MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   27   28   29   30   31   32   33   34   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
106 
həmin illərdə kənd sovetinin sədri işləyən bir kişinin qızı olub. 
Ata  babam  kənd  sovetinin  qapısına  elçilik  üçün  getdikdə 
nədənsə babam anamı atama verməyib. Atam da çarəni anamı 
götürüb  Bakıya  qaçmaqda  görüb.  Bundan  sonra  ana  babam 
atam  və  onun  ailəsi  ilə  düşmənə  çevrilib.  Uzun  müddət 
bizimlə  əlaqə  saxlamayıb.  Mən  isə  Bakıda  doğulmuşam  və 
orada  məktəbə  getmişəm.  Artıq  mən  valideynlərimdən  fərqli 
olaraq Azərbaycan Respublikasının vətəndaşı idim. 
Oxuduğum  sinifdə  11  oğlan  idik.  Danışığımda  ləzgi 
ləhcəsi  çox  hiss  olduğuna  görə,  məni  həm  yaşadığımız 
məhəllədə  və  elə  ilk  vaxtlardan  məktəbdə  də  Süleyman  yox, 
daha  çox  “ləzgi  Süleyman”  deyə  çağırırdılar.  Atam 
Qarabağdakı  müharibədə  döyüşməyə  gedən  zaman  bəzi 
uşaqların atası Rusiyaya qaçır, bəzilərinin atası qaçıb gizlənir, 
başqalarının  atası  isə  özü  üçün  əlillik  kağızı  düzəldirdi. 
Məktəbə  gəldikdə  isə  atalarının  necə  “qəhrəmanlıqla” 
gizləndiklərindən  doya-doya  danışırdılar.  1992-ci  ilin 
yanvarında  isə  atamın  ölüm  xəbəri  gəldikdən  sonra  adımın 
qarşısındakı “kliçka” dəyişdi. İndi məhəlləmizdə və məktəbdə 
məni  “ləzgi  Süleyman”  yox,  “yetim  Süleyman”  deyə 
çağırırdılar. 
Uşaq idim, həmin vaxtlar bu sözün o qədər də, fərqinə 
varmırdım.  Ümumiyyətlə,  ilk  vaxtlar  bu  sözün  nə  olduğunu 
belə  anlamırdım.  Yadıma  gəlir,  bir  dəfə  anamdan  bu  sözün 
mənasının  nə  olduğunu  soruşanda,  anam  özünü  saxlaya 
bilmədi,  saatlarla  ağladı.  Anam  hər  gün  ağlayırdı,  hər  saat 
ağlayırdı. 
Əri  Azərbaycan  uğrunda  döyüşən  və  qəhrəmanlıqla 
həlak olan bir qadın indi bircə oğlunu saxlamaq üçün, oğlunu 
təhsildən  ayırmamaq  üçün  xadiməliklə  məşğul  idi.  Anam 
həmin  vaxtlar  yığdığı  qəpik-quruşla  məni  güclə  saxlayırdı. 
Ana  babam  bizimlə  düşmənçiliyi  davam  etdirdiyinə  görə  ilk 
vaxtlar bizə bir qəpik belə yardım etmirdi. Eyni zamanda onun 
qorxusundan  anam  həmin  kəndə  də  qayıda  bilmirdi.  Ata 
babam  isə  hərdən  imkanı  düşdükcə  bizə  müəyyən  yardımlar 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
107 
edirdi. Amma ataları müharibədən qaçanlar, əvvəllər SSRİ-yə, 
sonra bir rəhbərə, daha sonra başqa birinə xidmət edənlər isə 
indi  Azərbaycanda  “xalq  qəhrəmanı”na  çevrilmişdilər.  İndi 
onlar  cah-cəlal  içində  yaşayırdılar.  Bu  torpaq  uğrunda  canını 
fəda edənin oğlu isə heç vaxt süfrə arxasından tox qalxmırdı. 
Sinifdə  parta  sındı  -  kim  elədi  “Yetim  Süleyman”. 
Şüşə  sındı  -  kim  elədi  “Yetim  Süleyman”.  Sinfi  kim 
qarışdırdı, dəhlizdə (yəni koridorda) kim qaçdı, kim səs saldı 
–  yenə  də  “Yetim  Süleyman”,  yenə  də  “Yetim  Süleyman”. 
Amma  bunların  heç  birisini  Süleyman  eləmirdi.  Niyə  bütün 
bunları  onun  üstünə  atırdılar.  Çünki  yetim  idi,  çünki  onu 
müdafiə  edəcək  bir  kimsəsi  yox  idi,  çünki  kasıb  idi.  Bəli, 
kasıb idi. Onun heç vaxt kiməsə verəcəyi “padarka”sı yox idi. 
Hər  bayramda  o  uşaqlar  ki,  məktəbdə  direktorlara, 
zavuçlara, sinif rəhbərlərinə hədiyyələr çatdırırdılar, indi onlar 
məktəbin  ən  “tərbiyəli”,  ən  “ağıllı”,  ən  “bilikli”  şagirdlərinə 
çevrilmişdilər.  Amma  partanı,  pəncərəni,  şüşəni  sındıranlar 
da, səs salanlar da, sinifi qarışdıranlar da elə onlar idi. Amma 
bütün  bunlara  görə  mən  cəzalandırılırdım,  mən  döyülürdüm, 
mən söyülürdüm, mən təhqir olunurdum. 
Düzdür,  uşaq  vaxtlarında  hər  kəs  kimlərləsə  dalaşır, 
vuruşur. Amma qətlə yetirdiyim həmin o 3 oğlan isə məktəbi 
bitirənə qədər mənimlə düz gəlmədilər. Amma dözürdüm, heç 
kimə  demədən,  heç  kimə  bildirmədən  dözürdüm  və  siz  bu 
cümlələri oxuyana qədər bütün bu olanları heç kimə demədən 
öz  içimdə  saxlayırdım.  Yalnız  bir  şeyin  xətrinə  -  ancaq 
dərslərimə görə. 
Bütün  günümü  ancaq  dərslərimə  həsr  etmişdim. 
İstəyirdim  ki,  Ali  Hərbi  Akademiyaya  daxil  olub,  zabit  kimi 
Azərbaycan  Respublikasının  ordusu  sıralarında  xidmət  edim. 
Atam kimi mən də ömrümün sonuna qədər, son damla qanıma 
kimi  bu  torpağa,  doğma  vətənimə  xidmət  etmək  istəyirdim. 
Düşmənlərimizdən  atamın  qisasını  almaq  istəyirdim.  Ölən 
günümə  qədər  Azərbaycan  ordusunun  sıralarında  xidmət 
etməyə  hazır  idim.  Amma  “qudurğan”,  “papanın  gül  balası” 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
108 
olan  bir  neçə  sinif  yoldaşım  buna  da  imkan  vermədi.  Bu 
arzumu da ürəyimdə qoydular. 
2000-ci  il,  mayın  30-u,  məktəbdəki  son  zəngimizdən 
bir gün öncəsi idi. Sevinirdim... 
Sevincimin  əsl  səbəbi  isə  zəhlətökən  11  illik  məktəb 
həyatından  qurtulmağımda  idi.  Həm  də  “Ali  Hərbi 
Akademiya”ya  sənədlərimi  vermişdim  və  bir  neçə  gün  öncə 
həmin akademiyaya sənəd verənlər arasında təşkil edilə fiziki 
hazırlıq  məşğələsində  ən  yüksək  nəticəni  şəxsən  mən 
göstərmişdim.  Əslində  başqa  cür  ola  da  bilməzdi.  Çünki  XI 
sinifə  başlayan  kimi  akademiyadan  fiziki  hazırlıq 
məşğələsinin  proqramını  götürmüşdüm.  Bütün  il  boyu  məşq 
edərək  fiziki  qabiliyyətimi  kifayət  qədər  yüksəltmişdim. 
Qarşıda  ən  çətini  ancaq  test  imtahanları  qalırdı.  Amma 
bilirdim ki, bu imtahanlardan da keçərək Hərbi Akademiyanın 
tələbəsi olacağam. Amma son zəngdən bir gün öncə baş verən 
növbəti ağır hadisə bu arzumu ürəyimdə qoydu. 
Həmin  gün  günortadan  sonra  idi.  Evdə  idim, 
kitablarımı  qarşıma  tökərək  dinclik  bilmədən  imtahanlara 
hazırlaşırdım.  Gördüm  ki,  kitablarımın  bəziləri  yoxdu. 
Yadıma  düşdü  ki,  həmin  kitablar  məktəbdə  qalıb.  Evdən 
çıxaraq məktəbə yollandım, sinifimizə daxil olaraq kitablarımı 
götürdüm.  Sinfimizdən  çölə  çıxdıqda  məktəbin  içində 
Bahadur, Rəvan və İbrahimlə rastlaşdım. Onlar həmişəki kimi 
dərsdən sonra məktəbə gələrək siqaret çəkir və avaralanırdılar. 
Əvvəlcə  onlara  yaxınlaşmaq  istəmədim.  Amma  sonra 
özləri  məni  çağırdılar.  Könülsüz  şəkildə  onlara  yaxınlaşdım. 
Nəyə görə bu vaxt məktəbə gəlməyimlə maraqlandılar. Onlara 
bildirdim  ki,  kitablarım  sinifdə  qalmışdı,  həmin  kitabları 
götürməyə gəlmişəm. Bahadur mənə sual verdi ki, oxuyub nə 
olacağam. Cavabımda onlara bildirdim ki, orduda zabit olmaq 
istəyirəm.  Özü  də  cəbhə  bölgəsində  xidmət  etmək  istəyirəm. 
Mənim  bu  cavabımdan  sonra  onların  hər  üçü  başladı  məni 
lağa qoymağa. Hətta İbrahim və Bahadur lağnan mənə dedilər 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə