Maşınqayırma texnologiyası Müəllim: b/m. Əhmədli Davudova Şükufə



Yüklə 58,4 Kb.
səhifə8/9
tarix05.01.2023
ölçüsü58,4 Kb.
#98259
1   2   3   4   5   6   7   8   9
MSS suallar cavablarla birlikde

Sistemləşdirmə - əşyanın, hadisənin və anlayışın müəyyən ardıcıllıqla düzülməsindən ibarətdir. Sistemləşdirmə zamanı obyektlərin qarşılıqlı əlaqələrini nəzərə almaq lazımdır. Ən sadə sistemləşdirmə obyektlərin əlifba sırası ilə düzülməsidir. Bu cür sistem ensiklopediyalarda, politexnik sorğu kitablarında və s. geniş istifadə olunur.
Sistemləşdirmənin xalq təsərrüfatında ən geniş yayılmış növü sinifləşdirmədir. Burada əşya, hadisə və anlayışlar onların ümumi əlamətlərindən asılı olaraq siniflər, yarımsiniflər və dərəcələr üzrə yerləşdirilirlər. Bunları işarə etmək üçün UOT beynəlxalq universal onluq sistemindən (universal onluq təsnifçisi) istifadə olunur. Bu beynəlxalq sistem indeksləri ilə birlikdə texniki və humanitar ədəbiyyatların sinifləşdirilməsində istifadə olunur. Məsələn, UOT-62- texnika; UOT-621- ümumi maşınqayırma və elektronika; UOT-621.3 - elektrotexnika və s.
Qarşılıqlı anlayışlar iki nöqtə ilə işarə olunur. Məsələn, əgər UOT-621.3 – elektrotexnikanın, UOT-389.6 - standartlaşdırmanın işarəsidirsə, onda UOT-389.6:621.3 elektrotexnikada standartlaşdırmanı göstərir.


Texniki şərtlərin standartları; ümumi texniki şərtlərin standartları
Texniki şərtlər aşağıdaı hallarda işlənib hazırlanır:
- məhsul (xidmət) üçün dövlət və sahə standartları olmadıqda;
- məhsulun (xidmət) standartın tələblərinə, norma və qaydalarına əlavələr edilməsi və ya onların sərtləşdirilməsi labüd olduqda;
- bir konkret məmulat, material və s. üçün;
- bir neçə konkret məmulat, material, həmçinin xidmətlər üçün (qrup texniki şərtləri). Məmulat aşağıda göstərilən sənədlər əsasında buraxıla bilərsə, onda texniki şərtlər hazırlanmaya bilər:
- konkret məhsul (xidmət) növü standartı əsasında, həmçinin sifarişçinin (əsas istehlakçının) razılığı ilə;
- fərdi məhsula texniki tapşırıq (kontrakt, protokol, konstruktor sənədləri və s.) üzrə;
- məmulatın tərkib hissələrinin, həmin məmulatın sənədlər toplusuna daxil olan konstruktor sənədləri üzrə;
- bir müəssisənin sifarişi ilə müəyyən həcmdə hazırlanan və sonralar emal ediləcək maddələrin, materialların və yarımfabrikatların texniki sənədləri (texnoloji və konstruktor sənədləri) üzrə;
- keyfiyyət göstəriciləri bircinsli məhsul qrupu standartında müəyyənləşdirilmiş qeyri-ərzaq xalq tələbatı mallarının (mürəkkəb məişət kimyası məhsulları və nəqliyyat vasitələri istisna edilməklə) etalon - nümunə və nümunə - texniki təsviri üzrə;
- ancaq ixrac ediləcək məhsullar üçün (təhlükəsizlik və ətraf mühitin qorunması üzrə standartların məcburi tələblərini ödəmək şərti ilə), kontrakt əsasında.


Ölçü şkalaları
Metroloji təcrübədə ölçü skalalarının 5 növü mövcuddur.

  1. Adların şkalası (təsnifat şkalası)

  2. Cərgə şkalası (ranglar şakalası)

  3. İntervallar şkalası (fərqlər şkalası)

  4. Nisbətlər şkalası

  5. Mütləq şkalalar


Ölçmə vasitələrinin sinifləşdirilməsi və əsas xarakteristikaları
Ölçmə vasitələrinin eyniliyinin əsas xarakteristikası onların müəyyən edilmiş normalara uyğun olmasıdır. Belə vəziyyətə nail olunması ölçmə vasitələrinin etibarlılığı ilə sıx əlaqədardır. Ölçmə göstəricilərinin müvafiq normalara uyğunluğu isə ölçmə metodlarının təkmilliyi və cihazların sınaqlarının yerinə yetirilməsini keyfiyyəti və müddətlərindən asılıdır. Ölçmə üsul və vasitələrinin təsnifatı. Bütün ölçmələri 6 üsulla aparırlar:
düz və ya birbaşa ölçmələrdə axtarılan kəmiyyətin qiyməti bilavasitə təcrübə yolu ilə alınan qiymətlərdir.
dolayı ölçmələrdə axtarılan kəmiyyət birbaşa ölçmədən alınan qiymətlər ilə axtarılan kəmiyyət arasındakı aslılıqdan tapılır.
çəmləmə ilə ölçmədə eyni adlı kəmiyyətlərin eyni zamanda ölçülməsi aparılır.
birgə ölçmələr- aralarında asılılığı müəyyən etmək üçün müxtəlif adlı kəmiyyətlərin eyni zamanda ölçülməsidir. .
mütləq ölçmə - fiziki sabitlər istifadə etməklə və əsas kəmiyyətlərin birbaşa ölçülməsidir.
nisbi ölçmədə - ölçünün kəmiyyəti əsas kimi qəbul edilərək eyni adlı kəmiyyətlə müqayisə edilir.


Ölçmə vastələrinin yoxlanılması
Yoxlama - sınaq edilən ölçmə vasitəsinin göstəricilərinin daha dəqiq cihazın (nümunəvi) göstəriciləri ilə müqayisə edilməsi yolu ilə aparılır. Əgər yoxlanan cihazın göstərici şkalasındakı qeyd g x , nümunəvi cihazda isə xn , onda xəta belə tapılır:
x n g ∆ = x − x σ


Standartların tətbiqi
Azərbaycan Respublikasının dövlət standartlarından, Azərbaycan Respublikasının ərazisində, mülkiyyət forması və tabeçiliyindən asılı olmayaraq müəssisələr, fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar, nazirlik (idarə), Azərbaycan Respublikasının başqa dövlət idarəetmə orqanları, eləcə də yerli idarəetmə orqanları istifadə edirlər. Azərbaycan dövlət standartlarından insanların həyatının və sağlamlığının, əmlakının təhlükəsizliyinin, ətraf mühitin qorunmasında, uyğunlaşdırmada və qarşılıqlı əvəzolunmada, eləcə də nəzarəti və nişanlama üsullarının vahidliyini təmin etmədə istifadə edilir. Məhsulun, işin, xidmətin keyfiyyətinə yönəldilən məcburi tələbləri idarəetmə orqanları, müəssisələr, fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar, eləcə də ictimai və başqa təşkilatlar yerinə yetirməlidirlər.


Fiziki kəmiyyətlər və onların vahidləri sistemi
Əsas fiziki kəmiyyətlər vahidlər sisteminə daxildir və bir-birindən asılı deyildir. Onlar digər fiziki kəmiyyətlərlə əlaqə yaratmaq üçün istifadə edilir.


Additiv və multiplikativ xətalar
Ölçülən kəmiyyətdən asılılıq xarakterine görə xətalar additiv (x-dən asılılığı olmayan) və multiplikativ (x-dən asılı olan) xətalara bölünür.
Multiplikativ xətalar adətən düzxətli olur, lakin bəzi hallarda bu xətalar qeyri-xətti də olar bilər.


Mütləq xəta
Ölçülən kəmiyyətin ölçmədən alınan və əsl (həqiqi) qiymətlərinin fərqi mütləq хəta adlanır


Ölçmə vasitələrinin metroloji xarakteristikaları
Ölçmə vasitələri, onların eyniliyi və əsas metroloji göstəriciləri. Ümumi təyinatlı xətti - bucaq ölçmələri vasitələrini üç əsas qrupa bölmək olar: ölçü (nümunə, xətkeş), kalibrlər, universal ölçü cihaz və sistemləri. Ölçü – verilmiş ölçünün fiziki kəmiyyətini ifadə etmək üçün ölçmə vasitəsinə deyilir. Uzunluğun ölçüsü kimi yastı paralel lövhələr və bucaq ölçüləri tətbiq edilir. Kalibr- hissələrin forma və ölçülərinin verilən ölçü sərhədləri daxilində olmasına nəzarət etmək, səthlərinin qarşılıqlı yerləşməsini yoxlamaq üçün istifadə edilən quruluşlardır. 36 Ölçü cihazı - müşahidəçiyə ölçmə obyekti haqqında aydın formada ölçü məlumatı siqnalı verən qurğuya deyilir. Ölçü sistemləri - bir-biri ilə rabitə kanalları ilə əlaqədə olan əsas və köməkçi ölçmə vasitələrinin cəminə deyilir. Belə sistemlər ölçü məlumatlarının avtomobil emalı, avtomatik idarəetmə sistemlərinə ötürülməsi və ya ifadəsi üçün tətbiq edilir.


Simpli­fikatlaş­dırma üsulu

Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə