Maşınqayırma texnologiyası Müəllim: b/m. Əhmədli Davudova Şükufə



Yüklə 58,4 Kb.
səhifə7/9
tarix05.01.2023
ölçüsü58,4 Kb.
#98259
1   2   3   4   5   6   7   8   9
MSS suallar cavablarla birlikde

Unifikasiya - eyni funksional təyinatlı məmulatların istismarı zamanı onların qarşılıqlı əvəzolunması üçün məmulatların tiplərinin, növlərinin, ölçülərinin və markalarının sayının rasional ixtisarıdır. Unifikasiya zamanı yüksək keyfiyyət göstəricilərinə və tam qarşılıqlı əvəzolunma xassəsinə malik olan məmulatların, yığım vahidlərinin və detalların tiplərinin, növlərinin, tipölçülərinin minimum və eyni zamanda zəruri sayını müəyyən edirlər. Unifikasiya standartlaşdırmanın ən geniş yayılmış və effektiv formasıdır. Unifikasiyaya həmçinin materialların markaları, onların xassələri və ölçüləri, proseslər, alətlər, texnoloji tərtibatlar, sınaq metodları, sənədlər, terminologiya, işarələr və s. uğradılırlar. Unifıkasiyanın başlıca fərqi və üstünlüyü ondadır ki, növ müxtəlifliyi sayının azalması məmulatların konstruksiyalarının əsas və ikinci dərəcəli ölçülərinin dəyişməsi ilə gedir. Bunun nəticəsində məmulatların, materialların, xammalın və komplektləşdirici məmulatların növ müxtəlifliyinin sayı azalır. Unifıkasiya zamanı material və məmulatların texniki parametrləri elə dəyişir ki, onların mərkəzləşmiş hazırlanması mümkün olur.


Proseslər və nəzarət metodları (sınaq, ölçmə, analiz) üçün standartlar
Dünya təcrübəsində olduğu kimi, Azərbaycan Respublikasında AZS 1.0-96 standartına uyğun olaraq standartlaşdırma obyektlərinin spesifik xüsusiyyətlərinə və onlara qoyulan tələblərin məzmununa görə standartlaşdırma üzrə müxtəlif kateqoriyalı normativ sənədlər üçün aşağdakı növ standartlar işlənib hazırlanır: • əsasverici standartlar; • məhsul, xidmət üçün standartlar; • proseslər üçün standartlar; • nəzarət metodları (sınaq, ölçmə, analiz) üçün standartlar.


Ölçmələr haqqında əsas müddəlar
Fiziki kəmiyyətin şkalası-dəqiq ölçmələrin nəticələri əsasında fiziki kəmiyyətin qaydaya salınmış qiymətlərinin ardıcıllığıdır.Ölçmə vasitələrinin şkalası-ölçülən kəmiyyətin ardıcıl qiymətəri sırasına uyğun olan işarə və rəqəmlərin məcmusudur.Metrologiyada ölçü şkalalarının beş növü vardır:adların şkalası,cərgə şkalası,intervallar şkalası,nisbətlər şkalası,mütləq şkalalar.
Adların şkalası (təsnifat şkalası) – bu cür şkalalar empirik obyektlərin sinifləşdirilməsi üçün istifadə edilir.
Bu xassələri fiziki kəmiyyət hesab etmək olmaz. Bu növ şkalalar fiziki kəmiyyətlərin şkalası deyildir. Bu cür şkalalarda sıfır və ölçü vahidləri olmur, burada həmçinin «çox-az» tipli münasibətlər yoxdur. Buna misal kimi rənglərin şkalasını (rənglər atlası) göstərmək olar. Burada ölçmə rənglənmiş əşyanı rənglərin nümunələri ilə (rənglər atlasının etalon nümunələri ilə) vizual müqayisə etməklə müəyyən edirlər
Cərgə şkalası (Ranqlar şkalası) – bu şkala vasitəsilə ölçülərin miqdarı haqqında ancaq sistemləşdirilmiş təsəvvür yaradan ən sadə ölçmə (qiymətləndirmə) üsulunda tutuşdurulan ölçülərin bir-birinə nisbəti müəyyənləşdirilir. Baxılan ölçülərin müəyyən ardıcıllıqla (artma və ya azalma qaydası üzrə) düzülmə (yerləşdirilmə) metodu bu ölçülərin ranqlanması adlanır. Məsələn , zəlzələnin intensivliyi 12 ballı beynəlxalq seysmik MCK-64 şkalası üzrə, küləyin gücü isə 12 ballı Bofort şkalası üzrə ölçülür. Ranqlama – ölçülən kəmiyyətin qiymətlərinin artma və ya azalma qaydası üzrə sıraya düzülməsidir.
İntervallar şkalası (fərqlər şkalası) – Tutuşdurulan (müqayisə edilən) ölçülərin fərqini özündə əks etdirən şkalaya intervallar şkalası deyilir. Temperaturun ölçülməsi intervallar şkalası üzrə aparılan ölçmələrə misaldır. Burada ölçü vahidi dərəcədir. Selsi şkalasında hesabatın başlanğıcı kimi suyun kritik donma (buzun ərimə) nöqtəsi qəbul edilmişdir. Bu interval 100 dərəcəyə bölünmüşdür.
Mütləq şkalalar – bu şkalalar nisbətlər şkalasının malik olduğu bütün əlamətləri özündə cəmləşdirən, lakin ölçü vahidlərinin birmənalı təmin edilməsinə imkan verən və qəbul edilmiş ölçü vahidləri sistemindən asılı olmayan şkalalardır. Bu cür şkalalar nisbi kəmiyyətlərə uyğun gəlir, məsələn gücləndirmə əmsalına, zəiflətmə əmsalına və s. Sİ sistemində bir çox törəmə vahidlərin yaradılması üçün mütləq şkalaların ölçüsüz vahidlərindən istifadə edilir.
Adlar və cərgə şkalalarını qeyri-metrik иintervallar və nisbətlər şkalalarını isə metrik (maddi) şkalalar adlandırırlar.


Ölçmə vasitələrinin növləri
Ölçmə vasitələrinin 6 növü vardıq:

  1. Ölçülər

  2. Ölçmə dəyişdiriciləri

  3. Ölçü cihazları

  4. Köməkçi ölçmə vasitələri

  5. Ölçmə qurğuları

  6. Ölçmə sistemləri.


Standartların işlənməsi, təsdiqi və yenidən baxılması
Standartların hazırlanması onu tərtib edənlərdən yüksək ixtisas və əmək sərfi tələb edir. Bu işin eyni zamanda mürəkkəb xarakterli elmi-tədqiqat işi olduğunu da nəzərə almaq lazımdır. Ona görə də, bu sahədə çalışan mütəxəssislər xüsusi biliyə, bacarığa və hazırlığa malik olmalıdırlar. Bunu demək kifayətdir ki, orta çətinlik səviyyəli bir standartın işlənməsi üçün 1,5 il vaxt tələb olunur.
Hər bir standartın yaradılmasının məqsədəuyğunluğu xalq təsərrüfatının ona olan təlabatı, gözlənilən texniki və iqtisadi səmərə ilə əsaslandırılmalıdır. Bu zaman hökmən verilmiş sahədə xarici ölkələrin təcrübəsi və standartlaşdırılan obyektlər üzrə əldə edilmiş keyfiyyət göstəriciləri təhlil edilməlidir.
Standartlaşdırma üzrə aparılan işləri sürətləndirmək və bu işlərə nəzarət etmək məqsədi ilə QOST 1.0-85 standartında standartların işlənib hazırlanmasının vahid təşkilati sxemi nəzərdə tutulmuşdur. Bu sxem bütün kateqoriyalı standartların işlənib hazırlanması üçün 5 mərhələ müəyyən edir:

  1. standartın işlənməsinin təşkili və texniki tapşırığın tərtib edilməsi;

  2. standartın layihəsinin hazırlanması (birinci redaksiya) və onun rəyə göndərilməsi;

  3. rəylərin təhlili, standartın layihəsinin son redaksiyasının işlənib hazırlanması və təsdiqlənməyə təqdim edilməsi;

  4. standartın layihəsinin baxılması, təsdiqi və qeydiyyatı;

  5. standartın nəşr edilməsi, onun geniş yayılması.


Ölçmə vastələrinin metroloji etibarlığı
Ölçmə vasitələrinin düzgün metroloji vəziyyətdə saxlanılmasının əsas formalarından biri onun dövrü yoxlanılmasıdır. Dövrü yoxlama xüsusi normativ texniki sənədlərdə verilmiş qaydalar əsasında metroloji xidmətlər tərəfindən yerinə yetirilir. Dövrü yoxlama ölçmə vasitələrinin etibarlılığına verilən tələblərlə uyğunlaşdırılmalıdır. Yoxlamaları, yoxlamalararası interval (YAİ) adlan-dırılan, seçilmiş optimal vaxt intervalı vasitəsi ilə həyata keçirmək lazımdır. Metroloji imtinanın baş vermə momentini yalnız ölçmə vasitəsinin yoxlaması müəyyən edə bilər. Yoxlamalararası intervalın qiyməti optimal olmalıdır. Tez-tez aparılan yoxlamalar əlavə maddi və əmək sərflərinə səbəb olduğu kimi, nadir hallarda aparılan yoxlamalarda da ölçmə xətalarının artmasına səbəb olur. Yoxlamalararası intervalların aşağıdakı sıradan seçilməsi məsləhət görülür: 0,25;0,5;1;2;3;4;5;6;9; 6K ay. Burada K-müsbət tam ədəddir. Yoxlamalararası intervalı (YAİ) təyin edərkən, ölçmə vasitəsinin metroloji sazlığının vəziyyətini müəyyənləşdirən metroloji xarakteristikalar (MX) seçilməlidir. Belə xarakteristikalar kimi, əsas xətalar, təsadüfi xətanın orta kvadratik sapması (OKS) və digərləri götürülür. Hal-hazırda YAİ-in təyin edilməsinin üç əsas yolu vardır:

  • imtinaların statistikaları əsasında;

  • iqtisadi meyar əsasında;

  • ölçmə vasitəsinin tam işlənməsi dövründə ilkin yoxlamalar arası intervalın sonrakı düzəlişlə sərbəst təyin edilməsi.

Yoxlamalararası intervalın müddətinin təyin edilməsinin konkret metodu, ölçmə vasitəsinin etibarlığı və stabilliyi haqqında ilkin məlumatların olmasından asılıdır. Birinci üsul metroloji etibarlılığın göstəriciləri məlum olduqda effektivdir. İkinci üsulun mahiyyəti ölçmə vasitələrinin istismarına və ölçmə xətaları nəticəsində yaranmış mümkün şərtlərin düzəldilməsinə lazım olan xərclərin azaldılmasına əsaslanmışdır. Üçüncü üsulda ən kiçik ilkin məlumat əsasında başlanğıc interval müəyyənləşdirilir və sonrakı yoxlamaların nəticələri onun düzəldilməsi üçün ilkin məlumat kimi istifadə edilir. Bu metoda beynəlxalq İSO standartında baxılmışdır.


Sistemləşdirmə üsulu

Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə