Maşınqayırma texnologiyası Müəllim: b/m. Əhmədli Davudova Şükufə


cisim bucağı vahidi – steradian (strad)



Yüklə 58,4 Kb.
səhifə4/9
tarix05.01.2023
ölçüsü58,4 Kb.
#98259
1   2   3   4   5   6   7   8   9
MSS suallar cavablarla birlikde

cisim bucağı vahidi – steradian (strad)

Qalan bütün kəmiyyətlərin vahidləri törəmə vahidlər adlanır.


Mütləq xəta
Ölçülən kəmiyyətin ölçmədən alınan və əsl (həqiqi) qiymətlərinin fərqi mütləq хəta adlanır


Metrologiyanın normativ-hüquqi əsasları
Ölçmənin və ölçmə məmulatlarının vacibliyi və əhəmiyyəti qanunvericilik qaydasında bir sıra kompleks hüquqi normativ aktları və müddəaların müəyyənləşdirilməsi tələb edir. Metrologiya sahəsində fəaliyyət Azərbayjan Respublikasının qanunları əsasında həyata keçirilir. Bu ölçmənin vahidliyinin təmin edilməsi haqqında qanundur. Bu qanunun əsas məqsədləri aşağıdakılardır.
1. Ölçmənin vahidliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək
2. Ölçmə vasitələrinin hazırlanması хaricə iхracı, satılması, istismarı və təmiri məsələlərində dövlət orqanları ilə hüquqi və fiziki şəхslər arasındakı münasibətləri nizamlamaq
3. Vətəndaşların hüquqlarını və qanuni maraqlarının təyin edilmiş qaydaları və ölkənin iqtisadiyyatının qeyri dəqiq ölçmələri “-” nəticələrdən qorumaq
4. Ölkənin ölçmə sistemini dünya təjrübəsi ilə ahəngləşdirmək. Bu qanun metrologiyanın bir sıra anlayışlarını müəyyənləşdirir.
Əsas anlayışlardan biri ölçmənin vahidliyidir. Onun təmin edilməsində dövlət sistemi özündə bir sıra normativ sənədləri birləşdirir. Sistemin əsas obyektləri aşağıdakılardır.
1. Fiziki kəmiyyət vahidləri
2. Dövlət etalonları və sхemləri
3. Ölçmə vasitələrinin nomenklaturası
4. Ölçmənin dəqiqlik normaları
5. Ölçmənin yerinə yetirilmə metodikası
6. Metallurgiya sahəsində terminlər və anlayışlar


Dövlət standartlaşdırma sisteminin mahiyyəti, əsas məqsəd və vəzifələri
Standarlaşdırmanın əsas məqsəd və vəzifəsi eyni məhsullar üçün vahid normanı müəyyən etməkdir.
Standartlaşdırma elm, texnika və qabaqcıl təcrübənin nəticələrinə əsaslanaraq nəinki hazırki, həmçinin gələcək inkişafın əsasını təyin edir və
eləcə də elmi-texniki tərəqqi ilə bağlı olaraq daim inkişaf edir. O, adətən qəbul olunmuş xarakteristikaların mexaniki yığımı deyil, optimal halların və nəticələrin
seçilməsi və işlənməsidir. Standartlaşdırma elmi-texniki və iqtisadi tərəqqinin sürətlənməsin təsir edən möhtəşəm vasitədir. O, elm və texnikanın nailiyyətlərinin istehsalatda geniş tətbiqi-ni təmin etməklə, maşın hissələrinin qarşılıqlı əvəz olunmasına zəmanət verir, xammal və materiallardan istifadəni yaxşılaşdırır, məhsulun keyfyyətinin ən yaxşı nümunələr səviyyəsində saxlanmasını təmin edir, istehsalatın xüsusiləşdirilməsinin inkişafında əsas rol oynayır.
Standartlaşdırmanın nəticəsi konkret obyektlər üzrə normativ-texniki sənəd olan standartların yaradılmasıdır. Standartlar standartlaşdırma obyektlərinə norma, qayda və tələblər kompleksini qoyur. Standartlar maddi əşyalar (məhsul, etalon, maddi nümunələr və s), təşkilati-metodik və ümumtexniki xarakterli dair normalar, qaydalar və tələblər üçün işlənib hazırlanır.
Standartların müəyyən olunmuş sahələrdə tətbiqi məcburidir və ona riayət olunmaması qanun məcəlləsi ilə mühakimə olunur.


Metrologiyanın əsas istiqamətləri

Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə