İqlim Dəyişmələrinə Adaptasiya (İDA) və Təbii Fəlakət Risklərinin Azaldılması (TFRA) planı Avropa İttifaqı (Aİ)
tərəfindən maliyyələşdirilən və Qafqaz ekoloji QHT Şəbəkəsi (QEQŞ) və beynəlxalq qeyri-hökumət təşkilatı olan Mercy
Corps tərəfindən icra edilən “Cənubi Qafqazda İqlim dəyişmələrinə adaptasiya və biomüxtəlifliyin qorunması məqsədilə
yerli potensialın və regional əməkdaşlığın genişləndirilməsi” adlı layihə çərçivəsində işlənib hazırlanmışdır. Bu nəşrin
mündəricatına görə məsuliyyəti Mercy Corps və QEQŞ təşkilatları daşıyır və bu sənəd Avropa İttifaqının rəsmi mövqeyini
əks etdirmir.
Əlavə məlumat üçün əlaqə saxlayın:
2
Iqlim Dəyişmələrinə Adaptasiya Planı Şəmkir rayonundakı Yerli İşçi Qrupunun üzvləri tərəfindən tərtib edilmiş və layihə
koordinatorları tərəfindən köməklik göstərilmişdir.
Şəmkir, Azərbaycan, 2013
GÜRCÜSTAN
GÜRCÜSTAN
Mercy Corps
6, Gegeçkori küçəsi
0186, Tbilisi
t +995 32 225 24 71
f+995 32 225 24 73
admin@mercycorps.ge
www.mercycorps.ge
AZƏRBAYCAN QEQŞ
Qafqaz ekoloji QHT
Şəbəkəsi (QEQŞ)
124/128, Qara Qarayev
prospekti,AZ1119, Bakı
27, Betlemi küçəsi
t +99412 4394113,
+99412 4743004
f +99412 4743004
info.azerbaijan@cenn.org
0105, Tbilisi
t +99532 275 19 03 / 04
f +99532 275 19 05
info@cenn.org
www.cenn.org
3
Mündəricat
Ümumi məlumat ..................................................................................................................................................... 4
İDA/TFRA fəaliyyət planlaşdırması üçün istifadə edilmiş materiallar .................................................................. 4
İDA/TFRA fəaliyyət planlaşdırması yanaşması ..................................................................................................... 4
1. Şəmkir rayonu üzrə təhlil olunacaq sahələr........................................................................................................ 6
2. Şəmkir rayonunda müəyyən edilmiş cari problemlər ......................................................................................... 6
3. Şəmkir rayonunda iqlim ssenariləri və onların birbaşa təsirləri ......................................................................... 7
4. Şəmkir rayonuna kompleks təsirlər .................................................................................................................... 7
5. Şəmkir rayonu üzrə müəyyən edilmiş adaptasiya fəaliyyətləri .......................................................................... 8
6. Şəmkir rayonunda müəyyən edilmiş fəaliyyətlər üzrə xərc-gəlir təhlili............................................................. 9
7. Şəmkir rayonunda prioritetləşdirmə və adaptasiya fəaliyyətlərinin strategiyası .............................................. 13
Xülasə ....................................................................................................................Error! Bookmark not defined.
4
Giriş
Ümumi məlumat
Yerli səviyyədə iqlim dəyişməsi, təbii fəlakətlər və biomüxtəlifliyin azalması problemlərini həll edə biləcək bir
inkişaf prosesinə yardım göstərmək üçün Qafqaz ekoloji QHT Şəbəkəsi (QEQŞ) və beynəlxalq qeyri-hökumət
təşkilatı Mercy Corps, Avropa İttifaqının dəstəyi ilə “Cənubi Qafqazda iqlim dəyişmələrinə adaptasiya və
biomüxtəlifliyin qorunması məqsədilə yerli potensialın və regional əməkdaşlığın genişləndirilməsi” layihəsini
həyata keçirir. Bu təşəbbüsün icrasının səmərəli şəkildə təşkili üçün layihə üzrə sərhədyanı zona seçilmişdir.
Layihə zonasına Gürcüstanın Saqarejo, Siqnaqi və Dedoplistskaro bələdiyyələri və Azərbaycanın Şəmkir,
Tovuz, Şəmkir və Samux rayonları daxildir.
Konkret olaraq layihə məqsədinə İqlim Dəyişmələrinə Adaptasiya (İDA) və Təbii Fəlakət Risklərinin
Azaldılmasına (TFRA) dair kompleks planların (12 bələdiyyə İDA/TFRA planları və 2
transsərhəd
İDA
planları) başlıca maraqlı tərəflərin iştirakı ilə işlənib hazırlanması daxildir. Layihə iqlim dəyişmələrinin mənfi
təsirlərinə daha çox məruz qalan Kür çayı hövzəsi boyunca yaşayış mənbələrinin, yerli biomüxtəlifliyin və
ekoloji sistemin daha effektiv qorunmasına dəstək verməyə çalışır. Beləliklə, bu hesabat Şəmkir rayonu
(Azərbaycan) üçün yerli (bələdiyyə/rayon) İDA/TFRA fəaliyyət planlarının işlənib hazırlanmasından bəhs edir.
İDA/TFRA üzrə fəaliyyət planının hazırlanması üçün istifadə edilmiş materiallar
Şəmkir rayonunda İDAP/TFRA planlarının hazırlanması məqsədilə maraqlı tərəflərin (Şəmkir rayonu üzrə Yerli
İşçi Qrupu (YİQ) üzvləri) iştirakı ilə keçirilən toplantıdan əlavə aşağıdakı materiallardan istifadə edilmişdir:
1. “İqlim Dəyişmələrinə Adaptasiya Planlaşdırması: Cənubi Qafqazda Bələdiyyə Qurumları üçün Bələdçi”yə
dair təlimat cari layihə çərçivəsində hazırlanmış və buraya İDA/TFRA planlaşdırması üçün mərhələli
prosedur daxildir. Bu metodologiyanın ümumi təsviri aşağıdakı bölmədə göstərilib. Bələdçi haqda təfsilatlı
məlumatları aşağıdakı linkdən əldə etmək mümkündür:
http://w3.cenn.org/mc_cca/Training%20Manuals/
;
2. “Təbii fəlakət və iqlim dəyişmələrinin yerli tendensiya və dinamikaları, onların Şəmkir rayonuna
göstərdikləri ekoloji, sosial və iqtisadi təsirlərinin təhlili” adlı ilkin vəziyyətin təhlilinə dair hesabat layihə
çərçivəsində tərtib edilmişdir. İlkin vəziyyətin təhlilinə dair hesabatı aşağıdakı linkdən əldə etmək olar:
http://w3.cenn.org/mc_cca/Baseline%20Survey/
;
3. Yerli işçi qrupun “Keçmiş dövrlər üzrə məlumatlar”, “Mövsümi təqvim”, “Zəif qorunan (problemli) ərazilər
matrisi” və “Adaptasiya təcrübələri” kimi alətlərdən istifadə edərək Şəmkir
rayonuna iqlimin vurduğu
zərərləri, ekoloji problemləri, problemli əraziləri və s. müəyyən etmək məqsədilə dəyirmi masa toplantısı
keçirilmişdir. YİQ-un hesabatını aşağıdakı linkdən əldə etmək olar:
http://w3.cenn.org/mc_cca/Local%20Working%20Group%20I%20Roundtable%20Meeting/
.
İDA/TFRA fəaliyyət planlaşdırması yanaşması
İDA/TFRA fəaliyyət planlaşdırması yeni bir mövzudur və burada özünəməxsus yanaşma/metodologiya yoxdur.
Konkret bu nümunə ilə bağlı “İqlim Dəyişmələrinə Adaptasiya Planlaşdırması: Cənubi Qafqazda Bələdiyyə
Qurumları üçün Bələdçi”yə dair metodologiya cari layihə çərçivəsində Mercy Corps-un İqlim Dəyişmələri üzrə
Baş Məsləhətçisi tərəfindən hazırlanmışdır.
İDA/TFRA planlaşdırmasının əsas prinsipləri aşağıdakılardır:
• İqlim dəyişmələri yeni problemlər yaradacaq və cari problemləri daha da ağırlaşdıracağı faktı qəbul
edilir;
• İqlim dəyişmələri tendensiyaları yerli biliklərə əsasən keyfiyyət baxımından təsvir edilə bilər və rayon
üzrə cari iqlim dəyişmələri və gələcək proqnozlar yaxud modelləşdirmə nəticələrinin olması ciddi
şəkildə tələb olunmur;
• Bura müvafiq maraqlı tərəflər, tərəfdaşlar və yerli nümayəndələr cəlb olunur;
• İqlim dəyişmələri planlaşdırmasını yerli və dövlət səviyyəsində mövcud planlaşdırma/problemləri ilə
əlaqələndirir;
• Bu təkrarlanan bir proses olub, öyrənmə və yeni informasiyanı özündə birləşdirir.