1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU
Əlyazması hüququnda
JALƏ SÜLEYMAN qızı ŞÜKÜROVA
ƏZİZ DÖVLƏTABADİNİN “SÜXƏNVƏRANİ-AZƏRBAYCAN”
TƏZKİRƏSİ AZƏRBAYCAN ƏDƏBİYYATININ
ÖYRƏNİLMƏSİNDƏ BİR QAYNAQ KİMİ
5716.01-Azərbaycan ədəbiyyatı
Filologiya üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI-2017
2
Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi
şöbəsində yerinə yetiriımişdir.
Elmi rəhbər: Möhsün Zellabdin oğlu Nağısoylu,
akademik
Rəsmi opponentlər: Vüqar Mikayıl oğlu Əhməd,
filologiya üzrə elmlər doktoru, professor
Kamil Hüseyn oğlu Allahyarov,
filologiya üzrə elmlər doktoru, professor
Aparıcı müəssisə: Azərbaycan Dövlət Pedoqoji
Universitetinin Azərbaycan və dünya
ədəbiyyatı kafedrası
Müdafiə “____” ______ 2017-ci ildə, saat ___-da Azərbaycan Milli
Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində
filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsini keçirən
D.01.131-Dissertasiya Şurasının iclasında keçiriləcək.
Ünvan:
Az.1143, Bakı şəhəri, H.Cavid prospekti 115, Akademiya
şəhərciyi, Əsas korpus, Nizami adına Ədəbiyyat İnstitutu. Elektron Akt
zalı, IV mərtəbə.
Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq
mümkündür
.
Avtoreferat “_____” ______ 2017-ci ildə göndərilmişdir.
Dissertasiya Şurasının
elmi katibi, filologiya
üzrə fəlsəfə doktoru: İsmixan Məhəmməd oğlu Osmanlı
3
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Çoxəsrlik ədəbi düşüncə tarixinə malik
Azərbaycan ədəbiyyatşünaslığı zamanla müxtəlif inkişaf mərhələlərindən
keçmiş, fərqli ədəbi cərəyanların, müxtəlif ictimai-mədəni proseslərin
təsirinə məruz qalmış, qazandığı ədəbi düşüncə ənənələrini zəngin
ədəbiyyatşünaslıq irsi kimi müasir dövrümüzədək gətirib çıxara bilmişdir.
Müasir Azərbaycan ədəbiyyatşünaslığı hazırkı siması ilə bütövlükdə
Avropa ədəbi-nəzəri fikrinin təsiri altında olsa da, özünün tarixi-ədəbi
məzmununu heç vaxt itirmir və milli ədəbiyyatşünaslığın yaddaşında daimi
yaşayan Şərq ədəbi düşüncə formaları, metodoloji yanaşma üsulları, ədəbi-
nəzəri təhlil modelləri müasir ədəbi metodologiyalarla üzvi qovuşmaya
girərək Azərbaycan ədəbiyyatşünaslığının milli simasını, özünəməx-
susluğunu qoruyub saxlaya bilir.
Azərbaycan ədəbiyyatşünaslığı zəngin tarixi ədəbi bazaya malikdir.
Yaşadığımız dövrdə ədəbiyyatşünaslıq elmi əsrlərin mirası olan klassik
irsimizin öyrənilib tədqiq olunmasında milli ənənələrə dayanaraq onlardan
faydalanmaq imkanı qazanmışdır. XX yüzilliyin əvvəllərindən başlayaraq
bir sıra görkəmli alim, yazıçı və maarifçi şəxsiyyətlərin ədəbiyyat
sahəsində atdıqları addımlar ədəbiyyatşünaslığın inkişafına təkan vermişdir.
Şərqdə və onun ayrılmaz parçası olan Azərbaycanda ədəbiyyat-
şünaslığın nəzəri qaynaqlarından biri təzkirələrdir. Maraqlı haldır ki,
təzkirəçilik ənənəsi XX əsrədək davam etmişdir. Təzkirələr sadəcə orta
əsrlər ədəbiyyatşünaslıq janrı deyil, eyni zamanda öz dövrünün ədəbi
norma və baxışlarını, metodoloji əsaslarını, təhlil formalarını, analitik
düşüncə sistemini, müəllif-mətn, müəllif-zaman, sənətkar-mühit kimi
yaradıcılıq prosesinin müxtəlif münasibətlər modelini, zamanın ədəbi
zövqünü, ədəbi simasını, məzmununu, forma və dinamikasını və s.
öyrənmək baxımından əvəzsiz qaynaqlardır. Təzkirələrin klassik irsimizin
dərindən öyrənilməsindəki rolu və əhəmiyyəti bu gün də öz aktuallığını
qoruyub saxlamışdır. Quruluş və prinsipinə görə bir-birindən fərqlənən
təzkirələr sənətkarların, o cümlədən, onların yaradıcılıq və poetikasının
öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Məhəmmədəli
Tərbiyət
“Danişməndani-Azərbaycan” əsəri ilə
təzkirəçilik ənənəsinə yeniliklər gətirməklə bu istiqamətdə yeni əsərlərin
yaranmasına rəvac vermişdir. Çağdaş dövrümüzdə Əziz Dövlətabadi öz
sələfindən bəhrələnərək bu uğurlu və şərəfli işi davam etdirən ən məşhur
alimlərdən biri hesab olunur. Yaxın və Orta Şərq təzkirəçilik ənənəsinin