Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

 
191 
seçdiyi həmin mövzunun sultanın istədiyi  şəkildə  qələmə 
aldığına işarə etmişdir. Əsər həmin vaxtlarda fars dilli ədəbiy-
yatda yaranan yeni orijinal mövzu idi. Bu əsər tamamlandıqdan 
altı il sonra Arif Ərdəbili «Xosrov və  Şirin» mövzusuna 
müraciət edərək Sultan Üveysin şərəfinə «Fərhadnamə»ni yazıb 
tamamladı. Bu ənənəni Əssar Təbrizi davam etdirməyə başladı. 
Əssar Təbrizi «Cəmşid və Xurşid» və «Fərhadnamə» əsərlərinə 
bənzər «Mehr və Müştəri» (778-ci hicridə, 1376-cı il miladi) 
poemasını yaratdı. 
«Cəmşid və Xurşid» məsnəvisindəki kimi 
«Fərhadnamə»də
*
 də əsərin qəhrəmanı Çin fəğfurunun oğludur. 
«Cəmşid və Xurşid» məsnəvisinin süjet xətti ilə 
«Fərhadnamə»nin süjet xəttində  bəzi  oxşar cəhətlərə  təsadüf 
edirik.  «Cəmşid və Xurşid»də    Cəmşid öz sevgilisi Xurşidi 
tacir dostu Mehrabın köməkliyi ilə tapırsa, Fərhad da rəssam 
Şapurun vasitəsilə öz səadətinə çatır. Cəmşid ilk gündən Rum 
qeysərinə özünün Çin şahzadəsi olduğunu demədiyi kimi, 
Abxaziya padşahı da Fərhadın kim olduğunu, onun əsil-
nəsəbini  əvvəllər bilmir. Cəmşidlə Xurşid ilk dəfə ziyafət 
zamanı görüşür və fürsət düşdükdə öz eşqlərini bir-birinə bildi-
rirlər. Həmin vəziyyət Fərhadla Abxaziya memarının qızı 
Gülüstan arasında da buna bənzərdir. 
Fərhad Gülüstanı sevən bizans şahzadəsini öldürərək öz 
istəyinə nail olur. Cəmşid isə rəqibi – Şam şahzadəsi Şadişahı 
məğlub etdikdən sonra Xurşidlə izdivaca razılıq alır. Fərhadın 
şücaətinə heyran qalan Abxaziya çarı onun şahzadə olduğunu 
xeyli vaxtdan sonra  bilir. Cəmşidi də bir bazərgan kimi tanıyan 
Rum qeysərinə  də  Cəmşidin Çin fəğfurunun oğlu olması çox 
sonralar məlum olur. 
«Cəmşid və Xurşid» ilə «Fərhadnamə» ayrı-ayrı 
                                                 
*
  Ясяр  щаггында  ятрафлы  мялумат  цчцн  бах:  Нцшабя  Араслы,  Ариф  
Ярдябили вя онун «Фярщаднамя» поемасы. Бакы: Елм, 1979, 169 с. 
 
192
mövzulardır, lakin birinci ilə ikincidə bir sıra oxşar cəhətlərin 
olması bizə belə bir əsas verir ki, «Fərhadnamə»nin müəllifi 
«Cəmşid və Xurşid»dən xəbərdar olmuş, onun bəzi yadda qalan 
epizodlarından təsirlənmiş, yeri gəldikcə öz əsərində onlardan 
istifadə etmişdir. 
«Cəmşid və Xurşid» məsnəvisindəki bəzi səhnələri eynilə 
Əssarın «Mehr və Müştəri» poemasında da görürük. Məsələn, 
Cəmşid öz «donanması» ilə  dənizdə üzərkən  şiddətli tufana 
düşür, gəmisi suda qərq olur. O, bir tir üzərində üzüb insan 
yaşamayan cəzirəyə gəlir və fəlakətdən nicat tapır. Eyni səhnə 
«Mehr və Müştəri» poemasının da süjet xəttinə daxil 
edilmişdir. Mehr də gəmisi qərq olarkən tir ilə özünü xilas edir. 
Bu kimi epizodların  Şərq xalqlarının  şifahi xalq 
ədəbiyyatından götürülməsinə  şübhə yeri yoxdur. Lakin qeyd 
etməliyik ki, həmin epizodlar XIV əsr farsdilli ədəbiyyatda ilk 
dəfə Salman Savəcinin adını  çəkdiyimiz poemasında istifadə 
edilmişdir.  Əssarın göstərilən poemasındakı digər cəhətləri də 
Salman Savəcinin «Cəmşid və Xurşid» məsnəvisi ilə müqayisə 
etmək olar. Əssar Təbrizi «Mehr və Müştəri»ni sifarişsiz 
yazmışdır. Salman Savəci isə əsərin yazılması səbəbində qeyd 
edir k, yeni bir səpkdə  əsər yazmasını ondan  Sultan Üveys 
tələb etmişdir
*
  (100, 11). «Mehr və Müştəri»nin müəllifinə 
yeni səpkdə əsər yazmağı tövsiyə edən isə onun həmsöhbətidir 
(110, vər. 8a, 14). 
Maraqlıdır ki, Salman Savəci Cəmşidi  Şapur  şahın oğlu 
kimi göstərmiş,  Əssar da şahzadə Mehri Şapur  şahın vəliəhdi 
kimi vermiş  və o, bütün xüsusiyyətlərinə görə istər-istəməz 
Cəmşidə oxşadılmışdır (110, vər.9a;  19). 
«Cəmşid və Xurşid» məsnəvisindən gördüyümüz kimi, Çin 
fəğfuru Şapur şah oğlu Cəmşidin Xurşidə olan məhəbbətindən 
onu çəkindirə bilmədiyi kimi, «Mehr və Müştəri»də  də  Şapur 
                                                 
*
 Бу барядя яввялки гейдляримизя бах. 


 
193 
şah Mehrin eşqinə, sədaqətinə mane ola bilmir; Mehr də 
Cəmşid kimi tac-taxtı  tərk edərək öz istəklisini yad ölkələrdə 
axtarmağa gedir (110, vər.58b-61b) (11, 123). 
«Mehr və Müştəridə» də  bəzi romantik səhnələr «Cəmşid 
və Xurşid»dəkinə  bənzəyir. Mehr də  Cəmşid kimi şirlə, 
adamyeyənlərlə vuruşur, o, müharibə meydanlarında qoçaqlıq 
göstərir (110, vər.70b-74a, 141-146). 
Aşağıdakı  sətirləri müqayisə etdikdə  Əssarın bəzi 
ifadələrində də S.Savəcinin təsirini aydın görürük: «Cəmşid və 
Xurşid»də mütribi Nişatəmgizin oxuduğu qəzəldəki: 
ﺮﻧ ود ﻰهز

ﻪﺘﻔﺧ ناﻮﻏرا ﺮﺏ ﺖﺘﺴﻡ س
                         
 
                          ﻪﺘﻔﺧ نﺎﻤآﺎﺏ و ﺮﻴﺗ ﺎﺏ ﻮﺗ ﺖﺴﻡ كﺮﺗ ود 
(100, 75) 
(İki nərgiz kimi məst gözlərin  Ərğəvan üstündə yuxuya 
getmiş, sənin iki xumar (gözəl) gözlərin ox və kamanla 
yatmışdır), 
– beyti sanki «Mehr və Müştəri»dəki: 
د
 و

 ﺶﻤﺷ
ﭽﻤه
 فﺮﻃ رﺪﻧا ﻪﺘﻔﺧ ﻰﺘﺴﻡز                 راﺪﻧﺎﻤآ نﺎآﺮﺗ و

 راﺰﻝ
       
(11, 25) 
(Onun iki gözləri sanki ox atan türklərdir (gözəllərdir) ki, 
onlar məstlikdən (xumarlıqdan) gülzara tərəf yatmışlar). 
«Cəmşid və Xurşid»in belə bir təsir dairəsi, məsnəvidəki 
mövzu yeniliyi bir sıra  şərqşünasların nəzər-diqqətindən 
yayınmadığındandır ki, Salman Savəcini XIV və XV əsrlərdə 
Nizami təqlidçiləri arasında görkəmlilərdən hesab etmişlər 
(60,71). 
Salmanın müasirləri ilə yanaşı sonrakı dövr sənətkarlar da 
şairin adını yuxarıda qeyd etdiyimiz poemasının mövzusu 
əsasında özlərinin eyni adlı əsərlərini yaratmışlar. Məsələn, XV 
əsrdə yaşayıb-yaratmış  məşhur türk şairi  Əhmədi də Salman 
Savəci yaradıcılığından təsirlənən Yaxın Şərq sənətkarlarından 
olmuşdur.  Əhmədinin «Cəmşidi-Xurşid» adlı lirik-epik poema 
 
194
yazması bizə  məlumdur. Təəssüf ki, həmin  əsərlə tanış 
olmadığımıza görə, onun S.Savəcinin eyni adlı  mənzuməsi ilə 
nə  dərəcədə  əlaqədar olub-olmadığını  hələlik deyə 
bilməyəcəyik. Lakin Azərbaycan alimlərindən C.Qəhrəmanov 
«Əsrarnamə» barədə elmi-tədqiqat əsərində göstərir ki, Əhmədi 
«Cəmşidi-Xurşid» poemasını Salman Savəcinin «Cəmşid və 
Xurşid» poemasına nəzirə yazmışdır (25, 11). 
Türkiyə müəlliflərindən Dr.Yaşar Akdoğan «Ahmedi 
divanı’ndan seçmeler» kitabında  Əhmədinin «Divan»ı 
haqqında məlumatında göstərir ki, Əhmədinin «Cəmşid və 
Xurşid» poeması beş min beytdir, Salmanın eyni adlı əsərindən 
fikir və mövzu almaq surətilə yazılmışdır. Yaşar Akdoğan yazır 
ki, Əhmədinin bu məsnəvisi bir tərcümə və ya köçürmə deyil, 
orijinal bir əsər səviyyəsinə qədər yüksəlmişdir (42, 51). 
İnternet ünvanından belə bir məlumat  əldə etdik ki, XIV 
yüzillikdə yaşamış  Əhmədi Salman Savəcinin «Cəmşid və 
Xurşid» məsnəvisini eyni quruluş  və  məzmunda türk dilində 
işləyərək onun həcmini daha da genişləndirmişdir. Salmanın 
«Cəmşid və Xurşid» məsnəvisi (poeması) 1996-cı ildə 
Ankarada nəşr olunmuşdur (139). 
Nizami  ədəbi məktəbinin XVI əsr Yaxın  Şərq 
ədəbiyyatında davamçılarından Əbdi bəy Şirazinin (1515-1580) 
«Cami-Cəmşidi» poemasında da S.Savəcinin «Cəmşid və 
Xurşid» mövzusunun təsiri açıq-aydın duyulmaqdadır. Əvvəla, 
Əbdi bəy də poemasının quruluşunda Savəci üslubundan 
istifadə edir, Cəmşidin dilindən qəzəllər verir, «Cəmşid və 
Xurşid» məsnəvisindəki «Cəmşid və Xurşid» əsərində olduğu 
kimi, burada da Mehrab Cəmşidə sevgilisi Dilara haqqında 
danışır, onları bir-birinə qovuşdurmaqda bir vasitəçi 
rolunu oynayır, və s. (30, 46-54).
*
 Maraqlıdır ki, Əbdi bəy 
                                                 
*
  Щямин  ясяр  барядя  ятрафлы  мялумат  цчцн  бах:  Ябцлфяз  Рящимов. 
Ябди бяй Ширази (щяйат вя йарадыъылыьы), Бакы, 1970. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə