MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   27   28   29   30   31   32   33   34   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
93 
keçirəcəyini, necə ələ keçirəcəyini, küçələrdəki kameralardan 
necə  yayınacağını  tam  müəyyənləşdirib.  Eyni  zamanda 
cinayəti  törədəcəyi  ərazidə  dəfələrlə  olub.  Lakin  hər  dəfə 
müxtəlif geyimlərdə və  formalarda olduğuna  görə qeydlərinə 
düşdüyü  kameralar  belə  onun  üz  görüntülərini  dəqiqliklə 
qeydə  ala  bilməyib.  Cinayəti  törətdikdən  sonra  isə  qatil 
ortalıqda özünə aid  kiçik çöp qırıntısı belə qoymadan aradan 
çıxıb. 
Ən  maraqlısı  isə  onda  idi  ki,  qatil  hansı  yol  ilə 
Azərbaycanı tərk eliyərək Rusiyaya getmişdi ? Nə “AZAL”ın, 
nə  “DÖVLƏT  DƏMİRYOLLARI  QSC”-nin,  nə  Dəniz 
Vağzalının,  nə də ki,  “DÖVLƏT GÖMRÜK XİDMƏTİ”-nin 
sərnişin  siyahılarında  bu  cinayətlərdə  əli  ola  biləcək,  şübhəli 
ola biləcək birinin adına rast gəlinmədi. Cinayətkar isə hələ də 
əlini-qolunu sallaya-sallaya azadlıqda dolaşırdı. 
Cinayət  işlərinin  araşdırılması  ilə  məşğul  olan 
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hüquq 
mühafizə 
və 
prokurorluq 
orqanlarının 
əməkdaşları 
cinayətkarın  hansı  yollarla  Rusiyaya  keçməsinə  dair  belə 
qənaətə  gəldilər  –  cinayətkar  Rusiya  Federasiyasına  qeyri-
qanuni olaraq demarkasiya xəttini (quru sərhəd xəttini), ya da 
qaçaq  balıqçı  (brakanyer)  gəmiləri  ilə  keçə  bilərdi.  Əgər  o, 
quru  yolla  sərhədi  keçib  Rusiya  Federasiyası  ərazisinə  daxil 
olmuşdusa, artıq onu müəyyən etmək çox çətin olacaqdı. Yox, 
əgər cinayətkar balıqçı gəmisi ilə Rusiyaya keçmişdisə deməli 
o, tək olmamışdı. Bunun üçün qanunsuz balıq ovu ilə məşğul 
olub,  tez-tez  sərhədi  pozan  balıqçılarla  da  əlaqə  saxlanıldı. 
2013-cü  ilin  avqust-sentyabr  aylarında  gizli  balıq  ovu  ilə 
məşğul  olan  brakanyerlərin  gəmilərində  Rusiyaya  keçə 
biləcək  naməlum  şəxslər  haqqında  məlumat  toplanılmağa 
başlandı. 
Lakin 
yenə 
də 
qatilin 
şəxsiyyətini 
müəyyənləşdirmək mümkün olmadı. 
2013-ci ilin senyabrın sonuna kimi aparılan təhqiqatlar 
heç bir nəticə vermədi. Heç bir şeyin müsbət nəticəsi yox idi. 
Artıq 10 aydır ki, qatil də növbəti cinayət aktı törətmirdi. Bu 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
94 
isə ortalığa bir neçə  fikrin  çıxmasına səbəb olurdu. Birincisi, 
cinayətkar artıq lazımi adamları qətlə yetirdiyinə görə bundan 
sonra  o  kimisə  qətlə  yetirməyəcəkdi.  İkincisi,  cinayətkar  ələ 
keçiriləcəyindən ehtiyat edərək uzun müddətə növbəti cinayət 
aktını  törətməkdən  imtina  etmişdi.  Üçüncüsü,  o  yenə  də 
lazımi məqamın yetişməsini gözləyirdi. Gözləyirdi ki, Bakıda 
və respublikanın digər bölgələrində hər kəsin başı növbəti bir 
məsələyə  qarışsın.  Kütləvi  hadisə  baş  versin  və  o  da 
rahatçılıqla növbəti cinayət aktını törətsin. Belə bir məqam isə 
2013-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində ola 
bilərdi. 
Bütün  Daxili  İşlər  Orqanları  seçkilərə  hazırlıqla 
əlaqədar  olaraq  gücləndirilmiş  iş  rejiminə  keçmişdilər. 
Respublikanın  bütün  yaşayış  məntəqələrində  və  seçkilərin 
keçirildiyi yerlərdə asayişin təmin edilməsi əsas şərtlərdən biri 
idi. Buna görə də güc strukturlarının başının hansısa ciddi bir 
məsələyə  qarışmasından  istifadə  edən  cinayətkar  məhz 
seçkilər ərəfəsində və ya elə seçkilər günündə növbəti cinayət 
aktını  həyata  keçirə  bilərdi.  Buna  görə  də  həm  daxili  işlər, 
həm  də  prokurorluq  orqanlarının  işçiləri  qətlə  yetirilməsi 
güman  edilən  şəxsləri  bununla  bağlı  xəbərdar  etdilər.  Həmin 
orqanların  işçiləri  seçkilər  ərəfəsində  və  seçkilər  günü  qətlə 
yetiriləcəyi  güman  edilən  şəxsləri  özlərinin  belə  xəbəri 
olmadan  addım-addım  gizlincə  izlədilər,  telefon  danışıqlarını 
dinlədilər. 
Amma  nə  2013-cü  ilin  prezident  seçkiləri  ərəfəsində, 
nə  seçkilər  günündə,  nə  də  ki,  ümumiyyətlə,  bundan  sonrakı 
aylarda və illərdə qatil daha heç bir cinayət aktı törətmədi. İki 
ölkənin  (Azərbaycan  Respublikası  və  Rusiya  Federasiyası) 
hüquq mühafizə və prokurorluq orqanlarının birgə apardıqları 
uzunmüddətli istintaq araşdırmaları da heç bir nəticə vermədi. 
Məhz  Səbael  rayon  prokurorluğundan  olan  müstəntiq 
Allahverdiyev 
Tərlanın 
və 
onun 
Nəsimi 
rayon 
prokurorluğundan  olan  həmkarı  və  dostu  Qasımov  Raminin 
uzunmüddətli  istintaq  təhqiqatlarının  nəticə  verməməsi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
95 
səbəbindən uzun illər sonra törədilmiş qətl hadisələri ilə bağlı 
aparılan  istintaq  araşdırmaları  dayandırıldı.  Eyni  zamanda 
cinayət işləri də bağlanıldı. 
Düzdür,  bundan  sonra  da  hər  iki  müstəntiqə  müxtəlif 
cinayət aktlarının istintaqının aparılması tapşırıldı və onlar da 
bu  cinayət  aktlarının  üstünü  aça  bildilər.  Amma  3  gəncin 
Bahadur,  Rəvan  və  İbrahimin  qətli  ilə  bağlı  aparılan  istintaq 
araşdırmalarının heç bir nəticəsi olmadı. Bu cinayət aktlarının 
üstünün açılmaması  isə  uzun müddət bu sahədə  gərgin  əmək 
sərf edən müstəntiq Allahverdiyev Tərlana çox pis təsir etdi. 
İllər  ötdü...  30  illik  fəaliyyətdən  sonra  müstəntiq 
Allahverdiyev  Tərlan  prokurorluq  orqanlarından  təqaüdə 
çıxdı.  O, prokurorluq orqanlarından  ayrılsa da, təqaüdə  çıxsa 
da    heç  vaxt  2012-ci  ildə  2-si  Bakıda  və  1-i  isə  Moskvada 
olmaqla  törədilən  və  3  gəncin  həyatı  bahasına  başa  gələn 
cinayət aktlarını unutmadı. Hər dəfə prokurorluq orqanlarında 
çalışdığı  illəri  xatırladıqda  dərhal  həmin  cinayətlər  yadına 
düşür  və  öz-özünə  sual  verirdi:  “Görəsən  həmin  o  3  cinayət 
aktı kim tərəfindən və nəyə görə törədilmişdi?” 
2037-ci ildə artıq orta yaş həddində olan (təqribən 50-
55 yaşlarında) keçmiş müstəntiq Allahverdiyev Tərlan Rusiya 
Federasiyasından ona göndərilmiş bir bandrol aldı. Bu bandrol 
ona  tanımadığı  və  adını  belə  eşitmədiyi  bir  Rusiya 
Federasiyası  vətəndaşından  ünvanlanmışdı.  Amma  bandrolun 
üzərində  çatdırılacağı  ünvan  və  kimə  çatması  isə  dəqiqliklə 
göstərilmişdi.  Deməli,  burada  səhv  bir  şey  yox  idi.  Tərlan 
diqqətlə fikir verdikdə bandrolun künc hissəsində kiçik hərflər 
ilə bu cümlənin yazıldığını gördü: “25  illik  sirr !”. Tərlan heç 
kimə  bu  barədə  bir  söz  demədən,  aldığı  həmin  bandrolu 
açmadan mənzilindəki sənədlərinin arasında gizlətdi. 
Tərlan  fikirləşdi  ki,  görəsən  həmin  “25  illik  sirr  !” 
cümləsinin  mənası  nədir.  Nəhayət  ki,  o  birdən  hər  şeyi 
xatırladı. 
Bəli...  Bu  bandrol  və  onun  içində  olanlar  uzun  illər 
öncə - 2012-ci ildə 2-si Bakıda və 1-i Moskvada olmaqla bir 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə