MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
84 
Göstərilən  vaxtda  adları  keçən  şəxslərin  hamısı 
prokurorluğa  toplandılar.  Bir  araya  gələn  keçmiş  sinif 
yoldaşılar  və  onların  valideynləri  bu  dəfə  Rasimin  ailəsində 
baş verən hadisədən xəbərdar oldular. Oğlu  İbrahimin  faciəli 
qətli  ilə  bağlı  ona  başsağlığı  verdilər.  Baş  vermiş  3  cinayət 
işinin  istintaqı  ilə  əlaqədar  təşkil  olunmuş  toplantıda  hətta 
Respublika  Baş  Prokurorluğundan  və  Daxili  İşlər 
Nazirliyindən  dəvət  olunmuş  nümayəndələr  də  iştirak  edirdi. 
Səbail  rayon  prokuroru  özü  həmin  nümayəndələri  dəvət 
etmişdi ki, Rusiya Federasiyasının lazımi dövlət qurumları ilə 
əlaqə  yaratmağın  vacib  olduğunu  həmin  şəxslərin  özləri  də 
görsün. 
Prokurorluğa 
təşrif 
buyuran 
keçmiş 
sinif 
yoldaşlarından  Süleyman  yaman  diqqət  çəkirdi.  Ötən  səfər 
axsaq,  lakin  sağlam  vəziyyətdə  bura  gələn  Süleyman  indi 
əlində  və  qolunda  sarğılarla  bura  təşrif  buyurmuşdu.  Söhbət 
əsnasında  məlum  oldu  ki,  ayın  əvvəllərində  o,  öz  həyəti 
qaşısında avtomobil qəzası keçirib. 
Əvvəlki  istintaq  toplantılarında  olduğu  kimi  bu 
toplantının  sonunda  da  konkret  nəticəyə  varmaq  mümkün 
olmadı. Buna baxmayaraq həm Azərbaycan Respublikasında, 
həm  də  Rusiya  Federasiyasında  cinayət  işlərinin  üstünü 
açmaqdan  ötrü  məlumatları  gərəkli  olacaq  dövlət  qurumları 
müəyyənləşdirildi. 
Həmçinin,  yenidən  baş  verəcək  cinayət  aktının  və  ya 
aktlarının qarşısını almaqdan ötrü lazımi tədbirlərin görülməsi 
qərara  alındı.  Çünki  cinayətkar  hələ  də  azadlıqda  olduğuna 
görə onun kimlərisə  yenidən hədəfə ala biləcəyi  ehtimalı  var 
idi. İlin sonu olduğuna  görə baş vermiş  hər üç cinayət  işi ilə 
bağlı geniş əhatə dairəsinə malik istintaq araşdırmasına 2013-
cü il, yanvar ayının 7-dən etibarən başlanması qərarı verildi. 
Bu  görüşdən  sonra  artıq  Bakıda  qalmağın  gərəksiz 
olduğunu anlayan Rasim Moskvaya qayıtdı. Lakin Bakını tərk 
etməzdən öncə o, Tərlana zəng edərək bildirdi ki,  cinayət  işi 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
85 
istintaqı ilə əlaqədar olaraq Tərlan onu istənilən vaxt zəng edə 
bilər və o lazım gələrsə istənilən vaxt Bakıya gələ bilər. 
2013-cü  il,  yanvarın  7-dən  etibarən  Azərbaycan 
Respublikası  Baş  Prokurorluğu  və  Daxili  İşlər  Nazirliyinin 
əməkdaşları  baş  verən  cinayət  işləri  ilə  bağlı  geniş  istintaq 
işinə  başladılar.  İlk  növbədə  “AZAL”  və  “Dövlət  Dəmir 
Yolları QSC” ilə əlaqələr yaradıldı. Ardınca “Dövlət Gömrük 
Komitəsi”  və  Dəniz  Vağzalı  ilə  də  əlaqə  yaradıldı.  Bir  neçə 
gün  ərzində  bütün  2012-ci  ilin  mayın  sonundan 
(“EUROVİSİON”  ərəfəsində  idmançı  Rəvan  Məmmədovun 
qətlə  yetirilməsindən  sonrakı  tarixdən)  dekabrına  kimi 
Azərbaycanı tərk edib Rusiyaya gedən sərnişinlərin və sərhədi 
birbaşa  adlayıb  Rusiyaya  keçən  vətəndaşların  siyahısı 
çıxarıldı.  Onlar  bir-bir  nəzərdən  keçirildi,  telefon  danışıqları 
dinlənildi. İşlər fevralın 16-nə kimi uzandı. Lakin elə bir ciddi 
nəticə əldə olunmadı. 
Bu zaman cinayətkarın ikinci bir ölkədən Rusiyaya və 
ya əksinə hərəkət etməsi fikri ortaya atıldı. Yəni qatil əvvəlcə 
Ukraynaya,  İrana,  Türkiyəyə  və  ya  başqa  ölkələrə  də  gedib, 
oradan Rusiyaya keçə bilərdi. Bu dəfə bütün 2012-ci il boyu 
Azərbaycanı  tərk  edən  vətəndaşların  siyahısı  çıxarıldı. 
Onlardan  lazımi  olanlarla  əlaqə  saxlanıldı,  izlənildi,  telefon 
danışıqları  dinlənildi.  İstintaq  işləri  2013-ci  il  martın  sonuna 
kimi  uzandı.  Lakin  istintaq  işinin  əhatə  dairəsi  nə  qədər 
genişləndirilsə  belə,  baş    vermiş  cinayətlərin  üstünü  açacaq 
ciddi  bir  dəlil  tapılmadı.  Toplanılan  istintaq  materiallarına 
əsaslanaraq törədilən hər üç cinayət hadisəsi ilə bağlı konkret 
olaraq kimdənsə şübhəlnmək də olmurdu. 
Cinayət  işlərinin  araşdırılması  ilə  məşğul  olan 
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hüquq 
mühafizə orqanlarının əməkdaşları heyrətə gəlmişdilər – qatil 
hər  şeyi  o,  qədər  peşəkarlıqla  görmüşdü  ki,  onu  heç  nəylə 
axtarıb  tapmaq  mümkün  deyildi.  Bu  zaman  cinayət  işlərinin 
araşdırılması ilə məşğul olan orqanlar belə qənaətə gəldilər ki, 
həmin  cinayətləri  törədən  şəxs  ya  hüquq  mühafizə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
86 
orqanlarında  çalışan  biridir  və  yaxud  bir    vaxtlar  çalışmış 
biridir.  Ona  görə  də  həmin  şəxs  cinayətləri  necə  törətməyin, 
cinayəti  törətdikdən  sonra  öz  izini  necə  itirməyin  və 
istintaqdan necə yayınmağın yollarını bacarır. Lakin istintaqın 
sonrakı  gedişində  bu  versiyanın  da  doğru  olmadığı  sübut 
olundu. 
Baş verən cinayətlərlə bağlı istintaqın davam etdiyi bir 
vaxtda  birdən  Tərlan  25  dekabr  2012-ci  il  tarixdə 
prokurorluqda  təşkil  olunmuş  istintaq  iclasında  Süleymanın 
əl-qolunun  sarğılı  vəziyyətdə  gəlməsini  və  avtomobilinin 
markasını  xatırladı.  Eyni  zamanda  oğlunun  qətlindən  sonra 
Moskvadan Bakıya  gəlmiş  Rasimin  dediyi  bir fikir də (“qatil 
mənim  maşınımın  xüsusiyyətlərini  çox  yaxşı  öyrənibmiş,  o 
açar  olmadan  naqillər  vasitəsilə  maşınımı  işə  salmışdı”
Tərlanı bu yöndə araşdırma aparmağa vadar edirdi.  
Tərlan  xatırladı  ki,  Süleymanın  iki  maşını  var  idi. 
Sonuncu  dəfə  Tərlan  Süleymanı  görəndə  onun  idarə  etdiyi 
avtomobillə  Rasimin  oğlunun  vurulduğu  avtomobil  eyni 
markadan  (RANGE  ROVER)  idilər.  Eyni  zamanda  rəngləri 
fərqli  olsa  da,  (birinci  cinayətdə  istifadə  olunan  “PRADO” 
markalı  avtomobil  qara,  Süleymanın  PRADO-su  isə  ağ  idi) 
Süleymanda da “TOYOTA - PRADO” markalı avtomobil var 
idi.  Ola  bilərdi  ki,  Süelyman  cinayətə  görə  öz  maşınını  çox 
qısa  müddətə  boyatdırsın.  Sonradan  isə  yenidən  boyatdırıb 
əvvəlki vəziyyətinə qaytarsın. 
Müstəntiq  həmkarı  və  dostu  Raminə,  həmçinin 
prokurora  heç  bir  söz  demədən  Tərlan  “Çolaq”  ləqəbi  ilə 
tanınan  Süleymanla  bağlı  araşdırmalara  başladı.  Tərlan 
müəyyən  etdi  ki,  Süleyman  2012-ci  ilin  oktyabrında  şəxsi 
maşını  ilə  Biləsuvar  sərhəd-keçid  məntəqəsindən  İrana, 
noyabrın  sonunda  isə  Yalama  sərhəd-keçid  məntəqəsindən 
keçməklə Rusiya  Federasiyasına  gedibmiş.  Süleymanın  İrana 
və  Rusiyaya  gedib-gəlməsinin  əsl  səbəbinin  araşdırımaqdan 
ötrü  Tərlan  əvvəlcədən  xəbərdarlıq  etmədən  birbaşa 
Süleymanın  Novxanıda  yerləşən  bağ  evinə  yollandı.  Tərlan 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə