Maşınqayırma texnologiyası Müəllim: b/m. Əhmədli Davudova Şükufə



Yüklə 58,4 Kb.
səhifə2/9
tarix05.01.2023
ölçüsü58,4 Kb.
#98259
1   2   3   4   5   6   7   8   9
MSS suallar cavablarla birlikde

Aqreqatlaşdırma - unifikasiya olunmuş standart aqreqatlardan (avtonom yığım vahidlərindən) istifadə edərək maşın, avadanlıq, cihaz və digər məmulatların yaradılması prinsipidir. Bu aqreqatlar özlərinin bütün istismar göstəricilərinə və birləşmə ölçülərinə görə bir-birini tam əvəz etməlidirlər. Hazırda bu məqsəd üçün aqreqat-dəzgahlar geniş yayılmışdır. Belə ki, istehsal obyekti (məmulat) dəyişirilən kimi bu dəzgahları tez söküb, başqa məmulat istehsal etmək üçün yenidən quraşdırmaq olar.
Bütün yeni yaradılan maşın və avadanlıqlar üçün unifikasiya və aqreqatlaşdırma prinsipinin tətbiqi mütləq lazımdır.
Aqreqatlaşdırma prinsipinə misal olaraq, universal- yığma tərtibatları sistemini göstərmək olar. Bu tərtibatlar sənayenin bir çox sahələrində geniş tətbiq olunur. Tərtibatları dəqiq hazırlanmış, qarşılıqlı əvəzolunmuş elementlərdən yığırlar. Onlar əsas etibarilə təcrübə zavodlarında, xırda və ortaseriyalı istehsalatda tətbiq olunurlar. Çünki bu cür istehsalatlar üçün tez-tez yeni tərtibatların layihələndirilməsi və hazırlanması iqtisadi cəhətdən səmərəli deyildir.


Ştangenpərgarların əsas növləri, onların quruluşu və istifadə sahələri
Ştangenalət iki ölçmə səthi (dodaqları) olan alətdir. Bu səthlər arasında qoyulan ölçülərdən biri (baza ölçüsü) xətkeşlə (ştangen) üst-üstə düşür, digəri xətkeşdə hərəkət edən çərçivə ilə birləşmişdir. Xətkeşdə hər mm–dən bir bölgülər qeyd olunur, çərçivədə isə nonius qoyulur. Ştangenalətlərin etibarlığını yüksəltmək üçün onları yeyilməyə və korroziyaya yüksək dözümlü poladlardan, işçi səthlərini isə bərk ərintidən hazırlayıb xromlayırlar. Noniusunun bölgüləri 0,05 və 0,1 mm olan bir neçə növ ştangen alətlər buraxılır. Təyinatı və konstruksiya xüsusiyyətindən asılı olaraq ştangenalətlər: daxili və xarici ölçüləri ölçmək üçün ştangenpərgar; oyuqların dərinliyi və çıxıntıların 44 hündürlüyünü ölçmək üçün dərinlik ölçən ştangenlər; çarxların dişlərinin qalınlığını ölçmək üçün ştangendişölçən; xarici və daxili bucaqların ölçülməsi üçün noniuslu bucaqölçən növləri buraxılır.


SI sisteminin vahidləri
Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır:


Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə