Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

 
47
məxsus yazdığı  qəsidələrində o dövr ədəbiyyatına xas olan 
yüksək  istedad göstərirdi. Eyni zamanda, vaxtilə lələlik etdiyi 
Üveysin taxt-taca sahib olması  şairin hədsiz sevincinə  səbəb 
olmuşdu. Qoca şair Üvesyin ona lazımi diqqət və qayğı 
göstərəcəyinə  son dərəcə böyük ümid bəsləyir, maddi cəhətdən 
güzəranının yaxşılaşacağına,  şahın onun ailəsinə yaxından 
kömək göstərəcəyinə inanır və sevinirdi. 
Sultan Üveysin hakimiyyətinin ilk illərində  qələmə aldığı 
məşhur «Cəmşid və Xurşid» poemasında şair «Kitabın yazılma 
səbəbi» hissəsində bunu aydın göstərirdi. Sultan Üveys ona 
gözəl bir əsər yazmağı  tələb etdikdə  şair «əlli illik xidmətinin 
haqqını almaq üçün fürsətdən istifadə etmək» istəmişdir (100, 
503). 
 
 وﭽ
 ﺪﻡﺁ بﺎﻄﺧ ﻰﻝﺎﺣ ﻦﻳا
 وﮕﺒ
   ﻢﺷﻮه و ﻞﻘﻋ و ﺮﻜﻓ ﺪﻨﺘﺴﺏ ﺮﻤآ              ﻢﺷ
         
 اﺮﻡ

ﺎﻴﻬﻡ ار ﺖﻝود ﻪآ                 بﺎﻳرد ﺖﻗ و نﺎﻤﻠﺳ ﺪﻨﺘﻓ
ﺸﮔ
      بﺎﺒﺳا ت
        
 ﻖﺣ ىادا

ا                     ﺖﻤﻌﻧ ﻪﻝﺎﺳ ﻪﺠﻧ
 رﮔ
راد
  ﺖﺹﺮﻓ بﺎﻳ رد سﻮه ى
        
(99, 503) 
(Elə ki bu halda qulağıma xitab gəldi, huşum, fikrim, ağlım 
kəmər bağladılar (qulluğa hazır oldular). Mənə dedilər: Salman 
, vaxtdan istifadə et ki, dövlət qazanmağın vaxtıdır.  Əgər  əlli 
illik (yaxşılığın) nemətin haqqını almağa həvəsin varsa, fürsəti 
əldən vermə). 
 
Aydındır ki, şair sarayda bütün xidmət müddətini nəzərdə 
tutmuşdur. Belə ki, S.Savəci özünün 50 il sarayda xidmət 
etməsini (yaxud yaşamasını) 1362-ci ildə «Cəmşid və Xurşid» i 
yazarkən göstərirsə, deməli, onun sarayda 12-13 yaşlarından 
xidmətdə olmasını (yaxud yaşamasını) ehtimal etmək olar. 
S.Savəcinin  əsərlərindən göründüyü üzrə, onun Bağdad 
 
48
həyatında  ən çox qarşılaşdığı problem ailəsini yanına köçürə 
bilməməsi və yaxud icazə alıb Azərbaycana gedə bilməməsi 
olmuşdur. Bu isə aldığı maaşın azlığından, imkansızlığından, 
bəlkə də yolun uzaqlığından da ola bilərdi. 
Bir-iki aylığa vətəni Savəyə getməyə icazə istəyən  şairin 
xahişi xeyli müddət cavabsız qalır. Bəlkə  də sarayda çox 
vaxtlar  qəbullar zamanı Salmanın da iştirak etdiyindən Dilşad 
xatun bu məzuniyyətə tezliklə razılıq verilməsinə maneçilik 
törətmiş, bu isə Salmanın narazılığına səbəb olmuşdur. Özlərinə 
asan yolla hörmət qazanmaq istəyən saray xidmətçiləri 
yaranmış vəziyyətdən sui-istifadə edərək şairin etirazını Dilşad 
xatuna çatdırır, onu nüfuzdan salmağa bəhanə axtarır, narazı 
sözlərinə görə hətta onu məzəmmət də edirdilər. 
Salman: 
 
 ﺪﻧا ﻩدﺮآ فﺬﺣ ﺮﺳز ﻰﺘﻋﺎﻤﺟ
ﮕﻤ
 ﺖﻤﻌﻧ ناﺮﻔآ ﺖﺒﺴﻧ ﻩﺪﻨﺏ ﻪﺏ                ر
          نﺎﻄﻠﺳ 
(85, 582) 
(Bəzi adamlar bəlkə  də  qərəz yolu ilə özlərindən söz 
düzəldir və 
məni sultanın nemətinə nankorluqda 
təqsirləndirirlər), – deyə dedi-qoduçulara etirazını bildirirdi. 
Salman hökmdarın qəzəbinə  gəlməsin deyə, misal 
gətirdiyimiz bu qəsidəsində onun barəsində  qərəzkarlıq 
edildiyinə sultani inandırmağa çalışırdı (85,  583). «Sizə 
duadan başqa dilimə bir söz gətirməmişəm, tərifdən başqa 
dilimdə və ürəyimdə heç nə olmayıb», – deyərək, başqa saray 
çəkişmələrindən özünü qorumaqdan başqa qeyri bir çıxış 
yolunu görə bilmirdi (85, 583). 
Şair həmin qəsidədə  səmimiyyətlə qeyd edirdi ki, şahdan 
yeganə xahişi bir-iki aylığa ailəsini görmək, Azərbaycana 
getmək üçün icazə almağa nail ola bilmək cəhdidir. 
Salman özünə qarşı sarayda böhtan və iftiralardan yayılan 
dedi-qodulardan ehtyiat edirdi. O bilirdi ki, sarayda yayılan bu 


 
49
kimi şayiələr ona baha başa gələ bilər. Odur ki, günahsızlığını 
sübut üçün bu qəsidəsində müqəddəs tanıdığı  nə varsa, 
hamısına and içir, dönə-dönə təkrar edirdi ki, o, şahın bəxşişləri 
qarşısında həmişə  xəcalətlidir, barəsində deyilənlər yalandır, 
çünki, o, şahın nemətilə yaşayır və dilinə onun haqqında tərif 
və duadan başqa söz gətirə bilməz.  Şah isə (burada Dilşad 
xatun nəzərdə tutulur) Salmanın barəsində haqsızlıq edərək 
icazə istədikdə ona özündən söz düzəltdiyini, bəhanə 
axtardığını, nağıl danışdığını söyləyir, və s. (85, 584). 
 Sultan Böyük Həsənin ölümündən sonra onun böyük oğlu 
Sultan Üveys taxt-taca sahib oldu. Savəci Sultan Üveysin taxta 
çıxması münasibətilə yazdığı bir qəsidəsində bu tarixi h.757-ci 
ilin rəcəb ayında (1357-ci il) olduğunu göstərmişdir (85, 544). 
Sultan Üveys 19 il hakimiyyət başında olmuşdur (1356-1375). 
Hakimiy-yətə  gələn Sultan Üveys lələsi və müəllimi Salmana 
hörmət və ehtiram göstərmiş, imkan daxilində  şairin arzu və 
istəklərini yerinə yetirmişdir. Nəhayət, Sultan Üveysdən icazə 
aldıqdan sonra, 1358-ci ildə Salman vətənə yola düşür. Yolun 
uzaqlığı, rabitə və nəqliyyat vasitələrinin əlverişsiz olmasından 
səfər zamanı  zəifləmiş müsafir Savədə onu dərindən 
kədərləndirən mənzərə ilə üzləşir: ağır dağıdıcı feodal 
müharibə-lərindən, aclıq və yoxsulluqdan, vəbadan Savə əhalisi 
içərisində çoxlu tələfat olmuşdu, qıtlıq və yoxsulluqdan şairin 
vətəni Azərbaycan xarabazara çevrilmişdi. O, ürək ağrısı ilə bu 
mənzərəni seyr edərək dərd və qəm içərisində yazırdı ki, Savə 
elə bir şəhər idi ki, onun gövhər kimi bəhəri,  İsa nəfəsli, 
ürəkaçan, ruh oxşayan havası, dirilik çeşməsinə  bənzər suyu 
var idi. Həmdəmin qara zülfündən başqa pərişan olan, yarın ala 
gözlərindən savayı narahat yuxusu olan yox idi. Qərib adamlar 
belə, xumar gözlü nərgiz kimi gecəyarı  hər tərəfdə arxayın 
yatardılar (85, 519). Lakin aclıq və  vəbadan hər  şey yerlə-
yeksan oldu. «Rövzətüs-Səfa»nın müəllifi Mirxand və 
başqalarının məlumatına görə, hicrinin 771-ci ilində (1369-
 
50
1370-ci illər) (129, IV c., 191) təkcə Təbrizdə və onun ətrafında 
(Savə  şəhəri Təbrizin  ətrafı hesab oluna bilməzdi) yayılmış 
vəbadan 300 min nəfərə qədər insan tələf olmuşdu (129, IV c., 
170). Salman Savəci də bu hadisəni yeri gəldikdə  əsərlərində 
ürək ağrısı ilə  təsvir edərək (76, 520) şair kədərini ifadə 
etmişdir: 
 
 ﻰﺗﻮﻗ ﻰﺏ طﺮﻓ زا ﺺﺨﺷ ﻪآ ىﺪﺣ ﺎﺗ ﻂﺤﻗ
 وﭽ
ﻊﻤﺷ
                                 
               
                                          رﺎﻜﺏ ىدﺮﺏ و ﺶﺗﺁ رد ﻰﺘﺧﻮﺳ ار دﻮﺧ ﻢﺴﺟ
             
          نز دور ىﺎه ﻪﻝﺎﻧ ىاﻮﻧﺮﺏ ﺐﺷ ﻪﻤه ﺐﺷ
                                    
            
 ﺮﺳ ءﻪﺳﺎآ زا ﺪﻴﺸﻜﻴﻡ ﺮهﻮﺷ نﻮﺧ

                                        رﺎﻘﻋ نو
              
 ﺮﺳ قﻮﺷ زا مد ﺮه

 ردﺎﻡ نﺎﺘﺳ
ﮕﻴﻤ
                                              ﺖﻓر
            
 نﺎهد رد

 ﻞﻔﻃ دﻮﻝﺁ نﻮﺧ نﺎﻜﻳ
                                              راﻮﺧﺮﻴﺷ
             
                                           ﺮﻴﻡ ﺮﻴﺸﻤﺷ ﺶﺗﺁ ز نﺎﺸﻳﺎآ راﺮﺷا نﺁ زا ﻩﺁ
             
 ﻚﻴﻜﻳ ﺪﻧﺮﻴﻡ ﻰﻡ و زوﺮﻡا ﺪﻨﻬﺟ ﻰﻡ

                                      راﺮﺷ نو
              
                  (85, 520)  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə