MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   27   28   29   30   31   32   33   34   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
103 
nahiyəsinə nəyi var bir zərbə  endirdim. Rəvan da bir müddət 
öncə  qətlə  yetirdiyim  Bahadur  kimi  tir-tap  yerə  sərildi.  Mən 
isə  dərhal  trenajor  zalının  qapısını  bağlayaraq,  işıqları 
söndürdüm. Bahaduru  ələ keçirdikdən sonra etdiyim  hərəkəti 
burda  da  tətbiq  etdim.  Rəvanın  valideyninə  onun  adından 
mesaj  yazıb  onun  evə  gec  gələcəyini  bildirdim.  Sonra  isə 
içəridə  əlimə  keçən  ağır  nə  var  idisə  hamısını  onun  üstünə 
tökməyə  başladım.  Rəvanın  bədənində  bir  dənə  də  olsun 
salamat qala biləcək sümük buraxmadım. 
Bu cinayətdən sonra mən anladım ki, hüquq mühafizə 
və  prokurorluq  orqanlarının  nümayəndələri  bütün  nəzərlərini 
Bahadur  və  Rəvan  dost-tanışlarına  və  onların  digər  yaxın 
ətraflarına yönəldəcəklər. Mən özüm də daxil olmaqla bu işdə 
günahkar  ola  biləcək  və  ya  məlumatı  ola  biləcək  bütün 
şəxsləri prokurorluğa çağıraraq sorğu-sual etdiniz. 
Siz  növbəti  cinayətin  yenə  də  Bakıda  baş  verəcəyini 
gözlədiyiniz bir məqamda mən bu dəfə Moskvaya yollandım. 
Quru  yolla  dövlət  sərhədini  qeyri-qanuni  keçərək  Rusiya 
Federasiyası  ərazisinə  daxil  oldum.  Növbəti  qurban  kimi  isə 
çoxdandı  həmin  şəhərdə  yaşayan  İbrahimi  seçmişdim.  Çünki 
bu  dəfə  Bakıda  cinayət  törətməklə  birbaşa  həbsxanaya 
yollanacağıma  qəti  əmin  idim.  Əslində  isə  mənim  Bakıda 
qətlə yetirəcəyim şəxs qalmamışdı. 
Bundan  öncə  də  dəfələrlə  həmin  istiqamətdən  sərhədi 
qeyri-qanuni  keçərək  Rusiya  Federasiyası  ərazisinə  daxil 
olmuş və Moskvaya getmişdim. Məhz buna görə də İbrahimlə 
bağlı  kifayət  qədər  məlumatım  var  idi.  Öyrəndim  ki,  həmin 
vaxtlar İbrahim atası ilə birlikdə Moskva ətrafında avtomobil 
alıb-satmaqla  məşğul  olur.  Məhz  buna  görə  də  İbrahimi  elə 
avtomobillə qətlə yetirməyi qərara aldım. 
Hər  şeyi  planlı  şəkildə  etmişdim.  Ona  görə  də 
Moskvada  cinayət  törətdikdə  belə  cinayətkarın  əslində  kim 
olduğunu hər iki ölkənin hüquq mühafizə orqanları  müəyyən 
edə bilməmişdilər. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
104 
Onu  da  qeyd  edim  ki,  Rəvanı  və  İbrahimi  qətlə 
yetirərkən  heç  tüküm  belə  tərpənmədi.  Çox  soyuqqanlı 
olmuşdum.  Çünki  içimdəki  qorxu  hissini  birinci  cinayəti 
törədərəkən, yəni Bahaduru qətlə yetirərkən öldürmüşdüm. 
Yəqin siz bundan sonra çox gözlədiniz ki, mən növbəti 
dəfə kimisə qətlə yetirim. Yəqin ki, bundan ötrü çoxlu adamı 
gizlincə  izlədiniz,  telefon  danışıqlarını  dinlədiniz  və  hər  bir 
hərəkətinə  göz  qoymağa  başladınız.  Amma  bu  mənim 
sonuncu  cinayətim  idi.  Artıq  mənim  qətlə  yetirəcəyim,  qisas 
alacağım  kimsə  qalmamışdı.  Sonuncu  cinayətimi  törətdikdən 
sonra isə rahat nəfəs almağa başladım. 
 
 
 
 
 
Yaxşı  bəs  kim  idim  mən  ?  Niyə  3  cinayətdən  sonra 
mənim kimliyimi müəyyən edə bilməmişdiniz Bu cinayətləri 
nəyə görə törədirim ? 
 
 
 
Bütün  cinayətləri  törədən  mən  idim,  şəxsən  mən 
özüm.....  
“Çolaq  Süleyman”.  Bəlkə  də  inanmayacaqsız,  amma 
bu həqiqətdir. Bir vaxtlar “Ləzgi Süleyman”, ardınca “Yetim 
Süleyman”  adlandırılan  sonda  isə  “Çolaq”  kliçkasına  sahib 
olan  şəxs.  İndi  hər  şeyin  əsl  səbəbini  sizə  lap  başdan  izah 
edəcəm. 
1991-ci  il  idi...  Hələ  uşaq  idim,  orta  məktəbin  II 
sinfində  oxuyurdum.  Həmin  vaxt  Dağlıq  Qarabağdakı 
müharibə  gün  keçdikcə  daha  da  şiddətlənirdi.  Qarakənddə 
vertolyotun  vurulmasından  sonra  (20  noyabr,  1991-ci  il) 
könüllü  olaraq  cəbhəyə  yollananlardan  biri  də  mənim  atam 
oldu.  1992-ci  il  yanvarın  əvvəllərində  -  Yeni  ildən  bir  neçə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
105 
gün  sonra  atamın  ölüm  xəbəri  gəldi.  Həmin  vaxt  uşaq 
olduğuma  görə,  ölümün-itimin  nə  demək  olduğunu  başa 
düşmürdüm.  Ağlım  kəsmirdi,  atamın  yoxluğunu  dərk 
etmirdim.  Amma  artıq  atam  yox  idi  və  heç  vaxt  da,  geri 
qayıtmayacaqdı. 
Yeri  gəlsə,  mənim  atam  Qarabağdakı  müharibə 
getməyə  də  bilərdi.  Çünki  bizim  ailə  Xaçmaz  rayonunun, 
Xraxoba  kəndinin  sakinləri  idi.  Bu  kəndin  sakinləri  isə, 
Azərbaycan  Respublikasının  yox,  Rusiya  Federasiyasının 
vətəndaşları  sayılırdılar.  Bu  kənddən  olan  heç  kim 
Azərbaycan Respublikası qarşısında heç bir öhdəlik daşımırdı. 
Ona  görə  də  həmin  kənddən  heç  kim  Qarabağda  gedən 
müharibədə  iştirak  etməmişdi.  Ancaq  müharibə  başlayanda 
atam 
ermənilərin 
Dağlıq 
Qarabağda 
törətdiklərinə 
dözməyərək könüllü cəbhəyə yollandı. 
Nənəm, babam, anam eləcə də digər yaxın qohumlarım 
atamın  müharibəyə  getməsinə  qarşı  çıxanda  atam  onlara  qəti 
etirazını bildirmişdi. Onlar atama deyirdilər ki, biz bu dövlətin 
vətəndaşı  olmadığımıza  görə  niyə  onun  ordusununda  xidmət 
etməliyik.  Ancaq  atam  heç  kimin  sözünə  qulaq  asmadı  və 
könüllü  olaraq  cəbhəyə  yollandı.  Atam  onlara  etiraz  edəndə 
deyirdi ki: 
-Biz  bu  dövlətin  vətəndaşı  olmasaq  da,  onun  suyunu 
içir, çörəyini yeyir, havasını uduruq. Bir dövlət öz sərhədləri 
daxilində  yaşayan  bir  şəxs  üçün  bundan  artıq  nə  etməliydi. 
Ona  görə  də  mən  üzərində  yaşadığım  bu  torpağa  mütləq 
xidmət etməliyəm. Mən Azərbaycan Respublikasının vətəndaşı 
olmasam da, vətənim Azərbaycan idi. 
Mən  dünyaya  gəlməmişdən  uzun  müddət  öncə,  80-ci 
illərin əvvəllərində - hələ SSRİ-nin  mövcud olduğu vaxtlarda 
atam Bakıdakı zavodladan birində mühəndis işləyirdi. Bakıda 
işləyə-işləyə topladığı pulla Səbael rayonu ərazisində münasib 
bir  ev  alıbmış.  Özünün  dediyinə  görə  ev  alma  növbəsinə 
yazılmış,  amma  SSRİ-nin  dağılması  səbəbindən  ev  ala 
bilməmişdi.  Anam  isə  həmin  Xraxoba  kəndinin  ağsaqqalı  və 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə