MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   27   28   29   30   31   32   33   34   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
96 
cinayətkar  tərəfindən  törədilən  və  üstü  heç  vaxt  açılmayan 
cinayətlərlə bağlı göndərilmişdi. Hansı ki, bu cinayət işlərinin 
istintaqını  aparan  müstəntiqlərdən  biri  də  məhz  Tərlanın  özü 
idi. Çox uzun illər keçdikdən sonra, nəhayət ki, Tərlan həmin 
cinayətlərin kim tərəfindən törədildiyini biləcəkdi. 
Tərlan bir az səbirsiz idi. Amma hər nə qədər səbirsiz 
olsa  da  gecənin  düşməsini  gözlədi.  Ona  görə  ki,  ona 
ünvanlanmış bu bandrolun içində olanlara sakitçilikdə baxmaq 
istəyirdi.  Evdəki  hər  kəsi  yuxuya  verdikdən  və  gecədən  bir 
xeyli  keçdikdə  sonra  Tərlan  masanın  arxasına  keçərək  ona 
ünvanlanmış həmin bandrolu açdı. 
Bandrolun içində bir neçə vərəqdən ibarət əl yazısı ilə 
yazılmış  məktub  var  idi.  Məktubdan  əlavə  həmin  bandrolun 
içində  bir  neçə  şəkil,  rentgen  vərəqi  və  müxtəlif  sənədlər  də 
var  idi.  Hər  şey  Tərlanın  fikirləşdiyi  kimi  idi  –  bandrolun 
içindəki  məktub,  şəkil  və  müxtəlif  sənədlər  25  il  öncə  baş 
vermiş  cinayətlərlə  bağlı  idi.  Eynəyini  taxan  Tərlan  əvvəlcə 
rentgen  vərəqinə  baxdı,  lakin  bundan  heç  nə  başa  düşmədi. 
Ardınca  şəkillərə  baxdı  –  burada  balta,  trenajor  alətləri, 
müxtəlif markalı 2 avtomobil, sprey (dezodrant) boya, sərhəd 
xəttinin  telləri  və  s.  şəkillər  vardı.  Bu  şəkillərdən  bəziləri 
Tərlana  artıq  tanış  idi.  Amma  digərlərinin  nə  olduğunu  başa 
düşmədi. Ona görə də məktubu oxumağa başladı: 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
97 
 
 
 
 
 
 
 
 
 
 
 
IV FƏSİL 
 
 
Sultan Süleyman Qanuni qabiliyətli və istedadlı 
insanları çox sevirdi və onları mükafatlandırardı. Bu səbəbdən 
bütün məharət sahibləri onun hüzuruna çıxmağa can atırdılar. 
Üç  metrlik  məsafədən  sapı  iynəyə  keçirməyi  bacaran  bir  
adamın da tək xəyalı nə vaxtsa sultanın hüzuruna çıxmaq idi. 
Vaxt keçdi, vədə doldu və nəhayət ki, bu şərəf ona da 
nəsib  oldu.  Beləcə  təyin  olumuş  gündə  sultanın  hüzuruna 
çıxdı  və  qabiliyyətlərini  sərgilədi.  Sultan  böyük  heyranlıqla 
tamaşa edirdi. Bir daha, bir daha... 
Gördükləri  doğru  idi.  Adam  o  qədər  məsafədən  sapı 
atır  və  iynənin  dəliyindən  keçirirdi.  Sultan  bunun  səbəbini 
soruşdu:  “De  görək,  hardandır  səndəki  bu  qabiliyyət?”. 
Məharət  sahibi  lovğalıqla  “Qırx  ildir  gecə-gündüz  demədən 
bunun  üçün  çalışıram”,  -  dedi.  Sultan  gülümsədi  və  belə 
buyurdu: “Bu adama qırx qızıl verib, qırx da şallaq vurun.” 
Sultanın ətrafındakılar əmrin qarşısında çaşıb qalmışdı. 
Qırx  qızıllıq  mükafatın  ardından  qırx  şallaqlıq  cəzaya  nə 
ehtiyac var idi ki?... 
Sultan  saraydakıları  çox  intizarda  qoymadan  sözünü  davam 
etdirdi.:  “Qırx  qızıl  qeyri-adi  qabiliyyətin  üçün.  Həqiqətən 
çətin  bir  işin  öhdəsindən  gəlmisən.  Qırx  şallaq  da  belə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
98 
qabiliyyətli insan olduğun halda, mənasız işlə məşğul olduğun 
üçün.  Boşuna  keçirdiyin  bu  vaxt  ərzində  həm  özün,  həm  də 
başqaları üçün daha  əhəmiyyətli  işlər görə bilərdin.” 
 
 
 
 
 
 
       Üzü günəşə baxan insan heç vaxt kölgəsini görməz..... 
 
 
“Bu  məktubu  yazıb-yazmamaq  haqqında  çox 
düşündüm.  Amma  uzun  illərdən  bəri  içimdə  saxladığım  bu 
sirri özümlə o biri dünyaya aparmağa da razı deyildim. 
Deyirlər  ki,  bir  vaxtlar  böyük  fateh  Makedoniyalı 
İsgəndərin başında buynuz varmış. Məhz buynuzunun olması 
səbəbindən  sirri  ortaya  çıxmasın  deyə  İsgəndər  başını  qırxan 
bütün bərbərləri edam etdirirmiş. Bir bərbər isə çox yalvarıb-
yaxardığına  görə,  İsgəndər  ona  toxunmur. Lakin bu boyda 
sirri ürəyində saxlaya bilməyən bərbər başını bir su quyusuna 
sallayaraq  “İsgəndərin  buynuzu  var”,      “İsgəndərin  buynuzu 
var”  deyə  səslənir  və  ürəyini  boşaldır.  Bir  çoban  isə  həmin 
quyudan  çıxan  qamışdan  düzəltdiyi  tütəklə  hər  dəfə  nəsə  ifa 
edəndə,  həmin  tütəkdən  “İsgəndərin  buynuzu  var”, 
“İsgəndərin buynuzu var” deyə səslər gəlirmiş. 
Tərlan müəllim yəqin ki, söhbətin nədən getdiyini artıq 
bildiniz,  nə  demək  istədiyimi  artıq  başa  düşdünüz.  Mənə  elə 
gəlir  ki,  siz  bandrolun  küncündə  yazılan  “25  illik  sirr  !” 
cümləsini  görmüsünüzsə,  bu  bandrolun  nə  məqsədlə  sizə 
ünvanlandığını  təxmin  edə  bilmisiniz.  Ona  görə  də  uzun 
illərdən bəri daxilimdə saxladığım bu sirri  İsgəndərin bərbəri 
kimi  quyuya  deyil,  məktub  vasitəsilə  sizə  danışmağa  qərar 
verdim. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
99 
Fikirləşəcəksiniz  ki,  törətdiyim  ayrı-ayrı  cinayətlərə 
heç  nəylə  haqq  qazandırmaq  olmaz.  Amma  mən  nə  dəli,  nə 
manyak,  nə  də  ki,  psixopat  deyildim.  Bu  cinayətləri 
törətməkdə  özümə  görə  mənim  də  tutarlı  səbəblərim  var  idi. 
Çünki  mən,  bir  vaxtlar  mənə  pislik  edənlərdən  öz  qisasımı 
alırdım. 
İndi  sizə  cinayətləri  törətdikdən  sonra  sudan  hansı 
şəkildə  quru  çıxmağımın  yolları  haqqında  məlumat  verim. 
Özünüz  də  yaxşı  bilirsiniz  ki,  Bakının  elə  bir  yeri,  elə  bir 
prospekti,  elə  bir  küçəsi  yoxdur  ki,  orada  kameralar 
quraşdırılmasın.  Həm  Daxili  İşlər  Nazirliyi,  həm  də  digər 
dövlət  qurumları  tərəfindən  şəhərin  ayrı-ayrı  istiqamətlərində 
kifayət  qədər  kameralar  quraşdırılıb.  Eyni  zamanda 
təyinatından  asılı  olmayaraq  ayrı-ayrı  obyektlərin  qarşısında 
da kifayət qədər kameralar vardır. Mən çox yaxşı bilirdim ki, 
lazım  olduqda  həmin  kameralar  vasitəsilə  insanları  da 
izləyirlər. Deməli, işimi elə görməli idim ki, şübhəli kimi bu 
kameraların  qeydlərinə  düşməyim.  Ona  görə  də,  qətlini 
nəzərdə  tutduğum  adamları  izləmək  üçün  müxtəlif  cildlərə 
girirdim.  Gah  dilənçi  olurdum,  gah  bomj,  gah  zibileşən,  gah 
süpürgəçi,  gah  “porkovşik”  və  s.  və  s.  Beləcə,  qətlə 
yetirəcəyim  şəxsləri  harada  və  necə  tapmağın  yollarını 
tələsmədən,  aram-aram  öyrənirdim.  Müxtəlif  cildlərə 
girməyim  isə  məni  nə  vaxtsa  müəyyən  etməyinizə  imkan 
vermirdi.  Müxtəlif  cildlərə  girərək  şəhərin  küçələrində 
dolaşdığım vaxtlarda həmçinin evdə qətl planlarımı qurmaqda 
davam  edirdim.  İndi  qalırdı  sadəcə  cinayətləri  həyata 
keçirmək. 
Mən  əvvəlcə  idman  aləmində  ad  çıxarmış  Rəvan 
Məmmədovu  qətlə  yetirəcəkdim.  Bütün  planım  hazır  idi. 
Amma  qətli  planlaşdırdığım  ərəfədə  onun  Fransada  keçirilən 
idman yarışı ilə əlaqədar olaraq Bakını tərk etməsi bu planımı 
həyata keçirməyə imkan vermədi. Buna görə də ilk qurbanım 
Bahadur oldu. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə