Maşınqayırma texnologiyası Müəllim: b/m. Əhmədli Davudova Şükufə



Yüklə 58,4 Kb.
səhifə9/9
tarix05.01.2023
ölçüsü58,4 Kb.
#98259
1   2   3   4   5   6   7   8   9
MSS suallar cavablarla birlikde

Simplifikatlaşdırma - standartlaşdırmanın elə formasıdır ki, burada məqsəd məmulatların tiplərinin və ya digər növ müxtəlifliyinin sayını hazırki vaxtda onlara olan tələbatı ödəmək üçün lazım olan miqdara qədər azaltmaqdır. Simplifikasiyaya bu tərif STAKO tərəfindən verilmişdir.
Simplifıkatlaşdırma standartlaşdırmanın ən sadə, iqtisadi cəhətdən daha sərfəli, texniki cəhətdən daha mümkün olan növ müxtəlifliyidir. O, məmulatların tiplərinin və ya növ müxtəlifliyinin sayının texniki və iqtisadi cəhətdən əsaslandırılmış hər hansı minimuma qədər ixtisar edilməsindən ibarətdir. Simplifikatlaşdırma obyektlərində heç bir texniki təkmilləşdirmə işi aparılmır, yəni onlar texniki dəyişikliklərə məruz qalmır. Ona görə də simplifikatlaşdırma zamanı məmulatların markalarının və tip ölçülərinin rasional kombinə edilməsi imkanları məhduddur.


Ölçmənin modeli və metrologiyanın əsas postulatları
Texniki sistemlərin (TS) istismarı zamanı, onların texniki vəziyyətlərini yoxlamaq üçün, əsas çıxış parametrlərinin ölçülməsi həyata keçirilir. Ölçmə məlumatı əsasında texniki sistemlərin sonrakı istismar üçün yararlı olmaları haqqında qərar qəbul edilir, yaxud onların profİLAKtikasının (təmiri) vacibliyi müəyyənləşdirilir. Sadə halda ölçmə modeli, çıxış siqnalı y - nun x giriş siqnalının dəyişməsindən asılı olan funksional asılılıq şəklində göstərilə bilər, y=f(x). Ölçmə modeli Lakin ölçmə prosesində müxtəlif xarici və daxili maneələr yarandığından, onun nəticələrinə xətalar əlavə olunur. Bunların hər biri isə öz növbəsində müxtəlif ehtimal sıxlığına malik olur f(x), f(y), f(z). Bunu eyni bir kəmiyyətin, eyni şəraitdə, eyni ölçmə vasitəsilə çox saylı ölçülməsi zamanı ölçmənin nəticələrinin bir-birindən fərqlənməsi və fiziki kəmiyyətin əsl qiyməti xə ilə üst-üstə düşməməsi sübut edir. y1 ≠ y2 ≠ ... ≠ xə . Fiziki kəmiyyətin əsl qiyməti kimi, texniki sistemin uyğun xassəsini onun çıxış parametri vasitəsi ilə keyfiyyəti və kəmiyyətcə ideal şəkildə əks etdirən qiyməti başa düşülür. Əsl qiymət, ideal qiymət olduğundan, ona ən yaxın qiymət kimi həqiqi qiymət Xh götürülür. Bu qiymət təcrübi yolla, məsələn, daha dəqiq ölçmə vasitələrinin köməyi ilə təyin edilir. Göstərilənlər metrologiyanın əsas postulatlarını ifadə etməyə imkan verir.
* Müəyyən edilmiş kəmiyyətin əsl qiyməti vardır və o sabitdir.
* Ölçülən kəmiyyətin əsl qiymətini tapmaq mümkün deyil.
Buradan məlum olur ki, ölçmənin nəticəsi y, bir qayda olaraq, ölçülən kəmiyyətlə ehtimal asılılığı ilə əlaqəlidir. Gələcəkdə “ölçmə”, “nəzarət”, “yoxlama” və “diaqnozlaşdırma” anlayışlarını fərqləndirmək lazımdır. Nəzarət - ölçmənin xüsusi halıdır. O, ölçülən kəmiyyətin verilmiş müşahidəyə uyğun olduğunu təyin etmək üçün yerinə yetirilir. Nəzarət - həmçinin sazlama, nizamlama və texniki sistemlərin (TS) ayrı-ayrı bloklarını yerləşdirmək (dəyişmək) üçün də istifadə edilir. Daha mürəkkəb metroloji əməliyyat yoxlamadır. O, müəyyən hərəkətlərin verilmiş ardıcıllıqla əks etdirilməsindən, obyektin verilmiş hərəkətə və onun qeyd edilməsinə reaksiyasının ölçülməsindən ibarətdir. Sistemin diaqnozlaşdırılması-sistemin elementlərinin verilmiş vaxt müddətində tanınması prosesidir. Diaqnozlaşdırmanın nəticələrinə görə sistemin elementlərinin vəziyyətini, onun sonrakı istismarı zamanı proqnozlaşdırmaq olar. Texniki sistemlərin nəzarəti, diaqnozlaşdırılması, yaxud yoxlanması məqsədi ilə ölçmənin yerinə yetirilməsi üçün, ölçmənin layihələndirilməsi adlandırılan tədbirlərin həyata keçirilməsi vacibdir. Bunlar aşağıdakılardır:
ölçmə məsələlərinin, xətaların mümkün mənbələrinin aydınlaşdırılması ilə analizi;
ölçmənin dəqiqliyi göstəricilərinin seçilməsi;
ölçmənin sayının, metodunun və ölçmə vasitələrinin seçilməsi;
xəta-ların hesablanması üçün ilkin məlumatların toplanması;
xətaların tərkib hissələrinin və ümumi xətaların hesablanması;
dəqiqlik göstəricilərinin hesablanması və onların seçilmiş göstəricilərlə müqayisəsi.
Bütövlükdə bütün bu məsələlər ölçmələrin yerinə yetirilməsi metodikasında (ÖYYM) əks olunmalıdır. Bu halda, üstünlük mühəndis hesablama metodlarına verilməklə bərabər, ölçmələrin yerinə yetirilməsi metodikasının mürəkkəblik dərəcəsi, ilkin məlumatların mümkün qeyri dəqiqlik dərəcəsinə uyğun olmalıdır. Verilmiş məsələlər, etibarlılıq nəzəriyyəsi və riyazi statistikaya aid işlərdə kifayət qədər müfəssəl izah edilmişdir və ölçmənin tədqiqat metodlarına aiddir

Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə
Psixologiya