Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   11   12   13   14   15   16   17   18   ...   110

32 
 
xərc-xuracatı  puça  çıxardı.  Tiryəkilər  axırda  var-yoxdan  çıxar,  dilənçiyə 
çevrilər,  cır-cındır  içində  qalardılar;  tiryək  səmi  gələndə  əsim-əsim  əsərdilər. 
Taqətdən  düşər,  iş  qabiliyyətini  və  bütün  iqtidarlarını  itirərdilər.  Bu,  dəhşətli 
faciə idi. 
İçərişəhərdə  Şişəli  karvansara  vardı  ki,  hücrələrinin  bəzilərində 
pəncərə  əvəzinə  damda  şişə  fanarlar  düzəltmişdilər.  Ona  görə  də  «Şişəli»  ad 
qoymuşdular.  İçərişəhərdə  başqa  bir  əyləncə  evi  də  vardı  -  «Pilləkanlı 
meyxana» deyərdilər. Girəcəyin üstündə hüsnxətlə iri ərəb hərflərilə: «Yüknən 
girən taynan çıxar, taynan girən haynan çıxar» yazmışdılar. 
Bu  növ  əyləncə  evlərini  nəzərə  çarpdırmaq  üçün  damlarında  uzunu-
eni bir metr, metr yarım, hündürlüyü də bir metr olan xüsusi fanarlar düzəldib 
əlvan şüşələr salar və gur lampalarla işıqlandırardılar. 
Meydanlara  nə    vaxt  gəlsəydilər  bir  neçə  yerdə  yığıncaq  görə 
bilərdilər. Falçılar, sehrkarlar,  ilan ya da  meymun oynadanlar,  qəsidə oxuyan 
dərvişlər  camaatı  başlarına  yığıb  məşğul  edər,  sonra  da  pul  yığardılar.  Çoxlu  
müsəlman aşxanası, pitiçi, kababçı,  kəlləpaz vardı. Aşpaz Ələkbər yalnız plov 
bişərərdi; səkidə dayanıb qışqırardı: «Ay camaat, plov hazırdır!.. Gəlin isti-isti 
yeyin!  Zəfəranlıdır,  ləzzətlidir!..  Bu  gün  plov  yeməsəz,  sabah  onu  sizə  çilov, 
biri gün dovğa yedizdirəcəyəm». 
Meydanlarda  tez-tez  it  boğuşdurur,  qoç  döyüşdürür,  xoruz 
vuruşdururdular. Belə   vaxtlarda  mərəkə  qopardı. 
Milyonçuların, qoluzorbaların arasında itbaz, qol döyüşdürən, quşbaz, 
xoruzbaz  vardı.  Bekar,  harın,  tüfeyli  adamlar  əyləncə  axtarırdılar.  İtlər 
boğuşanda,  xoruzlar,  qoçlar  döyüşəndə  tez-tez  dava  düşərdi,  mərəkə  qopar, 
savaşardılar, adam tələf olardı. Çox vaxt əvvəlcədən münsiflərə pul basırdılar 
ki,  yalan  rəy  versinlər.  Kasıbın  iti,  ya  qoçu,  varlı  adamınkına  üstün  gələndə, 
tapançanı  çıxarıb  yazığın  itini,  qoçunu  elə  yerindəcə  gəbərdirdilər.  Xoruzu, 
qoçu, iti uduzan məhəllə o gecə zülmətə qərq olar, çıraq yandırmazdılar. Udan 
məhəllədə isə əksinə, çıraqban, şənlik, şadyanalıq olardı, çalıb oxuyardılar. 
Buxara  dəriləri  alverçisi  bir  papaqçıya  Türküstandan  dostu  və 
müştərisi qəşəng bir buxara quzusu hədiyyə gətirir. O da şüşəbənddə bu quzu 
üçün  xüsusi  yer  düzəldir  və  orda  saxlayır;  amma  otaqlara,  salona  buraxmır. 
Harın bəslənən quzu böyüyür, nəhəng bir qoç olur, adı şəhərdə dillər əzbərinə 
çevrilir.  Günlərin  birində  salonun  qapısı  açıq  qalır,  qoç  girir  salona,  birdən 
tavana  qədər  ucalan  bədənnüma  daş  güzgüdə  əksini  görür,  başqa  qoç  hesab 
edib qabağa keçir, güzgüdəki qoç da ona yaxınlaşır. Qoç qəzəblənib geri çəkilir 
və  hücuma  keçib  var  qüvvəsilə  güzgüyə  elə  bir  kəllə  vurur  ki,  bədənnüma 
güzgü tikə-tikə olub cingiltiylə döşəməyə tökülür, ətrafa səpələnir. Ev sahibləri 
dəhşətə  gəlib  hadisə  yerinə,  salona  qaçırlar,  görürlər  ki,  qoçun  kəlləsi  al  qan 
içindədir. 


33 
 
Arvad  hesabına  yaşayan  kişilər.  Belələri  bir-iki  dəst  yaxşı  paltar, 
papaq, çəkmə, palto, çox vaxt çuxa, arxalıq, qurşaq düzəldib dövlətli əri ölmüş 
dul  arvadı  alar  və  onun  hesabına  firavan  dolanardı.  Arvad  da  camaatın  ağzını 
yummaq  üçün  deyərdi  ki,  evdə  başı  papaqlı  olmalıdır,  böhtançı  dedi-
qoduçuların ağzını  yummaq  üçün dul arvadın üstündə  bir mötəbər kişinin adı 
lazımdır. Elə ki, kef çəkib sərvətin axırına daş atardı, pul qurtarardı, kişi xırda 
bir şeyi bəhanə  tutub küsər və  evdən  gedərdi,  pusquda  duran tülkü təki digər 
ölən varlı kişinin arvadına müştəri düşür, evlənərdi. 
Toy  və  kef  məclisləri.  O  həftə  olmazdı  ki,  Məhərrəm  mərasimi  və 
orucluq ayı istisna olmaqla, bu və ya digər məhəllədə və ya da bir neçə yerdə 
belə  məclislər  qurulmasın.  Çuvallar  dolusu  düyü  arıtlanar,  qoçlar,  toğlular, 
toyuq-xoruzlar  kəsilərdi.  Bir  neçə  yerdə  ocaqlar  qalanar,  irili-xırdalı  qazanlar 
asılardı. Xörəklərin, ədviyyatın ətri yeddi məhəlləyə yayılardı. 
Xalılar-xalçalar döşənər, stullar qoyular, hərə öz  mövqeyinə görə yer 
tutardı.  Qarabağdan,  bəzən  Şirazdan  xanəndələr,  sazəndələr  dəvət  edilərdi. 
Oynayan  oğlan  (mütrüb)  və  qızlar  (çəngi)  çağrılardı.  Mütrübləri  İraqdan, 
çəngiləri isə Tiflisdən gətirərdilər. 
Mütrüblərin  əla  növlü  ipək  və  yundan  xüsusi  libasları  vardı:  dar 
şalvar, dar köynək, onun aşağısında bir qarış enliyində zərli-zibalı qırçın, qızılı 
baftadan kəmər, qismən dikdaban ayaqqabı. 
Çəngilər başdan-ayağa ipək tül və ya da qazdan rəqqasə libası geyinər, 
yarımüryan  olardılar,  güləbətin,  xara,  ya  da  baftadan  dikdaban  ayaqqabıda, 
geyimləri  zərli-zibalı  parçalarla  bəzədilərdi.  Başlarında  daş-qaşlı    çutqular, 
üzləri ənnik-kirşanlı, gözləri sürməli-vəsməli, saçlar hörük-hörük, qulac-qulac. 
Rəqs  zamanı  çəngini  «ağpapaq»  adlanan  kişi  müşayiət  edərdi.  Ağpapaqların 
əynində  gümüş  vəznəli  ağ  çuxa,  başlarında  təpəsində  qırmızı  məxmərli  iri 
ağpapaq,  məxmərin  üstündə  güləbətin  xaç,  ayaqlarında  məs,  bellərində 
təkbənddən  sallanan  gümüş  xəncər  olardı. 
Belə məclislər əksərən dava-dalaşla qurtarardı; adətən dava da mütrüb 
və  ya  zənginin  oynamağı  üstə  düşərdi:  biri  deyərdi  mənim  qabağımda  oyna, 
digəri tələb edərdi yox, gərək mənim qabağımda oynayasan; iş atışmaya, ölüb-
öldürməyə çıxardı. 
Qoluzorbalar  tez-tez  acıqdan  mütrübün  saçlarını  qırxdırıb  tökərdilər 
yerə.  Mütrüb  dörd-beş  yumurta  sarısını  mis  qabda  yandırıb  şirəsini  çıxardar, 
on-on beş gün tez-tez başına sürtərdi; saç tez, həm də daha gur gələrdi. 
Qoçular.  Çəmbərəkəndli  Kərbəlayı  Gülü  qoçular  barəsində  ətraflı 
danışardı:  «Qobustan tərəfdən, Qoçu  adında  iyirmi  -  iyirmi beş yaşlarında  bir 
gədə  gəlmişdi  Bakıya.  Arabaçı  idi.  Bərkə-boşa  düşüb,  özünü  göstərirdi.  Çox 
güclü,  həm  də  ötkəm  idi.  Söz  tərs  gələn    kimi  tərəf  müqabili  şapalaqlayırdı. 
Kürəyini yerə qoyan yox idi. Deyirdilər ki, həzrəti Əli əleyhisalam onu yuxuda 
kəmərbənd  edib,  kürəyində  İmam  Əlinin  pəncəsinin,  beş  barmağının  izi  var. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə