Maşınqayırma texnologiyası Müəllim: b/m. Əhmədli Davudova Şükufə



Yüklə 58,4 Kb.
səhifə5/9
tarix05.01.2023
ölçüsü58,4 Kb.
#98259
1   2   3   4   5   6   7   8   9
MSS suallar cavablarla birlikde

Metrologiya — fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr barədə elmdir. Eyni zamanda metrologiya — istehsal olunan məhsulların və proseslərin keyfiyyərinin əsasıdır. Elmi və texniki tərəqqinin inkişafı işində, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin, uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur.
Metrologiyanın əsas predmeti ölçmələr,onların vəhdəti və dəqiqliyidir. 
Qanunverici metrologiya dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin edir. 
Nəzəri metrologiya bu elmin fundamental əsaslarını işləyib hazırlayır. 
Tətbiqi metrologiya nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələlərini işıqlandırır.


Ölçmənin modeli və metrologiyanın əsas postulatları

  1. Müəyyən edilmiş kəmiyyətin əsl qiyməti vardır və o sabitdir.

  2. Ölçülən kəmiyyətin əsl qiymətini tapmaq mümkün deyil.


Nisbi xəta
Cihazın nisbi xətası cihazın mütləq xətasının ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətidir


Standartlaşdırma haqqında anlayış
Beləliklə, standartlaşdırmanın məqsədi real mövcud olan, planlaşdırılan və potensial məsələlərin həlli üçün təsbit edilmiş qaydaların, tələblərin, normaların geniş və çox-miqyaslı istifadə olunması vasitəsilə bu və ya digər sahədə qaydaya salınmanın optimal dərəcəsini əldə etməkdən ibarətdir.
Standartlaşdırmanın məqsədi ümumi və konkret ola bilər.
Stanlartlaşdırmanın konkret məqsədləri – fəaliyyətin müəyyən sahəsinə, malların və qulluqların istehsal sahələrinə, məhsulun bu və ya digər növünə, müəssə-yə və s. aiddir.
Standartlaşdırma iki anlayışla bağlıdır: - standartlaşdırma obyekti və standartlaşdırma sahəsi.
Bu və ya digər tələbləri, xarakteristikaları, parametrləri, qaydaları və s. işlənən məhsula, prosesə və ya qulluğa standartlaşdırma obyekti deyilir. Standartlaşdırma bütövlükdə obyektə, yaxud onun ayrı- ayrı xarakteristikalarına aid ola bilər.
Qarşılıqlı əlaqədə olan standartlaşdırma obyektləri toplusuna standartlaşdırma sahəsi deyilir.
Məsələn: maşınqayırma sənayesi standartlaşdırma sahəsidir, ancaq maşınqayırmada standartlaşdırma obyektləri, texnoloji proseslər, mühərriklərin növləri, maşınların təhlükəsizliyi və ekoloji təmizliyi və s. ola bilər.


Ölçmələrin növləri
Ölçmələrin 3 növü var:

  1. orqanoeleptik ölçmələr

  2. eviristik ölçmələr

  3. aləti ölçmələr

İnsanın hiss orqanlarından istifadəyə əsaslanan ölçmələrə orqanoeleptik ölçmələr deyilir.
İntuisyaya əsaslanan ölçmələrə eviristik ölçmələr deyilir.
Xüsusi texniki vasitələrin köməyi ilə aparılan ölçmələrə aləti ölçmələr deyilir.
Avtomatlaşdırılmış ölçmələr Avtomatlaşdırılmış ölçmələrdə azda olsa insan rolu vardır. Avtomatik ölçmələr insanın iştirakı olmadan yerinə yetrilir. Bu ölçmənin nəticəsi sənəd formasında verilir və tam obyektiv olur.


Gətirilmiş xəta
Cihazın gətirilmiş xətası cihazın faizlə ifadə olunmuş mütləq xətasının ölçülən kəmiyyətinin normallaşdırılması qiymətininə olan nisbətidir


Standartlaşdırmanın qısa inkişaf tarixi
Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdı ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal göstərmək olar: Misirdə fironlar piramidaların tikintisində 410x200x130 mm ölçüyə malik kərpiçlərdən istifadə etmələri, qədim Romada su çarxlarının katapultlarının (hərbi uçucu maşın) yaradılması zamanı mütənasib ədədlər metodunun tətbiqi, romalılar tərəfindən şəhərin su kəmərinin tikintisində müəyyən diametrlərə malik borulardan istifadə olunması, parçaların ölçülərinin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və s. insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, standartlar ona toxunmasın. Standartlaşdırma həmişə insanlara yaşamaqda və işləməkdə kömək etmişdir.
Standartlaşdırmanın metodik əsaslarının vacib prinsiplərindən biri olan "nisbi ölçülər prinsipi belə baş parametrə əsaslanır ki, maşının istənilən hissəsinin bütün ölçüləri öz aralarında bir sıra amillərdən irəli gələn asıllıqlarla bağlıdır. Bu prinsiplər ilk dəfə 4200 il bundan əvvəl qədim Misirdə inşaat texnikasında katapultun hazırlanmasında tətbiq edilmişdir. Standartlaşdırmaya əsaslanmış qurulmanı qeyd edirlər. İstifadə edilən daşlar dəqiq ölçülərə malikdir və bunsuz mühəndis fəaliyyəti sahəsində tarixçilər adətən qədim Misirdə piramidaların düzgün həndəsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmək mümkün olmazdı.


Stan­dartlaşdırma üzrə texniki komitələr və onların əsas funksiyaları




Ölçülən kəmiyyətlər
Ölçülən kəmiyyətlər zamandan asılılığının xarakterinə görə ölçmələr statik və dinamik olurlar.
Statik ölçmələr o hala uyğun gəlir ki, orada ölçülən kəmiyyət sabit olurlar.
Dinamik ölçmədə isə ölçülən kəmiyyət zamandan asılı olaraq dəyişir.


Ölçmə metodları
Ölçmə nəticələrinin alınması üsullarına görə ölçmələr birbaşa, dolayı və cəmləşdirmə və birgə üsullarına bölünür.


Azərbaycan Respublikasının Dövlət Etalonları
Vahidlərin ölçülərinin ötürülməsinin metroloji zəncirində ən yüksək bənd etalondur. Etalon vahid ölçünün bərpa olunmasını və saxlanmasını, yoxlama sxeminə əsasən onun özündən aşağıda duran ölçmə vasitələrinə ötürülməsini təmin edən ölçmə vasitəsidir. Etalonlar rəsmi qaydada təsdiq olunmuş ölçmə vasitəsidir. Lakin onunla birbaşa istehsalat şəraitində ölçmələr aparmaq qəti qadağandır, çünki o ancaq ölçü vahidlərinin saxlanması və onların digər ölçmə vasitələrinə ötürülməsi üçündür.
Etalonlar ilkin və ikinci etalonlara bölünürlər.
İlkin etalonlar - ölçü vahidlərinin beynəlxalq miqyasda qəbul olunmuş təyinatına uyğun gələn dövlət etalonudur. Çox məhsul hallar üçün xüsusi etalonlardan istifadə olunur. Xüsusi etalonlar bu hallarda ilkin etalonları əvəz edir. Ölkə üçün rəsmi təsdiq edilmiş ilkin və ya xüsusi etalon dövlət etalonu adlanır. Dövlət etalonları ölkənin standartlaşdırma və metrologiya üzrə milli orqan tərəfindən təsdiq edilir. Metroloji praktikada ikinci etalonlar geniş istifadə olunur. Onların dəqiqliyi ilkin etalonlara görə müəyyənləşdirilir, yəni onlar ilkin etalonlardan metroloji dəqiqliklə köçürülən etalonlardir. İkinci etalonlar dövlət etalonlarının az yeyilməsini təmin etmək məqsədi ilə yaradılır və təsdiq olunur.


Standartlaşdırmada tətbiq olunan əsas terminlər
Standartlaşdırma üzrə normativ sənəd – müəyyən növ fəaliyyətin, yaxud onun nəticələrinin ümumi icra və istifadə norma, qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır. Standartlaşdırmanın əsasları. Əsas müddəalar, anlayışlar. Standartlaşdırma üzrə normativ sənədlərə standartlar, texniki reqlamentlər, texniki-iqtisadi informasiya təsnifçiləri, həmçinin standartlaşdırma üzrə qaydalar aiddir.


Standartların kateqoriyaları
«Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının 16 aprel 1996-cı ildə qəbul olunmuş və 8 oktyabr 1996-cı ildə Respublika Prezidentinin fərmanı ilə qüvvəyə minmiş Qanununa əsasən Respublikada standart-laşdırma üzrə aşağdakı kateqoriyalı normativ sənədlər hazırlanır və tətbiq edilir:
1. Azərbaycan Respublikasının dövlət standartları (AZS)
2.Texniki-iqtisadi və sosial informasiya təsnifatları (TISIT) Standartların kateqoriyaları
3. Sahə standartları (SSAZ)
4. Dövlətlərarası standartlar (QOST)
5. Texniki şərtlər (TŞAZ)
6. Müəssisə standartları (MS)
7. Elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları (ETMCS)


Fiziki kəmiyyətlər və onların vahidləri sistemi
Əsas fiziki kəmiyyətlər vahidlər sisteminə daxildir və bir-birindən asılı deyildir. Onlar digər fiziki kəmiyyətlərlə əlaqə yaratmaq üçün istifadə edilir.


Ölçmələrin xətaları
Ölçmə vasitələrinin göstəricisi ilə ölçülən kəmiyyətin əsl qiyməti arasındakı fərqə ölçmə vasitəsinin xətası deyilir.
Xətalar ifadə olunma üsuluna görə mütləq, nisbi və gətirilmiş xətalarına bölünür.


Standartlaşdırmanın əsas üsulları
- məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlət və istehlakçıların mənafeyinin müdafiəsi;
- xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın inkişafina müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi;
- məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəzolunmasının təmini;
- insan və material ehtiyatlarına qənaət edilməsinə köməklik göstərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması;
- istehsalda və ticarətdə texniki maneələri aradan qaldırmaqla məhsulların dünya bazarında rəqabətliyinin və dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi;
- təbii və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması təhlükəsi nəzərə alınmaqla xalq təsərrüfatı obyektlərinin təhlükəsizliyinin qorunması;
- səfərbərliyə hazırlığa və müdafiə qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi.


Standartların növləri; əsasverici, məhsul və xidmət üçün standart­lar
Standartlaşdırılma üzrə normativ sənədlər aşağıdakı kateqoriyalara bölünür:
- İSO standartları;
- dövlətlərarası standartlar (ГОСТ);
- Azərbaycan Respublikasının dövlət standartrları (AZS);
- sahə standartları (SSAZ);
- texniki şərtlər (TŞAZ);
- müəssisə standartları (MS);
Elmi-texniki və mühəndis cəmiyyətlərinin standartları (birliklər, assosiasiyalar və başqa cəmiyyətlər birliyi) (ETMCS). Dövlət tikinti norma və qaydaları, həmçinin texniki-iqtisadi və sosial informasiya üzrə dövlət təsnifatları, dövlət standartları səviyyəsində sayılır. 319 Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri özündə əks etdirir. Məcburi tələblərə aşağıdakılar aiddir:
- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyini, onların qarşılıqlı əvəzolunmasını, ətraf mühitin qorunmasını təmin edəcək tələblər və bu göstəricilərin sınağı (yoxlanması) üsullarına olan tələblər;
- markalanma, qablanma, daşınma, saxlanılma və təkrar istifadəyə olan tələblər;
- müvafiq norma və qaydalara istinad edilmənin təhlükəsizlik texnikası və əmək gigiyenası tələbləri;
- ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb və müddəalar;
- məhsulun işlənib hazırlanması, istehsalı, istismarı (tətbiqi) zamanı texniki vəhdəti təmin edəcək müddəalar. Dövlət standartlarının məcburi tələbləri müvafiq standartların təsiri şamil edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən mütləq yerinə yetirilməlidir.
Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda mütləq yerinə yetirilməlidir:
- bunlar qüvvədə olan qanunvericilik aktlarında nəzərə alınmışsa;
- bu tələblər məhsulun işlənməsi, hazırlanması və göndərilməsi üzrə müqavilədə göstərilmişsə;
- məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun bu standartlara uyğunluğu bəyan edilmişsə. Azərbaycan Respublikasının dövlət standartları AZS 1.2-yə əsasən işlənib hazırlanır və təsdiq edilir. Sahə standartları məhsula, xidmətə aid dövlət standartları olmadıqda işlənib hazırlanır. Sahə standartlarının məcburi tələbləri dövlət standartları-nın tələblərinə zidd olmamalıdır. Sahə standartlarının məcburi tələblərini, onları təsdiqləmiş idarəetmə orqanlarına daxil olan müəssisə, idarə və təşkilatlar tərəfindən mütləq yerinə yetirilməlidir. Sahə standartlarını təsdiqləmiş idarəetmə orqanlarına daxil olmayan, lakin bu standartlardan məhsulun hazırlanıb göndəril- 320 məsində istifadə edən müəssisə idarə və təşkilatlar sahə standartlarının məcburi tələblərinə əməl etməlidirlər. Sahə standartlarının işlənib hazırlanması, təsdiqi, uçotu və tətbiqi qaydalarını standartlaşdırma işlərinin təşkili üzrə səlahiyyətə malik olan nazirlik (idarə) təyin edir. Texniki şərtlər konkret məhsula (işə, xidmətə) olan tələbləri müəyyənləşdirir. Texniki şərtlər AZS 1.3 üzrə işlənib hazırlanmalı, razılaşdırılmalı, təsdiq edilməli və qeydə alınmalıdır. Müəssisə standartları ancaq daxili tələbat üçün müəssisədə hazırlanan məhsul (iş, xidmət) üçün işlənib hazırlanır və təsdiq edilir. Müəssisə standartları dövlət və sahə standartlarının məcburi tələbləri ilə ziddiyyət təşkil etməməlidir. Müəssisə standartlarının işlənib hazırlanma və tətbiq edilmə qaydalarının müəssisə və müəssisə birlikləri AZS 1.4 üzrə yerinə yetirməlidirlər. Məhsullara (işlərə, xidmətlərə) dövlət standartları, sahə standartları, texniki şərtlər və onlara ediləcək dəyişikliklər ARSMPDK – da dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatından keçməyən standartlar, texniki şərtlər və onlara ediləcək dəyişikliklər qanuni qüvvəyə malik deyildirlər. Standartlaşdırma obyektinin spesifik xüsusiyyətinə və ona verilən tələblərin məzmununa görə standartlaşdırma üzrə müxtəlif kateqoriyalı normativ sənədlər üçün aşağıdakı növ standartlar işlənib hazırlanır:
- əsasverici standartlar;
- məhsul, xidmət standartları;
- proseslər üçün standartlar;
- nəzarət üsulları (sınaq, ölçmə, analiz) standartları.
Əsasverici standartlar müəyyən fəaliyyət sahəsi üçün ümumi təşkilati-metodik qaydaları, eləcə də məhsulun yaradılma və istifadə proseslərində qarşılıqlı anlaşmanın müxtəlif elm, texnika və istehsalat sahələrinin texniki vəhdətini və qarşılıqlı əlaqəsini təmin edən ümumi texniki tələbləri, ətraf mühitin qorunması, məhsulun, proseslərin və xidmətin insanların həyatı və əmlakı üçün təhlükəsizliyi və başqa ümumi texniki tələbləri təyin edir.


Beynalxalq vahidlər sistemi (SI sistemi)

Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə