Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   46   47   48   49   50   51   52   53   54

 
199 
ayrılıq haqqında bir dastanı öyrəndim. Onlar həmişə bir-biri ilə 
xoşsöhbət olublar. Onlardan biri dünyanın cəlallı padşahı, o 
birisi isə dünyanın cəlallı Günəşi (gözəli) idi (85, vər. 284 b). 
Onlar bir-birini ürəkdən, candan sevərdilər. 
Lakin: 
                            دﺎﺘﻓ  ﻰﺋاﺪﺟ  نﺎﺸﻧﺎﻴﻡ  ﺮﺧﺂﺏ
               دﺎﺒﻡ  ﻰﺋاﺪﺟ  ىﻼﺏ  رد  ﺲآ  ﻪآ 
  
(88, vər. 284 b) 
(Axırda onların arasında ayrılıq düşdü ki, heç kəs ayrılıq 
bəlasını görməsin). 
Şair göstərir ki, hökmdarın göstərişinə görə, o da bu dastanı 
yazmağa başladı ki, dünyada bir yadigar qalsın. Salman yazır 
ki, ona görə  də keçmiş zamanlardan iki dostun ayrılığı 
haqqında bir dastanı öyrəndim və bu on məktubdan ibarət 
dastanı qələmə aldım. 
          ىﻮﻧﺄﻡ  تﻮﺴآ  رد  ﻩﻮﻠﺟ  ﻢهد                        ىوﺮﺴﺧ  ءﻪﻡﺎﻧ  ﻦﻳز  ءﻪﻡﺎﻧ  ﻩد  ﻪآ
     
(88, vər. 284 b.) 
(İstəyirəm)  şaha həsr etdiyim bu on məktuba 
(«Dəhnamə»yə) mənəvi bir cilvə verim). 
Yuxarıda qeyd etdiyimiz kimi, Salman bu əsəri 61 yaşında 
ikən qələmə aldığını qeyd etmişdir. Oğlu Mahmuda nəsihət 
hissəsində S.Savəci artıq qocaldığını, ömrünün fərəhli 
günlərinin keçib getdiyini, zəmanənin onun ömrünü puç 
etdiyini, hündür sərv boyunun artıq  əyildiyini göstərirdi (83,  
vər. 282 b). 
İndi isə artıq: 
 ﻦﻡ ﺖﺳد زا ﺪﻳﺁ ﻰﻤﻧ
 ﭻﻴه
 ﻖﺣ مﻮﺷ ار ﺶﻤﻐﻴﺏ ﺎﺗ ﻪآ                رﺎآ

      راذ
        
(88, vər. 282 b.) 
(Əlimdən heç bir iş gəlmir ki, ömrümü qəmsiz keçirəm),  
– deyirdi. Salman Savəci elə buradaca oğluna deyir ki, 
o 40 ildir ki, bu xanədanın nemətindən bəhrələnir, çörəyini 
 
200
yeyir. Salman oğlu Mahmuda  padşaha sədaqətlə qulluq 
etməyi nəsihət edir, atasını    ləyaqətlə  əvəz etməsini 
tapşırır (88,  vər. 283 a), cavanlıq dövrünü qənimət 
bilməyi məsləhət görürdü.  
«Fərağnamə» məsnəvisi mütəqarib (yaxud təqarüb) 
bəhrində yazılmışdır. Hərçənd mütəqarib vəzni bu mövzu üçün 
uyğun gəlmir, lakin Salman bu məsnəvini olduqca şirin bir 
dildə yazmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, Ə.Cami 
«Fərağnamə»nin bədiilik cəhətdən yaxşı  təsir bağışladığını  və 
lətif bir kitab olduğunu qeyd etmişdir. 
Mütəqarib (yaxud təqarüb) bəhri bir beytdə 8 dəfə 
fə’Ulündən ibarətdir. Təqarüb sözünün lüğəti mənası 
«yaxınlıq»dır, daha doğrusu, bu bəhri təşkil edən «fə’Ulün» 
təf’ilələri sürətli bir ahənglə bir-birinə yaxınlaşmış  şəkildə 
olduğu üçün ona mütəqarib bəhri deyilir. 
Əruz vəzninin mütəqarib bəhri ilə yazılan ilk türk-uyğur 
abidəsi Yusif Xas Hacibin «Qudatqu-bilik» poeması olmuşdur. 
Fars dilli ədəbiyyatda isə Ə.Firdovsi X əsrdə «Şahnamə»ni bu 
bəhrdə yazmışdır. 
S.Savəcinin «Fərağnamə»si «Divan» ədəbiyyatının tipik 
nümunələrindən hesab edilə bilər. 
Əsər minacat, peyğəmbərin tərifi ilə başlayır. Poemada 
yuxarıdakı qeydlərimizdən əlavə baharın, xəzanın, qışın təsviri 
və s. verilir. 
Məsnəvinin  əsas iştirakçıları  və baş surətləri Məlik və 
Məhbubdur (başqa mənada Aşiq və Məşuq). Məsnəvinin həcmi 
çox da böyük deyildir. Ayrılıq haqqında yazılmış bu kiçik 
məsnəvi 1100 beytdir. Məsnəvinin məzmununu yalnız Məlik və 
Məhbubun bir-birinə  məktubları  təşkil etmir. Məliklə 
Məhbubun bağda ziyafət qurmaları, Məhbubun çeşmə başına 
getməsi, Məlikin onun ardınca getməsi, sonra isə  Məhbubun 
küsüb getməsi, Məliklə  Məhbubun bir-birinə  səba vasitəsilə 
sifariş göndərmələri, nəhayət, Məhbubun həlak olmasıdır. 


 
201 
Məsnəvinin sonunda şair şaha təsəlli olaraq Günəş və Ayın, 
gündüzlə gecənin, Gül və bülbülün, Şirin və Fərhadın, Leyli və 
Məcnunun, Vamiq və  Əzranın ayrılığını xatırladır. Dastanın 
əsas süjet xəttinə daxil olan hadisənin təsvirindən daha çox 
əlavə təsvirlər, şeirlər, mənzum hekayələr çoxluq təşkil edir. 
Şeiriyyətcə diqqəti cəlb edən mənzumələrdən biri də 
«Pərvanə  və bülbül hekayəsi»dir. Bu mənzum hekayədə nağıl 
olunur ki, yaz gecəsi çöldə  məclis qurulmuşdu. Pərvanə 
bülbülün nalələrindən usanıb söyləyir ki, eşqin səfası  əziyyət 
çəkməkdirsə, bəs bu şivən nə üçündür?  Nə üçün məşuqun 
əlindən dad çəkirsən? Ey bülbül, gərək sən aşiqliyi məndən 
öyrənəsən. Mən yansam da, bir dəfə inlərəm, – dedikdə 

ﻠﺏ و
      رﺎﻳ ﺖﺨﺏ ﻰﺋﻮﺗ مزور ﻩﺮﻴﺗ ﻦﻡ ﻪآ               راز ﺪﻴﻝﺎﻨﺏ ﻦﻳا ﺪﻴﻨﺷ ﻞﺒ
        
 رد ﻪآ          ﻰهر ﺖﻝود و ﺖﺳارﺎﻳ ﺖﺨﺏ اﺮﺗ
ﺎﭙ
        ﻰهﺪﻴﻡ نﺎﺟ قﻮﺸﻌﻡ ى
       
(88, vər. 294a) 
(Bülbül bu sözdən nalə çəkdi və dedi: Mən bədbəxtəm, sən 
isə xoşbəxt və  bəxtiyarsan ki, öz məşuqənin ayağı altında can 
verirsən). 
Bülbülün ah-naləsi  əbəs deyil. Onun gözü baxa-baxa yarı 
solur, puç olur. O isə yarını yola salıb hicranla yaşayır və s. 
Bu kiçik və maraqlı mənzum hekayəni Azərbaycanın xalq 
şairi, professor Bəxtiyar Vahabzadə Azərbaycan dilinə  nəzmə 
çevirmişdir. 
Poemada dünyəvi hisslər, həyat, yaşamaq eşqi, saf 
həqiqi məhəbbət, insanın həyata bağlılığı  və cazibədar 
təbiət gözəlliyinin tərənnümü öz əksini tapmışdır. 
Təbiidir ki, Salmanın bu romantik poemasının 
yazılmasına Nizaminin «Leyli və  Məcnun»unun və 
Marağeyi  Əvhədinin (1274-1338) «Dəhnamə» («Məntiq 
ül-üşşaq») (1307) məsnəvisinin də təsiri olmamış deyildir. 
«Dəhnamə» Marağeyi  Əvhədinin epik şeir sahəsində ilk 
 
202
qələm təcrübəsidir. 1307-ci ildə yazdığı bu əsərdə şair real 
insan sevgisini ön plana çəkmişdir (34, 235). 
Əsərdə iki gəncin təmiz məhəbbəti əsas yer tutur. Aşiq bir 
qızı sevir, uzun müddət onun vüsalına can atır. Məktubla 
hisslərini açıb qıza bildirir. Onun məktubunu səba yeli ünvana 
çatdırır (34, 235). S.Savəcinin də «Fərağnamə»si on 
məktubdan, daha doğrusu, «dəh namə»dən ibarətdir.  Şah 
İsmayıl Xətai (1486-1524) də 1506-cı ildə 200 il Əvhədidən 
sonra Azərbaycan dilində «Dəhnamə» yazmışdır. «Dəhnamə» 
ilə «Fərağnamə»nin adları eyni olmasa da, məzmun, süjet və 
üslubunda müəyyən oxşarlıq vardır. Müəlliflərin hər ikisi iki 
gəncin – Aşiqlə  Məşuqun (S.Savəcidə  Məliklə  Məhbubun) öz 
ürək sözlərini səba yeli vasitəsilə bir-birinə göndərmələri təsvir 
olunur.  Şah  İsmayılın «Dəhnamə»si, S.Savəcinin müasiri İbn 
İmad Fəqih Kirmaninin (- 1373)  «Dəhnamə» və ya 
«Məhəbbətnamə», M.Əvhədinin «Dəhnamə» və ya «Məntiq ül-
üşşaq» əsərləri də on aşiqanə məktubdan ibarətdir. 
XV  əsrin istedadlı  şairlərindən Xəlili (1408-1485) də 
təsəvvüfi ruhda «Fərağnamə» poemasını  qələmə almışdır (34, 
317). 
«Fərağnamə» klassik farsdilli Azərbaycan bədii nəsri 
içərisində  sənətkarlıq məziyyətlərinə, dilinin sadəliyi, süjet 
yığcamlığına görə, S.Savəci bədii irsinin gözəl nümunələrini 
özündə əks etdirir. 
S.Savəcinin «Fərağnamə» poeması əsl sənət nümunəsi kimi 
özündən sonrakı  şeir və  ədəbiyyat həvəskarlarının böyük 
marağına səbəb olmuşdur, hətta «Fərağnamə»yə eyni adlı 
nəzirələr də yazıldığı ədəbiyyat tarixinə məlumdur. 
Qeyd etməliyik ki, «Şərq  ədəbiyyatında və eləcə  də    orta 
əsrlər Azərbaycan poeziyasında işlənən  ədəbi formalardan biri 
də «Dəhnamə»dir. «Dəhnamə»   forması özünün bədii üslubu
obrazlar aləmi, hadisələrin təsviri və ifadə formasına görə 
orijinal xüsusiyyətlərə malikdir» (33, 45). Ç.S.Sasanianın 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə