ŞÜkufə QƏDİmova



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix30.10.2018
ölçüsü0,56 Mb.
#76777
  1   2   3   4   5   6   7   8   9   ...   16


 

           



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

________________________________________________________

____ 

                                                                                    



 Əlyazması hüququnda 

 

 



 

ŞÜKUFƏ İBRAHİM qızı QƏDİMOVA 

 

 

 

TÜRK DİVAN POEZİYASININ TƏŞƏKKÜL DÖVRÜ 

(XIII-XV ƏSRLƏR) 

 

 

5717.01 - Türk xalqları ədəbiyyatı 

 

 

Filologiya üzrə elmlər doktoru 



elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 



 

A V T O R E F E R A T I 

 

 

 

 

 

 

 

 

 


 

BAKI – 2017 



 

Dissertasiya Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət 

Universitetnin Türk filologiyası kafedrasında yerinə yetirilmişdir 

 

 



 

Elmi məsləhətçi:    Əsgər Adil oğlu Rəsulov,  

                                 filologiya üzrə elmlər doktoru,  professor 

 

Rəsmi opponentlər: Rafael Baba oğlu Hüseynov

                                   AMEA –nın həqiqi üzvü, filologiya üzrə  

                                   elmlər doktoru,  professor 

 

                                   Elman Hilal oğlu Quliyev 



                                                filologiya üzrə elmlər doktoru, professor 

                                   Mahirə Həmid qızı Quliyeva,  

                                   filologiya üzrə elmlər doktoru, dosent 

                                    

                                             

 

                                           



Aparıcı müəssisə: Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd 

Füzuli  adına  Əlyazmalar  İnstitutunun  “Türkdilli  əlyazmaların  tədqiqi” 

şöbəsi 

 

Müdafiə “___”___2017-ci il saat “__” - da Azərbaycan Milli Elmlər 



Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun nəzdindəki 

D 01.131- Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. 



 

Ünvan:  AZ-1143,  Bakı,  H.  Cavid  prospekti  115,  Akademiya 

şəhərciyi, Əsas bina, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron 

akt zalı, IV mərtəbə 

 

Avtoreferat “____ ” __________ 2017-ci ildə göndərilmişdir.  



 

Dissertasiya Şurasının 

elmi katibi:                              Ismixan Məhəmməd oğlu Osmanlı 


 

                                       filologiya üzrə elmlər doktoru, professor 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 

                                          



Mövzunun  aktuallığı.  Azərbaycan  öz  dövlət  müstəqilliyini  bərpa 

etdikdən  sonra  Türkiyə  ilə  dinamik  inkişafla  səciyyələnən  ədəbi-mədəni 

əlaqələr bu ölkənin qədim və zəngin ədəbiyyatının obyektiv və elmi şəkildə 

öyrənilməsinə  münbit  zəmin  yaratmışdır.  Sözsüz  ki, belə  bir şəraitdə  türk 

söz  sənətində  mühüm  yer  tutan  çoxəsrlik  klassik  divan  poeziyasının 

araşdırılması  xüsusilə  böyük  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  Türkiyə  divan 

poeziyası  bir  sıra  ümumtürk,  ümummüsəlman  və  ümumşərq  ənənələrini 

ehtiva  etməklə  yanaşı,  quruluşu  və  dövlətləşmə  mərhələsi  onun  təşəkkülü 

və  özünütəsdiq  dövrü  ilə  (XIII  -  XV  əsrlər)  üst-üstə  düşən  Osmanlı 

İmperiyasının  ədəbi-estetik  məntiqini,  ictimai-mədəni  həyatını,  din  və  dil 

mənzərəsini, duyğu və düşüncə aləmini son dərəcə dolğun əks etdirir. 

Öz  məxsusi  sənət  anlayışı  və  estetikası  olan  divan  ədəbiyyatı  onu 

araşdırmaq  istəyən  tədqiqatçıların  qarşısında  aktual  və  mürəkkəb 

problemlər  qoyur.  Bu  aktuallıq,  ilk  növbədə,  onunla  şərtlənir  ki,  müasir 

insanlar,  bütün  hallarda,  istər  çağdaş  yaşamlarında,  istərsə  də  gələcəyə 

baxışlarında  öz  tarixi  keçmişinə,  qədim  milli-mənəvi  köklərinə,  zəngin 

mədəni sərvətlərinə söykənmə zərurətilə qarşılaşırlar. Bu zərurətdən doğan 

marağın təmini məqsədilə müraciət ediləcək mühüm qaynaqlardan biri, heç 

şübhəsiz,  klassik  poeziya  abidələridir.  Belə  ki,  türk-islam  dünyasında 

hikmət  və  irfan  dəyərləri mənsur  kitablar,  risalə  və şərhlərlə  yanaşı,  ərəb, 

fars  və  türkdilli  epik  və  lirik  poeziya  nümunələrində  də  dolğun  şəkildə 

ifadə edilmişdir. Öz dövrünün düşüncə və duyğularını oxucuya poetik dillə 

çatdıran  divan  ədəbiyyatı  bütövlükdə  türk  dünyasının  ortaq  tarixi-mədəni 

keçmişini  hərtərəfli  araşdırmağa,  möhtəşəm  klassik  söz  sənəti  abidələrini 

yaxından tanımağa imkan və şərait yaradır. 

Problemin  mürəkkəbliyi  və  çətinliyinə  səbəb  olan  amillər  çoxcəhətli 

və  müxtəlifyönümlüdür.  Belə  ki,  tarixi  hadisələrin,  sosial-iqtisadi  şərtlərin 

və  siyasi  hakimiyyətlərin  təsiri  ilə  türk  divan  ədəbiyyatı  öncə  İslam 

mədəniyyəti  və  ərəb  ədəbiyyatından  bəhrələnmiş,  xüsusən  klassik  fars 

poeziyasından  qidalanaraq  sinkretik  xarakter  daşıyan  Yaxın  və  Orta  Şərq 

ədəbiyyatı    təməlində  təşəkkül  taparaq  inkişaf  etmişdir.  Bu    ədəbiyyatı 

yaxşı  başa  düşmək,  təhlil  və  şərh  edə  bilmək  üçün  dini  inanclar  (ayə  və 

hədislər), islami elmlər (təfsir, kəlam, fiqh), islam tarixi, təsəvvüf rəmzləri, 

İran  mifologiyası  (hökmdarlar  və  hadisələr),  Peyğəmbər  qissələri, 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə