Мащмуд Няъяф оьлу Фятийев 5 май 1937-ъи илдя Жданов индики



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix01.08.2018
ölçüsü1,59 Mb.
#60558
1   ...   46   47   48   49   50   51   52   53   54

 
195 
Şirazinin bu poemasındakı  bəzi epizodik səhnələr eynilə 
S.Savəcinin «Cəmşid və Xurşid» məsnəvisindəki kimidir. Əbdi 
bəyin Cəmşid surəti, bir tərəfdən  əfsanəvi-əsatiri Cəm, yaxud 
Cəmşid surəti ilə birləşirsə, Salman Savəcinin Cəmşid surəti isə 
yuxarıdakı qeydlərimizdən də göründüyü kimi, həyatda 
mövcud olan real varlıqdır, əfsanəvi Cəmşid, yaxud Firdovsinin 
«Şahnamə»sindəki Cəmşidin təkrarı deyildir. 
S.Savəci «Cəmşid və Xurşid» məsnəvisinin 
kompozisiyasına çox saylı qitə, qəzəl və rübailər daxil edərək 
onları hadisələrin inkişafı  və  qəhrəmanların vəziyyəti ilə üzvi 
surətdə əlaqələndirmiş, əsəri lirik boyalarla zənginləşdirmişdir. 
Bu parçalarda verilən ictimai-fəlsəfi mühakimələr məsnəvinin 
daha da maraqla oxunmasına kömək etmiş, poema üslubunda 
yenilik yaratmışdır. 
Salman Savəci məsnəvinin özündə bəlkə də bu cəhətə işarə 
etmişdir: 
 
دﺎﻳ ﻩد ﻦﺨﺳ زا اﺮﻧﺎﻬﺟ


د ﺖﺳدز  ىر
ﮕﻴ
                 ىرﺎﺜﻧ ﻦآ ﺮﺏ شر
 
ا ﺮﺏ ﻰﺋﺎﻬﻝﺰﻏ ﻰﻋﻮﻧ ﺮه ز  ﺰﻴﻡﺁ ﻢه رد ﺖﻳﺎﻜﺣ ﺲﻨﺟ ﺮهز
ﮕﻨ
               ﺮﻳ
 
(100,12) 
(Dünyaya sözdən yadigar qoy, başqa bir əl ilə onu (o 
sözləri) hər cür hekayələr, hər növ qəzəllərlə bəzə, ucalt!). 
Şair məsnəviyə müxtəlif vəzndə, müxtəlif ölçüdə 45 qəzəl, 
21 rübai, 13 fərd daxil etmişdir. Məsnəvinin sonu moizə, hekayə, 
nəsihət, qocalıqdan  şikayət adlanan 31 beytdən ibarət hissə  və 
kitabın yazılma tarixi barədə qeydlərlə tamamlanır.   
Məsnəvidəki qəzəllərin bir qismi şairin «Divan»ında da 
mövcuddur,
*
 lakin istər Salman «Divan»ının çapında, istərsə də 
                                                 
*
 Салман Савяъинин «Ъямшид вя Хуршид» мяснявисинин щяъми бизя 
мялум олан «Диван»ынын нцсхяляриндя 3200 бейтдир. 2660 бейт яся-
рин мязмунуну тяшкил едир, 480 бейтя гядяр гитя, гязял, рцбаи, фярд-
ляр, 69 бейт  ися  моизя,  нясищят,  щекайя  вя  ясярин  йазылма  тарихи 
олан щиссялярдир. 
 
196
bizə məlum olan əlyazmalarında təsadüf etdiyimiz lirik parçalar 
xüsusi tədqiqat işi tələb etdiyindən bu barədə ötəri məlumatla 
kifayətlənməyi lazım bilirik. 
Yeri gəlmişkən bir daha qeyd edək ki, görkəmli 
Azərbaycan  şairi Məhəmməd Füzuli «Leyli və  Məcnun» 
poemasında Salman Savəcinin adını  çəkmiş, «sənaxanlıqda» 
(mədh etmək, tərifləməkdə) özünü ona bənzətmişdir: 
 ﻪآ ﻪﺴﻳو نﺎﻄﻠﺳ   ناﻮﺧﺎﻨﺛ ﻢﺸﻤﻝوا ﻪآ ﻪﻤﻴآ ﻦﻡ
ﭽﻴﻨ
      نﺎﻤﻠﺳ نو
(121, 
25а) 
(Mən kimə ki, olmuşam sənaxan, 
Sultan Veysə ki, neyçün Səlman). 
 
Qeyd etməliyik ki, Füzulinin ərəb, fars, Azərbaycan 
dillərində gözəl qəsidələr yazdığı  məlumdur.  Şair özünün 
«Leyli və  Məcnun» poemasını Türkiyə sultanı Sultan 
Süleymana ithaf etmiş və əsərin giriş yerlərinin birində böyük 
hüsn-rəğbətlə Salman Savəcini xatırlaması bizi bir daha 
inandırır ki, M.Füzuli Salman Savəcini qeyd-şərtsiz olaraq 
ustad sənətkar, görkəmli qəsidəçi  şair kimi etiraf etmiş, bədii 
irsinə yaxından bələd olmuş, ondan təsirlənmişdir. Eyni 
zamanda S.Savəcinin məmduhu Sultan Üveysin adını «Leyli və 
Məcnun» poemasında dərin ehtiramla çəkən şair onu «sərdari-
müəzzəmü mükərrəm» (ədalətli və  əzəmətli sərdar), «zatının 
elmli, ədəbli və şücaətli» olduğunu tərif etmişdir. Şübhəsiz ki, 
Füzulinin böyük hörmətlə adını qeyd etdiyi Sultan Üveysin 
rəsm və şeir yazmaqda xüsusi bacarığına və elm, ədəbiyyat və 
incəsənətin inkişafına göstərdiyi xidmətə, Salman Savəci və bu 
kimi  şairlərin yazıb-yaratmasına bəslədiyi qayğıya işarə 
etdiyini başa düşməliyik. 
Mərhum füzulişünas alim M.Quluzadə qeyd edirdi ki
Füzuli Azərbaycan  şeiri tarixində, həmçinin  Şərqdə «Leyli və 
Məcnun» mövzusunun işlənməsi tarixində ilk dəfə lirik-epik 
poemaya lirik qəzəllər daxil etmişdir. Deyilənlərə  əlavə 


 
197 
etməliyik ki, böyük şairə bu yolu seçməkdə ilk örnəyi  Əmir  
Xosrov Dəhləvidən olan və Salman Savəcinin «Cəmşid və 
Xurşid»  əsərində eyni üslubun işlənməsinin təsir göstərməsi 
heç bir şübhə doğurmur, çünki məhz bu üslub son dəfə 
Salmanın məlum poemasında tətbiq olunmuşdur. Maraqlıdır ki, 
«Cəmşid və Xurşid» məsnəvisində  Cəmşidin  Şamla söhbəti 
(100, 65-66), M.Füzulinin «Leyli və  Məcnun»unda Leylinin 
çıraqla söhbəti (14, 104), yaxud Cəmşidə aşiq olması xəbərini 
eşidən anası  Əfsərin Xurşidi qalada həbs etdirməsi, dayəsi 
Ketayunun Xurşidə  nəsihəti (100, 97-98), «Leyli və 
Məcnun»da anasının Leylini məktəbdən çəkindirməsi, ona 
nəsihəti parçası ilə eynidir (14, 60, 64). 
Ağa Bozorq Tehraninin məlumatına görə, hələ XIX əsrdə də 
S.Savəcinin «Cəmşid və Xurşid» əsərinin nəzirəçiləri olmuşdur. 
Belə müəlliflərdən biri də Fərrux (1287-ci hicri ilində öldürülüb 
– 1870/71 m.) adlı şair idi. A.Tehraninin qeyd etdiyinə görə, bu 
şair də «Cəmşid və Xurşid» adlı məsnəvi yazmışdır (69, 500). 
Gətirdiyimiz misallar aydın göstərir ki, Salman Savəcinin 
«Cəmşid və Xurşid» məsnəvisi gözəl lirizm, real həyati 
hadisələrlə  zəngin olub, azad bəşəri hissləri özündə  tərənnüm 
edən bədii əsər kimi böyük təsir qüvvəsinə malik olmuş, Yaxın 
Şərq, eləcə  də Azərbaycan və Türkiyənin tanınmış  şairlərinin 
yaradıcılıq irsinə əsaslı təsir göstərmişdir. 
Fars dilli ədəbiyyatın görkəmli sənətkarları  sırasında adı 
yalnız qəsidəsi  şair kimi tanınmış, qəzəl sahəsində 
müvəffəqiyyətlər  əldə etmiş Salman Savəcinin «Cəmşid və 
Xurşid» poeması,  şübhəsiz ki, poema sahəsində Nizami ədəbi 
məktəbinin layiqli nümunələrindən idi. Yaxın  Şərq 
ədəbiyyatında Nizami Gəncəvi  ədəbi məktəbinin sonrakı 
inkişafı üçün əsaslı təsiri olmuş bu əsərin tədqiqi və hərtərəfli 
öyrənilməsi XIV əsr Azərbaycan  ədəbıyyatında boşluq təşkil 
edən dövrün öyrənilməsi baxımından ciddi elmi əhəmiyyət 
kəsb edir. 
 
198
 
 
3.2. «Fərağnamə» poeması 
 
«Fərağnamə» poemasının yaranma tarixi  bir əhvalatla bağlı 
olaraq qələmə alındığı barədə «Həbib üs-siyər» və «Rövzətüs-
səfa» təzkirələrinin müəllifləri məlumat vermişlər. Bağdad 
hakimi Xacə Mərcanın oğlu Bayram şah Sultan Üveyslə olduqca 
səmimi dost idilər. Aralarındakı münasibət o dərəcəyə çatmışdı 
ki, onlar bir gün belə bir-birindən ayrı ola bilməzdilər. Lakin 
hicri 761-ci ildə (1361-ci il) bu iki dost arasında işrət məclisində 
mübahisə düşür və Bayram şah küsərək Təbrizdən Bağdada 
gedir. Bu ayrılıq bir müddət davam edir, sonra Bayram şah 
(mənbələrdə bəzən Bayram bəy də adlandırırlar) yenidən Təbrizə 
qayıdır, Sultan Üveyslə barışıq edir, tezliklə gilanlılarla 
müharibəyə yollanır və həlak olur.  
Salman Savəci bu poemasını «Fərağnamə» («Ayrılıq 
dastanı)» adlandırmasının məhz kitabın yazılma səbəbində şah 
Sultan Üveysin tələbilə olduğunu qeyd etmişdir: 
 
 ﻩﺎﺷ ار ﻩﺪﻨﺏ ﻰﺒﺷ

 رد ﺪﻧﺎﺸﻨﺏ و دﺮآ ﺐﻠﻃ   ﺖﺨﺏ زوﺮﻳ
ﺎﭙ
         ﺖﺨﺗ ى
(88, 
vər. 284a) 
(Bir gecə o xoşbəxt taleli şah (Sultan Üveys – M.F.) məni 
yanına çağırdı və taxtının yanında yer göstərdi). 
Şair adı çəkilən əsərdə qeyd edir ki, şah şeirdən, sənətdən 
söhbət açdı, mənim söhbətlərimə qulaq asdı və: 
ﺎﻧ نﺁ ﻪآ  قاﺮﻓ رﺪﻧا ﺖﺳاﻮﺧ ءﻪﻡﺎﻧ ﻦﻡز
             قاﺮﻓ ﺮﺳاﺮﺳ ﺪﺷﺎﺏ ﻪﻡ
(88, 
vər. 284b).  
 
(Məndən başdan-başa ayrılıqdan söhbət gedən bir dastan 
istədi). 
Salman yazır ki, mən də öz növbəmdə  qədim zamanlarda 
(ehtimal ki, buna bənzər) iki sevgili dost arasında baş vermiş 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə