Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   46   47   48   49   50   51   52   53   54

 
207 
Salman Savəcinin qəzəlləri içərisində sufizmin dini-
idealist təlimini qəbul edən qəzəlləri də vardır. Bu 
qəzəllər, təbiidir ki, şairin  İraq səbkində yazılan və sufi 
təliminə meylli olan qəzəllərində ifadə olunurdu. Şairin 
dinə, ilahiyyata münasibəti də  məhəbbət məfhumu altında  
verilmişdir. O, dini mövzuda yazdığı  qəzəllərində  də 
səmimi bir aşiqdir. 
Salman zəmanəsinin  ədalətsizliklərinə qarşı  çıxaraq 
bunu gah açıq, gah da rəmz və  işarələrlə ifadə etmişdir. 
Salmanın lirik şeirlərində sufizmin xalq mənafeini  əks 
etdirən müəyyən tərəqqipərvər cərəyanına rəğbət bəsləyən 
əsərləri qənaətkarlıq, dünya nemətlərindən  əl çəkmək, aza 
qane olmaq haqqında nəsihətlərlə doludur. Şairin bu 
nəsihətləri yoxsul kütlələri itaətə çağırmaqla aldadan 
sufilərin vəzlərindən xeyli fərqlidir.  Əslində, dünyanın 
həyatın, təbiətin gözəlliklərindən kam almaq, onunla 
yaşamaq, fürsəti əldən verməmək, səadəti eşqdə görmək və 
s. motivləri Salman Savəcini sufi olmaması ilə bağlamaq 
daha düzgün olardı. 
Salmanın yaradıcılığına yaxşı  bələd olan XV əsr 
təzkirəçisi Dövlətşah Səmərqəndinin qeyd etdiyinə görə, 
Salman Savəcidən əvvəl heç kəs şeir və qəsidə «sənəti»ndə 
Zülfüqar  Şirvaninin qəsidəsi kimi qəsidə söyləməmişdir. 
Bu fikri Seyid Əzim  Şirvani də  təsdiq etmişdir. Burada 
«Məsnu» qəsidə, yəni  şeir daxilində süni yolla düzəldilən 
şeir nəzərdə tutulurdu. Fars dilli Azərbaycan 
ədəbiyyatında həmin növ qəsidənin ilkin nümunələrini XII 
əsrdə Qivami  Gəncəvi, XIII əsrdə Zülfüqar Şirvani 
yaratmışlar. Qəsidənin bu növü şairdən çox böyük ustalıq 
tələb edirdi. Böyük özbək  şairi  Əlişir Nəvai də Salmanın 
«məsnu» qəsidələri kimi qəsidə yazmış və özünün etirafına 
görə, Salman kimi sənətkarlıq nümunəsi göstərə 
bilməmişdir. Fars dilli ədəbiyyatda Salman Savəci 
 
208
qəsidənin  ən parlaq nümunələrini yaradan şair kimi 
xatırlanır. Herat məktəbinin bir çox nümayəndələri də 
Salmanın böyük ustalıqla yazdığı  qəsidələrinin təsiri 
altında yaradıcılıq nümunələri göstərsələr də Salman qədər 
uğur qazana bilməmişlər. Ona görə  də  Ə.Nəvai Salmanın 
adını fars dilli ədəbiyyatda qəsidə janrının böyük ustadları  
Xaqani,  Ənvəri, Kamal İsmayıl, Zəhir Faryabi ilə bir 
cərgədə  çəkirdi. Salmanın qəsidələrinə münasibətini 
bildirən  Ə.Cami  şairi «gözəl və müvəffəqiyyətli söz 
söyləyən şair» kimi qiymətləndirmişdir.  
Salman Savəci qəsidələrində istilaçı hökmdarların, 
şahların kəskin tənqidi çöx mühüm yer tutur. Nizami ədəbi 
ənənələrini davam və inkişaf etdirən  şair öz əsərlərində, 
xüsusilə  qəsidələrində  qəsbkar müharibələrlə insanları 
fəlakətə sürükləyən hökmdarları, onların qətlü-qarətlə 
həyatı iflasa uğradan  ədalətsizliklərini qamçılayır, onlara 
nəsihət yolu ilə xalq kütlələrinin müdafiəçisi kimi çıxış 
edir, xalqın yer üzündəki rifahı və səadətinin qorunmağını, 
yoxsul kütlələrin taleyini düşünmüşdür. 
Salmanın qəsidələrində dini mövzular da öz yerini 
tapmışdır.  Şair dini mövzularda, dövlət adamlarının, 
yüksək vəzifəli insanların mədhində  də insanlara həyat 
dərsi verir, onlara məxsum mənəvi keyfiyyətləri, yüksək 
əxlaqi dəyərləri təbliğ edirdi. 
Salman  ədəbi irsinə öz məftunluğunu bildirən 
Məhəmməd Füzuli təəssübkeşliklə Salmanı  dənizə, özünü 
isə onun müqabilində bir qərtəyə  bənzədir, onunla fəxr 
etdiyini, böyük qürur hissi ilə  şeirlərini təsirli və qüvvətli 
sənət nümunələrindən hesab edirdi. Salman qəsidələrində 
realizm meyli ən çox hallarda özünü büruzə vermiş, bədii 
söz ustası kimi lirik tərzdə  təbiətin və insan surətlərinin 
təsvirində real lövhələri və faktları öz şeirinə gətirmişdir. 
Salman Savəci  ədəbi irsi Azərbaycan  ədəbiyyatının 


 
209 
bədii fikrinin inkişafında mühüm rol oynamışdır. Salmanın 
yaradıcılıq irsi Azərbaycan və türk ədəbiyyatında güclü 
təsir qüvvəsinə malik olmuşdur. Məhəmməd Füzuli. Qazi 
Bürhanəddin, Məazi Təbrizi, Bədr  Şirvani, Hamidi, 
İmadəddin Nəsimi,  Şah  İsmayıl Xətai kimi Azərbaycan 
şairləri  əsərlərində Salmanın adını hörmətlə yad etmiş  və 
ya özlərini onun varisi adlandırmışlar. 
Salman Savəci XIV əsrdə Nizami ədəbi məktəbinin 
davamçılarından biri kimi də  məşhurdur.  Şairin «Cəmşid 
və Xurşid» lirik-epik məsnəvisi (poeması) Nizami ilə 
başlayan müəyyən mənada romantik poeziyanın bu dövrdə 
davamı idi. «Cəmşid və Xurşid» poeması zəngin fantaziya 
ilə yaradılmış  şifahi xalq ədəbiyyatının romantik 
üslubunda qələmə alınmış əsərdir. Salman bu əsəri Nizami 
Gəncəvinin «Xosrov və  Şirin» poemasına cavab olaraq 
yazmışdır. 
Salman Savəci Yaxın  Şərqin fars dilli ədəbiyyatında 
ənənəvi «Fəraqnamə» («Dəhnamə») lirik-romantik 
poemasını da qələmə almışdır. 
Bu məhəbbət dastanları özünün ideya-bədii 
xüsusiyyətlərinə görə  şairin lirikası ilə üzvi surətdə 
bağlıdır, romantik poeziyanın ən yaxşı nümunələrindəndir. 
«Cəmşid və Xurşid»  əsərində  məhəbbət tamamilə real 
məzmuna malik dünyəvi məhəb-bətdir, onun romantik 
mahiyyəti də elə bundadır.  Əsərin qəhrəmanları 
yaşadıqları cəmiyyətdən narazı deyillər. Onlar səadətlərinə 
çatmaq üçün mübarizə aprır, istək və arzularına yetişirlər. 
Əsərdə romantika real həyatla əlaqədə inkişaf edir, həyatın 
özündən qüvvət alır. Məhəmməd Füzuli «Cəmşid və 
Xurşid»  əsərinin üslubi xüsusiyyətlərindən «Leyli və 
Məcnun» poemasında istifadə etmişdir. 
Salman Savəcinin real insan sevgisini tərənnüm edən 
«Fərağnamə» poeması  yığcam forması, lirik vüsəti və 
 
210
başqa bədii keyfiyyətləri ilə «Fərağnamə» («Dəhnamə») 
janrının özündən  əvvəlki  ənənələrinin müvəffəqiyyətli 
davamı  və öz dövründə ardıcılları  sırasında  şeriyyəti və 
sənətkarlığı baxımından layiqli yer tutur. 
Fars dilində yazan şairlər sırasında lirik şeirdə olduğu 
kimi, epik janrda da Salman Savəcinin əsərləri öz xəlqiliyi 
və humanist ideyaları ilə seçilir. Şairin qəzəl, qəsidə, rübai 
və digər lirik şeirləri divanında  ictimai-fəlsəfi,  əxlaqi 
fikirlər baxımından əsas yer tutur. 
Salman Savəcinin  Şərq  şeirinin bütün növlərini  əhatə 
edən zəngin yaradıcılığı böyük bir ədəbi məktəb yaratmış, 
bu ədəbi məktəbin davamçıları üçün bir örnək olmuşdur. 
 
 
 
 
 
 
 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə