Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   12   13   14   15   16   17   18   19   ...   110

34 
 
Kimə  şillə  ilişdirərdi,  hərif  o  dəqiqə  yıxılardı.  Bazulu  gədə  idi,  qabağına  heç 
kəs çıxmağa sürət etmirdi. Səsi zəhmli, gur idi, Deyirlər bir dəfə ram olmayan  
xam bir at  gətirirlər.  Haradan  yanaşsan    dişdiyirmiş,  arxadan  hənirti duyanda 
şıllaq atır, şahə qalxırmış. Hadisə yerinə Qoçu gəlir çıxır, qabağa keçib bərkdən  
bağırır,  ata  zərblə  elə  bir  tutarlı  şillə  ilişdirir  ki,  heyvan  başlayır  əsim-əsim 
əsməyə...  Hoppanır  minir  atın  belinə,  başlayır  onu  məhmizləməyə.  At 
götürülür. 
Hamı deyir ki, at Qoçunu aparıb daşa, qayaya çaxıb öldürəcək. Dörd-
beş saatdan sonra Qoçu qayıdır, altındakı at da köpük içində. 
Qoçu özü ortaboy, arıq amma enlikürək gədə idi. Tapançaya, tüfəngə 
öyrənəndən sonra fəğan elədi... 
Ondan sonra kim ki, bir az xoruzlanırdı, deyirdilər ki, «adə, qoçusan?» 
«Zalım oğlu, qoçu deyilsən ki,» «Mənim üçün qoçu olmayacaqsan ki!» O xislət 
adamlara «Qoçu» adı qoydular... 
Qoçuların  sayının  artmasına  səbəb  Bakının  dövləti,  şöhrəti  idi. 
Gürcülər  gəlirdi  Bakıya,  pul  alıb  dövlətli  adamın  müddəisini,  düşmənini 
öldürürdülər.  Bu  minvalla  daraşmışdılar  Bakı  varlılarının,  tacirlərin,  neft 
xozeyinlərinin  canına,  hədə-hərbə  gəlib  deyirdilər  ki,  filan  qədər  verməsən 
vurub öldürəcəyəm. 
Bakı  xozeyinləri  də  təpərli,  ötkəm  cavanları  yığıb  hərəsinə  bir-iki 
gözəl libas, papaq, çəkmə, tapança, patron, xəncər, beybut alırlar, həftə başı da 
ciblərinə filan qədər xərclik qoyurlar, deyirlər ki, Tiflisdən gələn lotu kintoların 
ayağını kəsin... Doğrudan da onlar gürcü kintolarının əl-ayağını yığdılar; az-az 
gəlirdilər,  özləri  də  qorxa-qorxa.  Sonra  da  ki,  qoçular  özləri  harınlaşdılar,  hər 
məhəllənin  bir  neçə  qoçusu  vardı.  Bazar-dükanı  aralarında  paylayıb  xərac 
yığırdılar. Varlıların hər birisinin öz qoçu dəstəsi vardı; qoçuların özlərinin də 
gözətçiləri  olardı.  Xüsusi  geyimləri,  bellərində  xəncər,  beybut,  «afserski» 
tapança, mauzer, nağan bağlayardılar. 
Qoçular bir-birilə yola getmir tez-tez savaşırdılar. Elə ki, başlayırdılar 
atışmağa,  küçədə  qaça-qaç  düşürdü,  konduktor,  konkasürən  atları  qoyurdular 
başlı  başına,  qaçıb  gizlənirdilər...  Atlar  hürkürdü,  konka  yoldan  çıxırdı... 
Atışmada təsadüfən ölənlər də olurdu. 
Bir qoçunun başına Qurubağda qəribə əhvalat gəlir. Şəhərdə tanınmış 
Kürən  qoçu  Qurubağda  oturub  ötüb-keçənlərə  əziyyət  verir,  sataşır,  kefi 
istəyəndə  döyür,  tapança  ilə  təhdid  edirdi;  camaat  da  onu  görəndə  yolunu 
dəyişdirib  xatadan  qaçırdı.  Kürən  qoçu  salam  verib  ötən  adamı  söyüb 
incidirmiş  ki,  sən  kimsən  ki,  mənə  salam  verirsən,  salam  verməyənləri 
döyürmüş  ki,  məni  aya  salmırsan.  Harınlıqdan  lap  qudurmuşdu.  Özü  də  çox 
yekəpər,  həm  də  çox  güclü  imiş,  yaxşı  da  nişan  alırmış.  Qoçubaşılar  belə 
vaxtda ona baş qoşmaz, ötüb keçərdilər. 


35 
 
Realni  məktəbin  son  sinif  şagirdlərindən  biri  Qurubağdan  keçəndə 
Kürən  qoçu  onun  qabağını  kəsib  çənəsinin  altını  əlləyir;  o  zamanlar  bu,  çox 
böyük  təhqir  hesab  edilirdi.  Şagird  pərt  olur  və  evə  gəlib  əhvalatı  anası 
Fatmaya danışır. Ana tapançanı doldurub verir oğluna və deyir ki, «bu saat get, 
onu öldür, -  və qəzəblə əlavə edir, - öldürməsən, mən səni öldürəcəyəm». 
Oğlan əlində tapança qayıdır Qurubağa və Kürən qoçuya deyir ki, sən 
nə sürətlə mənim çənəmi əllədin, öldürəcəyəm səni. 
Kürən qoçu hırıldayıb oğlanı ələ salır, nataraz arxasını ona sarı çevirib 
əyilir və deyir: «Hünərin zar vur görüm... Sən yox, gərək dədən gələydi». 
Oğlan tətiyi basıb tapançadakı güllələrin altısını da qoçunun bədəninə 
boşaldır... Kürən qoçu elə oradaca ölür... 
Zəngin məhəllələr. Bir məhəlləni tutan, dörd fasadı, dörd əsas küçəyə 
baxan,  yiyələrinin  milyonlar  sahibi  olduğunu  uzaqdan  xəbər  verən,  qübbələri 
gümüş kimi parıldayan, çoxmərtəbəli, bərli-bəzəkli, insanı heyran edən şahanə 
imarətlər,  gündə  milyonlarla  gəlirin  haqq-hesabını  vuran  maliyyə,  ticarət, 
nəqliyyat,  eynilə  inzibati,  hərbi  və  mülkü  idarələrinin  bir  əfsanəvi  ad  daşıyan 
mehmanxana,        restoran,        lokanta,        kino,  teatr,  sirk,  dəbdəbəli  alış-veriş 
kantorları,  doğrama  qapılı  mağazalar,  ikimərtəbəli  pasajlar  və  bunlar  təki 
müəssisələr  şəhərin  mərkəzində  yerləşirdi.  Buradakı  döngə  və  küçələrin  - 
Nikolayevski,  Olginski,  Velikoknyazski,          Qarçakovski,      Sadovi,     
Naberejni,  II  Aleksandr,  Mixaylovski,  Krivoy,  Torqovi,  Telefonnı  - 
Romanovski    prospekt,  Vrangelski,    Qubernski    və  başqa  bu  kimi  adlar  da 
uzaqdan bu araların kübar məhəllələri olduğunu xəbər verirdi. 
Bu  küçələrdə  adamlar  qarışqa  təki        qaynaşırdı.  Dünyanın  bütün 
ölkələrindən  gətirilmiş  nəfis  ipək,  yun,  kətan,  pambıq  parçalar,  rəngarəng 
libaslar, ətriyyat, sabun, min bir çeşidli nəqşlərlə bəzədilmiş saxsı, çini, büllur, 
şüşə, gümüş, farfor qab-qacaq, şirmayı, kəhrəba, qızıl, mərcan qutuları və digər 
əşyaları  nə  təsvir  və  nə  də  sayıb  qurtarmaq        mümkün  idi.  Darçın,  zəfəran, 
mixək, kakao, hil, kofe və digər ədviyyatın ətri adamı uzaqdan vururdu. 
Avropa  ölkələrindən  gətirilmiş  mebellər,  Rusiya  xəzləri,  İran  və 
Azərbaycan xalı və xalçaları, tirmə şallar, Türküstan parçaları, buxara  dəriləri, 
yemiş meyvələri, Səmərqənd, Xivə, Xarəzm malları, Fransadan - Liondan    və 
İrandan – Həmədandan gətirilmiş xrom, şavro, gön, tumac və lak ayaqqabılar, 
çin  və  alman  farforları,  çin,  seylon,  hind  çayı  və  digər  ölkələrin  malları 
müştərini  uzaqdan  valeh  edirdi.  Məşhur  apteklər,  fotoqraf  dükanları,        dərzi 
emalatxanaları,  arvad  bəzəkxanaları,  kişi  bərbərxanaları  mərkəzdə,  varlılar 
yaşayan  məhəllələrdə  idi.  Meyvə-tərəvəz  satılan  dükanlarda  ilin  bütün 
fəsillərində  növbənöv  təravətli  meyvələr  almaq  mümkün  idi;  vitrinlərə  büllur 
bəzəkli  çini,  saxsı  vazalarda  qoyulmuş  lətif,  əla  növlü  hulu,  şaftalı,  üzüm, 
qovun, xiyar, alma, armud, heyva, nar, narınki, min bir bağ-bağçadan, iqlimdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə