MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
90 
götürəcəyini  bildirdi.  Bundan  sonra  Tərlan  Süleymanın  niyə 
dəfələrlə Rusiyaya gedib-gəlməsi ilə maraqlandı. 
-  Dediniz  ki,  noyabrın  sonunda  babanızın  vəfatı  ilə  əlaqədar 
olaraq  Dağıstana  getmisiniz.  Bu  haqda  zəhmət  olmasa  bir  az 
geniş məlumat verin. 
-  Anamın  ailəsi  və  digər  yaxınları  hal-hazırda  Dağıstanda  – 
Xasavyurdda  yaşayırlar.  Amma  onlar  da  əvvəlcə  burada 
yaşayırdılar.  Noyabrın  25-də  xəbər  gəldi  ki,  babam  rəhmətə 
gedib. 
- Allah rəhmət eləsin. 
-  Allah  sizin  də  ölənlərinizə  rəhmət  eləsin.  Bu  xəbəri  alan 
kimi  dərhal  ora  yola  düşdüm.  Yas  mərasimi  yekunlaşandan 
sonra  dekabrın  üçündə  artıq  Bakıya  qayıtdım.  Çox  qala  da 
bilməzdim.  Çünki  gedərkən  burdakı  obyektlərimi  kiməsə 
tapşırmamışdım.  Ona  görə  də  tələsik  geri  qayıtmalı  oldum. 
Bundan sonra baş verənlərdən də xəbəriniz var.  
- Xarici pasportunuza baxmaq olar ? 
- Əlbəttə, olar. 
 
Süleyman  yenə  də  yan  otaqlardan  birinə  keçərək 
pasportunu gətirdi. Pasportu diqqətlə nəzərdən keçirən Tərlan 
Süleymanın  dedikləri  tarixlərlə  onun  həm  İrana,  həm  də 
Rusiya  Federasiyasına  getdiyi  tarixlərin  üst-üstə  düşdüyünü 
gördü.  O,  heç  bir  yanlış  məlumat  verməmişdi.  Deməli, 
Rasimin  oğlu  İbrahimin  Moskvada  öldürüldüyü  vaxt 
Süleyman artıq Azərbaycanda olmuşdu. Daha burda qalmağın 
əbəs  olduğunu  hiss  edən  Tərlan  ayağa  qalxmaq  istəyirdi  ki, 
birdən Süleyman ona bəlkə də gözləmədiyi bir sualı verdi. 
-  Yoldaş  müstəntiq...  Anladığım  qədər  deyəsən  bu 
cinayətlərdə məndən də şübhələnirsiniz ? 
 
Tərlan bir balaca duruxsundu. Beynində bir-iki saniyə 
nə  cavab  verəcəyini  fikirləşdi.  Amma  vəzifəsinin  tələblərinə 
uyğun  olaraq  o  hər  şeyi  olduğu  kimi  Süleymana  deyə  də 
bilməzdi. Sonra gülümsünərək: 
-  Yox,  nə  danışırsınız.  Sadəcə  olaraq  istintaqın  gedişində 
ortaya  çıxan  bəzi  faktları  dəqiqləşdirmək  və  sizi  get-gələ 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
91 
salmamaq üçün həmin faktların doğruluğunu öyrənmək üçün 
bura gəlmişəm. 
- Təki elə olsun. 
- Daha mən gedim. 
-  Mən  də  sizinlə  bir  yerdə  çıxım.  Bura  kimi  gəlmisiniz,  artıq 
nahar  vaxtıdır.  Çıxaq  dəniz  qırağına.  Oradakı  restoranlardan 
birində nahar edərik. 
-  Çox  sağ  olun,  Süleyman.  Heç  bir  şeyə  ehtiyac  yoxdur. 
Çalışın  tezliklə  tamamilə  sağalıb  yenidən  İrana  qayıdın. 
Dediyiniz  həkimin  qəbulunda  olun.  Həmin  həkim  də  söz 
verdiyi  kimi  sizin  ayağınızı  müalicə edib,  əvvəlki  görkəminə 
qaytarsın. 
 
Bundan sonra Tərlan ayırdığı vaxta görə Süleymana öz 
minnətdarlığını bildirərək, onun mənzilini tərk elədi. 
Novxanıdan  Bakıya  qayıdarkən  Tərlan  yol  boyu 
Süleymanla  bağlı  axlına  gələn  fikirləri  bir-bir  çıxdaş  etməyə 
başladı.  Birinci  cinayətdə  Bahaduru  qətlə  yetirərək  Bayıl 
yamacına  atan  cinayətkar  ayağına  “BOT”  (potinka) 
geyinmişdi.  Onun  ayaq  izlərinə  çolaq  adamın  ayaq  izlərinə 
bənzəmirdi.  İkinci  cinayətədə  idmançı  Rəvan  Məmmədovu 
qətlə  yetirdiyi  zaman  qaraçı  geyimində  kameralara  düşən 
həmin  cinayətkarın  tamamilə  sağlam  olduğu  görünürdü. 
Bütün  bunlara  baxmayaraq,  Tərlan  Süleymana  qarşı  olan 
bütün  şübhələrini  aradan  qaldırmaq  üçün  onun,  həqiqətən, 
İrana  və  Rusiyaya  hansı  məqsədlərlə  getdiyini  araşdırmaq 
qərarına gəldi. 
Tərlan  bunun  üçün  heç  kimə  bildirmədən  Tehrandakı 
klinikilardan  birində  çalışan,  əyri  və  çolaq  ətrafların  (yəni 
qıçların) yenidən bərpası üzrə həkim və mütəxəssis olan və bir 
müddət  öncə  Süleymanın  qəbulunda  olduğu  həkimlə  əlaqə 
saxladı.  Həkim  hər  şeyi  dəqiqliklə  və  olduğu  kimi  Tərlana 
izah etdi. Araşdırmalar zamanı onun adlarını qeyd etdiyi İran 
(əslində  Cənubi  Azərbaycan)  şəhərlərində  olduğu  da 
dəqiqliklə sübut olundu. Eyni zamanda Süleymanın həqiqətən 
babasının  yas  mərasimi  ilə  əlaqədar  Rusiya  Federasiyasında, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
92 
Dağıstanın  Xasavyurd  rayonunda  olduğu  da  öyrənildi. 
Dağıstandan qayıtdığı gün (3 dekabr 2012) o öz evi qarşısında 
avtoqəza etmiş. Bir gün Xırdalan şəhər xəstəxanasında qalmış, 
daha sonra isə müalicəsini evində davam etdimişdi. 
Avtoqəzadan  sonra  ev  şəraitində  yataq  rejimində 
olarkən  bir  dəfə  belə  Süleymanın  telefonunun  şəbəkə 
siqnalları  onun  evindən  kənara  ayrılmamışdı.  Deməli, 
Rasimin  oğlu  İbrahimin  uşağının  öldürüldüyü  ərəfədə  və 
gündə Süleyman öz evində olmuşdu. 
Tərlan  hətta  Süleymanın  xəbəri  olmadan  ekspert 
vasitəsilə  onun  avtomobilinə  (TOYOTA  PRADO)  də  baxış 
keçirdi. Onun məqsədi bu idi ki, nə vaxtsa bu avtomobil başqa 
rəngə - xüsusilə qara rəngə boyanıbmı? Amma ekspert bildirdi 
ki,  bu  avtomobilin  rəngi  heç  vaxt  dəyişdirilməyib.  Çünki 
avtomobil  üzərində  üst-üstə  vurulmuş  ikinci  və  ya  üçüncü 
boyaya  rast  gəlinmədi.  Tərlanın  Süleymanla  bağlı  apardığı 
bütün araşdırmalar öz təsdiqini tapmadı. 
Tərlanın 
“Çolaq 
Süleyman”la 
bağlı 
şəxsi 
araşdırmalarının  davam  etdiyi  bir  zamanda,  onunla  yanaşı 
prokurorluq və daxili işlər orqanlarının əməkdaşları törədilən 
cinayət  aktları  ilə  bağlı  təhqiqatlarını  davam  etdirirdilər.  Baş 
vermiş 
cinayət 
aktlarının 
açılması 
üçün 
Rusiya 
Federasiyasının Moskva şəhərinin Daxili İşlər Orqanları ilə də 
əlaqə  yaradılmışdı.  Lakin  iki  ölkənin  əlaqədar  orqanların  8 
aylıq istintaq işi (2013-cü il, yanvar – avqust ayları arasında) 
heç  bir  nəticə  vermədi.  Hətta,  ayrı-ayrı  cinayət  aktlarının 
açılması  üzrə  ixtisaslaşmış  respublika  üzrə  ən  görkəmli 
ekspertlər  belə  törədilən  bu  cinayət  işlərinin  üstünü  açmaqda 
heç bir nəticəyə gələ bilmədilər. 
Yalnız  bir  fakt  məlum  idi  –  hər  bir  cinayət  aktı  elə 
ustalıqla  törədilmişdi  ki,  qatil  ortalıqda  onu  ələ  verəcək  çöp 
belə  saxlamamışdı.  Bu  da  onu  göstərirdi  ki,  qatil  hər  bir 
cinayət  aktını  əvvəlcədən  planlaşdırıb.  Bəlkə  də,  hər  bir 
cinayəti  həyata  keçirmək  üçün  hazırladığı  plan  üzərində 
nəinki  aylarla,  hətta  illərlə  işləyib.  Qurbanlarını  harada  ələ 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə