Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   13   14   15   16   17   18   19   20   ...   110

36 
 
xəbər  verir,  insanı  məftun  edirdi...  Əlbəttə,  təbiətin  bütün  bu  nemətləri  kübar 
şəxslərin, yüksək rütbəli məmurların nəsibi idi. 
Olkinski  küçəsində  bir  neçə  zərgər  mağazası  vardı,  brilyant,  mirvari, 
yaqut  və  zümrüdü  yalvara-yalvara  satırdılar.  Xüsusi  dükanlar  vardı  ki, 
dünyanın hər yerindən gətirilmiş saatlar vardı. 
Dəbdəbəli  dəllək  dükanlarının  divarlarındakı  daş  güzgülər,  səkkiz-on 
qəndilli  çilçıraqlar  göz  qamaşdırır,  məxmər,  xara,  atlas  pərdələr,  rəngarəng 
ağamlardan qayrılmış mebellər müştərini heyran edirdi. 
Adı  dillər  əzbəri,  beş-altı  iri  vitrinli,  bütün  Avropa  və  Asiya 
dərmanları və məlhəmləri tapılan əczəxanalar da bu arada idi. Buraya dünyanın 
hər yerindən dava-dərman, ot-çiçək dərmanları gətirilirdi. 
Məşhur  məlhəmçi  Ağa  Ərzumanın  tək  qapılı  «Məlhəm»  dükanında 
qəribə müalicə üsulu vardı - yaraya özü baxıb, məsləhət bildiyi məlhəmi qoyar, 
sarıyar və pulunu alardı. 
Bazar (Hüsü Hacıyev) küçəsində Həkimov qardaşlarının  məşhur şərq 
davaxanası «Əttar» da dillər əzbəri idi; burada ağac, kök və hər növ digər təbii 
dərmanlar satılırdı. Gül və ədviyyat ətri adamı uzaqdan vururdu. 
Haşımov  (Gənclər)  meydanından  başlamış  Velikoknyaz  (Zevin) 
küçəsinədən  üzüaşağı  düşən  əyri  döngədə  ona  qədər  sərraf  dükanı  vardı. 
Dünyanın  çuval,  kisə  və  qutular  dolusu  bütün  valyutalarının,  əskinas  və 
sikkələrinin qızğın alış-verişi kedirdi. 
Bir  sərraf  Hacı  var-yoxunu  qızıl  pula  verib  seyfdə  gizlədir.  Birdən 
qızılın  məzənnəsi  düşür,  kişi  qorxudan  dərd  tapır.  Cavanlar  növbə  ilə 
yaxınlaşıb təsəlli verirmiş kimi: «Hacı, darıxma, qalxar» deyə kişini iki mənalı, 
eyhamlı sözlərlə daha da dilxor edirdilər. 
Bir  neçə  mağaza  barədə  xüsusi  danışmağa  dəyər.  Fərhadzadələrin 
«Hacı,  bəri  bax»  bəzzaz  mağazası  «Metropol»  mehmanxanasının  (Nizami 
muzeyi) altında  idi; dünyanın  ən zərif ipək,  yun və  pambıq parçaları satılırdı. 
Bostaqanovun  mebel  dükanı  «Qrand  Otel»  mehmanxanasının  (Caparidze 
küçəsindəki Nizami muzeyi ilə üzbəüz iki mərtəbəli böyük bina) altında idi; o, 
əla  növlü  rus,  fransız,  macar,  ingilis  və  digər  ölkələrin    ən  yaxşı  yumşaq 
mebelini satan tacir hesab edilirdi. 
Olkinski  (Caparidze)  küçəsinin  ortasında  fransız  taciri  «Obon 
Marşe»nin  mağazası  bütün  məhəlləni  tuturdu;  burada  yalnız  fransız  malları 
satılırdı:  misli olmayan hər  növdə  və  hər rəngdən  üst köynəyi, qalstuk, qadın 
xalatları,  gecə  köynəkləri,  alt  paltarlar,  arvad  və  kişi  corabları,  bəzək  əşyası, 
ənnik,  kirşan,  min  cür  başqa  ətriyyat,  qutuların  naxışları,  büllur  şüşələrin 
formaları, rəngi, şəffaflığı insanı valeh edirdi. 
«Obon  Marşe»    firması  ilə  rəqabət  aparan  «Bəradəran  Ağasıyev» 
küçənin  o  tayında  rəqibinin  dükanı  ilə  üz-üzə,  üç  qapılı  mağaza  açmışdı; 
Moskvaya,  İstambula  Peterburqa,  Tehrana,  İzmirə,  Parisə,  Varşavaya,  Nijni 


37 
 
Novqoroda  tez-tez  səfər  edib  əla  növlü  köynək,  qalstuk,  alt  paltarı  gətirib 
satılırdı;  özü  də  malın  keyfiyyətini  nümayiş  etdirmək  üçün,  reklam  məqsədilə 
parçanı qıfvari düzəldib, yuxarıdan enli, aşağı tərəfdən nazik edər,  iplə bağlar 
və içinə su doldurardı, altına da tas  qoyurdular ki, müştərilər  görsün ki, parça 
necə saf, necə möhkəmdir, su buraxmır. 
Tağıyev pasajında (Köhnə  univermaq) Dorojnov hər növ hazır paltar 
satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar,.. 
Satıcıların  hər  fəsil  üçün  paltarları  vardı;  özləri  də  çox  şey  alan 
müştəriyə kömək edər, küçəyə qədər yola salar, hətta faytona da mindirərdilər. 
Onunla  üzbəüz  üçmərtəbəli  binanın  altında  qoşa  qapılı  şirniyyat  dükanı 
dururdu, qəribə orası idi ki, nə vaxt alınsaydı - pirojna, tort, paxlava, pəşməy və 
s. isti olardı. 
Bu  dükanın  qonşuluğunda  «Koloniya  malları»  mağazası  vardı;  Yava 
adasından tutmuş Trabzona qədər dünyanın bütün tütün, papiros, siqar, siqaret, 
qəlyənlar  üçün  Şiraz  tənbəkəsi,  kakao,  qəhvə,  bütün  ədviyyat  və  s.  mallar   
satılırdı;   bunların   ətri   bütün   məhəlləyə  yayılırdı. 
Şəhərdə  çoxlu  fotoqraf  vardı.  Kuliyev,  Kakavixin  və  David 
Rostamyan  dillər  əzbəri  idi.  Bu  üç  fotoqrafın  müştəriləri  neftxudalar, 
mülkədarlar, zəngin təsirlər, yüksək rütbəli məmurlar, gəmi sahibləri, bir sözlə 
seçilmiş adamlar idi. 
Kuliyevin  foto  emalatxanası  Nikolayevski  (Kommunist)  küçəsində, 
Kakavixininki isə Krivoy küçədə (indi o məhəllə yoxdur), David Rostamyanın 
emalatxanası Marinsk (Karqanov) küçəsilə  Torqovi (Nizami) küçənin tinində, 
ikimərtəbəli  binada  idi.  Bu  emalatxanalarda  əlaltılar  işləyər,  sifariş  qəbul 
edərdilər. İri portretlər, ailə şəkilləri,  venetkalar hazırlayardılar. Qiymətləri  də 
baha  idi.  Üst  mərtəbədəki  altıotaqlı  mənzildə  David  yaşayırdı  və  çox  hörmət 
etdiyi dövlətliləri, yüksək mənsəb sahiblərini özü qəbul edər, sifariş  götürər və  
hazırlayardı.  Gödəkboy,    çənəsində  balaca  saqqalı,    burma    bığı    vardı,    başı 
yekə,  qarnı  şişman.    Evlənməmişdi.  Hər    barədə  usta,  püxtə  adam  idi.  İran 
təbəəsi  olduğundan,  konsulla  bərk  dostluğu  vardı;  üst  mərtəbədə  əli  altında 
yeddi-səkkiz qız işləyirdi, hamısı da bir-birindən gözəl,  göyçək, məlahətli... 
Bir dəfə qızlar Davidin başına oyun açmışdılar. Həmişə şərabı gümüşə 
tutulmuş  bəzəkli  buynuzda  içərdi.  Qızlar  onun  buynuzuna  oxşar  buynuz 
qayıtdırıb,  ucuna  yivli  düymə  saldırırlar.  Məclislərin  birində  qocanı  içirdib 
kefləndirir, girəvəyə salıb buynuzun ucundakı yivli düyməni boşaldırlar, şərab 
axıb  Davidin  şalvarını  isladır.  Haramzada  qızlar  əl-ayağa  düşüb,  cəld  kişini 
soyundurub  paltarını  dəyişdirmək  bəhanəsilə  onun  yarımçılpaq,  şalvarsız 
şəklini çəkirlər. 
Elə  ki,  o  özündən  çıxıb  qızlara  acıqlanardı,  darabara  salıb  işdən 
çıxarmaqla  təhdid  edərdi,  qızlar  da,  bir  dəstə  qızın  arasındakı  yarımüryan 
fotonu  İran  konsuluna  və  şəhərin  mənsəb  sahiblərinə,  nüfuzlu  dövlətlilərə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə