MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
87 
qapının  zəngini  basaraq  Süleymanın  gəlməsini  gözlədi. 
Qapının  zənginin  dəfələrlə  çalmasına  və  həyətdəki  itin  xeyli 
hürməsinə  baxmayaraq,  heç  kim  qapını  açmırdı. Tərlan  zənn 
etdi  ki,  Süleyman  evdə  yoxdur.  Maşınına  əyləşib  geri 
qayıtmaq istəyirdi ki, qapı açıldı və Süleyman qapının önündə 
göründü. Tərlan yenidən geri qayıtmalı oldu. 
- Salamün-əleyküm. 
- Əleyküm-salam, yoldaş müstəntiq. 
- 5-10 dəqiqə vaxtınız var, söhbət eləməyə. 
-  Niyə  yoxdur  ki,  əlbəttə  var.  Buyurun  evə.  Amma  zəhmət 
olmasa,  ikicə  dəqiqə  burda  gözləyin.  İtin  başını  bağlayım. 
Məndən başqa kimisə görsə, özünü saxlaya bilmir. 
Axsaya-axsaya  həyətə  dönən  Süleyman  iki-üç  dəqiqə 
sonra  geri  qayıtdı  və  onlar  birlikdə  həyətə  daxil  oldular. 
Həyətə  girərkən,  Tərlan  burada  yalnız  bir  avtomobil  gördü. 
Axırıncı  dəfə  Süleymanla  görüşərkən  o,  prokurorluğa 
üzərində  təmir  işinin  aparıldığı  çox  aydın  görünən  “RANGE 
ROVER”  markalı  avtomobillə  gəlmişdi.  Amma  həmin 
avtomobil    həyətdə  yox  idi.  İndi  həyətdə  yalnız  əvvəlki  ağ 
rəngdə  “TOYOTA-PRADO”  markalı  avtomobil  saxlanmışdı. 
Evə  daxil  olub  masa  arxasında  əyləşdikdən  sonra  Tərlan 
söhbətə başladı: 
- O biri maşını həyətdə görmədim. Təmiri hələ yekunlaşmayıb 

-  Hə...  Yəqin  ki,  RANGE  ROVER-i  deyirsiz?  Təmirin 
yekunlaşdırdım. Amma daha o avtomobili saxlamağa ehtiyac 
duymadım.  O  avtomobil  elə  bil  ki,  mənə  düşmədi.  Düz  iki 
dəfə  onunla  yüngülvari  qəza  elədim.  Keçən  il  dekabrın 
əvvəllərində  Dağıstandan  qayıtdıqdan  sonra  3-cü  dəfə  burda 
küçə  qapısının  önündə  qəza  elədim.  Axırıncı  dəfə  sizin 
prokurorluğa gələndə həm özümün, həm də avtomobilimin nə 
vəziyyətdə olduğumu öz gözlərinizlə görmüşdünüz. Ona görə 
də,  daha  o  maşını  saxlamaq  istəmədim.  Təmir  elətdirib 
satdım,  əvəzində  yenidən  köhnə  maşınımı  istifadə  eləməyə 
başladım. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
88 
- Niyə şəhərdə yox, kənd kimi belə yerdə yaşayırınız? 
- Genişlikdir, ən əsası  da sakitçilikdir. Şəhərin səs-küyündən, 
tozundan, sıxlığından uzaqdasan. 
-  Bəs  soruşmaq  eyib  olmasın  –  bu  qədər  pulu  necə  əldə 
etmisiniz?  Yəqin  ki,  Xaçmazdan  meyvə-tərəvəz  gətirib 
şəhərdə satmaqla bu qədər var-dövləti əldə etmək olmaz. 
-  Deyəsən  mənim  haqqımda  artıq  bəzi  şeyləri  öyrənmisiniz. 
Əlbəttə ki, meyvə-tərəvəz satmaqla bu qədər var-dövlətə sahib 
olmaq mümkün deyil. Bizim şəhərdəki evimiz köhnə olsa da, 
əla yerdə idi. Həmin ev plana düşəndə, mən uzun müddət evi 
satmadım. Əlbəttə ki,  yaxşı pul verilməsin gözləyirdim. Eyni 
zamanda  bir  rus  qonşumuz  vardı.  Qoca  qarı  idi, heç  kimi  də 
yox idi.  Anam  o qadına da baxırdı. Bəlkə də  fikirləşərsiz ki, 
bunu  onun  mənzilinə  yiyələnməkdən  ötrü  etmişik.  Amma 
xeyr. Sadəcə tək qaldığına görə, bir kimsəsi olmadığına görə 
ona  yazığımız  gəlirdi.  Müsəlmançılıqdı  da  –  “əl  tutmaq 
Əlidən  qalıb”  deyirlər.  Qadın  onun  üçün  çəkdiyimiz zəhməti 
unutmadı.  Hələ  sağlığında  notariusla  evini  mənim  ayağıma 
keçirdi.  Mən  də  iki  evi  satmağın  sayəsində    bu  qədər  var-
dövlətə  yiyələndim.  Başqasının  əlinə  bu  qədər  pul  düşsəydi 
bəlkə də bir ayın içərisində göyə sovurardı. Amma mən bütün 
işimi  ehtiyatlı  gördüm,  ev  də  aldım,  maşın  da  aldım.  Amma 
pulun geridə qalan hissəsinə Bakıda bir neçə yerdə özüm üçün 
obyekt götürdüm. Şəhərdə 2 yerdə orta böyüklükdə marketim 
var. Obyektlərim var ki, onları da icarəyə verirəm. Xaçmazda 
da 2 yerdə iri meyvə-tərəvəz saxlama kameraları tikdirmişəm. 
Onları  da  icarəyə  verirəm.  Orada  tanışlarım,  qohum 
əqrabalarım olduğuna görə daha mənim Xaçmaza getməyimə 
ehtiyac  da  yoxdur.  Onlar  özləri  bütün  işlərimi  həll  eləyirlər. 
Şükür Allaha işlərim elə də, pis getmir. 
- Deyəsən ailəniz yanınızda deyil ? 
-  Hələ  ki,  evlənməmişəm.  Ötən  səfər  sizə  söhbət  etmişdim. 
Atam Qarabağ müharibəsində şəhid olmuşdu. Anam da bir-iki 
il öncə rəhmətə getdi. Mənə belə işlərdə yardım edəcək başqa 
biri yox idi. Başım o qədər işə-gücə qarışdı ki, heç evlənmək 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
89 
deyilən bir şey  yadıma da düşmədi. Ora qaç, bura qaç bir də 
baxıb  gördüm  ki,  yaş  keçib.  Bir  dəfə  cəhd  elədim,  amma 
axsaq olduğumu biləndən sonra məndən imtina elədilər. 
-  Keçən  səfər  dediniz  ki,  həkimlər  deyib  ayağınızı  necə  var 
əvvəlki  vəziyyətə  qaytaracaqlar.  Nə  oldu,  bu  məsələ  niyə 
alınmadı ? 
- Keçən illin oktyabrında sırf həmin məsələ ilə əlaqədar olaraq 
İrana  getmişdim.  Əvvəlcə telefonla  əlaqə saxlamışdım, sonra 
da bu işlə məşğul olan bir həkimin qəbulunda oldum. Dedi ki, 
məni necə lazımdı müalicə edəcək. Bir neçə ay bundan qabaq 
sizin  prokurorluqda  olanda  bu  barədə  sizə  demişdim.  Həmin 
vaxt  onun  xəstəsi  çox  olduğundan  mənim  əməliyyatımı  bir 
neçə  ay  sonraya  -  dekabra  təyin  etdi.  Noyabrın  sonunda  isə 
Dağıstana  getdim.  Babam  rəhmətə  getmişdi.  Yəqin  ki, 
bilərsiniz  –  mən  milliyətcə  ləzgiyəm  və  qohumlarımın  bir 
hissəi  Xaçmazla  bərabər  Dağıstanda  da  yaşayır.  Dekabrın 
əvvəllərində də avtoqəzaya düşdüm. Məhz bu səbəbdən İranda 
planlaşdırılan cərrahi əməliyyata gedə bilmədim. 
- Dediyinizdən belə başa düşdüm ki, siz müayinədən keçmək 
üçün İranda olmusunuz. Əgər əməliyyat olunmamısınızsa, bir 
həftəyə qədər müddətdə İranda qalmağınızın səbəbi nə idi? 
- Özümlə bir az pul götürmüşdüm. Fikirləşirdim ki, əməliyyat 
olunacam.  Elə  ki,  həkim  dedi  əməliyyatım  hələ  bir  müddət 
təxirə salınır. Dedim gəlmişkən bir oraları da gəzim. Ləzgi də 
olsam,  o  torpaqlar  –  xüsusilə  Cənubi  Azərbaycan  mənə  də 
doğmadır. Çox yerləri gəzdim, Qəzvində, Zəncanda, Təbrizdə, 
Sərabda, Marağada oldum. 
- Həmin şəhərlərdə olduğunuzu sübut edən nəsə var ? 
 
Süleyman  “Bəli,  var”  dedi  və  daha  sonra  yan 
otaqlardan  birinə  keçdi.  Geri  qayıdanda  isə  onun  əlində  bir 
neçə  fotoşəkil  var  idi  və  o  şəkilləri  Tərlana  təqdim  etdi. 
Şəkillərin ayrı-ayrı İran şəhərlərində çəkilməsi aydın sezilirdi. 
Eyni  zamanda  hər  şəkilin  arxasında  onun  harada  və  nə  vaxt 
çəkilməsi  haqqında  da  yazı  ilə  qeydlər  aparılmışdı.  Tərlan 
Süleymanın razılığı ilə həmin şəkillərdən bir neçəsini özü ilə 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə