlaş­dırma üsulu

Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə